Beynəlxalq hüququn mənbələrininin xüsusiyyətləri


Beynəlxalq hüquq normalarının nisbəti



Yüklə 21,14 Kb.
səhifə2/2
tarix11.01.2023
ölçüsü21,14 Kb.
#78981
1   2
5.Beynəlxalq hüququn mənbələri anlayışı, növləri, nisbəti, xüsusiyyətləri

9. Beynəlxalq hüquq normalarının nisbəti

Beynəlxalq hüquq normalarının nisbəti məsələsi mübahisəlidir. Onu qeyd etmək lazımdır ki, beynəlxalq hüququn əsas mənbələri arasında dəqiq iyerarxiya yoxdur. BMT Nizamnaməsinin 38-ci maddəsində beynəlxalq hüququn mənbələrinin nisbəti məsələsinə toxunulmur.


Adət hüquq normalarının və beynəlxalq müqavilə normalarının nisbətinin müəyyən edilməsi daha asandır. Müqavilə və adət normalarının nisbəti problemindən danışarkən nəzərə almaq lazımdır ki, beynəlxalq hüquqi adət normalarının əhəmiyyətli bir hissəsi dövlətlər tərəfindən bağlanmış müqavilələrə daxil edilmişdir. Beynəlxalq müqavilənin normalarının həmişə adət normalarından üstünlüyü qəbul edilməlidir və bu qaydadan istisnalar olmamalıdır.
Beynəlxalq hüququn mənbələri hüquqi məcburilik səviyyəsinə görə fərqlənmir. Bununla belə, bəzi hallarda beynəlxalq hüquqda mənbələr iyerarxiyasının mövcudluğunu söyləmək olar. Məsələn, BMT Nizamnaməsinin 103-cü maddəsinə əsasən, BMT-yə üzv dövlətlərin Nizamnaməsindən irəli gələn öhdəlikləri onların hər hansı digər beynəlxalq müqavilə üzrə öhdəlikləri ilə ziddiyyət təşkil edərsə, BMT Nizamnaməsindən irəli gələn öhdəliklər üstünlük təşkil edir. Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 53-cü maddəsinə əsasən bağlanılan zaman beynəlxalq ümumi hüququn imperativ normasına zidd olan müqavilə heç bir hüquqi qüvvəyə malik deyildir; bu normalar beynəlxalq adət hüququn ziddiyyətli normalarına nisbətən üstün qüvvəyə malikdirlər. Ümumi beynəlxalq hüququn məcburi norması (jus cogens) dövlətlərin beynəlxalq birliyi tərəfindən bütövlükdə qəbul edilən və tanınan normadır, ondan heç bir kənara çıxmağa yol verilmir və yalnız ümumi beynəlxalq hüququn sonrakı eyni xarakterli norması ilə dəyişdirilə bilər. Jus cogens normaları beynəlxalq birliyin fundamental dəyərlərini əks etdirir və qoruyur, iyerarxik olaraq beynəlxalq hüququn digər normalarından üstündür və universaldır.
Ancaq beynəlxalq hüququn mənbələrinin iki səviyyəli sistemini müəyyən etmək olar. Belə ki, hazırda ayrı-ayrı beynəlxalq hüquq normlarının fundamental əhəmiyyətə malik olması, onlara статус jus cogens – imperativ normalar statusu verilməsi, onlardan kənara çıxmağa yol verilməməsi artıq qəbul edilmişdir. Dövlətlər istənilən vaxt razılaşma yolu ilə sadə beynəlxalq adət hüququ normalarından imtina edə bilərlər, ancaq jus cogens xarakterli normaları dəyişməkdə və ya ondan kınara çıxmada həmişə belə müstəqilliyə malik deyildirlər.
Jus cogens normalarının özünəməxsus xüsusiyyətləri vardır. Birincisi, jus cogens statusuna malik olan olan normaların sayı azdır (məsələn, təcavüz, soyqırım, işgəncə və köləliyin qadağan edilməsi ilə bağlı normalar) və bu statusa nail olmaq üçün meyarlar son dərəcə sərtdir - onlar sadəcə olaraq hamı tərəfindən qəbul edilmiş normalar deyil, onlardan kənara çıxmanın mümkün olmadığı normalardır; ikincisi, bu normalar arasında ziddiyyət hallara olduqca nadir rast gəlimir və belə ziddiyyətlərin mövcudluğu ilə bağlı ehtimallar diqqətlə yoxlanılmalıdır (məsələn, Beynəlxalq Ədalət Məhkəməsinin Konqo Belçikaya qarşı işində həbs orderi ilə bağlı suveren toxunulmazlıq hüququnun soyqırımın qadağan edilməsi ilə ziddiyyət təşkil etməsi təklifini rədd edildi).
İyerarxiya konkret bir müqavilə sistemində qurula bilər, həm də qeyd etmək lazımdır ki, müqavilə həmişə öz məqsəd və prinsipləri aspektində şərh edilməlidir.
Beynəlxalq müqavilələri bağlayan dövlət orqanlarının statusundan asılı olaraq müqavilə normalarının ierarxiyasından danışmaq olar. Dövlət başçıları səviyyəsində müqavilələr hökumətlər səviyyəsində olan müqavilələrdən daha yüksəkdir. Prinsipcə, dövlətlər qarşılıqlı razılaşma əsasında daha aşağı səviyyədə bağlanmış beynəlxalq müqaviləyə də üstünlük verə bilərlər. Bu, dövlətlərin suveren hüququdur, onlar beynəlxalq hüquq normalarının əsas yaradıcılarıdır, qarşılıqlı razılaşma əsasında qarşılıqlı münasibətlərdə müxtəlif səviyyələrdə bağlanmış müqavilələrin iyerarxiyasını da qura bilərlər.
İki dövlət arasında müqavilə normaları sistemində də iyerarxiya mövcuddur. Dövlətlərin təcrübəsində dövlətlərarası, hökumətlərarası, idarələrarası müqavilələr bağlandıqda, idarələrarası xarakterli beynəlxalq müqavilələr dövlətlərarası və hökumətlərarası müqavilələrə uyğun olmalıdır.
Yüklə 21,14 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin