Bilet 1 Gemi qazan qurgulari haqqinda


Buxar qazanının inkişafı haqqinda



Yüklə 99,07 Kb.
səhifə5/48
tarix02.01.2022
ölçüsü99,07 Kb.
#39621
1   2   3   4   5   6   7   8   9   ...   48
mahir gemi buxar qazanlari

5.Buxar qazanının inkişafı haqqinda.

Gəmi energetik qurğularının əsas vəzifəsi gəminin hərəkətini təmin etməkdir. Bundan başqa gəmi energetik

qurğularının normal işləməsindən köməkçi mexanizmlərinin gəminin idarə olunması və üzmə keyfiyyətlərinin

saxlanması, yükləmə - boşaltma əməliyyatların aparılması, gəminin elektrik enerjisi, buxar və istiliklə təmin

edilməsinə xidmət edir. Gəmi energetic qurğularının hamısı istilik qurğularıdır. Belə ki, onlarda yanacağın

yandırılmasından alınan istilik enerjisi maxaniki işə çevrilir. İstilik mühərrikləri onlarda istifadə olunan

işçi cismlərin növlərinə görə qruplaşdırılır.D. Y. M. – də və qaz turbinlərində işçi cism kimi yanacağın yanması

nəticəsində alınan qazlar, buxar mühərriklərində isə su buxarı başa düşülür. Avar vintlərinin hərəkətə gətirilməsi

üçün istifadə olunan mühərriklər baş mühərriklər adlanır. Əgər baş mühərrik kimi buxar mühərrikləri istifadə

olunursa, onda onu buxarla təmin etmək üçün baş buxar qazanından istifadə olunur. Gəmilərdə buxarla

digər ehtiyyacları təmin etmək üçün köməkçi buxar qazanları tətbiq olunur Gəmilərdə çox sayda köməkçi

mexanizmlər vardır. Bunlara aiddirlər: nasoslar, yanalma və qaldırıcı mexanizmlər, sükan mexanizmləri, soyuducu

maşınlar və s.Müasir gəmilərdə köməkçi mexanizmlər əsasən elektrik mühərrikləri

vasitəsilə hərəkətə gətirilir. Lakin bəzi hallarda köməkçi mexanizmlər istilik

mühərriklər (buxar) vasitəsilə hərəkətə gətirilir. Gəmidə elektrik enerjisinə olan

tələbatı ödəmək məqsədilə istifadə olunan elektrik stansiyalarında gəmi güc qurğularında tərkibinə daqxildir.

Elektrik generatorları köməkçi D.Y.M. və ya buxar turbinləri ilə hərəkətə gətirilir. Ona görə də gəmi elektrik stansiyaları dizel –

generator və yaxud turbogenerator adlanırlar.Müxtəlif istilikqızdırıcı aparatlar da gəmi güc qurğularına aiddir.

Güc qurğularının ehtiyyatlı işindən gəminin üzmə təhlükəsizliyi, sərnişin və yük daşınmaları planın nə dərəcədə

yerinə yetirilməsi çox asılıdır. Gəmi daşınmalarının maya dəyərinin 35% - dən çoxunu gəmidə istifadə olunan

yanacağın qiyməti təşkil edir. Ona görə də gəmi güc qurğularının səmərəli və qənaətli istismarı böyük əhəmiyyət kəsb edir.

Hal – hazırda gəmi güc qurğularında maye yanacağından istifadə olunur.Dünya ticarət donanmasında atom

enerjisi ilə işləyən atom gəmiləri hələlik azlıq təşkil edir.Güc qurğusunun tipi və baş mühərrikinin konstriksiyası qurğunun gücündən,

gəminin təyinatından onun iş failiyyətindən, şəraitindən və başqa amillərdən asılıdır və buna görə seçilir.

Ötən əsrin birinci 50 ilində baş mühərrik kimi porşenli buxar maşınları üstünlük təşkil edirdi. Lakin onların gücünün az olması və

qənaətsiz işləməsi onların istehsalının dayandırılmasına səbəb oldu Bundan sonra yuksək qənaətə malik olan dizel qurğuları gəmilərdə geniş

tətbiq olunmaya başladı. Hal-hazırda ümumdunya dəniz donanmasının gəmilərinin 75-80%-dən çoxu dizel qurğuları ilə işləyir.

Xəzər dəniz gəmiçiliyinin gəmilərində əsasən dizel energetik qurğuları təşkil edir. Hazırda dizel istehsal edən zavodlar

gücü 16-20 min kVt olan dizel mühərrikləri hazırlayır bu isə öz növbəsində istənilən yük götürmə qabiliyyətinə malik olan

quru yük daşıyan gəmilərdə tankerlərdə və digər gəmilərdə dizellərin istifadə olunmasına şərait yaradır.

Beləliklə dizel mühərrikləri ən geniş yayımış gəəmi mühərrikləri hesab edilir. Əvvəllər kiçik və ort dövrlü dizellərə

üstünlük verilirdisə , son zamanlar orta və yüksək dövrlü 4 taktlı dizellər çox istifadə olunur.

1978-ci ilin məlumatına əsasən buxar turbinləri gəmi güc qurğuları olan gəmilər dünyada yüklərin 33%-ni

daşıyırdı.Gəmi buxar turbininin üstünlüyü onun böyük gücə 55 min kVt qədər malik olan qurğudur .Bu isə vaxtı ilə böyük sürətə

malik olan sərnişin gəmilərin istehsalına imkan verirdi.


Yüklə 99,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin