5.Buxar qazanlarinin neqliyyat gemilerin de istifadesi haqqinda.
Bilet N 3
1.Buxar qazanlarinin neqliyyat gemilerinde isdifadesi haqqinda.
2.Qazanlarin isinde texniki tehlukesizlik tedbirleri haqqinda.
Qızma səthlərinin zədələnməsinə,boruların çat verməsinə səbəb olan amillər
aşağıdakılardır;
1.Qazandan suyun getməsi (həddən çox səviyyənin aşağı düşməsi)
2.Soyuq dəymə (qazanın qəflətən tez soyuması)
3.metal gövdənin həddən çox qızması
4.Buxarın təzyiqinin çox qalxması (qoruyucu klapanın işləməməsi)
5.Qazanın keyfiyyətsiz təmir olunması
6.Qeyri qənaətbəxş texniki nəzarət və metalın yeyilməsi
Odur ki,aşağıdakı hallarda qazanın işləməsi qadağandır;
1)Qoruyucu klapan,su səviyyəsini göstərən və yaxud manometr
2)Bəsləyici sistemin qeyri asılı iki klapanı işləmirsə
3)Üfürücü klapan,hava və yanacaq sistemində nasazlıq varsa qazanın istismarı
qadağandır
Eləcə də başqa texniki nasazlıqlar varsa (məsələn kiplənmiş boruların
miqdarını reqistrin tələbindən çox olarsa,avtomatika və xəbərdar edici
siqnallar işləmirsə,boru birləşmələrində axıntı varsa və s.) qazanın texniki
istismarı yolverilməzdir.Qazandan suyun getməsinin səbəbləri bunlar ola
bilər:
1)Nəzarət zəifləyərsə
2)Su səviyyəsini göstərən düz göstərmirsə
3)Bəsləyicinin tənzimləyicisi işləmirsə
4)Bəsləyici nasoslar işləmirlərsə
5)Aşağı üfürmə klapanı su saxlamırsa (bağlanmırsa)
6)Borularda çatlar varsa
7)Bəsləyici klapanlar işləmirsə
8)Bəsləyici borularda böyük axıntılar varsa
9)Bəsləyici nasoslara hava düşürsə (su qurtarıbsa isti qutuda)
Qazandan suyun səviyyəsinin yox olma əlamətləri:
1)Suyun səviyyəsi üfürmədən sonra da göstərmir
2)Aşağı yoxlama klapanını açdıqda buxar fit verir
3)Görünən su boruları qızarıblar
4)Bir qrup borular barabandan asılı şəkildə qalıblar.
Əgər suyun səviyyəsi qazanda sürətlə düşürsə onda yanacağın verilməsini
azaltmaq,bəsləyici suyun miqdarını artırmaq,buxar məsrəfini
azaltmaq,səviyyənin düşmə səbəblərini aydınlaşdırmaq lazımdır.
Su qazanda tam düşübsə dərhal;
1)Yanacağın verilməsini dayandırmalı
2)Bəsləyici suyun verilməsini dayandırmalı
3)Üfürücü havanın verilməsini dayandırmalı
4)Baş durdurucu klapanı bağlamalı
5)Növbətçi kapitan köməkçisinə və baş mexanikə xəbər verməli
6)Qoruyucu klapanı əl ilə açıb klapanı buxarı tam və dərhal atmosferə
buraxmalı
7)Zaslonkanı,şiberləri bağlamalı və qazanın tez soyumasının qarşısını almalı
Bundan sonra baş mexanikin göstərişinə uyğun hərəkət etməli,yəni qazana
baxış keçirməli,kipliyini yoxlamalı və s.
Əgər duda alışarsa üfürücüləri (forsunkaları) söndürməli,qazanın
ventilyatorlarını saxlamalı,qazana bəsləyici suyun verilmisini artırmalı,Varsa
CO2 qaz – yanğın söndürmədən və başqa vasitələrdən istifadə edib yanğını
söndürməli.Əgər yanğın qazanın altında baş veribsə,onda stasionar
söndürücüdən istifadə etməli.Əgər söndürmək mümkün deyilsə onda həcmi
söndürməyə hazırlaşmalı,yəni qazanları dərhal saxlayıb buxarı atmosferə
buraxmaq,yanacaq qızdırmanı saxlamalı,ventilyatorları saxlamalı,zaslonkaları
bağlamalı,insanları kənarlaşdırmalı,qazan şöbəsini hermetizasiya
etməli,buxar,qaz və ya başqa yanğın söndürücü vasitələri qazan şöbəsinə
yönəltməli.Əgər lazımdırsa qazan şöbəsini su ilə doldurmazdan qabaq
qazanlarda olan buxarı tam atmosferə buraxmaq lazımdır.Bütün hallarda
kapitanın (baş mexanikin) göstərişlərinə əməl etmək lazımdır.Vaxtı – vaxtında
kapitana,baş mexanikə vəziyyət haqda məlumat vermək lazımdır.
Dostları ilə paylaş: |