Qanda qlyukozanın səviyyəsini müəyyən edən avadanlıqlar mövcuddursa, müalicədən
test edin. Əgər qanda qlyukozanın səviyyəsi hələ də aşağıdırsa, 1-ci Addımı təkrarlayın.
Əgər xəstə hüşünu itiribsə və yaxud qıc olubsa və ağzına heç bir şey ala bilmirsə, onu
yerindən tərpətməyin və həmin şəxsi özünə gətirməyə çalışın – məsələn hava yolu,
tənəffüs və sirkulyasiya vasitəsilə.
Şüur itkisi ± qıc olma (və ya uşağın qusması) ilə müşaiyət olunan ağır hipoqlikemiya
a.
Əgər qlyukaqon varsa:
Hipoqlikemiyanın qarşısını ən təhlükəsiz və sürətli şəkildə almaq üçün əzələ arası və
yaxud dəri altına 12 yaşdan kiçik uşaqlara 0.5 mq, 12 yaşdan böyük və ya 10-30 kq bədən
çəkisinə malik uşaqlara isə 1.0 mq qlyukaqon inyeksiyası etmək lazımdır.
b.
Əgər qlyukaqon yoxdursa:
10% və ya 25% qlyukoza/dekstroza məhlulundan (bu preparatlar olmadığı təqdirdə 50%
qlyukozadan) istifadə etməklə bir neçə dəqiqə ərzində diqqətlə və yavaş-yavaş
venadaxili qlyukoza inyeksiyası edin. Dozanın ümumi miqdarı 0.2-0.5 q / kq
qlyukoza/dekstroza olmalıdır. 50% Dekstroza çox hipertonik olduğu üçün inyeksiya iri
damara yavaş-yavaş edilməlidir.
Dostları ilə paylaş: