Sual4. Turbinlerin statorlari ve rotorlari qurlusu haqqinda
Sual5. Buxar qazanlarinin ise hazirlanmasi
1.1.Qazanınn işə hazırlanması 4 mərhələdən ibarətdir:
1.Qazana baxış və hava üfürücülərinin hazırlanması
2.Bəsləyici sistemin hazırlanması və qazanın su ilə doldurulması
3.Yanacaq sisteminin hazırlanması
4.Avtomatika vasitələrinin yoxlanılması və işə hazırlanması
Bu hazırlamaların eyni vaxtda aparılması məsləhətdir.
1.Qazana baxış zamanı onun ocağını,buxar qızdırıcısını su
ekonomayzerini,hava qızdırıcısını yoxlamaq lazımdır.Hava və su qızdırıcı
səthlərin təmizliyini yoxlamaq,ocaqda yanacaq yığılmadığını,görünən
defektlərin olmadığını,diffuzorun yüngül hərəkətini,şiberləri və zaslonkaları da
yoxlamaq lazımdır.
Buxar borularını yoxlamaq – onların buxar ötürməyə hazır
olmasını,izolyasiyasını,klapanların və qazanın armaturalarının,məsafədən
bağlama – açma birləşimini,NÖC – nın işləməsini,onlarda yoxlama
qeydiyyatlarını,plombunu,görünən defektlərin olmamasını,onların
işıqlandırılmasını,ventilyatorların təlimatına uyğun hazırlamaq,qaz – hava
yolunun təmizliyinin açıq olduğunu yoxlamaq,yanacaq üfürücüsünün və
ocağın hava buraxmamasını yoxlamaq.
Qazanı işə salmadan əvvəl qazanın fundamentə (özülə) bərkidilməsini
(dayaqlarda genişlənməni) yoxlamaq.Qazan şöbəsində tez yanan materialların
olmamasını qazanın eləcə də yanğına qarşı vasitələrin istifadəyə hazır
olmasını,qazan şöbəsində döşəmənin vəziyyətini,tüstü borusunun örtüyünün
çıxarıldığını (çexolların) yoxlamaq və qazan şöbəsini yaxşıca havasını
dəyişmək lazımdır.
2.Qazanı su ilə doldurmadan öncə lazımdır ki,bəsləyici su sisteminin
borularını,klapanlarını,armaturalarını,NÖC – nı bir daha yoxlayıb,bəsləyici su
nasoslarını yoxlayıb,kimyəvi maddələri əlavə edən qurğunu,nasosu
hazırlayıb,su səviyyəsini göstərən cihazlara klapanları açmaq,eləcə də
ekonomayzeri,buxar qızdırıcısının və s. birləşdirici klapanların açıq olduğunu
yoxlamaq lazımdır. Əgər qazanın bəzi hissələri təmizdə olublarsa və yaxud
təmizləmə (konservasiya),onda onların qapaqlarının bağladılmasını yoxlamaq
və sonra qazanı su ilə doldurmaq lazımdır.Əgər qazan “nəm” saxlamada
olubsa,yalnız qazanı genişləndirici bakdan ayırmaq və işlək səviyyəyə su
salmaq kifayətdir.
3.Yanacaq sistemini hazırladıqda sərfiyyat çənini yoxlamaq,yanacaq axınının
olmadığına əmin olmaq,yanacaq borularını,klapanları,süzgəcləri
yoxlamaq,yanacaq üfürücüsünü yoxlamaq,ocağı üfürmək,elektrik alışdırıcısının
və yaxud əl ilə yandırmanı hazırlamaq (onun söndürücüsünü) nasosları işə
salmaq,sistemdən havanı tam kənarlaşdırmaq,yanacağı qızdırmaq lazımsa –
qızdırmaq lazımdır.
4.Avtomatik vasitələri – yoxlamaq və bundan sonra qazanı işə salmaq olar.
Qazan o zaman işləyən sayılır ki,buxarın təzyiqi atmosfer təzyiqindən yuxarı
olsun.
Bu zaman xəbərdar edici işıq və səs siqnalların işləməsini,sistemlərdə hava
varsa – çıxarılmasını idarə etmə pultlarına elektrik enerjisinin
verilməsini,klapanların impulslarla,açılıb bağlanmasını,hidravliki
servomotorların işləməsini yoxlamaq lazımdır.(Əgər qazan uzun müddət
dayanıbsa onda antikorroziyanı,örtükləri yağla silmək lazımdır)
Qazanı işə saldıqda avtomatik və yaxud əl ilə idarə etmədə havanı tam
bağlayıb sonra yandırmaq olar.Tədricən qazanı qızdırıb,təzyiqi qaldırmaq
lazımdır.Əgər üfürücü yaxşı işləmirsə,onu dəyişmək və yaxud təmir etmək
lazımdır.Hava buraxıcısından buxar təmiz gəlirsə onu bağlamaq lazımdır.təzyiq
işlək təzyiqə bərabər olduqda avtomatik vasitələri və bəsləyici tənzimləyicini
işə qoşmaq lazımdır.Yalnız indi yuxarı üfürücünü açıb üfürmək,qoruyucu
klapanın işini yoxlamaq,sonra başqa klapanların işini yoxlamaq olar.
Bilet 23
Dostları ilə paylaş: |