Microsoft Word Diabet son versiya docx



Yüklə 470,14 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix25.12.2016
ölçüsü470,14 Kb.
#3024
1   ...   27   28   29   30   31   32   33   34   ...   49
 

Tənzimlənmə 

 

1. Uşaq və ya yeniyetmə xəstə olsa və normal qidalana bilməsə də xəstəlik zamanı insulin 

terapiyasını  dayandırmayın.  İnsulin  dozası  mütəmadi  olaraq  qanda  qlyukozanın 

səviyyəsi  və  qida  qəbulundan  asılı  olaraq  artırıla  və  ya  azaldıla  bilər,  lakin 

dayandırılmamlıdır.  Qlyukoza  və  keton  cisimciklərinin  evdə  müşahidə  olunması  üçün 

müvafiq şərait olmadığı təqdirdə, uşaq və ya yeniyetmə ixtisaslaşdırılmış test aparılması 

üçün səhiyyə müəssisəinə aparılmalıdır. 

 

 




2. Kəskin xəstəliyi qiymətləndirin və müalicə edin. 

 

3.  3-4  saatdan  bir  (qlyukozanın  miqdarı  geniş  şəkildə  və  ya  sürətlə  dəyişirsə  tez-tez) 



qanda qlyukozanın səviyyəsinə nəzarəti artırın. 

 

>> 



Mümkün  olduğu  təqdirdə  gün  ərzində  1-2  dəfə  keton  cisimciklərinə  nəzarət 

olunmalıdır. 

 

>> 


Dehidratasiyanı ölçmək məqsədilə tərəzi varsa, çəkini yoxlayın. 

 

>> 



Əgər qanda keton cisimciklərinin miqdarı çoxdursa, daha çox insulin tələb olunur.   

 

>> 



Əgər qanda keton cisimciklərinin miqdarı aşağıdırsa, əlavə insulin verilməzdən əvvəl 

daha çox şəkərli içki verilməsi zərurəti yaranır. 

 

>> 


Ev  şəraitində  qlyukoza  və  ya keton  cisimciklərinə  nəzarət  etmək  mümkün  olmadığı 

təqdirdə, qısa müddətdə ixtisaslaşmış tibb işçisi və ya klinikaya müraciət etmək tövsiyə 

olunur.  

 

4. Dəstəkləyici qayğı aşağıda qeyd edilənləri əhatə edir: 



 

>> 


Müvafiq maye qəbulu. Qızdırma və hiperqlikemiya maye itkisi nəticəsində meydana 

gəlir. Oral maye infuziyası həm maye, həm də enerji ehtiyacını təmin edir.  

 

>>  


İştahsızlıq yaranıbsa, asan həzm olunan qidalar verilməlidir.

 

 



 

>> 


Qızdırma antipretiklərlə müalicə olunmalı, qusmanın qarşısı isə tez-tez az miqdarda 

maye içirməklə alınmalıdır.  

 

>> 


Qeyd edilən

 

dəstəkləyici qayğının ambulator tibbi yardıma uyğun olmasına təminat 



verilmirsə, uşaq ya da yenitmə səhiyyə müəssisəinə yerləşdirilməlidir. 

 

5. Qanda qlyukozanın səviyyəsini yoxlamaq üçün adətən əlavə insulinə ehtiyac yaranır 



(xəstəlik hipoqlikemiyayla nəticələndiyi hallar istisna olmaqla) 

 

a.  Qanda  qlyukozanın  səviyyəsinin  yüksəlməsi  keton  cisimciklərinin  yox  olması  və  ya 



azalması ilə nəticələnibsə:  

  

Hər 2-4 saatdan bir bir günlük insulin dozasının 5-10%-i qədər (və ya 0.05-0.1 V/kq) qısa 



müddətli və ya sürətli təsir gücünə malik insulin VERİN. Bir günlük insulin dozası gün 

ərzində olunan insulin inyeksiyalarının ümumi cəminə bərabərdir.  

 

b.  Qanda  qlyukozanın  səviyyəsinin  yüksəlməsi  keton  cisimciklərinin  orta  səviyyəyə 



qalxması və ya çoxalması ilə nəticələnibsə:  

 



Hər  2-4  saatdan  bir  bir  günlük  insulin  dozasının  10-20%-i  qədər  (və  ya  0.1  V/kq)  qısa 

müddətli və ya sürətli təsir gücünə malik insulin VERİN.  

 

6.  Şəkərli  diabetdən  əziyyət  çəkən  uşaqlarda  qusma  müşahidə  olunursa,  əksi  sübut 



olunmayanadək  insulin  çatışmazlığının  əlaməti  (ketoasidozun  meydana  çıxması)  kimi 

qəbul edilməlidir. 

 

7. Gərgin məşqlərdən qaçınılmalıdır.  



 

8. Aşağıdakı halları nəzərə alın:  

 

>> 


Şəkərli  diabetdən  əziyyət  çəkən  azyaşlı  uşaqlar  yaşca  böyük  uşaqlardan  və 

yeniyetmələrdən daha sürətli dehidratasiya oluna bilər.  

 

>> 


Valideynlər  ev  şəraitində  qanda  qlyukozanın  səviyyəsini  yoxlamaq  imkanına  malik 

deyilsə  

 

>> 


Dəstəkləyici qayğını evdə təmin etmək mümkün deyilsə 

 

>> 



Kəskin xəstəlik ağırlaşıbsa 

 

>> 



Sabit ketonuriya müşahidə olunursa 

 

Daha  ətraflı  məlumat  üçün  Uşaq  və  Yeniyetmələrdə  Diabet  Beynəlxalq  Cəmiyyətinin 



(ISPAD) 2009-cu il tarixli Təlimatının 12-ci Fəslinə bax 

 

 



 


Yüklə 470,14 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin