Beynəlxalq Oftalmologiya Şurası beynəlxalq kliNİk töVSİYYƏLƏR



Yüklə 376.5 Kb.
PDF просмотр
səhifə1/5
tarix23.12.2016
ölçüsü376.5 Kb.
  1   2   3   4   5

 

 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

Beynəlxalq Oftalmologiya Şurası 

 

 

 

 

BEYNƏLXALQ KLİNİK TÖVSİYYƏLƏR 

 

 

 

 

 

 

 

 

 

Aprel  2010 

 

BOŞ-un Beynəlxalq Klinik Tövsiyyələri 

 

 



Bu  sənəd  Beynəlxalq  Oftalmologiya  Şurası  tərəfindən  qəbul  edilmiş  19  beynəlxalq 

klinik tövsiyyədən ibarətdir. 

 

Tövsiyyələr xəstəliklərin diaqnostikası və müalicəsi zamanı oftalmoloqların istinad edə 



biləcəkləri  mənbə  olub, 

oftalmoloji  cəmiyyətlər  tərəfindən  tərcumə  edilərək  uyğunlaşdırılması 

məqsədi ilə hazırlanmışdır. Əsas məqsəd oftalmoloji təhsilin artırılması və xəstələrə göstərilən 

oftalmoloji xidmətin səviyyəsinin yuksəldilməsidir. 

 

Tövsiyyələr aşağıdakılardan ibarətdir: 

 

 



Yaşla əlaqədar Makulyar Degenerasiya (İlkin və sonrakı müayinələr) 

 

Yaşla əlaqədar Makulyar Degenerasiya (Müalicəyə dair tövsiyyələr) 



 

Ambliopiya (İlkin və sonrakı müayinələr) 

 

Bakterial keratitlər (İlkin qiymətləndirmə) 



 

Bakterial keratitlər (Müalicəyə dair tövsiyyələr) 

 

Blefaritlər (İlkin və sonrakı müayinələr) 



 

Katarakta (İlkin müayinə) 

 

Konyunktivitlər (İlkin müayinə) 



 

Diabetik retinopatiya (İlkin və sonrakı müayinələr) 

 

Diabetik retinopatiya (Müalicəyə dair tövsiyyələr) 



 

Quru göz sindromu (İlkin müayinə) 

 

Ezotropiya-Daxili çəpgözlük (İlkin və sonrakı müayinələr) 



 

Cüzam zamanı görmə üzvünün xəstəlikləri(İlkin və sonrakı müayinələr) 

 

Şüşəvari cismin arxa qopması, tor qişanin cırıqları və «Lattis» degenerasiyası (İlkin və 



sonrakı müayinələr) 

 

Birincili açıq bucaqlı qlaukoma (İlkin müayinə) 



 

Birincili açıq bucaqlı qlaukoma (Sonrakı müayinələr) 

 

Birincili açıq bucaqlı qlaukomaya şübhə (İlkin və sonrakı müayinələr) 



 

Birincili qapalı bucaqlı qlaukoma (İlkin müayinə və müalicə) 

 

Traxoma 


 

Ön söz. 

 

 



Beynəlxalq  Klinik  Tövsiyyələr  Oftalmoloji  Təşkilatların  Beynəlxalq  Federasiyasının 

tələbi ilə Beynəlxalq Oftalmologiya Şurasi tərəfindən hazırlanıb. 

 

Tövsiyyələrin  əsas  məqsədi  oftalmoloqlara  dəstək  və  oftalmoloji  təhsilin  artırılması, 



həmçinin  xəstələrə  yüksək  keyfiyyətli  xidmətin  göstərilməsini  təmin  etməkdən  ibarətdir. 

Onlar  hazirlanarkən  Amerika  Oftalmologiya  Akademiyası  tərəfindən  tərtib  edilmiş  İstinad 

Olunan Praktik Nümunələrə əsaslanmışdır. 

 

Bu  cür  tövsiyyələrin  ümumi  standart  şəklində  təqdim  edilməsi  bəzi  çətinliklərlə 



müşahidə  edilir.  Beləki,    müxtəlif  coğrafi  şərait,  avadanlıq  potensialı,  xəstələrin  müxtəlifliyi 

və s. ümumi standartların hazırlanmasında çətinlik törədir. 

 

Tövsiyyələr müayinələr zamanı istifadə olunan avadanlıqların, dərman vasitələrinin və 



cərrahi müdaxilələrin istifadəsi üçün xüsusi göstərişlər toplusudur. 

 

Beləliklə,  əsas  gözlənilən  məqamlar  əldə  olunub  və  əgər  şərait  imkan  verirsə, 



diaqnozun qoyulması, müalicə və sonrakı müayinələr həyata keçirilə bilər. Hətta uyğun şərait 

olmasa belə yüksək səviyyəli xidmət göstərmək mümkündür. 



 

Qeyd  etmək  lazımdır  ki,  tövsiyyələrin  kor-koranə  yerinə  yetirilməsi  müvəffəgiyyətli 

nəticənin  əldə  olunmasına  təminat  vermir.  Burada  xəstələrin  fərdi  xüsusiyyətləri,  mövcud 

şərait,  həmçinin  həkimin  fərdi  bacarığı  nəzərə  alınmalı  və  vəziyyətdən  asılı  olaraq  müxtəlif 

dəyişikliklərin həyata keçirilməsinin mümkünlüyü nəzərdən qaçırılmamalıdır. 

 

Qeyd olunan tövsiyyələr tibbi təcrübəyə və ən son elmi məlumatlara əsaslanaraq tərtib 



olunmuşdur.  BOŞ  istifadə  olunan  məlumatları  mütəmadi  olaraq  (təqribən  hər  iki,  üç  ildən 

bir) təzələmək üçün öhdəlik götürmüşdür.  

 

Yaşla Əlaqədar Makulyar Degenerasiya (YƏMD) 

(İlkin və sonrakı müayinələr) 

 

(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil. 



Dəlilin qüvvəsi

: I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə 

razılaşma ) 

 

İlkin subyektiv müayinə  

 

Simptomlar (metamorfopsiya, gormənin zəifləməsi ) (A:II) 



 

Dərman və qida qəbulu (B:III) 

 

Okulyar anamnez (B:II) 



 

Sistem anamnez (hər hansı hiperhəssaslıq reaksiyası) (B:II) 

 

Ailə anamnezi, xüsusilə ailədə YƏMD əziyyət çəkənlərin mövcudluğu (B:II) 



 

Sosial anamnez, xüsusi ilə siqaret çəkmə (B:II) 

 

İlkin obyektiv müayinə 

 

 

Görmə itiliyi (A:III) 



 

Makulanın stereobiomikroskopik müayinəsi (A:I) 

 

Yardımçı müayinələr 

 

YƏMD zamanı göz dibinin flüoressein angioqrafiyası aşağıdakı klinik hallarda həyata 

keçirilməldir: (A:I) 

 

 



Xəstə yeni metamorfopsiyalardan şikayət etdikdə 

 

Xəstədə izah edilə bilməyən bulanıq görmə olduqda 



 

Klinik müayinələr tor qişanın və ya retinal piqment hüceyrələrin qabardığını, 

subretinal hemorragiyanı, sərt eksudatları və ya subretinal fibroz toxumanı 

aşkarladıqda 

 

Xoriovitreal neovaskulyarizasiyanı (XVN) aşkar etmək, onun ölçülərini, tipini, 



yerləşməsini müəyyənləşdirmək, həmçinin xoriodal neovaskulyarizasiya ilə (XNV) 

zədələmiş nahiyyəni dəqiqləşdirdikdə 

 

Müalicəyə tövsiyyə (laser fotokoaqulyasiya, cərrahiyyə və ya vertoporfin fotodinamik 



terapiya) 

 

Müalicədən sonra XNV-nin davamlığını və ya yenidən əmələ gəlməsini 



müəyyənləşdirmək lazım olduqda 

 

Görmənin itirilməsinin səbəbini klinik müayinələrlə izah etmək mümkün olmadıqda, 



onun təyin olunmasına yardım zamanı 

 


Baş verə biləcək ağırlaşmaların qarşısını almaq məqsədilə hər bir angioqrafik müayinə 

keçirilən yer təcili vəziyyətlərdə tələb olunan vasitələrlə təchiz olunmalıdır. (A:III) 

 

Sonrakı müayinələr 

 

 

Görmənin zəifləməsi və metamorfopsiya daxil olmaqla, visual simptomlar (A:II) 



 

Dərman və qida qəbulunda dəyişikliklərin həyata keçirilməsi (B:III) 

 

İnterval anamnez ( B:III) 



 

İnterval sistem anamnez ( B:III) 

 

Sosial vəziyyətdə dəyişikliyin həyata keçirilməsi, xüsusilə siqaretin istifadəsini 



tərgitməli (B:II) 

 

Sonrakı fiziki müayinələr 

 

 

Görmə itiliyi (A:III) 



 

Göz dibinin stereo biomikroskopik müayinəsi (A:III) 

 

Termal lazer cərrahiyyəsi, fotodinamik terapiya (FDT) və ya İntravitreal inyeksiyaya 

məruz qalmış xəstələrə əməliyyat və əməliyyatdan sonrakı  qulluq 

  

 

Xəstələrlə mümkün risk, fayda və ağırlaşmalar barədə söhbət edərək razılıq əldə 



edilməlidir (A:III) 

 

Termal laser cərrahiyyəsi və FDT flüoressein angiografiyasından sonrakı bir həftə 



müddətində həyata keçirilməlidir (A:I) 

 

XVN-nin ilkin termal lazer cərrahiyyəsindən sonra obliterasiya olunduğunu sübut 



etmək üçün xəstə 2-4 həftəyə qədərki müddətdə müayinə olunaraq, flüoressein 

angiografiyası yerinə yetirilməlidir (A:I) 

 

Termal lazer cərrahiyyəsindən 4-6 həftə sonra  xəstəni müayinə edərək, klinik əlamətlər 



ə

sasında  flüoressein angiografiyası həyata keçirilməlidir ( A:I)  

 

Verteporfin FDT-dən sonra 2 ilə qədər ən azı 3 aydan bir flüoressein angiografiyası 



həyata keçirilməklə xəstə müayinə edilməlidir (A:I) 

 

 Intravitreal inyeksiyadan sonra xəstə 4-8 həftə sonra müayinə olunmalıdır (cədvələ 



bax) (A:III) 

 

Xəstələrin maarifləndirilməsi 



 

 

Xəstə okulyar və funksional vəziyyətinə uyğun olaraq müalicəsinin proqnozu və 



potensial əhəmiyyəti barədə məlumatlandırmalıdır (A:III) 

 

Başlanğıc YƏMD olan xəstələrdə intermedial YƏMD-ni vaxtında aşkarlamaq üçün 



mütəmadi həyata keçirilən genəldilmiş bəbəklə müayinənın əhəmiyyəti çatdırılmalıdır 

(A:III) 


 

Intermedial YƏMD olan xəstələri XVN-nin təyin olunmasının yeni metodları barədə 

məlumatlandırılmalı və onun vaxtında təyin olunmasının oftalmoloq üçün nə qədər 

vacib olması çatdırılmalıdır (A:III) 

 

Bir gözü zədələyən xəstəliklərdən əziyyət çəkən xəstələri sağlam gözun mütəmadi 



müayinəsinin vacibliyi barədə məlumatlandırmalı və sağlam gözdə yeni və ya nəzərə 

çarpacaq vizual dəyişikliklər müşahidə edildikdə dərhal həkimə müraciət etməsinin 

vacibliyi çatdırılmalıdır (A:III) 


 

Müalicəsinə göstəriş olan və XVN-dən əziyyət çəkən xəstələrə aşağıdakılar məsləhət 

görülməlidir: (A:III) 

Müalicə ağır dərəcəli görmənın itirilməsini azaldacaq, ancaq onun qarşısını ala 

bılməyəcək; skotomanın mərkəzi görmənin funksiyasına nə dərəcədə təsir etdiyini 

xəstəyə izah edərək, termal lazer cərrahiyyəsinin daimi skotoma yaratması barədə 

xəstəni məlumatlandırmalı; 

Vertoporfin FDT və pegatianib xloridlə müalicə orta ağır, həmçinin ağır dərəcəli 

görmənın itirilməsinin qarşısını alacaq, ancaq əksər xəstələr 2 ildən artıqdır ki, 

görmələrini itiriblər və görmənin belə halda bərpa olunması nadir hallarda təsadüf 

olunur; termal lazer cərrahiyyəsindən sonra davamlı,və ya qayıdan XNV-nin yüksək 

riski mövcuddur və bu risk birinci il daha yüksəkdir; mütəmadi həyata keçirilən 

flüoressein angioqrafiyası belə xəstələrin müşahidəsi üçün çox vacibdir; 

 

Görmə qabiliyyəti zəif olan şəxslər tibbi reabilitasiyaya və əlillik müavinəti almağa 



göndərilməlidir (A:III) 

 

Yaşla Əlaqədar Makulyar Degenerasiya (YƏMD) 



(Müalicəyə dair tövsiyyələr) 

 

(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil. 



Dəlilin qüvvəsi:

 I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə 

razılaşma ) 

 

 



Tövsiyyə olunan müalicə 

Müalicə üçün uyğun 

diaqnoz 

Növbəti tövsiyyələr 

Heç bir tibbi və ya cərrahi 

müalicə olmadan müşahidə 

(A:I) 


YƏMD klinik əlamətləri 

yoxdur 


(YƏGXTN kateqoriyası 1) 

 

Başlanğıc YƏMD (YƏGXT 



kateqoriyası 2) 

 

İnkişaf etmiş YƏMD 



ikitərəfli subfoveal coğrafi 

atrofiya və diskşəkilli 

çapıqlaşma 

Üstünlük verilən Praktik 

Nümunələrdəki- tövsiyyələrə 

uyğun Yaşlı şəxslərin 

gözlərinin müayinəsi(A:III) 

 

6-24 ay müddətində təkrar 



müayinə, və ya XVN ehtimalı 

olduqda təcili müayinə (A:III) 

 

Simptomlar müşahidə 



olunmayınca göz dibinin 

fotografik və ya angiografik 

müayinəsinə eytiyac 

yoxdur(A:I) 

YƏGXT-nin tövsiyyələrinə 

ə

sasən antioksidant vitamin 



və minerallarla təminat (A:I) 

İntermedial YƏMD 

(YƏGXTN kateqoriya 3) 

İfrat inkişaf etmiş YƏMD bir 

gözdə (YƏGXTN kateqoriya 

4) 


Yaxından görmənin 

monookulyar monitorinqi 

(oxuma/Amsler qəfəsi) (A:III) 

 

6-24 ay müddətində təkrar 



müayinə, və ya XVN ehtimalı 

olduqda təcili müayinə (A:III) 

 


Münasibdirsə göz dibinin 

fotografik müayinəsi  

 

Ödemə və ya XVN 



simptomlarına dəlil olduqda 

flüoressein angioqrafiyası  

MFT * məruzəsində tövsiyyə 

olunduğu qaydada termal 

laser fotokoaqulayasiya 

cərrahiyyəsi (A:I) 

Ekstrafoveal klassik XNV, 

yeni və ya təkrarlanan 

yukstafoveal klassik XNV 

 

Ə



gər zədələnmiş nahiyyənin 

ölçüləri 2 MFT* disk 

sahəsindən kiçik nahiyyəni 

ə

hatə edirsə, görmə 0,2 və 



daha azdırsa, xüsusi ilə FDT 

ə

ks göstəriş və ya qeyri 



mümkün olduqda yeni və 

ya qayıdan subfoveal XNV 

kimi nəzərə alınsın 

 

Yukstafoveal XVN kimi 



nəzərə alına bilər  

Müalicədən təqribən 2-4 həftə 

sonra təkrar flüoressein 

angioqrafiyası, ondan sonra 

4-6 həftə və daha sonra klinik 

və angiografik müayinənin 

nəticələrindən asılı olaraq 

(A:III) 


 

Göstəriş olduqda təkrar 

müalicə  

 

Yaxından görmənin 



monookulyar monitorinqi 

(oxuma/Amsler qəfəsi) (A:III) 

 

YFM və FTV məruzələrinin 



tövsiyyələrinə əsasən FDT 

Verteporfin ilə (A:I) 

Klassik komponenti 

zədələnmiş nahiyyənin 50%-

dən çox hissəsini və 

zədələnmiş nahiyyənin tam 

ölçüsünün ən böyük xətti 

diametri ≤5400 mikron olan 

yeni və ya təkrarlanan 

subfoveal XNV 

 

Görmə 0,4-dən az olduqda 



və ya XNV 4 MFT* disk 

sahəsindən az , görmə isə 

0,4-dən çox olduqda gizli 

XNV FDT üçün göstəriş ola 

bilər  

Müayinələr vəziyyət 



stabilləşənə qədər təqribən 3 

aydan bir təkrarlanmalı, 

göstəriş olduqda təkrar 

müalicə həyata keçirməli 

(A:III) 

 

Flüoressein angiografiyası və 



ya digər təsvir müayinələri 

göstərişdir 

 

Yaxından görmənin 



monookulyar monitorinqi 

(oxuma/Amsler qəfəsi) (A:III) 

 

Pegabtanib xlorid haqqında 



ə

dəbiyyatın tövsiyyələrinə 

uyğun onun intravitreal 

inyeksiyası (A:I) 

Predominant klassik 

zədələnmiş nahiyyələr ≤12 

MFT* disk sahəsi ölçüsündə 

olan yeni və ya təkrarlanan 

subfoveal XNV olduqda 

 

Minimal klassik, və ya gizli 



heç bir klassik zədə 

nahiyyəsi olmayan və 

ölçüsü ≤ 12 MFT* disk 

sahəsi olan, zədənin ≤50% 

Xəstələr gözdə ağrı və ya 

diskomfort hissinin artması, 

gözun qızarmasının davamlı 

artması, görmənin bulanması 

və zəifləməsi, işığa həssaslığın 

artması, və ya göz önündə 

üzən cisimciklərin çoxalması 

ilə müşahədə olunan 

endoftalmit üçün xarakterik 

bütün simptomlar hiss 

edildikdə yubanmadan 


ölçüsünü əhatə edən XNV 

ilə əlaqəli subretinal 

hemorragiya, və/və ya lipid 

ə

lavələri, və/və ya ilkin 12 



həftə müddətində 10 və 

daha çox sıra görməsini 

itirmiş xəstələr 

 

 



həkimə müraciət etməsi 

barədə 


məlumatlandırılmalıdırlar 

(A:III) 


 

Göstəriş olduqda əsasən 

təkrar müayinə və müalicə 6 

həftədən sonra (A:III) 

 

Yaxından görmənin 



monookulyar monitorinqi 

(oxuma/Amsler qəfəsi) (A:III)  

 

 

Nəşr edilmiş məruzələrə 



ə

sasən Bevacizumab 

(avastin) 0,5 mg intravitreal 

inyeksiyası (A:I) 

Subfoveal XNV 

Xəstələr gözdə ağrı və ya 

diskomfort hissinin artması, 

gözun qızarmasının davamlı 

artması, görmənin bulanması 

və zəifləməsi, işığa həssaslığın 

artması, və ya göz önündə 

üzən cisimciklərin çoxalması 

ilə müşahədə olunan 

endoftalmit üçün xarakterik 

bütün simptomlar hiss 

edildikdə yubanmadan 

həkimə müraciət etməsi 

barədə 


məlumatlandırılmalıdırlar 

(A:III) 


 

Göstəriş olduqda əsasən 

təkrar müayinə və müalicə 4 

həftədən sonra (A:III) 

 

Yaxından görmənin 



monookulyar monitorinqi 

(oxuma/Amsler qəfəsi)  

(A:III) 

 

 



Nəşr edilmiş məruzələrə 

ə

sasən Bevacizumab 



(avastin) intravitreal 

inyeksiyası (A:III) 

 

Oftalmoloq xəstə ilə 



razılaşma əsasında münəsib 

müalicəni təmin etməli 

Subfoveal XNV 

Xəstələr gözdə ağrı və ya 

diskomfort hissinin artması, 

gözun qızarmasının davamlı 

artması, görmənin bulanması 

və zəifləməsi, işığa həssaslığın 

artması, və ya göz önündə 

üzən cisimciklərin çoxalması 

ilə müşahədə olunan 


(A:III) 

endoftalmit üçün xarakterik 

bütün simptomlar hiss 

edildikdə yubanmadan 

həkimə müraciət etməsi 

barədə 


məlumatlandırılmalıdırlar 

(A:III) 


 

Göstəriş olduqda əsasən 

təkrar müayinə və müalicə 4-8 

həftədən sonra (A:III) 

 

Yaxından görmənin 



monookulyar monitorinqi 

(oxuma/Amsler qəfəsi)  

(A:III) 

 

 



Qeyd: Əgər termal lazer fotokoaqulyasiya cərrahiyyəsi, verteporfin FDT, və ya intravitreal 

inyeksiyalar ilə müalicə olunmuş xəstələr görmənin azalması, və ya növbəti müraciətdən 

ə

vvəl meydana gələn dəyişikliklərədən şikayət edirlərsə, flüoressein angioqrafiyası daxil 



olmaqla təkrar müayinə məsləhətdir. 

 

YƏMD – yaşla əlaqədar makulyar degenerasiya; YƏGXTN- Yaşla Əlaqədar Göz 



Xəstəliklərinin Tədqiqinin Nəticələri; XNV- xoriodal neovaskulyarizasiya; MFT- Makulyar 

fotokoaqulyasiyanın tədqiqi; YFM-YƏMD-nin FDT (fotodinamik terapiya) ilə müalicəsi; 

FTV-fotodinamik terapiyada verteporfin. 

 

*Qeyd: 1 MFT disk sahəsi= 2,54 mm



2

 

  



Ambliopiya (İlkin və sonrakı müayinələr) 

 

(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil. 



Dəlilin qüvvəsi:

 I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə 

razılaşma ) 

 

İlkin subyektiv müayinə (əsas şərtlər) 

 

 

Oculyar simptom və əlamətlər (A:III) 



 

Oculyar anamnez (A:III) 

 

Prenatal, perinatal və postnatal  anamnez (A:III) 



 

Göz və sistem xəstəliklər daxil olmaqla ailə anamnezi (A:III) 



 

 

İlkin obyektiv müayinə (əsas şərtlər) 

 

 



Görmə itiliyi (A:III) 

 

Fiksasiyanın qiymətləndirilməsi (A:III) 



 

Bəbəyin reaksiyası (A:III) 

 

Goz almasının vəziyyəti və hərəkətliliyi (A:III) 



 

Göz qapaqlarının, kirpiklərin, göz yaşı aparatının, orbitanın və sifətin müayinəsi 

(A:III) 

 

Göz dibinin müayinəsi (A:III) 



 

Sikloplegiyadan sonra refraksiyanın təyini (A:III) 



 

Müalicəyə göstərişlər 

 

 



10 yaşa qədər uyğun müalicəni təmin etməli (A:III) 

 

Xəstənin vizual, fiziki, sosial və psixoloji ehtiyaclarını, həmçinin xəstə üçün potensial 



riski və faydanı nəzərə almaqla müalicəni təyin etməli (A:III) 

 

Müalicədə əsas məqsəd fiksasiyanın əldə olunması və ya görmə itiliyinin 



normallaşması olmalı (A:III)  

 

Maksimal görmə itiliyi əldə olunduqda müalicənı saxlamalı (A:III) 



 

Sonrakı müayinələr 

 

 

Növbəti müraciətlər zamanı aşağıdakılar nəzərə alınmalıdır: 



o

  okkluziyalarin miqdarı və/və ya eynəkdən istifadə (A:III) 

o

  əlavə effektlər (dəri qaşınması, gözün qızarması, psixoloji diskomfort) (A:III) 



o

  hər bir gözun görmə itiliyi, və ya  fiksasiyasının vəziyyəti (A:III) 

o

  ortoforiyanın vəziyyəti (A:III) 



o

  göstərişə uyğun sikloplegiyadan sora refraksiyanı təkrar təyin etməli (ən azı 

ildə bir dəfə, lazım olduqda 4-6 aylıq intervalla) (A:III)  

 

Aktiv müalicə dövründə müayinələrarası intervallar (A:III) 

 

 



Yaş 

Yüksək dərəcəli okkluziya 

(oyaq vaxtın≥70%-i) 

Zəif dərəcəli okkluziya 

(oyaq vaxtın ≤70%),  

və ya penalizasiya 

Cari müalicə, və ya 

müşahidə 

0-1 


Bir neçə gündən 4 

həftəyədək 

2-8 həftə 

1-4 ay 


1-2 

2-8 həftə 

2-4 ay 

2-4 ay 


2-3 

3-12 həftə 

2-4 ay 

2-4 ay 


3-4 

4-16 həftə 

2-6 ay 

2-6 ay 


4-5 

4-16 həftə 

2-6 ay 

2-6 ay 


5-7 

6-16 həftə 

2-6 ay 

2-6 ay 


7-9 

8-16 həftə 

3-6 ay 

3-6 ay 


9-dan 

yuxarı 


8-16 həftə 

3-6 ay 


3-6 ay 

 

Xəstələrin maarifləndirilməsi 

 

 

Diaqnozu, xəstəliyin ağırlıq dərəcəsini, proqnozunu və xəstənin müalicə planını 



valideynləri və/və ya himayəsi altında olduğu şəxslər ilə müzakirə etməli (A:III) 

 

Zahiri, psixoloji, sosial və iqtisadi faktorlar nəzərə alınmaqla, xəstə, onun valideynləri, 

ailə üzvləri, və ya himayəsi altında olduğu şəxslər ilə yaxın münasibət qurmalı, 

həmçinin onların xəstəliyi, müalicənin mahiyyəti və məqsədini, onun faydasını və verə 

biləcək ağırlaşmlarını anladıqlarına əmin olmalı (A:III) 

 

Valideynlər/himayəsi altında olduğu şəxslər ilə potensial psixoloji əlavə effektləri 



müzakirə etməli (A:III)  

 

Xəstəyə, valideynlərə/ himayəsi altında olan şəxslərə uzunmüddətli müşahidə və 



müayinələrin vacibliyini izah etməli (A:III)  

 

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə