Beynəlxalq nəqliyyat daşımalarının xüsusiyyətləri



Yüklə 21,42 Kb.
tarix22.10.2022
ölçüsü21,42 Kb.
#65794
beynəlxalq nəqliyyat


Beynəlxalq nəqliyyat daşımalarının xüsusiyyətləri
Beynəlxalq daşımalara ən azı bir dövlət sərhəddini keçməklə həyata keçirilən daşımalar aiddir.
Nəqletmə prosesinin mahiyyəti məhsulların və şəxslərin yer nöqteyi-nəzərindən öz yerlərini dəyişməsindən, hər hansı bir məkandan başqa bir məkana doğru istiqamətlənməsindən ibarətdir. Məhz mallar (yüklər) və ya şəxslərin (sərnişinlərin) yerdəyişmələri daşınma proseslərinin əsas məqsədini təşkil edir. Daşınma prosesləri, adətən, müəyyən bir ölkənin ərazisində aparılır. Beləliklə, daşınma prosesləri iki və ya daha çox ölkə ərazisində də həyata keçirilə bilər. Bu baxımdan daşınmaların 2 növü ayırd edilir:

  1. Daxili daşımalar,

  2. Beynəlxalq daşımalar.

İstənilən hər hansı bir ölkə daxilində həyata keçirilən daşımalar daxili daşımalar adlanır. Belə daşınmalar hər hansı bir ölkənin ərazi hüdudlarında başlayır və həmin ölkənin ərazisində də başa çatır. Yəni, daxili daşımalar yalnız müəyyən bir ölkə ərazisi ilə məhdudlaşır. Nəqliyyatın inkişafının ilk dövrlərində daxili daşımalar yeganə daşıma növü sayılırdı. Ancaq nəqliyyatın inkişafının növbəti dövrlərində daşımaların başqa növü – beynəlxalq daşımalar meydana gəlmişdir. Bunların yaranmasına isə xarici iqtisadi ticarət, elmi-texniki və mədəni əməkdaşlıqların genişləndirilməsi, beynəlxalq təsərrüfat münasibətlərinin ciddiləşməsi təkan vermişdir. Beynəlxalq nəqliyyat daşınmaları dedikdə, beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş şərtlərə müvafiq olaraq, bəzi dövlətlərdə baş tutan daşınmalar başa düşülür. Beynəlxalq nəqliyyat daşınmalarının növləri: nəqliyyatın növünə görə beynəlxalq daşımaların təsnifi aşağıdakı kimidir:
beynəlxalq avtomobil daşınmaları,
beynəlxalq dəniz daşınmaları,
beynəlxalq dəmir yolu daşınmaları,
beynəlxalq hava daşınmaları,
beynəlxalq su (çay) daşımaları.
Məsələn, bunlara uyğun olaraq qazın və neftin beynəlxalq boru kəmərilə nəql edilməsini də aid etmək mümkündür. Nəticədə, «magistral boru kəməri» məfhumu boru kəməri sektorunda mövcud olan münasibətlər AR-nın müvafiq qanunvericiliyi ilə nizama salınır.
Beynəlxalq dəniz daşınmaları ilə beynəlxalq su (çay) daşınmalarına ümumilikdə su yolu ilə beynəlxalq daşınmalar, beynəlxalq avtomobil daşınmaları ilə beynəlxalq dəmir yolu daşınmalarına quru yol ilə beynəlxalq daşınmalar, beynəlxalq hava daşınmalarına isə beynəlxalq aviasiya daşınmaları da deyilir.
Daşınma (nəqliyyat) proseslərində iştirak edən nəqliyyat vasitələrinə görə beynəlxalq daşımaların beynəlxalq sadə və mürəkkəb daşımalar kimi iki növ fərqləndirilir. Beynəlxalq sadə daşınmalar dedikdə, təkcə bir nəqliyyat növü ilə reallaşdırılan beynəlxalq daşınmalar anlaşılır. Məsələn, hava gəmisindən istifadə edilməklə iki ölkə arasında hava daşınması həyata kecirilir. Digər bir misalda, dəmiryolu kimi nəqliyyat növündən istifadə edilməklə beynəlxalq daşınma reallaşdırılır. Göstərilənlər beynəlxalq sadə daşınmalara misaldır.
Beynəlxalq mürəkkəb daşınmalar dedikdə nəqliyyatın ayrı-ayrı növlərindən istifadə edilməklə reallaşdırılan beynəlxalq daşınmalar anlaşılır. Misal olaraq, iki ölkə arasında avtomobil nəqliyyatı və dəniz gəmilərindən, və ya dəmir yolları və dəniz gəmilərindən istifadə edilməklə daşınma reallaşdırılmasını qeyd etmək olar. Bu növ daşınmalar kombinə olunmuş və ya qarışıq daşınmalar, ya da intermodal daşınmalar adlandırılır.

Nəqliyyat əməliyyatının predmeti və ya daşınmanın obyektinə əsasən beynəlxalq daşınmalar üç növə ayrılır:


Beynəlxalq yük daşınmaları,
Beynəlxalq sərnişin daşınmaları,
Beynəlxalq baqaj daşınmaları.
Beynəlxalq yük daşınmaların obyektini yükdən ibarətdir. Bir çox dövlətlər arasında mümkün olan daşımanın obyekti sərnişin olarsa, bu cür daşınmalar beynəlxalq sərnişin daşınmaları adlanır.
Beynəlxalq daşınmanın obyekti kimi baqaj çıxış edərsə, bu cür daşınmalar beynəlxalq baqaj daşınmaları adlanır.
Daşınma (nəqliyyat) sənədinin formasına əsasən beynəlxalq daşınmaların üç növü səciyyəvidir:
-qaimə ilə rəsmiləşən beynəlxalq daşınmalar;
-konosamentlə rəsmiləşən beynəlxalq daşınmalar;
-çarterlə rəsmiləşən beynəlxalq daşınmalar.
Beynəlxalq yük və sərnişin daşımalarının təşkili Normativ hüquqi sənədlərlə tənzimlənir. Bu sənədlər müxtəlif dövlət və qeyri – hökumət təşkilatrları və onların müvafiq orqanları tərəfindən işlənib hazırlanır.

Avtomobil yollarında nəqliyyat vasitələrinin (NV) hərəkətinin təşkili, təhlükəsizliyi və qaydaları;

  • BAD –nın yerinə yetirilmə şəraiti;

  • BAD həyata keçirən NV-nin sürücülərinə qoyulan tələblər və onların işinin təşkili;

  • Daşıma prosesində iştirak edən tərəflərin hüquqları, vəzifə və öhdəlikləri;

  • BAD zamanı sərhəd və gömrük nəzarəti qaydaları;

  • BAD və orada iştirak edən nəqliyyat vasitələrinin vergi öhdəlikləri.

BAD – nın təşkilində maneələrin aradan qaldırılmasınin AİK-nın ilə təkcə milli dövlət təşkilatları deyil, həm də beynəlxalq təşkilatlar məşğul olur. Onlarda öz növbəsində hökumət və qeyri – hökumət təşkilatlarına bölünürlər.
Hökumət təşkilatlarına BMT AİK daxili nəqliyyat üzrə Komitəsi (BMT AİK DNK) və AİB-nin nəqliyyat üzrə komissiyası aiddir.
Qeyri – hökumət beynəlxalq nəqliyyat təşkilatlarına Beynəlxalq avtomobil nəqliyyatı ittifaqı (İRU), Beynəlxalq ekspeditor assosiasiyaları federasiyası (FİATA) və həmçinin milli assosiasiyalar və ittifaqlar aiddir. Azərbaycan Respublikasında qeyri- hökumət təşkilatlarına ABADA aiddir.
Beynəlxalq sərnişin daşımalarına ən az bir dövlət sərhəddini keçməklə həyata keçirilən daşımalar aiddir.
Beynəlxalq sərnişin daşılmalarının aşağıdakı növləri vardır: ikitərəfli sərnişin daşımaları, üçüncü ölkələr arasında sərnişin daşımaları, kabotaj daşımaları.
İkitərəfli daşımalar – daşımaların başlandığı və ya qurtardığı ölkədə qeydə alınan nəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq sərnişin daşımalara deyilir.
Üçüncü ölkələr arasında daşımalar dedikdə nəqliyyat vasitəsinin hərəkət marşrutunun başlanğıc məntəqəsi bir ölkənin, son məntəqəsi isə digər ölkənin ərazisində olan və üçüncü ölkədə qeydə alınan avtomobil nəqliyyatı ilə yerinə yetirilən sərnişin daşımaları başa düşülür.
Kabotaj daşımalar dedikdə nəqliyyat vasitəsinin hərəkət marşrutunun başlanğıc və son məntəqəsi eyni bir ölkənin ərazisində qeydə alınan başqa ölkədə qeydə alınan avtomobil nəqliyyatı vasitəsilə yerinə yetirilən sərnişin daşımaları nəzərdə tutulur.
Beynəlxalq avtomobil sərnişin daşımaları müntəzəm və ya qeyri – müntəzəm rabitələrdə yerinə yetirilir. Bundan başq daşımalar ölkələrə nəzərən tranzit ola bilər.
Yüklə 21,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin