Biblioqrafiya Bakı 2015



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix07.06.2017
ölçüsü0,74 Mb.
  1   2   3   4   5   6   7

 

 

 

 

 

 

Úàìàë Ìÿùÿððÿì îüëó  

ßùìÿäîâ 

Biblioqrafiya 

 

 

 

 

 

 

 

Bakı - 2015 

Camal Məhərrəm oğlu Əhmədov

 

 



2

UOT 016:821.512.162 

KBT Я19:Ш5  Ш5(2=Аз) 7-44 

 

Tərtibçilər:                  Mədinə Vəliyeva 



                                    Sevgiyə Əsədova 

İxtisas redaktoru və  



   

buraxılışa məsul:        Kərim Tahirov, 



professor,                      

Əməkdar mədəniyyət işçisi 

 

Redaktoru:                 Gülbəniz Səfərəliyeva,        



Əməkdar mədəniyyət işçisi 

 

Camal Məhərrəm oğlu  Əhmədov: biblioqrafiya 

/tərt. ed. M.Vəliyeva, S.Əsədova; ixt. red. və burax. 

məsul K.Tahirov; red. G.Səfərəliyeva; Azərbaycan Milli 

Kitabxanası.- Bakı,  2015.- 160 s.  



 

Azərbaycan Milli Kitabxanası  tərəfindən tərtib edilmiş 

pedaqoji elmlər doktoru, professor Camal Məhərrəm oğlu Əhmə-

dovun həyat və fəaliyyətindən bəhs edən biblioqrafik göstəri-

cidə görkəmli pedaqoqun həyat və fəaliyyətinin əsas tarixlə-

ri,  əsərləri və haqqında dərc edilmiş  məqalələr öz əksini 

tapmışdır. 

Biblioqrafik göstərici geniş oxucu kütləsi – tələbələr, 

tədqiqatçı alimlər və kitabxanaçı-biblioqraflar üçün nəzərdə 

tutulmuşdur. 



 

ISBN 978 9952 504 03 3 

 

© Azərbaycan Milli Kitabxanası, 2015 

 Biblioqrafiya

 

 



3

 

 

Tərtibçidən 

 

M.F.Axundov adına Milli Kitabxananın tərtib 



etdiyi “Camal Məhərrəm oğlu Əhmədov” adlı bib-

lioqrafiya Azərbaycan  ədəbiyyatının tədrisi sahə-

sində görkəmli mütəxəssis, pedaqoji elmləri dok-

toru, professor Camal Əhmədov haqqında ilk 

biblioqrafik vəsaitdir. 

Oxuculara təqdim edilən bu göstəricidə alimin 

əsərləri: kitabları, elmi-pedaqoji məqalələri, re-

daktə etdiyi və rəy verdiyi əsərlər, həyat və yara-

dıcılığı haqqında dövri mətbuatda və  məcmuələr-

də Azərbaycan və rus dillərində  çap olunan mate-

riallar toplanmışdır. 

Göstəricidə  ədəbiyyat xronoloji qaydada, 

daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır. 

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq 

məqsədilə sonda köməkçi göstəricilər tərtib edil-

mişdir. 


Vəsaitdə Camal Əhmədovun həyat və yaradı-

cılığının  əsas tarixləri, onun görkəmli yazıçı  və 

şairlər haqqında fikirləri və haqqında mətbuat 

Camal Məhərrəm oğlu Əhmədov

 

 



4

səhifələrində  dərc edilən məqalələr də öz əksini 

tapmışdır.   

Biblioqrafik göstərici geniş oxucu kütləsi – 

tələbələr, tədqiqatçı alimlər və kitabxanaçı-bib-

lioqraflar üçün nəzərdə tutulmuşdur. 

Göstərici haqqında rəy və təkliflərini bildirən 

mütəxəssis və oxuculara əvvəlcədən minnətdarlı-

ğımızı bildirərək, təklif və iradlarını, rəylərini 

Milli Kitabxanaya göndərmələrini xahiş edirik.  



 

Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 29; 

E-mail: contact@anl.az; URL: www.anl.az 

 

 Biblioqrafiya

 

 



5

 

 

Şəxsiyyətin və elmi xidmətin  

bütövlüyü 

 

(Ön söz əvəzi) 

 

Azərbaycan elmi ictimaiyyəti pedaqoji elmlər 

doktoru, professor Camal Əhmədovu XX əsrdə öl-

kə  ədəbiyyatının tədrisi metodikası istiqamətinin 

əsas yaradıcılarından biri kimi qəbul etmişdir. Be-

lə ki, məktəb və pedaqoji fikir tarixinin öyrənil-

məsi ilə  məşğul olan elm adamları, həm də ana 

dili və ədəbiyyatının tədrisi məsələlərinin öyrənil-

məsinə diqqət yetirsələr də, uzun zaman ərzində 

konkret olaraq bu sahə üzrə mütəxəssislər barmaq 

ilə göstəriləcək qədər az olmuşdur. Məlum olduğu 

kimi, Azərbaycanda ədəbiyyatın tədrisi metodika-

sı üzrə müstəqil pedaqoji-filoloji tədqiqatların 

aparılmasına keçən  əsrin birinci yarısında tanın-

mış pedaqoq-metodist Əliyar Qarabağlı tərəfindən 

başlanmışdır. Lakin Camal müəllim ölkəmizdə 

ədəbiyyatın tədrisi metodikasından doktorluq dis-

sertasiyası müdafiə edən ilk alim-pedaqoq olmuş-



Camal Məhərrəm oğlu Əhmədov

 

 



6

dur. Pedaqoji elmlər doktoru, professor Camal 

Əhmədov (1928-1999) həyatının yarım əsrdən ço-

xunu ümumiyyətlə ədəbiyyatın, xüsusən də Azər-

baycan  ədəbiyyatının tədrisi metodikasının elmi-

pedaqoji əsaslarının hazırlanması və təcrübi baza-

sının formalaşdırılması kimi şərəfli bir işə  həsr 

etmişdir. O, ədəbiyyatın tədrisi metodikasını həm 

ümumi nəzəri prinsiplərinin müəyyən edilməsi, 

həm də praktik olaraq metodiki biliklərin və 

vərdişlərin sisteminin yaradılması sahəsində  əhə-

miyyətli pedaqoji təlim yaratmaq vəzifəsini mü-

vəffəqiyyətlə həyata keçirmişdir. Professor Camal 

Əhmədov çoxillik araşdırmalarında xüsusən Azər-

baycan məktəblərində milli ədəbiyyatın tədrisi 

metodikasının tədqiqinə üstünlük vermiş, ümumi 

sovet ədəbiyyatı çərçivəsində olsa da, xalqın bədii 

təfəkkürünün təzahürləri kimi meydana çıxmış 

əsərlərin ölkənin yeni nəslinə  mənimsədilməsinin 

üsulları  və vasitələrinin diqqət mərkəzinə  çəkil-

məsinə ardıcıl olaraq səy göstərmişdir.  

O zamankı ideoloji-pedaqoji mühitin özünə-

məxsus çətinliklərinə baxmayaraq, Camal Əhmə-

dov məsələnin siyasi tərəfinə toxunmadan ustad 

bir pedaqoq alim kimi Azərbaycan  ədəbiyyatının 


 Biblioqrafiya

 

 



7

xalqın tarixi, həyat yolu və mübarizəsi ilə əlaqəli 

şəkildə  tədrisinə  əhəmiyyət verilməsini zəruri 

şərtlərin sırasına çıxarmışdır. Məsələnin bu cəhəti 

pedaqoji elmi ictimaiyyətin də diqqətini çəkmiş və 

zamanında çox da qabardılmadan təqdir olunmuş-

dur. Məsələn, pedaqoji elmlər doktoru, professor 

Əjdər Ağayev vaxtilə Camal Əhmədovun ali mək-

təblər üçün qəbul edilmiş  “Ədəbiyyatın tədrisi 

metodikası” dərsliyindən bəhs edərkən yazmışdı 

ki, “dərsliyin “Metodik ənənələr və müasir mək-

təb” fəsli xüsusilə qeyd edilməlidir. Firidun bəy 

Köçərlinin “o millət ki, öz tarixini, dolanışacağını, 

Vətənini və dilini sevir – bu qism əsərləri kəmali-

şövq və diqqətlə cəm edib, ziqiymət və tərbiyəsini 

onları öyrənməklə başlayır” – kəlamını əsas götü-

rən müəllif məhz bu yanaşmanın elmi-metodiki 

aşkarlanmasını verir... Dərslikdə diqqəti cəlb edən 

məsələlərdən biri də ... milli ədəbiyyatın tədrisi 

zəruriliyinin həyati bir tələb kimi meydan çıxma-

sının açıqlanmasıdır”.  

Camal  Əhmədovun “Orta məktəbdə  Cəfər 

Cabbarlının həyatı  və yaradıcılığının öyrədilməsi 

üsulları” adlı namizədlik dissertasiyasında (1954) 

böyük dramaturqun zəngin irsinin yeni nəsillərə 

Camal Məhərrəm oğlu Əhmədov

 

 



8

mənimsədilməsinin yolları ilə birlikdə əhəmiyyəti 

də elmi-pedaqoji cəhətdən əsaslandırılmışdır. 

Ümumiyyətlə, pedaqoji elmlər doktoru, pro-

fessor Camal Əhmədov Azərbaycanda  ədəbiyya-

tın tədrisinin metodikası ilə yanaşı, milli ədəbiy-

yatın tarixini də elmi şəkildə  hərtərəfli surətdə 

öyrənib araşdırmış, bu sahədə mövcud olan milli 

pedaqoji ənənəni, təkamül proseslərini tədqiq edə-

rək ümumiləşdirmişdir. Onun 1970-ci ildə “Azər-

baycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin so-

nu, XX əsrin əvvəlləri)” mövzusunda müdafiə et-

diyi doktorluq dissertasiyası həmin problemə həsr 

edilmiş birinci tədqiqat işi kimi mühüm əhəmiyyət 

kəsb etmişdir. Camal Əhmədov Azərbaycanda ədə-

biyyatın tədrisi metodikası üzrə ilk elmlər doktoru 

olaraq ölkədə bu sahədə yüksəkixtisaslı kadrların 

hazırlanması yollarında  şərəflə  və  məsuliyyətlə 

xidmət göstərmişdir. Uzun bir dövr ərzində  ədə-

biyyatın tədrisi metodikası sahəsində dissertasiya 

müdafiə edən, kitablar və  məqalələr çap etdirən 

müəlliflərin elmi rəhbəri, rəsmi opponenti, redak-

toru və  rəyçisi kimi professor Camal Əhmədov 

yeni nəslin formalaşmasında böyük bir missiyanı 

ürək genişliyi ilə  və  şərəflə yerinə yetirmişdir. 


 Biblioqrafiya

 

 



9

Müxtəlif illərdə orta və ali məktəblər üçün çap 

etdirdiyi dərslikləri, metodik vəsaitləri və  məqa-

lələri ilə o, ədəbiyyat dərsləri vasitəsilə  vətən-

pərvər nəsillərin tərbiyə edilməsinin  əsaslarını 

yaratmağa müvəffəq olmuşdur. Onun Moskvada 

nəşr edilən nüfuzlu “Pedaqogika” elmi jurnalında 

çap edilmiş pedaqoji əlaqələrə  həsr edilmiş  mə-

qaləsi elmi-pedaqoji mühitdə əks-səda doğurmuş-

dur. Bakı Dövlət Universitetindəki çoxillik və 

nümunəvi pedaqoji fəaliyyəti də Camal müəllimin 

elmi xidmətlərini tamamlamışdır. O, ədəbiyyatı 

necə tədris etməyin yollarını elmi-metodiki cəhət-

dən göstrəməklə kifayətlənməmiş, əsl müəllim ol-

mağın da örnəyini nümayiş etdirmişdir. Bütün 

bunlara görədir ki, pedaqoji elmlər doktoru, pro-

fessor Camal Əhmədov ölkəmizdə  ədəbiyyatın 

tədrisi metodikası  məktəbini yaratmış pedaqoq 

alim nüfuzu qazanmışdır. 

Professor Camal Əhmədovun elmi-pedaqoji 

fəaliyyətində uşaq ədəbiyyatı ilə əlaqədar məsələ-

lərin öyrənilməsi də xüsusi bir istiqamətdir. O, 

ölkəmizdə  uşaq  ədəbiyyatı problemlərini ardıcıl 

və sistemli şəkildə araşdırıb ümumiləşdirən tanın-

mış tədqiqatçılardan biri olmuşdur. XX əsr Azər-

Camal Məhərrəm oğlu Əhmədov

 

 



10

baycan uşaq ədəbiyyatının ən mühüm ideya-sənət-

karlıq xüsusiyyətləri, xüsusən də uşaq ədəbiyyatı-

nın tərbiyəvi mahiyyəti ilə  əlaqədar mahiyyəti 

məsələlər Camal Əhmədovun  əsərlərində özünün 

aydın və əsaslı elmi həllini tapmışdır. 1986-cı ildə 

nəşr etdirdiyi “Uşaq və zaman” kitabı Azərbay-

canda uşaqlar üçün yazılmış ədəbiyyata həsr edil-

miş  əhəmiyyətli tədqiqatları özündə  cəmləşdirir. 

Bu kitabda sadəcə olaraq zamanın uşaq ədəbiyyatı 

deyil, bütün zamanların uşaqları üçün zəruri və 

əhəmiyyətli ola bilən bədii ədəbiyyat nümunələri-

nin obyektiv elmi dəyərini müəyyən etmişdir. 

Eyni zamanda, XX əsrdə uşaq ədəbiyyatının inki-

şafına xidmət etmiş görkəmli şair və yazıçılarımız 

haqqında qiymətli elmi söz demək vəzifəsini də 

professor Camal Əhmədov məsuliyyətlə yerinə 

yetirmişdir. O, Azərbaycan uşaq ədəbiyyatının in-

kişafı yollarında xidmət etmiş  sənətkarların hər 

birinin əsərlərinin obyektiv elmi qiymətini vermə-

yə xüsusi diqqət yetirmiş, yazıçı və şairlərin fərqli 

özünəməxsusluqlarını elmi şəkildə aydınlaşdır-

mışdır. Uşaq ədəbiyyatına həsr edilmiş əsərlərində 

professor Camal Əhmədov həm də kamil bir ədə-

biyyatşünaslıq səriştəsi təqdim edə bilmişdir. 

Uşaq  ədəbiyyatının məktəb dərslərindəki yeri və 



 Biblioqrafiya

 

 



11

əhəmiyyətli məsələlərini aydınlaşdırarkən o, peda-

qoji meyarlarla filoloji yanaşmaları vahid məcrada 

cəmləşdirməyi bacarmışdır. 

Bir mühüm faktı da xatırlamağı  əhəmiyyətli 

hesab edirəm. Pedaqoji elmlər doktoru, professor 

Camal  Əhmədovun yazıçı Mikayıl Rzaquluzadə 

ilə birlikdə hazırladığı dördüncü siniflər üçün 

“Ana dili” dərsliyindən XX əsrin altmış-yetmişin-

ci illərində orta məktəblərdə ardıcıl olaraq istifadə 

edilmişdir. Bundan başqa altıncı sinif üçün “Ədə-

biyyat” dərsliyinin də  əsas müəlliflərindən biri 

professor Camal Əhmədov idi. 

Görkəmli alim-pedaqoq Camal Əhmədov bü-

töv şəxsiyyəti, əsl xalq müəllimlərinə xas olan də-

rin mənəvi keyfiyyətləri ilə müasirlərinin və yetir-

mələrinin yaddaşında dərin izlər salmışdır. Sözün 

böyük mənasında o, yüksək maarifçi ziyalılıqla 

pedaqoji elmin, maarifpərvər ideyaların vəhdətini 

özündə əks etdirən gerçək bir insan və alim ömrü 

yaşamışdır. Camal müəllimin qiymətli elmi-peda-

qoji irsi zamanında olduğu kimi, bizim günlər 

üçün də ibrətamiz və əhəmiyyətlidir.  

İsa Həbibbəyli, 

akademik

  

 

Camal Məhərrəm oğlu Əhmədov

 

 



12

 

 

Camal Əhmədovun həyat və 

yaradıcılığının əsas tarixləri 

 

Camal Məhərrəm oğlu Əhmədov 1928-ci il 

yanvar ayının 1-də Qazax rayonunun Aşağı Əski-

para kəndində anadan olmuşdur. 

 

1935  

- Qazax rayonunun Aşağı Əskipara 

kəndində orta  məktəbə getmişdir. 



 

1945  

-  Şamxor rayonu Nizami  adına 

Morul kənd məktəbini bitirmişdir; 

- Azərbaycan Dövlət Universiteti-

nin filologiya fakültəsinə daxil ol-

muşdur. 


 

1950  

- Azərbaycan Dövlət Universiteti-

nin filologiya fakültəsini müvəffə-

qiyyətlə bitirmişdir; 

- Bakının təhsil ocaqlarında  əmək 

fəaliyyətinə başlamışdır. 



 Biblioqrafiya

 

 



13

1952 

-  Əmək fəaliyyətini Azərbaycan 

Elmi-Tədqiqat Pedaqogika İnstitu-

tunda (indiki Təhsil Problemləri 

İnstitutu) davam etdirmişdir; 

- Azərbaycan Elmi-Tədqiqat Peda-

qogika  İnstitutunda  ədəbiyyatın 

tədrisi metodikası ixtisası üzrə 

aspiranturaya daxil olmuşdur.  

 

1954  

- “Orta məktəbdə Cəfər Cabbarlının 

həyat və yaradıcılığının öyrənilməsi 

üsulları”  mövzusunda dissertasiya 

müdafiə edərək pedaqoji elmlər 

namizədi alimlik dərəcəsi almışdır. 

Bu Azərbaycanda  ədəbiyyatın təd-

risi metodikası sahəsində müdafiə 

olunmuş ilk elmi əsər hesab olunur. 

 

1954-1965  

- Azərbaycan Elmi-Tədqiqat Peda-

qogika  İnstitutunda  ədəbiyyatın 

tədrisi metodikası üzrə baş elmi işçi 

işləmişdir. 



 

1961  

- “Yazı  təliminin bəzi məsələləri” 

adlı kitabı çapdan çıxmışdır



Camal Məhərrəm oğlu Əhmədov

 

 

14



1965  

- “Dördüncü sinifin ana dili dərsli-

yinə metodik göstəriş” adlı  əsəri 

işıq üzü görmüşdür. 



 

1967  

- “Ədəbiyyat dərslərində  bədii təh-

lil” adlı kitabı çapdan çıxmışdır

.

 



 

1968-1999 

- Elmi-pedaqoji fəaliyyətini Bakı 

Dövlət Universitetində “Azərbay-

can  ədəbiyyatı tarixi” kafedrasında 

davam etdirmişdir. 

 

1970  

- “Azərbaycan ədəbiyyatının tədrisi 

tarixi (XIX əsrin sonu XX əsrin əv-

vəlləri)” mövzusunda dissertasiya 

müdafiə edərək pedaqoji elmlər 

doktoru alimlik dərəcəsi almışdır. 



 

1971  

 -  Bakı Dövlət Universitetinin pro-

fessoru elmi rütbəsini almışdır; 

- “Azərbaycan ədəbiyyatının tədrisi 

tarixindən” adlı kitabı çapdan çıx-

mışdır




 Biblioqrafiya

 

 



15

1983  

-

 

“Ədəbiyyat tədrisində bədii təhlil”



 

adlı metodiki vəsaiti çapdan çıx-

mışdır



1984  



- “Pedaqogikadan seminar və labo-

rator məşğələləri” metodiki göstə-

rişləri kitab şəklində çap olunmuş-

dur.


 

 

1992  

- “Ədəbiyyatın tədrisi metodikası” 

adlı kitabı çapdan çıxmışdır

 



1998  

 - Anadan olmasının 70 illiyi və 

elmi-pedaqoji fəaliyyətinin 50 illiyi 

qeyd edilmişdir. 

 

1999  

- Noyabr ayının 5-də Bakı şəhərin-

də vəfat etmişdir. 

 

2000  

 - Akademik Bəkir Nəbiyevlə birlik-

də yazdığı  “Ədəbiyyat” kitabı  işıq 

üzü görmüşdür. 



 

Camal Məhərrəm oğlu Əhmədov

 

 



16

 

 

Camal Əhmədov görkəmli yazıçı və 

şairlər haqqında 

 

Füzulinin lirik şeirləri həssas ürəklərin nəğ-

mələridirsə, onun zəngin məzmunlu poemaları 

əsas mənbəyi həyat olan coşqun ilhamının təbii 

çeşmələridir.  Şairin həm kiçik şeirləri, həm də 

bütün poemaları gözqamaşdırıcı  və heyranedici 

bir  əzəmətlə doludur. Onun ən kiçik şeirləri də 

poema qədər vüsətə malikdir. Odur ki, ehtiraslı 

nəğməkarın  əsərləri bu qədər parlaq, bu qədər 

alovlu, bu qədər  əzəmətlidir. Həmin  əsərlərin 

məzmunu və ideyası isə yaz səhərlərinin fəcrində-

ki boyalar qədər cazibədar və rəngarəngdir. 

 

*** 



M.F.Axundov Azərbaycan dramaturgiyasının 

banisi, gözəl  şair, nasir və filosof kimi şöhrət 

qazandı. Axundovun altı ölməz komediyası vardır. 

Bu komediyalarda köhnə dünyanın bütün eyibləri 

ifşa edilmişdir. Böyük yazıçı Axundovun əsərlə-

rində elm və maarifə yiyələnmək, xalqlar dostlu-



 Biblioqrafiya

 

 



17

ğu, qadın azadlığı ideyaları mühüm yer tutur. O, 

Hacı Nuru, Şahbaz bəy, Sona kimi qabaqcıl, açıq 

fikirli obrazlar yaratmışdır. 



 

*** 

Dahi Azərbaycan şairi M.Ə.Sabirin şeirlərin-

də köhnə Bakı  və oradakı  həyat tərzi də mühüm 

yer tutur. Əlbəttə, bu çox təbiidir. M.Ə.Sabir inqi-

labi mübarizələr meydana gəldiyi bir zamanda, 

fəhlə hərəkatının qızğın bir dövründə yaşayıb ya-

ratmışdır. Təbiidir ki, realist bir sənətkar olan 

Sabir bu hadisələrə laqeyd münasibət bəsləyə bil-

məzdi. O, Bakı həyatına, Bakı fəhlələrinin istək və 

arzularına yaxın bir sənətkar idi. O, Bakı fəhlələri-

nin ağır həyatını  dərindən hiss edən, onların 

inqilabi mübarizələrinə  tərəfdar çıxan, bununla 

sevinən bir sənətkar olmuşdur. 

 

*** 



Azərbaycan musiqisinin görkəmli yaradıcısı 

olan Üzeyir Hacıbəyovun zəngin irsi ədəbiyyat və 

mədəniyyət tariximizin qızıl fonduna daxil olmuş-

dur. Dünyanı gəzən və hər xalqa onun öz dilində 

mənəvi zövq verən “Arşın mal alan”, dillər əzbəri 

Camal Məhərrəm oğlu Əhmədov

 

 



18

olmuş “Məşədi  İbad” yarım  əsrə yaxındır ki, 

səhnəmizin repertuarından düşmür, tamaşaçıları-

mızın hissini oxşuyur.  

 

*** 


XIX əsrin ictimai fikir tarixində A.Bakıxano-

vun xidmətləri böyük olmuşdur. A.Bakıxanov bir 

sənətkar kimi öz xalqının həyat və mübarizəsi ilə 

bağlı olmuş, onun istək və arzuları ilə yaşamışdır. 

A.Bakıxanova qədər yetişən Azərbaycan alimləri-

nin çoxu köhnə ilahiyyat kitablarına  şərh və dini 

məsələlərə aid əsərlər yazırdılar. Bakıxanov isə 

sələflərindən tamamilə ayrılaraq, müasir elmin tə-

ləbləri səviyyəsində duran görkəmli alim kimi 

elmimizi qabağa aparıb onu inkişaf etdirdi. O, 

ədəbiyyat tariximizdə realist ədəbiyyatın yaradıcı-

larından biri kimi görkəmli yer tutur. 

 

*** 



Xalq içərisində görkəmli ictimai xadim, yazı-

çı, həkim kimi xüsusi şöhrət qazanmış  Nəriman 



Nərimanov,  həm də müəllim-metodist olmuşdur. 

N.Nərimanovun müəllimlik fəaliyyəti başqa meto-

distlərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir-


 Biblioqrafiya

 

 



19

di. Onu belə bir doğru metodik mülahizə  məşğul 

edirdi ki, məktəbdə təlim materialının məzmun və 

mahiyyəti dəqiq müəyyənləşdirilməlidir. O, qarşı-

ya çıxan hər faktın, tarixi və ictimai hadisənin 

məktəbdə oyrənilməsinin qəti  əleyhinə idi. Bu, 

onun klassiklərə münasibətində  də öz ifadəsini 

yaxşı tapmışdır. O, deyirdi ki, hər yazıçını, ya da 

bədii parçanı öyrətmək olmaz. Şagirdin öyrəndəyi 

yazıçı  və ya sənət  əsəri ona yüksək ideya, nəcib 

əxlaq və  bədii zövq aşılamalıdır,  əqidə  tərbiyə 

etməlidir. 

 

*** 


Biz onun haqqında düşünərkən, yaradıcılığına 

nəzər salarkən C.Məmmədquluzadə,  Ə.Haqverdi-

yev və A.P.Çexov kimi böyük söz ustalarının 

incə, sağlam yumorunu, hekayə  və novellalarını 

xatırlayır, onların nəcib ənənələrini inkişaf etdirən 

bir sənətkarı görürük. Mir Cəlal hərtərəfli yaradı-

cılığa malik, məhsuldar bir sənətkardır. Onu biz 

həm yazıçı, həm də bir alim kimi tanıyırıq. Bu 

təvazökar alim ədəbiyyatşünaslığımızın bir sıra 

nəzəri məsələləri ilə də məşğul olur. 

 

Camal Məhərrəm oğlu Əhmədov

 

 



20

*** 


Səməd Vurğun  vətənpərvər  şairdir. O, ölkə-

mizin qarlı dağlarını, qalın meşələrini, ucsuz-

bucaqsız çəmənlərini, insan əlinin yaratdığı böyük 

xaruqələri sənət dili ilə tərənnüm etməklə birlikdə

milyonların hiss və həyəcanlarını duymuş və ümu-

miləşdirmişdir. 

 

*** 


Cəfər Cabbarlı yaradıcılığında tərbiyə  məsə-

lələri mühüm yer tutur. Böyük sənətkar yaradıcılı-

ğının ilk dövrlərindən başlayaraq bədii  ədəbiyya-

tın tərbiyəvi rolunu düzgün başa düşmüş  və onu 

yüksək qiymətləndirmişdir. 

 

*** 



Bəkir Çobanzadə mükəmməl  ədəbi zövqü, 

zəngin  ədəbi biliyi olan alim idi. O, tədris işində 

müəllimin müvəffəqiyyət qazanması üçün də 

bunları başlıca  şərtlərdən hesab edirdi. Müəllim 

yalnız öyrədici olmamalı, həm də özü həmişə 

öyrənməli, elmi və pedaqoji-metodik bacarığını 

daima təkmilləşdirmək qeydinə qalmalıdır. Bu 

prinsipə  həmişə sadiq olan B.Çobanzadə müha-



 Biblioqrafiya

 

 



21

zirələrində  tələbələri öyrətməklə  bərabər, həm də 

onlardan öyrənirdi.  

B.Çobanzadənin xalq ədəbiyyatının mənşəyi 

və  tədrisi haqqındakı mülahizələri 20-ci illərdə 

ədəbiyyatı müəllimlər, tarixçilər, folklorşünaslar, 

etnoqraflar və başqa ixtisas sahibləri tərəfindən 

rəğbətlə qarşılanmış, öyrənilmiş  və orijinallığına 

görə fərqlənmişdir. 

 

*** 



Elçinin  qəhrəmanları müasir və intellektual 

adamlardır. Onlar incəsənəti sevir, ondan baş 

çıxarırlar. Bu qəhrəmanlar həyatın estetik gözəl-

liklərini dərk etməyə  və qiymətləndirməyə layiq 

adamlardır. Elçinin hekayələrinin  əsas qəhrəman-

ları gənclərdir. O, gənclərdən necə yazmağı yaxşı 

bilir, yaxşı bacarır. Yazdığı hekayələr müasir 

oxucunu arxasınca aparır, ona istiqamət verir. 

Həyat və sənət haqqında bilikləri zənginləşdirmə-

yə və dərinləşdirməyə kömək edir. 

 

*** 


“Həqiqi və  ləzzətli  əhli-qələm” adlandırılan 

Əliqulu Qəmküsar XX əsr Azərbaycan ədəbiyya-

Camal Məhərrəm oğlu Əhmədov

 

 



22

tında mühüm yer tutan, orijinal yaradıcılığa malik 

sənətkarlarımızdan biridir. Xalq düşmənlərinin 

xəyanətinin qurbanı olmuş  Əliqulu Qəmküsar az 

yaşamış, amma mənalı, şərəfli bir həyat və yaradı-

cılıq yolu keçmişdir. Əliqulu Qəmküsar irihəcmli 

əsərlər yazmamış, cildlərlə iz qoyub getməmiş, 

onun yaradıcılığı da həyatı  qədər qısa, yığcam, 

lakin mənalıdır. 

 

*** 



Uşaqların məktəb həyatı, təlim-tərbiyə sahə-

sində  Mehdi Seyidzadənin  əsərləri uşaq  ədəbiy-

yatımızda məktəb həyatı mövzusunda yaradılmış 

ən dəyərli nümunələrdir. Müəllif  əsasən süjetli 

yazdığı bu bədii parçalarda təsvir etdiyi obrazların 

hiss və  həyəcanlarını, mənəvi aləmini ümumiləş-

dirmiş, canlı və yaddaqalan lövhələr yaratmışdır. 

 

*** 



Sabir Rəhman  ədəbiyyatımıza görkəmli bir 

satira ustası kimi daxil olmuşdur. Onun satirik he-

kayələrində  və komediyalarında Anton Çexov, 

Cəlil Məmmədquluzadə kimi yazıçıların yaradıcı-

lığına xas olan xüsusiyyətlər özünü göstərir. Sabir 


 Biblioqrafiya

 

 



23

Rəhmanın komediyalarında gülüş islahedici, tərbi-

yəedici bir vasitədir. Elə bunun nəticəsidir ki, bu 

görkəmli yazıçının “Toy”, “Xoşbəxtlər”, “Nişanlı 

qız” kimi komediyaları tamaşaçılarımız tərəfindən 

böyük rəğbətlə qarşılanan sənət nümunələridir. 

 

*** 


Otuz ildir ki, sənətkar düşüncələrindən ayrıla 

bilmir, öz qəhrəmanlarından uzaqlaşmağı bacar-

mırdı. Otuz ildir ki, o, qələmə aldığı hadisələr içə-

risində dolaşır, qəhrəmanları ilə yaşayıb mübarizə 

edir, yüz yol, bəlkə daha artıq təsvir etdiyi hadisə-

lərin planını cızır, onları xəyalında canlandırır, xa-

rakterlər yaradır, yazır, hey yazırdı.  Süleyman 

Rəhimovun  “Şamo”  əsəri belə yaranmış, belə 

böyümüş və haqlı olaraq ədəbiyyatımızın ən gözəl 

nümunələri sırasında öz yerini tutmuşdur. Xalqı-

mızın adət-ənənələrinin dolğun və realist təsviri, 

Azərbaycan təbiətinin füsünkar gözəllikləri, ailə 

və məişətdəki ən tipik və səciyyəvi cəhətlər, xalq-

lar dostluğu “Şamo” romanı üçün ən səciyyəvi 

xüsusiyyətlərdir.  



 

Camal Məhərrəm oğlu Əhmədov

 

 



24

*** 


Əliağa Kürçaylı  həyat həqiqətlərinin mahiy-

yətinə, qəhrəmanların mənəvi aləminə nüfuz edən 

və yüksəlişə  əngəl törədən cəhətləri cəsarətlə 

qamçılayan bir şairdir. Onun şeirlərində zövqsüz-

lük, ucuz və yüngül şöhrət ardınca qaçmaq, xalq-

dan uzaq düşərək yalnız öz mənfəətini güdmək, 

sevgi-ailə məsələlərinə oyuncaq kimi baxmaq hal-

ları tünd bədii boyalarla tənqid olunur. 

 


 Biblioqrafiya

 

 



25

 

 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə