«Beynəlxalq münasibətlər tarixi» fənni üzrə imtahan suallarının

Yüklə 0.63 Mb.
Pdf просмотр
səhifə1/9
tarix10.07.2017
ölçüsü0.63 Mb.
  1   2   3   4   5   6   7   8   9

«Beynəlxalq münasibətlər tarixi» fənni üzrə imtahan suallarının  

cavabları 

 1.Assuriya dövlətinin beynəlxalq siyasəti. Aşşurbanipalın diplomatiyası. 

II minilliyin ortalalarında Assuriya dövlətinin nüfuzu və rolu güclənməyə başlayır. 

Tədricən  e.ə.  XIV  əsrdən  başlayaraq  Assuriya  inkişaf  etməyə  başlayaraq  Qədim 

Şə

rqin güclü dövlətinə çevrilir. Assuriya siyasətinin əsasını məhsuldar əraziləri ələ 

keçirmək, mühüm ticarət yolları üzərində nəzarət əldə etmək təşkil edirdi. Cografi 

mövqeyi daima qonşularla toqquşmalara səbəb olur, fasiləsiz müharibələrə aparıb 

çıxarırdı.  Assuriya  hökmdarlarının  təcavüzkarlıq  si-yasəti  Yaxın  Şərq    dövlətləri 

arasında  güclü  narahatçılıga  səbəb  olur  və  ümumi  təhlükə  qarşısında  qarşılıqlı 

ə

davəti unutdururdu.  

I  Adadnirari  (e.ə.  1307-1275)  işğalçılıq  müharibələrini  genişləndirdi.  lk 

növbədə  o,  Bablistan  və  e.ə.  XVI  əsrdə  Assuriyadan  qərbdə  meydana  gəlmiş 

Mitani dövlətinə qarşı yürüşlər təşkil etdi. O, xeyli qənimət ələ keçirsə də, şimal-

şə

rq  bölgələrində  möhkəmlənə  bilmədi.  Lakin  I  Tiqlatpalasar(e.ə.  1115-1077) 

hakimiyyətə gəldikdən sonra Assuriya yenidən siyasi yüksəliş mərhələsinə qədəm 

qoydu.  Bu  zaman  Ön  Asiyada   siyasi vəziyyət  kökündən  dəyişmişdi.  Misir  Şərqi 

Aralıq  dənizi  mülklərini  əlində  saxlamaq  iqtidarında  deyildi.    Het  dövləti  artıq 

məhv olmuşdu. Assuriyanın yeganə hegemon dövlət olması imkanı yaranmışdı. I 

Tiqlatpalasar  qərb  səfəri  zamanı  Aralıq  dənizi  sahilinə  çatdı.  Burada  Finikiyanın 

ticarət  şəhərləri,  o,  cümlədən  Bibl  və  Sidon  Assur  hökmdarına  xərac  verdilər.  I 

Tiqlatpalasarın  vəfatından  sonar  Assuriya  yeni  tənəzzül  dövrünə  qədəm  qoydu, 

qərbdən  gələn  arami  tayfalarının  axınına  məruz  qaldı.  Assuriya  əvvəlki  qüdrətini 

itirdi və təxminən iki əsr özünə gələ bilmədi. 

III Tiqlatpalasarın(e.ə.744-727) daxili və xarici siyasəti, gördüyü tədbirlər 

Assuriyanı  böhran  vəziyyətindən  çıxartdı və  yeni  yüksəlişini  təmin  etdi.  O,  hərbi 

və inzibati islahatlar həyata keçirdi. E.ə. 743-cü ildən başlayaraq Assuriya Şimali 

Suriyada  yaranmış  hərbi  ittifaqa  qarşı  müharibələrə  başladı  və  bu ittifaqı  dağıtdı. 

Babili Assuriyaya tabe etdi. Assuriya artıq Ön Asiyanın ən qüdrətli dövlətinə çev-

rilmişdi.  II  Sarqon  Urartu  və  Manna  ilə  toqquşmalı  oldu.  E.ə.  715-713-cü  illər 

ə

rzində  o  bu  ərazilərə  hərbi  yürüşlər  təşkil  etdi.  Urartunu  məglub  edərək  işgal 

olunmuş  Manna  torpaqlarını  geri  qaytardı,  çünki  Mannada  assurmeyilli  siyasət 

güclü idi. 

Assuriya  diplomatiyasının  son  qüdrətli  hökmdarı  Aşşurbanipal(e.ə.669-

626)  olmuşdur.  Onun  bütün  hakimiyyəti    tez-tez  anti-assur  koalisiyaları  ilə  ağır 

müharibələr aparmaqla keçmişdir. Assuriya qonşu ölkələrdə hərbi vahimə yaradan, 

sanki  məğlubedilməz  bir  dövlətə  çevrilmişdi.  Buna  baxmayaraq  işğal  olunmuş 

ölkələr  sakit  qalmırdılar.  Aşşurbanipal  bütün  istiqamətlərdə  müharibələr  aparmaq 

məcburiyyətində  qalırdı.    Misir  tez-tez  üsyan  qaldırırdı.  E.ə.  661-ci  ildə  Aşşur-

banipal  Misirə  sonuncu  hərbi  yürüş  təşkil  etdi.  O,  Fiv  şəhərinə  kimi  gəlib  çatdı. 

Misirlilər güclü müqavimət göstərə bilmədilər. O, Misirdə hakimiyyətə öz adamını 

təyin etdi. Babilistan Assuriyaya qarşı gizli ittifaq yaratmışdı. Bu ittifaqa Elam da 

daxil  idi.  E.ə.  648-ci  ildə  Aşşurbanipal  Bablistana  yürüş  təşkil  etdi.  Uzun  sürən 

mühasirədən  sonra  o,  Babil  şəhərini  tutdu.  Babilistanı  işğal  etdikdən  sonra  o, 

Elamın  kiçayarası hadisələrinə müdaxiləsinin qarşısını almaq üçün oraya bir neçə 

hərbi  yürüş  təşkil  etdi.  Elamın  daxilində  hakimiyyət  uğrunda  gedən  mübarizə 

assurların  təcavüzünə  müqavimət  yaratmaq  imkanı  vermədi.  Nəhayət,  e.ə.639-cu 

ildə Aşşurbanipal Elamın paytaxtı Suz şəhərini tutdu və dağıtdı. Bu zərbədən Elam 

bir daha özünə gələ bilmədi. 

Hələ  Misir  yürüşündən  sonra  Aşşurbanipal  Manna  ilə  hərbi  münaqişəyə 

girmişdi.  E.ə.  660-cı  ildə  assurlar  Manna  sərhədlərində  Ahşerinin  ordusu  ilə 

döyüşə girdilər. Manna hökmdarı Ahşeri məğlub oldu və geriyə çəkildi. Mannalılar 

bu məğlubiyyəti hökmdara bağışlamadılar və onu öldürdülər. Manna Assuriyanın 

təsir  dairəsinə  düşdü,  lakin  hakimiyyətini  saxladı.  Bundan  sonra  Manna  Assu-

riyanın yenidən müttəfiqinə çevrildi. 

Aşşurbanipalın  uğurlu  müharibələrinə  baxmayaraq  Assuriya  dövləti  daxi-

lən zəifləyirdi. Aşşurbanipalın vəfatından sonra Assuriyanın rəqibləri birləşdi.  lk 

növbədə  e.ə.  626-cı  ildə  Nabupalasar  Babilistanı  müstəqil  dövlət  elan  etdi.  O, 

Midiya  hökmdarı  Kiaksarla  ittifaqa  girdi.  E.ə.  615-ci  ildə  müttəfiqlər  Assuriyaya 

daxil  oldular.  E.ə.612-ci  ildə  isə  dövlətin  paytaxtı  Nineviya  şəhəri  müttəfiqlərin 

ə

linə  keçdi.  E.ə.  605-ci  ildə  Karxemiş  şəhəri  yaxınlığında  Assuriya  ordusu  ilə 

müttəfiqlər  arasında  döyüş  başladı.  Assurlar  və  onlara  köməyə  gəlmiş  misirlilər 

məğlubiyyətə  uğradılar.  Qonşu  xalqlara  vahimə  yaradan  Assuriya  dövləti  məhv 

oldu. Onun ərazisi Babilistan ilə Midiya arasında bölüşdürüldü.  

2.Qədim yunan diplomatiyası. 

Tarixi  inkişaf  boyunca  Qədim  Yunanıstan  bir-birini  əvəz  edən  bir  sıra 

ictimai sistemlərdən keçmişdir. Yunanıstan tarixinin antik dövründə e.ə. XII əsrdən 

başlayaraq  quldarlıq  dövləti  təşəkkül  tapır.  Klassik  dövr  Yunanıstanı  üçün  siyasi 

təşkilin şəhər dövlət, yəni polislər adlanan tipi xarakterik idi. Bu müstəqil qruplar 

arasında  beynəlxalq  əlaqələrin  müxtəlif  formaları  meydana  gəlmişdi.  Qədim 

Yunanıstanda  icmalar  və  şəhər  dövlətlər  arasındakı  münaqişələri  nizama  salmaq 

üçün xüsusi müvəkkillər, yaxud səfirlər göndərirdilər. Səfirlər Xalq məclisində 50 

yaşından  yuxarı  olan  vətəndaşlar  arasından  seçilirdilər.  “Ağsaqqal”  termini 

buradan  yaranmışdır.  Adətən,  səfirlər  böyük  hörmətə  malik  olan  varlı,  təmkinli, 

ağıllı  vətəndaşlar,  habelə  natiqlər  içərisindən  seçilirdilər.  Çox  hallarda  səfir 

tapşırıqları  şəhərlərin  ali  rütbəli  şəxslərinə  verilirdi.  Bəzi  diplomatik  tapşırıqları 

xüsusi  adamlar,  yaxud  əvvəllər  seçkili  vəzifədə  işləmiş  və  nüfuzunu  qoruyub 

saxlaya  bilmiş  şəxslər  yerinə  yetirirdilər.  Səfirlik  üzvlərinin  sayı  şəraitdən  asılı 

olaraq  müəyyən  edilirdi.  Səfirliyin  bütün  üzvləri  bərabər  hüquqa  malik  idilər. 

Səfirliyi  yola  salarkən  onlara  zəmanət  məktubu  verilirdi.  Səfirliyin  qarşısında 

qoyulmuş məqsəd haqqında səfirə təqdim olunmuş təlimatda göstərilirdi. Təlimat 

səfirlik üçün rəhbərlik rolunu oynayırdı, lakin tələb olunduğu hallarda onlar sərbəst 

fəaliyyət  göstərmək  hüququna  malik  idilər.  Öz  ölkələrinə  qayıdan  səfirlər 

fəaliyyətlərinin  nəticələri  barədə  Xalq  yığıncağında  məruzə  edirdilər.  Fəaliyyət-

lərindən  razı  qaldıqda  onlara  hədiyyələr  verilirdi.  Yunanıstan  diplomatiyası  və 

beynəlxalq  hüququ  dərin  tarixi  koklərə  malikdir.  Beynəlxalq  əlaqələrin  ilkin 

rüşeymləri dövlətlərarasi sazişlər formasında özünü göstərirdi. Antik dövlətlərdə, o 

cümlədən  Yunanıstanda  səfirlərin  başlıca  vəzifəsi  digər  dövlətlərlə  ittifaq  bağla-

maq  və  müqavilələr  imzalamaqdan  ibarət  idi.  Müqavilənin  pozulması  zəminində 

meydana  çıxan  mübahisələr  və  toqquşmalar  baxılmaq  üçün  münsiflər 

komissiyasına  verilirdi.  Komissiya  günahkarları  cərimə  edirdi.  Diplomatik 

münasibətlər pozulduqda və müharibə elan olunduqda müqavilənin mətni yazılmış 

daş  lövhə  sındırılır  və  beləliklə,  müqavilə  ləğv  olunurdu.  Periklin  dövründən 

başlayaraq  Yunanıstanda  hakimlik  uğrunda  Afina  ilə  Sparta  arasında  gərgin 

münaqişə başlayır. Onlar arasında davam edən müharibə (e.ə. 431-404) Spartanın 

qələbəsi  ilə  başa  çatır.  Hegemonluğa  can  atan  hər  iki  tərəf  gücdən  daha  çox 

diplomatik yollarla öz təsirlərini gücləndirməyə çalışırdılar. 

Yunanıstanda güclənən mərkəzçilik tendensiyalarının təşəbbüsçüsü Make-

doniya  dövləti  idi.  II  Filippin  hakimiyyəti  illərində  bir-birinin  ardınca  yunan 

şə

hərlərini  özünə  tabe  edən  Makedoniya  Egey  dənizi  hövzəsinin  ən  güclü 

dövlətlərindən  birinə  çevrilir.  Yunan  dövlətlərinin  Makedoniyaya  tabe  edilməsi 

hərbi və diplomatik yolla həyata keçirilirdi. Makedoniyanın mərkəzçilik meyllərinə 

qarşı Afinada formalaşmış qrupa Demosfen başçılıq edirdi. Lakin eyni zamanda o, 

Yunanıstanın  birləşdirilməsinə  tərəfdar  idi.  Lakin  o  hesab  edirdi  ki,  bu  məsələ 

Makedoniyanın  iştirakı  olmadan,  azad  ellin  dövlətlərinin  ittifaqının  yaradılması 

yolu  ilə  baş  verməlidir.  Lakin  polislərdə  dərin  daxili  böhran,  yunan  dövlətləri 

arasındakı  ziddiyyətlər  birləşmə  ideyasının  həyata  keçməsinə  imkan  vermədi. 

Afinada  genişlənən  diplomatik  müharibədə  II  Filipin  özü  də  iştirak  edirdi.  Onun 

Afina  xalqına  müraciət  etdiyi  məktublardan  bunu  söyləməy  olar.  II  Filipin 

diplomatik  məharəti  Makedoniya  ilə  Afina  arasında  müharibənin  qarşısını  ala 

bilmədi. E.ə. 338-ci ildə baş vermiş Xeroneya döyüşü Yunanların məğlubiyyəti ilə 

nəticələndi.  Yunan  şəhər  dövlətləri  Makedoniya  hakimiyyətini  qəbul  etdilər. 

Şə

hərlərin  muxtariyyat  və  azadlığının  saxlanması  bağlanmış  ittifaqların  əsasını 

təşkil edirdi.  

3.Makedoniyalı  sgəndərin xarici siyasəti və diplomatiyası. 

 E.ə.338-ci  ildə  Makedoniya  hökmdarı  II  Filip  bütün  Yunanıstanı  özünə 

tabe  etmişdi  və  e.ə.  336-cı  ildə  Əhəmənilərə  qarşı  Şərq  yürüşünə  hazırlaşırdı. 

Lakin  II  Filipin  ölümü  ilə  bağlı  Şərq  yürüşünü  sgəndər  həyata  keçirməli  oldu. 

sgəndər zəngin Anadolu vilayətlərini ələ keçirmək  və yunan aləminin iqtisadiy-

yatını  yaxşılaşdırmaq  məqsədini  qarşıya  qoymuşdu.  E.ə.  334-cü  ilin  yazında 

sgəndərin  makedoniyalı  və  yunanlardan  ibarət  35  minlik  ordusu  Şərqə  doğru 

hərəkətə  başladı.  Əhəməni  şahı  III  Dara  40  minlik  ordu  ilə  Qranik  çayı  yaxınlı-

ğ

ında  sgəndərin qabağını kəsdi.  sgəndər və makedoniyalılar hücuma keçdilər və 

bu  ilk  toqquşmanı  zəfərlə  başa  çatdırdılar.  Anadolunun  Egey  dənizi  sahili  boyu 

yunan şəhərləri qismən könüllü, qismən silah gücünə  sgəndərə tabe oldular. E.ə. 

333-cü  ildə  Anadolunun  xeyli  hissəsi  sgəndərin  hakimiyyəti  altına  keçdi.  Əhə-

məni  şahı  xeyli  qüvvə  toplayaraq  Suriyaya  tərəf  irəlilədi  və  burada  ss  şəhəri 

yaxınlığında Makedoniya ordusu ilə üz-üzə gəldi. Bu döyüş də  sgəndərin qələbəsi 

ilə  başa  çatdı.  ss  qələbəsi  ilə  yunan  şəhərlərinin  Əhəməni  əsarətindən  azad 

edilməsi vəzifəsi yerinə yetirildi.  sgəndərin diplomatiyası artıq Əhəməni dövlətini 

ə

lə  keçirtmək  və  dünya  ağalığını  təmin  etmək  istəyirdi.  Ona  görə  də  sgəndər 

Daranın  sülh  təklifini  qəbul  etmədi.  ss  döyüşündən  sonra  sgəndər  Misirə  yola 

düşdü. Finikiya şəhərləri müqavimət göstərmədən  sgəndərə təslim oldular. Misir 

sgəndərə  müqavimət  göstərməyərək  tabe  oldu.  sgəndər  Misirdə  yeni  şəhərin-

sgəndəriyyənin  əsasını  qoydu.  Sonralar  bu  şəhər  Şərqi  Aralıq  dənizi  ölkələrinin 

iqtisadi, siyasi və mədəni mərkəzinə çevrildi. 

E.ə.331-ci  ildə  sgəndər  kiçayarasına  doğru  hərəkət  etdi.  III  Dara  Qav-

qamela düzənliyində (Mosul yaxınlığında) böyük bir qüvvə ilə  sgəndəri qarşıladı. 

Tərəflər  arasında  qanlı  döyüşlər  başladı.  sgəndərin  sərkərdəlik  qabiliyyəti  bu 

döyüşdə  tam  aşkar  oldu.  Bu  döyüş  də  sgəndərin  qələbəsi  ilə  başa  çatdı.  Qavqa-

mela döyüşü Əhəməni dövlətinin süqutunu başa çatdırdı. 

E.ə. 329-cu ildə  sgəndər Orta Asiyaya tərəf yönəldi. Orta Asiyada  sgən-

dər  yerli  tayfaların  müqavimətinə  rast  gəldi.  E.ə.  327-ci  ildə  Baktriya  və  Soqda 

sgəndərə  tabe  oldu.  sgəndər  Orta  Asiyada  bir  sıra  şəhərlər  saldırdı,  orada  hərbi 

dəstələr  yerləşdirdi.  Onların  sayı  Baktriyada  xüsusilə  çox  idi.  Məhz  buna  görə 

sonralar  burada  Yunan-Baktriya  dövləti  yaradılmışdı.  E.ə.  327-ci  ildə  sgəndər 

Hindistana  daxil  oldu.  Qərbi  Hindistan  sgəndərə  tabe  edildi.  O,  yürüşü  davam 

etdirmək istəyirdi, lakin müharibələrdən yorulmuş ordu geriyə qayıtmaq arzusunda 

idi.  sgəndər geri qayıtmalı oldu. E.ə.326-cı ildə  sgəndərin Şərq yürüşü sona yetdi. 

sgəndər dünyanı işğal etmək iddiasından dönməmişdi. O, Xəzər dənizi sahillərini 

araşdırmaq  üçün  ekspedsiya  göndərmişdi.  Ərəbistanı  işğal  etmək  məqsədilə  təd-

birlər  görülürdü.  O,  ticarət  yollarında  yunan-makedoniyalı  və  yerli  əhalinin  qarı-

ş

ığından  ibarət  şəhərlər  və  qalalar  saldırırdı.  Yerli  əhali  ilə  Yunan-Makedoniya 

döyüşçülərinin  yaxınlaşması  üçün  xüsusi  tədbirlər  həyata  keçirirdi,  onların  yerli 

qızlarla evlənməsinə və həmişəlik Şərqdə məskunlaşmasına şərait yaradırdı.  sgən-

dər  yunan  mədəniyyətinin  Şərqə  yol  açmasına  şərait  yaradırdı,  yunan  alimlərini, 

mədəniyyət xadimlərini, bacarıqlı ustalarını Şərq ölkələrinə aparırdı. Bu ölkələrdə 

yunan, yəni ellin mədəniyyətini yaymaq məqsədini güdürdü. Lakin onun hakimiy-

yəti  uzun  olmadı.  E.ə.  323  cü  ildə    vəfat  etdi.  Onun  ölümündən  sonra  yaratdığı 

böyük imperiya parçalandı. 

4.Respublika dövründə Roma diplomatiyası. 

 Antik  Romanın  diplomatik  orqanlarının  təşkili  və  strukturu  onun  siyasi 

quruluşunun  xüsusiyyətlərini  əks  etdirir.Əgər  klasik  dövrdə  Yunanıstanın  xarici 

siyasətində  Xalq  yığıncağı  əhəmiyyətli  rol  oynayırdısa,  Romada  qədim  dövrdə 

xarici siyasətin əsası Senat idi. Qədim dövrdə Roma tarixində səfirlik göndərmək 

hüququ  yalnız  hökmdara  məxsus  idi.  Respublika  dövründə  isə  bu  hüquq  senata 

keçir.  Romada  xalq  yığıncağının  hüquqları  Yunanıstana  nisbətən  məhdud  idi. 

Xarici siyasət, səfirlərin qəbulu və göndərilməsi məsələləri Senata aid idi. Romada 

səfir  vəzifəsi  çox  mühüm  hesab  edilir  və  səfirin  təyin  edilməsinə  xüsusi  diqqət 

yetirilirdi.  Bu  səbəblə  də  Romada  diplomatik  heyətin  şəxsi  tərkibinin  təyin 

edilməsi  çox  mürəkkəb  iş  idi.  Məsələ  senatda  müzakirə  edilir  və  hər  dəfə  bu 

səbəbdən  xüsusi  senat  qətnaməsi  qəbul  edilirdi.  Roma  səfirlikləri  heç  vaxt  bir 

şə

xsdən  ibarət  olmurdu.  Bu  respublika  dövrü  Roma  hüququna  zidd  olardı. 

Nümayəndəliklər  iki,  üç,  dörd,  beş  və  hətta  on  nəfərdən  ibarət  ola  bilərdi.  Lakin 

onların orta tərkibi üç nəfərdən ibarət idi. Bütün səfirliklər səfirlik başçısına malik 

idilər. Bu vəzifə senatorlara məxsus idi. Vəzifələri bitdikdən sonra səfirlər senata 

öz  fəaliyyətləri  barədə  hesabat  verirdilər.  Xarici  nümayəndəliklər  isə  öz  gəliş 

məqsədlərini Roma magistratına (Romada ali dövlət vəzifəsi) bildirir, magistrat isə 

senata  məlumat  verirdi.  Nümayəndələrə  senatın  qərarı  iclasda,  yaxud  magistrat 

vasitəsi  ilə  çatdırılırdı.  Mürəkkəb  məsələlər  meydana  çıxdıqda  xüsusi  komissiya 

yaradılır və komissiya hər bir məsələni ayrılıqda müzakirə və həll edirdi. 

E.ə.  V-IV  əsrlərdə  fəal  xarici  siyasət  Romanın  Apennin  yarımadası 

üzərində ağalığını təmin etmişdi. Tutulan torpaqların çoxu Romanın icma torpaq-

larına qatılaraq patrisilərin  sərəncamına  verilmişdi.  Roma  işğalçılarının  əsas qüv-

vəsi ordu idi. Roma ordusunda əsasən plebeylər xidmət edirdilər. Roma ordusunun 

qələbələri  eyni  zamanda  plebeylərin  siyasi  nüfuzunu  möhkəmləndirdi.  Buna  görə 

də  onların  patrisilərə  qarşı  mübarizəsi  müvəffəqiyyətlə  qurtarırdı.  Patrisilər  daha 

tez-tez güzəştə getməyə məcbur olurdular. 

taliyanın işğal edilməsi Romanı Aralıq dənizinin qüdrətli dövlətinə çevir-

mişdi. Roma beynəlxalq münasibətlərə qoşularaq, bir çox dövlətlərlə yaxın iqtisadi 

və    siyasi  əlaqələr  yaratmışdı.  Məsələn,  Karfagen  şəhəri  ilə  iqtisadi  əlaqələr  hələ 

e.ə. IV əsrdən başlamışdı. Karfagenlilər Siciliya, Sardiniya və Korsikanı tutduqdan 

sonra  Karfagen  tacirləri  tez-tez  Romaya  gəlirdilər.  Onların  gəmiləri  Romanın 

başqa  ölkələrlə  ticarətində  də  iştirak  edirdilər.  Karfagenlilər  Aralıq  dənizinin 

qərbində hakim olduqdan sonra onun şərq hissəsini də öz nüfuzları altına almağa 

çalışırdılar. Romalılar da  taliyanı işğal edərək cənubda Siciliyaya  yaxınlaşmışdı-

lar. Lakin sonrakı işğal planları romalıları tədricən Karfagen ilə toqquşdurmuş və 

tezliklə Pun müharibələri (e.ə.264-e.ə.146) adı ilə məlum olan üç böyük müharibə-

yə gətirib çıxarmışdı. 

I  Pun  müharibəsi  Romanı  Aralıq  dənizinin  qərbində  ən  qüvvətli  dövlətə 

çevirdi. Bu müharibə dövründə romalılar Şərq ilə o qədər də maraqlana bilməmiş-

dilər.  Şərqdə  ellinist  dövlətlərin  arasında  gedən  çəkişmələr,  xüsusilə  Yunanıstan-

dakı ittifaqların ara müharibələri Romanın sonrakı işğalları üçün çox əlverişli şərait 

yaratmışdı.  Şərq  ölkələrini  işğal  etdikdən  sonra  romalılar  hələlik  qərbdə  olduğu 

kimi, bu yerlərdə əyalətlər təşkil etməmişdilər. Hətta onlar yerli dövlət quruluşları-

nı da dəyişməmişdilər. Romalılar incə diplomatiya işlətməklə, bu dövlətlər arasın-

da özlərinə inam yaradır, onları Roma dövlətinin siyasətinə tabe edirdilər. 

Romanın  apardığı    müharibələrdən  Roma  diplomatiyasının  fəaliyyəti  bö-

yük olmuşdur. Bu zaman Roma  diplomatiyası öz xarici siyasətini pərdələmək və 

ona  bəraət  qazandırmaq  üçün  azadlıq,  insanpərvərlik,  ədalət  kimi  məfhumlardan 

geniş  istifadə  edirdi.  Diplomatik  əməliyyatlarda  daxildə  düşmən  qüvvələr  təşkil 

etmək, şəhər və dövlətləri vuruşdurmaq və zəif salmaq “parçala və hökmranlıq et” 

üsulları  geniş  tətbiq  edilirdi.  Romanın  diplomatiyası  onun  hegemonluq  uğrunda 

mübarizəsinə xidmət edirdi. Yunanıstan və Karfagenin fəthi ilə Roma işğallarının 

birinci,  ən mürəkkəb mərhələsi sona çatır. E.ə. II əsrin ortalarından etibarən Roma 

böyük Aralıq dənizi dövlətinə çevrilir. Aralıq dənizi hövzəsində qələbələrini başa 

çatdıran Roma e.ə. II əsrin ikinci yarısı-I əsrlərdə Şərqdə Kiçik Asiya və Suriyada 

xarici siyasətini fəallaşdırır. Karfagen və ellin dövlətləri ilə müharibələr gedişində 

Roma imperiyası formalaşırdı. 

5.Respublika dövründə Roma diplomatiyası. 

10 

Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə