Microsoft Word Diabet son versiya docx



Yüklə 470,14 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix25.12.2016
ölçüsü470,14 Kb.
#3024
1   ...   8   9   10   11   12   13   14   15   ...   49
OLUNMALIDIR

 



 

Nevroloji vəziyyətin dəyişikliyi səbəbi kimi hipoqlikemiya istisna edilməlidir 

 



 



Maye nəqlinin həcmi 3/1 qədər azaldılmalıdır   

 



 

20  dəqiqə  ərzində  venadaxili  inyeksiya  olunmaqla  0.5-1  q/kq  mannitol  verilməlidir, 

ilkin  olaraq  30  dəqiqədən  2  saatadək  heç  bir  nəticə  əldə  olunmadığı  təqdirdə  yenidən 

prosedur təkrarlanmalıdır 

 



 



Mannitola 

alternativ 

olaraq 

30 


dəqiqə 

ərzində 


ml/kq 


(3%)-li 

hipertonik natrium xlorid məhlulu köçürülə bilər. Xüsusilə ilkin olaraq mannitol müsbət 

nəticə vermirsə bu məhluldan istifadə olunmalıdır 

 



 

Çarpayının başı dikləşdirilməlidir  

 



 



Tənəffüs çatışmazlığından əziyyət çəkən xəstələr üçün intubasiya zərurəti yarana bilər 

 



 

Müalicə başlandıqdan sonra mümkün olduğu təqdirdə xüsusilə tromboz və ya beyinə 

qan sızma kimi nevroloji pozuqluqluqların digər beyindaxili səbəblərinin qarşısını almaq 

məqsədilə kranial komputer tomoqrafiyası çəkilməlidir. 

 

Beyin  şişi  diabetik  ketoasidozun  gözlənilməz  fəsadlarından  biridir.  Bir  çox  hallarda 



xəstəlikdən  yaxa  qurtaran  şəxslərdə  əhəmiyyətli  nevroloji  çatışmazlıqlar  yaranır. 

Diabetik ketoasidozun son dərəcə diqqətli tənzimlənməsi nəticəsində beyin şişi  inkişafı 




riski azaldıla bilər. Məhz bu səbəbdən də diabetik ketoasidoz son dərəcə əlverişli şəraitdə 

müalicə olunmalıdır.  

 

Daha  ətraflı  məlumat  üçün  Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin 



(ISPAD) 2009-cu il tarixli Təlimatının 10-cu Fəslinə bax. 

 

2.9. Uşağa Nəzarət  



 

Diabetik  ketoasidozun  biokimyəvi  parametrlərində  (pH,  anion  çatışmazlığı*,  sidik 

cövhərində  keton  cisimcikləri)  irəliləyiş  olmadığı  təqdirdə,  xərstənin  vəziyyəti,  insulin 

terapiyası  yenidən  qiymətləndirilməli  və  insulin  terapiyasına  müsbət  cavab 

verilməməsinin infeksiya və ya insulin hazırlanmasında yanlışların olması kimi mümkün 

səbəbləri araşdırılmalıdır.  

 

Həmçinin ilkin olaraq xəstəliyin şəkərli diabet deyil, hiperqlikemiya ilə müşahidə olunan 



ciddi infeksion xəstəlik (malyariya kimi) ola biləcəyi nəzərə alınmalıdır.   

 

*  Daha  ətraflı  məlumat  üçün  Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin 



(ISPAD) 2009-cu il tarixli Təlimatının 10-cu Fəslinə bax. 

 

Maye  əvəzləməsi  ağız  vasitəsilə  aparılırsa,  oral  rehidratasiya  məhlulu  və  ya  meyvə 



şirəsinin tərkibindəki qlyukoza miqdarı 15 mmol/l (270 mq/dl)-dan az olmalıdır.  

 

Keton cisimcikləri yox olubsa, dərialtı insulin inyeksiyasına keçmək mümkündür. 



 

Əgər  mümkündürsə,  qanda  3-beta-hidroksibutiratın  (qandakı  keton  cisimciklərinin) 

səviyyəsinin  ölçülməsi  ketoasidozun  (adətən  3  mmol/L  və  ya  daha  yuxarı  olursa) 

təsdiqlənməsi və aparılan müalicənin tənzimlənməsi üçün əhəmiyyətlidir.  

 

2.10. Dərialtı insulin inyeksiyasına keçid 



 

Diabetik  ketoasidoz  adekvat  olaraq  müalicə  olunduqda  (hidratasiya  korreksiya 

olunubsa,  qlyukozanın  səviyyəsi  nəzarət  altındadırsa,  keton  cisimciklərinin  qarşısı 

alınıbsa)  uşaqlarda  dərialtı  insulin  inyeksiyasına  keçmək  mümkündür.  İlk  olaraq  qısa 

müddətdə təsir göstərən dərialtı insulin inyeksiyası insulin infuziyası dayandırılmazdan 

1-2  saat  əvvəl  olunmalıdır  (əgər  uşağa  dərialtı  və  ya  əzələarası  insulin  inyeksiyası 

olunursa, əlavə maye qəbulu dayandırılmalıdır). 

 

Vacib:  Növbəti  qida  qəbulunadək  dərialtı  insulin  inyeksiyasına  keçid  bir  çox  hallarda 



daha  asandır.  Əgər  uşağa  diaqnoz  yeni  qoyulubsa,  3-cü  Fəslə  istinad  edilməlidir,  əks 

təqdirdə, insulin qəbul edilməzdən əvvəl doza müəyyənləşdirilməlidir.  

 

Tövsiyə  olunan  tibbi  yardımın  təfərrüatları  barədə  19-cu  Səhifədə,  məhdud  resurslar 



çərçivəsində  tətbiq  olunacaq  tibbi  yardımın  təffərüatları  barədə  20-ci  Səhifədə  sxem 

verilmişdir.  





Yüklə 470,14 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin