V sinif
1.1.2. Heca vəznli şeirləri, sadə süjetli bədii nümunələri
(əfsanə, nağıl, təmsil, hekayə) hadisələrin məzmununa uyğun ifadəli
oxuyur.
VI sinif
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii əsərləri (əfsanə, nağıl,
dastan, təmsil, hekayə) ideyaməzmununa uyğun ifadəli oxuyur.
1
Rəsulova S. Bədii əsərlərin öyrədilməsində ifadəli oxudan istifadənin imkan və
yolları. Ped. elm. nam. diss. avtoreferat. Bakı, 2008, s. 3.
2
Abbaslı B. Ədəbiyyatdan V-XI siniflərdə əruz vəznində yazılmış əsərlərin
tədrisi. Bakı: Hədəf, 2010.
58
VII sinif
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii əsərləri (dastan, hekayə,
mənzum hekayə) ideya-məzmununa uyğun ifadəli oxuyur.
VIII sinif
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümu-
nələri (dastan, hekayə, novella, dram, poema) ideya- məzmununa
uyğun ifadəli oxuyur.
IX sinif
1.1.2. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri, süjetli bədii
nümunələri (hekayə, povest, roman, dram, poema) ideya-məzmu-
nuna uyğun ifadəli oxuyur.
Kurikulum əsasında yazılmış V, VII siniflər üçün yeni nəsil
ədəbiyyat dərsliklərində şagirdlərdə ifadəli oxu bacarıqlarının for-
malaşdırılması diqqət mərkəzində saxlanılmış, fənn müəllimlərinə
kömək məqsədilə ilk dəfə olaraq ayrıca ifadəli oxu dərsi nümunələri
işlənilmiş, ifadəli oxu ilə bağlı sual və tapşırıqlar, testlər sistemi
hazırlanmışdır.
1
Müəlliflər fənn müəllimlərin diqqətini ifadəli oxu üzrə məşğə-
lələrin təşkilinin səmərəli yollarına cəlb edərək yazırlar: “Şagird-
lərin şifahi nitqinin inkişaf etdirilməsi ilə sıx bağlı olan mühüm
məsələlərdən biri də ifadəli oxu bacarıqlarının aşılanmasıdır. Mə-
lumdur ki, mətnin şagird tərəfindən ifadəli oxusu yalnız əsərin
ideya-məzmunu, qəhrəmanların səciyyəsi, müəllifin niyyəti aydın
dərk edildikdən sonra həyata keçirilə bilər. Əsərin məzmununun
öyrənilməsi üzrə dərslərdə müəllimin nümunəvi ifadəli oxusu və ya
bədii oxu ustasının ifasının dinlənilməsi məqsədəuyğundur.“
2
1
Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil
məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2014. Həsənli B., Hüseynoğlu
S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. 5-ci sinif. Müəllim üçün metodik vəsait.Bakı:
Bakınəşr, 2014. Hüseynoğlu S., Həsənli B.A., Mustafayeva A., Məmmədova S.
Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2014.
Həsənli B., Hüseynoğlu S., Mustafayeva A., Məmmədova S. Ədəbiyyat. 7-ci sinif.
Müəllim üçün
metodik vəsait.Bakı: Bakınəşr, 2014.
2
Həsənli B., Hüseynoğlu S., Mustafayeva A., Məmmədova S. Ədəbiyyat. 7-ci sinif.
Müəllim üçün metodik vəsait.Bakı: Bakınəşr, 2014, s.9.
|