1. Karbohidratın miqdarını (qram və ya mübadilə ilə) müəyyən edərək əsas yemək və
qəlyanaltılar və dozası əvvəlcədən müəyyən edilmiş qısa və uzun müddətli təsir gücünə
malik insulin preparatlarına dair müvafiq qidalanma planı hazırlayın.
2. Yeməkdən əvvəl verilən qısa müddətli təsir gücünə malik insulin dozasını qəbul
edilən karbohidrat miqdarına uyğunlaşdırın. Həb qəbulu rejimi ilə daha münasibdir.
Qanda Qlyukozanın Səviyyəsinə dair nümunələr qanda qlyukozanın miqdarına dair
sadə testlərdən daha əhəmiyyətlidir.
• Qanda qlyukozanın səviyyəsi yeməkdən əvvəl həmişə yüksəkdirsə, bu o deməkdir ki,
orta səviyyəli və uzun müddətli təsir gücünə malik insulin preparatının əvvəlki dozası
qeyri-kafidir.
• Qanda qlyukozanın səviyyəsi yeməkdən əvvəl həmişə aşağıdırsa, bu o deməkdir ki,
orta səviyyəli və uzun müddətli təsir gücünə malik insulin preparatının dozası
yüksəkdir.
• Qanda qlyukozanın səviyyəsi yeməkdən əvvəl bəzən yüksək, bəzən isə aşağıdırsa, bu o
deməkdir ki, ya insulin, ya qidalanma, ya da fiziki məşqlər uyğunlaşdırılmayıb və
yenidən qiymətləndirilməlidir.
• Qanda qlyukozanın səviyyəsi yeməkdən iki saat sonra həddən artıq yüksəkdirsə, bu o
deməkdir ki, yeməkdən əvvəl verilən qısa müddətli təsir gücünə malik (reqyular)
insulinin dozası az olmuşdur.
• Qanda qlyukozanın səviyyəsi yeməkdən iki saat sonra həddən artıq aşağıdırsa, bu o
deməkdir ki, yeməkdən əvvəl verilən qısa müddətli təsir gücünə malik (reqyular)
insulinin dozası yüksək olmuşdur.
Qeyd etmək zəruridir ki, qanda qlyukozanın səviyyəsi səhər vaxtı erkəndən yüksələ
bilər. Gecə yarısı hipoqlikemiya yarana biləcəyi və təhlükəli ola biləcəyi üçün orta
səviyyəli/uzun müddətli təsir gücünə malik insulin preparatının axşam dozası
artırılmalıdır.
Dostları ilə paylaş: