İnyeksiya edilən nahiyələr
İnyeksiya etmək üçün tövsiyə olunan nahiyələr
1. İnsulin şpris/qələmləri haqqında texniki bacarığa malik olmaq zəruridir.
2. Digər nahiyələrlə müqayisədə qarın nahiyəsinə inyeksiya etməyə daha çox üstünlük
verilir. Belə ki, bu nahiyəyə inyeksiya etdikdə insulin bərabər şəkildə sorulur və daha az
narahatçılıq yaradır. Əgər insulin daha çox hərəkət etdirilən nahiyəyə inyeksiya edilirsə,
daha tez sorulur.
3. Uşaqlar və yeniyetmələr gün ərzində ardıcıl olaraq eyni nahiyəyə (qarın, sarğı, bud)
inyeksiya etməyə təşviq edilməlidir, lakin lipoatrofiyanın qarşısını almaq üçün
inyeksiyanın təkrarən eyni yerə edilməsindən qaçınmaq lazımdır.
Daha ətraflı məlumat üçün İnsulin Terapiyası, Diabet Xəstəliyindən Əziyyət Çəkən Uşaq
və Yeniyetmələrə Qayğı Təlimatının 5-ci Fəslinə bax
Şəkil: Diabet Xəstəliyindən Əziyyət Çəkən Uşaq və Yeniyetmələrə Qayğı (3-cü nəşr)
Dostları ilə paylaş: |