Bİlal Dədəyev


“Qarabağ 99 Sualda” Kitabı Haqqında RƏY



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   25   26   27   28   29   30   31   32   33

“Qarabağ 99 Sualda” Kitabı Haqqında RƏY
Qarabağ  təkcə  Azərbaycanın  deyil,  ümumiyyətlə,  dünyanın  ən 
qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında 
qədim  insanların  yaşayış  məskəni  aşkar  edilmişdir.  Bu  yaşayış  məskəni 
Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afri-
ka ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir.
Paleolit dövründən başlamış bütün tarixi dövrlərdə Azərbaycandan, 
xüsusən  onun  mədəni  mərkəzlərindən  biri  olan  Qarabağdan,  Cənubi 
Azərbaycana,  Şimali  Mesopotamiyaya,  Xəzərin  cənub  və  cənub-qərb 
vilayətlərinə  qəbilə  və  tayfaların  gedişi  və  qayıdışı,  etnik,  iqtisadi  və 
mədəni əlaqələrin oxşar və ümumi maddi mədəniyyət yaratdıqlarını arxe-
oloji və etnoqrafik tədqiqatlar təsdiq edir.
Təbii etnomədəni təkamül prosesində e.ə. I minilliyin ortalarında Şi-
mali Azərbaycanda Albaniya dövləti yaranır. Şimali Azərbaycanda ən güc-
lü etnomədəni əyalət Albaniya dövlətinin etnomədəni yadrosu, bölgənin 
siyasi liderləri, hakimiyyətin ilk qurucuları, mərkəzləşmiş Azərbaycan Al-
baniya dövlətinin yaradıcıları olur. Alban özünüadlandırması Qarabağdan 
başlamışdır. Alban etnonimini və Aran antroponimini əhatə edən etnik 
mənəvi sistemi ifadə edən mədəniyyətin ilkin ocağı Qarabağdır. Arxeo-
loji, etnoqrafik və tarixi tədqiqatlarda Qarabağ Albaniyanın etnomədəni 
mərkəzi olmuşdur. Övliya Çələbinin qeyd etdiyi kimi, Qarabağ fiziki-coğ-
rafi vəziyyəti, əhalisinin adət-ənənəsi, inam və etiqadı, bütövlükdə mədəni 
dəyərləri ilə “kiçin Azərbaycan”dır. 
Əsrlər boyunca şimalla cənubun, şərqlə qərbin qovuşuğunda müxtəlif 
sivilizasiyaların,  etnosların,  dillərin,  dinlərin  qarşılıqlı  təsiri  nəticəsində 
qədim  və  zəngin  mədəniyyət  yaratmış  xalqımız  özünəməxsus  tolerant-
lıq,  başqa  xalqlara,  mədəniyyətlər  dözümlülük,  humanism,  mərhəmət 
ənənələrinə sadıq qalaraq gəlmə ermənilərə də öz torpaqlarında yer ver-
di.  Lakin  çox  keçmədən,  Çar  Rusiyasi  Cənubi  Qafqazı  türk-müsəlman 
əhalidən  “təmizləmək”  və  “türksüz  Azərbaycan”  yaratmaq  üçün  erməni 
amilindən geniş istifadə etdi. Rusiya tərəfindən silahlandırılan və müdafiə 

 364
QARABAĞ 
   
99 SUALDA
olunan erməni terrorçu dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımla-
rına başladılar. Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ bölgələri türk-
müsəlman əhaliyə qarşı dəhşətli soyqırımlar meydanına çevrildi. 
Çar Rusiyası tərəfindən ermənilərin köçürülüb gətirilməsindən son-
ra  Cənubi  Qafqaz  dünyanın  ən  qaynar  gərginlik  ocağına  çevrildi.  Rus 
silahı ilə silahlanmış terrorçu erməni-daşnak quldur dəstələri Naxçıvan, 
Zəngəzur, Şərur-Dərələyəz və Dağlıq Qarabağı ələ keçirmək üçün türk-
müsəlman əhaliyə qarşı kütləvi soyqırımlara başladılar. Sovet-bolşevik re-
jimi Çar Rusiyasının I Pyotrdan qalma ermənipərəst və antitürk siyasətini 
davam etdirdi. Moskvadan hər cür dəstək alan ermənilər, çox keçmədən, 
Azərbaycana qarşı yeni ərazi iddialarına başladılar.
Dünyanın  qloballaşma  və  inteqrasiya  şəraitində  qarşılıqlı  anlaşma-
ya,  dostluğa,  qlobal  sabitliyə  və  əmin-amanlığa  doğru  irəlilədiyi  müasir 
şəraitdə  Ermənistan  və  onun  müdafiə  etdiyi  erməni  separatçı-terrorçu 
dairələri Cənubi Qafqazda yeni gərginlik ocağı yaratdılar. Sovet İttifaqının 
dağıldığı dövrdə yaranmış şəraitdən istifadə edən Ermənistan Azərbaycana 
qarşı  elan  olunmamış  müharibəyə  başladı.  Erməni  silahlı  qüvvələri 
ölkəmizin içərilərinə soxularaq, Dağlıq Qarabağ və onun ətrafındakı ra-
yonlar da daxıl olmaqla, Azərbaycan ərazisinin 20 faizindən çoxunu işğal 
etdilər. Erməni quldurları bütün dünyanın gözləri qarşısında Azərbaycan 
xalqına qarşı Xocalı soyqırımını törətdilər. Bu gün dünyanın, ilk növbədə 
ermənilərə  münasibətdə  xristian  həmrəyliyi  nümayiş  etdirən  bəzi  qərb 
siyasətçilərinin “görmədikləri”, daha doğrusu görmək istəmədikləri tarixi 
həqiqətin geniş oxucu kütləsinə elmi əsaslara söykənən faktiki material-
larla çatdırılması böyük əhəmiyyət daşıyır. Bu baxımdan təqdim olunan 
kitabda qaldırılan məsələlərin cavablandırılması böyük maraq doğurur. 
“Qarabağ 99 Sualda” kitabı ikili standartlar dünyasında azərbaycanlılara 
və ermənilərə münasibətdə ayrı-seçkilik siyasəti davam etdiyi bir dövrdə 
tarixi həqiqətləri – Qarabağın qədim tarixi, əhalisi, Rusiya tərəfindən iş-
ğalı və ermənilərin bu əraziyə köçürülüb gətirilməsi, onlara dövlət yaradıl-
ması təşəbbüsləri, Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili, ermənilərin 
Azərbaycanın digər ərazilərində olduğu kimi Qarabağda da yerli əhaliyə 
qarşı həyata keçirdikləri soyqırımlar, Xocalı qətliamı, ermənilərin Xoca-

 365
QARABAĞ 
   
99 SUALDA
lı ilə yanaşı Dağlıq Qarabağın digər ərazilərində apardıqları fiziki, etnik, 
mədəni və tarixi abidələrə qarşı vandalizm hərəkətləri faktiki materiallar 
və tarixi sənədlər əsasında işıqlandırılmışdır.
“Qarabağ  99  Sualda”  kitabında  geniş  oxucu  kütləsini  düşündürən 
vacib  məsələlərin  öz  əksini  tapması,  Qarabağla  bağlı  vətəndaşlarımızı 
düşündürən başlıca suallara elmi dəlillərlə ətraflı cavab verilməsi onun bö-
yük maraqla qarşılanacağına, hər bir kəsin masaüstü kitabına çevriləcəyinə 
əminəm.
Dos. Tofiq Nəcəfli
AMEA A.A. Bakıxanov adına 
Tarix İnstitutu   

QARABAĞ 
   
99 SUALDA
BAKI - 2014
Bu kitab Azərbaycan Konüllülər İctimai Birliyinin 
təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və 
İdman Nazirliyinin dəstəyi ilə çap edilmişdir.

Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin