BEYNƏLXALQ DİABET FEDERASİYASI, 2013
MƏHDUD RESURSLARA MALİK ÖLKƏLƏRDƏ
UŞAQLARDA VƏ YENİYETMƏLƏRDƏ DİABETİN
TƏNZİMLƏNMƏSİNƏ DAİR CİB KİTABI
ISPAD UŞAQLAR ÜÇÜN HƏYAT Beynəlxalq
Uşaq və Yeniyetmələrdə Beynəxalq Diabet Diabet
Diabet Beynəlxalq Cəmiyyəti Federasiyasının Proqramı Federasiyası
Cib Kitabı aşağıda adları qeyd edilən müəlliflər tərəfindən hazırlanmış və redaktə
olunmuşdur:
•
Graham Ogle, Avstraliya Kral Tibb Kollecinin üzvü, həkim-cərrah, Beynəlxalq
Diabet Federasiyasının “Uşaqlar üçün Həyat” Proqramının baş meneceri, Sidney,
Avstraliya
•
Angela Middlehurst, tibb bacısı, diabet xəstəliyi üzrə pedaqoq, Beynəlxalq Diabet
Federasiyasının “Uşaqlar üçün Həyat” Proqramının təhsil üzrə meneceri, Sidney,
Avstraliya
•
Martin Silink, Avstraliya Kral Tibb Kollecinin üzvü, həkim-cərrah, Sidney
Universitetinin Pediatrik Endokrinologiya Kafedrasının Professoru və Rəhbəri,
Beynəlxalq Diabet Federasiyasının “Uşaqlar üçün Həyat” Proqramının təhsil üzrə
meneceri, Sidney, Avstraliya
•
Ragnar Hanas, həkim, dosent, tibb elmləri doktoru, Uddevalla Hospitalı, NU
Hospital Group, Uddevella, İsveçrə (ISPAD üçün)
Beynəlxalq Diabet Federasiyasının “Uşaqlar üçün Həyat” Proqramı barədə daha ətraflı
məlumat əldə etmək üçün 14-cü Fəslə və eyni zamanda
www.lifeforachild.org
veb
səhifəsinə nəzər salın.
Cib Kitabı Leona M və Harry B. Helmsley Xeyriyyə Cəmiyyətinin maliyyə dəstəyi ilə
hazırlanaraq nəşr olunub.
Bu kitab Əhmədov Gündüz Əhməd oglu və Süleymanlı Aysel Azer qızı tərəfindən
tərcümə olunub.
GİRİŞ
Bu bələdçi kitab inkişaf etməkdə olan ölkələrdə şəkərli diabet xəstəliyindən əziyyət
çəkən uşaqlara və yeniyetmələrə tibbi yardım göstərilməsinə birbaşa təsir göstərən resurs
və
maddi
məsələlər
nəzərə
alınmaqla
təkmilləşdirilmişdir.
Səhiyyənin
maliyyələşdirilməsi və əlverişli ixtisaslaşma aparılması ölkədən ölkəyə və bir çox
hallarda ölkə daxilində də fərqlənir və bu səbəbdən də bu tələblərin qarşılanması
məqsədi ilə bələdçi sənədin hazırlanmasına zərurət yaranır.
Bu bələdçi kitabda öz əksini tapan məlumatlar inkişaf etməkdə olan ölkələrin tibb
mütəxəssislərinin xüsusi mərkəzlərdə tətbiq etdikləri kliniki təcrübənin daha da
təkmilləşdirilməsinə yardım məqsədi daşıyır. Bir çox hallarda, tibb mərkəzlərinin köklü
ixtisaslaşdırılmaqla yönləndirilməsi daha məqsədə müfafiqdir.
Dünyada təqribən 490,000 15 yaşından aşağı uşaq 1-ci tip diabet xəstəliyindən əziyyət
çəkir. Hər il 70,000 yeni hal müəyyən edilir və il ərzində rəqəmlər 3-5% arasında artır
(Beynəlxalq Diabet Federasiyası Atlas, Brussel 2010).
İnkişaf etmiş ölkələrdə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaq və gənclərin
insulin və xəstəliyin müalicəsi üçün nəzərdə tutulan digər vasitələrdən tam şəkildə
yararlanmaq imkanları mövcuddur, bu səbəbədən də onlar normal sağlam həyat tərzi
sürürlər. Lakin bəzi ölkələrdə uşaqların bir çoxu insulin, qanda qlyukozanın səviyyəsinin
tənzimlənməsi, ixtisaslaşdırılmış tibbi qayğı və diabet barədə maarifləndirmə kimi
məsələlərdə məhdud imkanlara malikdirlər. Qeyd edilənlərin səbəbi güman ki, bahalılıq
yaxud da həmin ərazidə ixtisaslaşdırılmış tibbi yardımın mövcud olmamasıdır. Qeyd
edilən halların nəticəsi isə daha dərindir. Bəzi uşaqlar xəstəliyi müəyyən edilməmiş
yaxud da xəstəlik müəyyən edildikdən sonra tezliklə öləcək. Qanda şəkərin aşağı və
yaxud yüksək səviyyədə olması həyatı təhdid edən hallara meyilli olmaq anlamına gəlir.
Zamanla qanda qlyukozanın qeyri-qənaətbəxş tənzimlənməsi bir çox hallarda korluq və
böyrək çatışmazlığı da daxil olmaqla bir sıra ciddi fəsadlara gətirib çıxarır. Bir çox insan
məktəbi tərk etmək məcburiyyətində qalır, ailə quracağı insan və iş tapmaq üçün
mübarizə aparmalı olur.
Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyəti (ISPAD) 1991, 2000 və 2009-cu
illərdə
“Kliniki Təcrübəyə dair Razılaşdırılmış Təlimatlar”
adlı bir neçə müfəssəl bələdçi
kitab nəşr etmişdir. Bu təlimatlardan yararlanaraq, Beynəlxalq Diabet Federasiyası (IDF)
və Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyəti (ISPAD) 2011-ci ildə
“Uşaq və
Yeniyetmələrdə Diabetə dair Qlobal Təlimat”
adlı bələdçi kitab dərc etmişdir. 2011-ci ildə
Uşaqlarda Dəyişkən Diabet Proqramı (CDiC) və Uşaq və Yeniyetmələrdə Diabet
Beynəlxalq Cəmiyyəti (ISPAD) də
“Uşaq və Yeniyetmələrdə Diabet – İnkişaf Etməkdə
olan Ölkələrin Səhiyyə Mütəxəssisləri üçün Əsas Təlim Dərsliyi”
ni nəşr etmişdir.
Beynəlxalq Diabet Federasiyasının “Uşaqlar üçün Həyat” Proqramı, Uşaq və
Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyəti (ISPAD) uşaqlarda şəkərli diabetin
tənzimlənməsinin ixtisaslaşdırılmasına rəvac verən, fövqəladə hallarda və klinikalarda
praktiki istifadə məqsədilə bu təlimatların qısaldılmış buraxılışının təkmilləşdirilməsinin
daha münasib olacağı qərarına gəlmişdir. Bu Cib Kitabı uşaqlarda şəkərli diabetə dair
başlıca zəmin və diabetik ketoasidozun ilkin tənzimlənməsi, insulin terapiyasının davam
etdirilməsi, fəsadların tədqiq edilməsi və tibbi yardımın digər əsas komponentləri barədə
bariz tövsiyələrlə təmin edir – daha ətraflı kitabın məzmunu ilə tanış olun.
Cib Kitabının veb səhifədə çap versiyasını, smartfonlar üçün (Android və Apple) isə
tətbiqetməsini əldə etmək mümkündür.
Yuxarıda qeyd edilən üç müfəssəl təlimata geniş formada mənbə kimi istinad edilmişdir.
Bəzi məlumatlar
“Diabet Xəstəliyindən Əziyyət Çəkən Uşaq və Yeniyetmələrə Qayğı”
(Uşaq Diabet Xidməti, Avstraliya 2010) mənbəsindən əldə edilib.
Qeyd edilən dörd əsərin müəlliflərinə təşəkkürümüzü bildiririk:
•
Dr. Ragnar Hanas, tibb elmləri doktoru, Uddevalla Hospitalı, NU Hospital Group,
Uddevalla, İsveçrə (1,2)
•
Prof. Kim C. Donaghue, həkim-cərrah, tibb elmləri doktoru, Sidney Universiteti,
Sidney Uşaq Hospitalları Şəbəkəsi, NSW, Avstraliya (1,2)
•
Prof. Georgeanna Klingensmith, həkim, pediatriya kafedrasının professoru,
Kolorado Universiteti Tibb Məktəbi, The Barbara Davis Mərkəzi, Avrora,
Kolorado, ABŞ (1,2)
•
Dr. Peter G.F. Swift, həkim, Pediatriya və Uşaq Sağlamlığı Kral Kollecinin üzvü,
Uşaq Hospitalı, Lester Kral Xəstəxanası, Lester, Böyük Britaniya (1,2)
•
Prof. Stephen Colagiuri, həkim-cərrah, Avstraliya Kral Tibb Kollecinin üzvü,
Sidney Tibb Məktəbi, Şişmanlıq, Qidalanma, Bədən Tərbiyəsi & Qida Pozuqluğu
Boden İnstitutu, Sidney, Avstraliya (2)
•
Dr. Stuart J. Brink, həkim, Tibb Məktəbi Universiteti, Yeni İngiltərə Diabet &
Endokrinologiya Mərkəzi (NEDEC), Massaçusets, ABŞ (1,3)
•
Dr. Warren Lee Wei Rhen, həkim-cərrah, M.Med (Pediatriya), Pediatriya, İnkişaf
& Diabet Mərkəzi, Sinqapur (1,3)
•
Dr. Kubendran Pillay, həkim-cərrah (Natal), kliniki hipnoterapevt (Cənubi
Afrika), FCPaed (Cənubi Afrika), Vestvill Hospitalı, Durban, Cənubi Afrika (3)
•
Dr. Line Kleinebreil, həkim, Xroniki Xəstəliklərin Tədqiqi və Tədrisi Təlim Fondu
(3)
•
Prof. Geoffrey R. Ambler, həkim-cərrah, Avstraliya Kral Tibb Kolleci, Sidney
Universiteti, Sidney Uşaq Xəstəxanaları Şəbəkəsi, NSW, Avstraliya (4)
•
Prof. Fergus J Cameron, tibb elmləri doktoru, həkim-cərrah, Avstraliya Kral
Ginekologiya Kolleci, Avstraliya Kral Tibb Kolleci, Murdok Uşaq Tədqiqat
İnstitutu, Kral Uşaq Hospitalı, Melburn, Avstraliya (1,4)
1.
Kliniki Təcrübəyə dair Razılaşdırılmış Təlimatlar, Uşaq və Yeniyetmələrdə Diabet
Beynəlxalq Cəmiyyəti (ISPAD) 2009
2.
Uşaq və Yeniyetmələrdə Diabetə dair Qlobal Təlimat, Beynəlxalq Diabet
Federasiyası (IDF) 2011
3.
Uşaq və Yeniyetmələrdə Diabet – İnkişaf Etməkdə olan Ölkələrin Səhiyyə
Mütəxəssisləri üçün Əsas Təlim Dərsliyi, Novo Nordisk 2011
4.
Diabet Xəstəliyindən Əziyyət Çəkən Uşaq və Yeniyetmələrə Qayğı, Uşaq Diabet
Xidməti (Avstraliya) 2010
Dostları ilə paylaş: |