Sual5-buxar qazanlarinin ise salinmasi
Gəmi buxar qazanlarını istismarı xüsüsi qaydalarda qeyd olunan və onlara riayət
edildikdə qazanların uzun müddət ərzində qəzasız işləməsinə zəmanət verir.
Qazanın işə salınmasına hazırlıq:
a) Qazanın istilik səthinin sobasına ,buxar kəmərlərinə və armaturaya xarici
baxış.
b) Qazanın yuxarı aşağı üfürücü kanalları bağlı olmalıdır.
c) Qazanı su ilə doldurduqdan sonra nəzarət süşəsi ¼ vəziyyətində olmalıdır.
d) Qazanın ocağının yandırılması dizel yanacağı istifadə olunur. Qazanda
buxarı təzyiqi 3-4 atm çatdıqda mazut qızdırılır və sonra forsunka mozuta
keçirilir.
e) Forsunkanı yandırmaqdan əvvəl soba yoxlanılır,çünki ocaqda partlayıcı
qazlar ola bilər.
Qazana baxan maşinist 1 metr uzunluğunda məftilin ucunda yanan
materialı forsunkaya yaxınlaşdırır və özüdə kənarda durur ki özü alova
düşməsin.Müasir qazanlarda elektirik yandırma tətbiq olunur.
Qazan işləməsi:-qazanın işlədiyi zaman tələb olunur ki, buxarın təzyiqi və
suyun səviyyəsi sabit olmalıdır.Təzyiqin dəyişməsi onun normal göstəricisindən
5% artıq olmalıdır.Əgər qazanda təzyiq artsa, yanmanın şiddətliyini azaltmaq və
qazana su vermək lazımdır. Belə halda qoruyucu klapanla təzyiqi azaltmaq olmaz,
çünki istilik itirilir.
Əgər qazanda suyun səviyyəsi xeyli düşsə tezliklə qazanı buxar kəmərindən
ayırmaq ,sobanı söndürmək və qazanda olan buxarı köməkçi mexanizimlərə
vermək və ya atmosferə buraxmaq lazımdır.Qazanın belə halında soyuq su vermək
qadağandır. Yoxlanışdan sonra qazan yenidən işə salınir. Dənizdə qasırğa zamanı
qazanda suyun səviyyəsi daha ciddi nəzarət olunmalıdır.
Registrin tələbinə görə hər il qazana xarici baxış keçirilir.yoxlamadan
əvvəl qazan ciddi şəkildə təmizlənməlidir. 8 ildən bir qazan Registr tərəfindən
hidravlik baxışdan keçirilir. Qazanın hidravlik baxış zamanı onun möhkəmliyi və
birləşmələri kipliyi o cümlədən deformasiyalar yoxlanılır.Qazanın istismarı zamanı
qazan şöbəsində əməyin təhlükəsizliyi və yanğına qarşı tədbirlər həyata keçirilir və
bu tədbirlərin yerinə yetirilməsinə 3-cü və baş mexanik cavabdehdirlər.Qazan
şöbəsindən maşın şöbəsinə çıxışdan əlavə göyərtəyə də çıxış olmalıdır:qazan
şöbəsi yaxşı işıqlandırılmalıdır. Qazanın baş və köməkçi klapanları və mazut
magistralının tez bağlayan klapanları göyərtədən etibarlı idarə olunmalıdır.
Buxar qazanlarında işləyən şəxslər:
- 18- yaşından az olmamalı; ixtisas şəhadətnaməsi olan əmək
təhlükəsizliyində inspeksiya keçmiş şəxslərə iczə verilir.
- Qazanın daxilində təmir işləri aparan zaman 12V – dan artıq olmayan
elektrik lampaları işlədilir.
- Qazan şöbəsində bütün isti parla işləyən detallar örtüklə bağlanmalı; xaricdə
temperatur 50-600 C-dən artıq olmamalıdır.
Mazutun qızdırilması zamanı onun buxarları yanğın baxımından böyük
təhlükə yaradır.Ona görə qazan şöbəsi yaxşı ventilyasiya olunmalıdır. Qazan
şöbəsində yanğını söndürmək üçün qum,karbon qazlı qurğular və köpük doğan
apparatlar olmalıdır. Yanğın zamanı qazan şöbəsindən cixmaq lazım olsa,maşın
şöbəsinə keçmək üçün qapılar ya da avar tunelindən çıxmaq olar.
Reqistrin tələblərini yerinə yetirməklə qazan aqreqatının xidməti
diqqətlə aparılması qəzasız işləməyə tam imkan verir.
Dostları ilə paylaş: |