1. Uşaq və ya yeniyetmə xəstə olsa və normal qidalana bilməsə də xəstəlik zamanı insulin
terapiyasını dayandırmayın. İnsulin dozası mütəmadi olaraq qanda qlyukozanın
səviyyəsi və qida qəbulundan asılı olaraq artırıla və ya azaldıla bilər, lakin
dayandırılmamlıdır. Qlyukoza və keton cisimciklərinin evdə müşahidə olunması üçün
müvafiq şərait olmadığı təqdirdə, uşaq və ya yeniyetmə ixtisaslaşdırılmış test aparılması
2. Kəskin xəstəliyi qiymətləndirin və müalicə edin.
3. 3-4 saatdan bir (qlyukozanın miqdarı geniş şəkildə və ya sürətlə dəyişirsə tez-tez)
qanda qlyukozanın səviyyəsinə nəzarəti artırın.
>>
Mümkün olduğu təqdirdə gün ərzində 1-2 dəfə keton cisimciklərinə nəzarət
olunmalıdır.
>>
Dehidratasiyanı ölçmək məqsədilə tərəzi varsa, çəkini yoxlayın.
>>
Əgər qanda keton cisimciklərinin miqdarı çoxdursa, daha çox insulin tələb olunur.
>>
Əgər qanda keton cisimciklərinin miqdarı aşağıdırsa, əlavə insulin verilməzdən əvvəl
daha çox şəkərli içki verilməsi zərurəti yaranır.
>>
Ev şəraitində qlyukoza və ya keton cisimciklərinə nəzarət etmək mümkün olmadığı
təqdirdə, qısa müddətdə ixtisaslaşmış tibb işçisi və ya klinikaya müraciət etmək tövsiyə
olunur.
4. Dəstəkləyici qayğı aşağıda qeyd edilənləri əhatə edir:
>>
Müvafiq maye qəbulu. Qızdırma və hiperqlikemiya maye itkisi nəticəsində meydana
gəlir. Oral maye infuziyası həm maye, həm də enerji ehtiyacını təmin edir.
>>
İştahsızlıq yaranıbsa, asan həzm olunan qidalar verilməlidir.
>>
Qızdırma antipretiklərlə müalicə olunmalı, qusmanın qarşısı isə tez-tez az miqdarda
maye içirməklə alınmalıdır.
>>
Qeyd edilən
dəstəkləyici qayğının ambulator tibbi yardıma uyğun olmasına təminat
verilmirsə, uşaq ya da yenitmə səhiyyə müəssisəinə yerləşdirilməlidir.
5. Qanda qlyukozanın səviyyəsini yoxlamaq üçün adətən əlavə insulinə ehtiyac yaranır
(xəstəlik hipoqlikemiyayla nəticələndiyi hallar istisna olmaqla)
a. Qanda qlyukozanın səviyyəsinin yüksəlməsi keton cisimciklərinin yox olması və ya
azalması ilə nəticələnibsə:
Hər 2-4 saatdan bir bir günlük insulin dozasının 5-10%-i qədər (və ya 0.05-0.1 V/kq) qısa
müddətli və ya sürətli təsir gücünə malik insulin
VERİN. Bir günlük insulin dozası gün
ərzində olunan insulin inyeksiyalarının ümumi cəminə bərabərdir.
b. Qanda qlyukozanın səviyyəsinin yüksəlməsi keton cisimciklərinin orta səviyyəyə
qalxması və ya çoxalması ilə nəticələnibsə:
Hər 2-4 saatdan bir
bir günlük insulin dozasının 10-20%-i qədər (və ya 0.1 V/kq) qısa
müddətli və ya sürətli təsir gücünə malik insulin VERİN.
6. Şəkərli diabetdən əziyyət çəkən uşaqlarda qusma müşahidə olunursa, əksi sübut
olunmayanadək insulin çatışmazlığının əlaməti (ketoasidozun meydana çıxması) kimi
qəbul edilməlidir.
7. Gərgin məşqlərdən qaçınılmalıdır.
8. Aşağıdakı halları nəzərə alın:
>>
Şəkərli diabetdən əziyyət çəkən azyaşlı uşaqlar yaşca böyük uşaqlardan və
yeniyetmələrdən daha sürətli dehidratasiya oluna bilər.
>>
Valideynlər ev şəraitində qanda qlyukozanın səviyyəsini yoxlamaq imkanına malik
deyilsə
>>
Dəstəkləyici qayğını evdə təmin etmək mümkün deyilsə
>>
Kəskin xəstəlik ağırlaşıbsa
>>
Sabit ketonuriya müşahidə olunursa
Daha ətraflı məlumat üçün Uşaq və Yeniyetmələrdə Diabet Beynəlxalq Cəmiyyətinin
(ISPAD) 2009-cu il tarixli
Təlimatının 12-ci Fəslinə bax
Dostları ilə paylaş: