Cədvəl 1.3.1
Korporativ maliyyə menecmentinin funksiyaları
Funksiyalar
Alt funksiyalar
1. Planlaşdırma
1.1. Uzunmüddətli və qısamüddətli korporativ planların, maliyyə
planlarının hazırlanması.
1.2. İnvestisiya qoyuluşlarının və cari əməliyyatların smetalarının
hazırlanması.
1.3. Satış həcminin proqnozlaşdırılması.
1.4. Korporasiyanın fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi.
1.5. Qiymət siyasətinin işlənilməsi.
1.6. Korporasiyanın iqtisadi qiymətləndirilməsi.
1.7. Birləşmə və udulmaların təhlili.
2. Kapilalla təminat
2.1. Zəruri kapitalla təminat planının işlənməsi və reallaşdırılması.
26
3. Pul fondlarının
idarə edilməsi
3.1. Pul vəsaitlərinn idarəedilməsi.
3.2. Bank xidmətlərinin təminatı.
3.3. Korporasiyanın pul vəsaitlərinin alınması, qorunması və istifadəsi.
3.4. Kreditlər və inkassalaıın idarəedilməsi.
3.5. İnvestisiyaların idarə edilməsi.
4. Mühasibat uçotu
4.1. Mühasibat işinin aparılması siyasətinin işlənməsi.
4.2. Mühasibat hesabatlarının hazırlanması.
4.3. Resursların sərfi normalarının işlənməsi
4.4. Daxili audit yoxlamalarının keçirilməsi.
4.5. Mühasibat sistemi və prosedurlarının işlənməsi
4.6. Dövlət orqanlarına lazımi hesabatların təqdimi.
4.7. Korporasiyanın idarəetmə orqanlarına lazımi hesabat və izahatların
təqdimi
4.8. Maliyyə plan və normaları ilə hesabat göstəricilərinin müqayisəli
təhlili.
5. Korporasiyanın
aktivlərinin
qorunması
5.1. Zəruri sığorta müqavilələrinin bağlanması.
5.2. Daxili audit və nəzarət yolu ilə istehsal aktivlərinin qorunması.
6. Vergi idarəetməsi
6.1. Mövcud vergi qanunvericiliyinin əsasında daxili vergi siyasətinin
işlənilməsi.
6.2. Vergi orqanları ib əlaqəli fəaliyyət.
6.3. Vergi planlaşdırılması və vergi hesabatlarının hazırlanması.
7. İnvestorlarla
əlaqə
7.1. İnvestorlarla münasibətlərin yaradılması.
7.2. Səhmdarlara informasiya verilməsi sisteminin yaradılması.
8. Qiymətləndirmə
və konsaltinq
8.1. Maliyyə fəaliyyətinin effektivliyi ilə bağlı digər idarəetmə
qurumlarından tövsiyələrin alınması və bu əsasda təhlillərin aparılması
9. İnformasiya
idarəetmə sistemləri
9.1. Göstəricilərin elektron emalı sisteminin yaradılması.
9.2. Elektron idarəetmə sistemlərinin yaradılması və
istifadəsi.
Mənbə: M.Sadıqov, A.Hüseynov, V.Zeynalov. Korporativ maliyyə. Bakı, 2007.s.48
Korporativ maliyyə menecmentinin bu funksiyalarının hər birinin detallar
üzrə izahına ehtiyac yoxdur və cədvəldən korporasiyanın menecerinin sabah nə
etməli olduğu bəllidir. Cədvəldən aydındır ki, maliyyə meneceri müxtəlif biznes-
layihələri detallar üzrə hazırlamalıdır. Maliyyə meneceri bu layihələrin maliyyə
27
təminatı yollarını araşdırmalı və reallaşdırmalıdır. Maliyyə meneceri korporasiyaya
gələn gəlirlərin və korporasiyadan gedən xərclərin idarəçiliyini öz əlinə almalıdır.
Maliyyə menecerləri mühasibat işi, vergilərin düzgün ödənilməsi, korporasiyanın
risklərdən sığortası və s.-lə məşğul olmalıdırlar.
Bu və başqa funksiyaların həyata keçirilməsi, şübhəsiz ki, öz-özünə baş
vermir və bu çox çeşidli funksiyalar zəruri təşkilati strukturun maliyyə şöbəsinin
fəaliyyəti ilə reallaşır. Məlumdur ki, təşkil prosesi – “təşkilatın strukturunun
yaradılmasıdır” və bəllidir ki, “departamentləşmə təşkilatın ümumi məqsədlərinə
nail olmaq üçün müxtəlif iş tapşırıqlarının qruplaşdırılmasının əsasıdır”. (31, 39)
Yəni təşkilat məqsədini reallaşdırmaq üçün müxtəlif iş tapşırıqlarını qruplaşdırır,
depaftamentlər yaradır və müxtəlif departamentlərin qarşılıqlı birləşməsi bütöv
təşkilati strukturu müəyyənləşdirir. Məsələn, “Qaradağ sement” SC-də istehsal
şöbəsi, yəni bilavasitə sement istehsalının texniki məsələləri ilə məşğul olan şöbə,
satış şöbəsi - hazır məhsulun satışı ilə məşğul olan struktur və maliyyə şöbəsi
yaradılır. Şübhəsiz ki, korporasiyanın maliyyə şöbəsinin strukturu maliyyə
menecmentinin funksiyalarının reallaşdırılmasına tam imkan yaratmalıdır.
Xarici təcrübə əsasında verilən 1.3.2 struktur sxemindən bəlli olmuşdur ki,
korporasiyanın maliyyə menecmentinə maliyyə müdiri, yaxud maliyyə vitse-
prezidenti rəhbərlik edir. Maliyyə vitse-prezidentinə adətən 3 şöbə və ya idarə,
departament tabe olur: maliyyə planlaşdırılması şöbəsi, xəzinədarlıq və mühasibat
şöbəsi. Maliyyə planlaşdırılması şöbəsi uzunmüddətli investisiya qoyuluşlarının
əsas istiqamətini müəyyən edir və başqa konseptual məsələlərlə məsələn,
korporasiyanın digər korporasiyanı “udmasının” nə qədər effektiv olub- olmaması
kimi məsələlərlə məşğul olur.
Xəzinədarlıq cari maliyyə fəaliyyətini və dövriyyə kapitalının idarə edilməsi
işlərini, vergi ödənilmasi ila bağlı işləri xarici investorlarla əlaqa yaradılmasını va
s. həyata keçirir. Yani korporasiya hansısa xammal alqısı üzrə müqavilə bağlayırsa,
bu işi xəzinədarlıq həyata keçirir.
Mühasibat şöbəsi korporasiyanın daxili auditinə, mühasibat uçotunun
aparılmasına, səhmdarla, dövlət orqanları va digərləri üçün hesabatların
28
hazırlanmasına məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |