1) Standartlaşdırmanın əsas anlayışları
Sertifikatlaşdırma latın sözü olub «düzgün edilmişdir»mənasını daşıyır. Məhsulun düzgün
istehsal edilməsinə inanmaq üçün bilmək lazımdır ki, hansı şərtlərə o uyğun olmalıdır və
hansı yolla bu uyğunluğu təsdiq etmək mümkündür. Bu təsdiqləmənin bütün ölkələrdə qəbul
edilmiş üsulu uyğunluğun sertifıkatlaşdınlmasıdır.
«
Sertifikatlaşdırma» termini ilk dəfə olaraq Sertifikatlaşdırma üzrə beynəlxalq təşkilatın (ISO)
Sertifikatlaşdırma məsələləri üzrə komitəsi (SERTİKO) tərəfindən formalaşdırılmışdır.
1.Uyğunluğun sertifikatlaşdırılması - lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və
xidmətin konkret standarta və ya digər normativ sənədə uyğun olduğuna zəmanətin üçüncü
tərəfin inamlı sübut etməsidir.
2.Məcburi sertifikatlaşdırma - xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,
proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqidir.
3.Könüllü sertifikatlaşdırma - istehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun
istehlakçısının (istehlakçı cəmiyyətlərinin), həmçinin dövlət orqanlarının (sifarişçinin)
təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdır- madır.
4.Uyğunluq haqqında məlumat - tədarükçünün tam məsuliyyəti ilə məhsulun konkret
standarta və ya digər normativ sənədə uyğun olması haqqında verilmiş məlumatdır.
5.Sertifikatlaşdırma sistemi - uyğunluq sertifikatlaşdırması aparmaq üçün xüsusi üsullara və
idarəetmə qaydalarına malik sistemdir.
6.Oxşar məhsulların sertifikatlaşdırma sistemi - eyni konkret standartlar, qaydalar və üsullar
tətbiq edilən məhsulların sertifikatlaşdırma sistemidir.
7.Sertifikatlaşdırma üzrə orqan - uyğunluq sertifıkatlaşdırması aparan orqandır.
8.Uyğunluq sertifikatı - sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surətdə nəşr
edilmiş, lazımi tərzdə eyniləşdirilmiş məhsulun konkret standarta və ya digər normativ sənədə
uyğun olduğunu göstərən sənəddir.
9.Uyğunluq nişanı - məhsulun konkret standarta və ya digər normativ sənədə uyğunluğunu
göstərən, sertifikatlaşdırmasisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən
edilmiş qaydada müdafiə olunan nişandır.
10.Sertifikatlaşdırma sisteminin üzvü - verilmiş sistemin qaydalarına uyğun fəalliyyət
göstərən və sistemin idarə olunmasında iştirak etmək imkanına malik olan sertifikatlaşdırma
orqanıdır.
11.Akkreditləşdirmə - sertifikatlaşdırma üzrə hər hansı bir fəalliyyət göstərmək üçün
səlahiyyətlərin rəsmi tanınmasıdır.
12.Akkreditləşdirilmiş laboratoriya - konkret məhsul növlərinin sınağının və ya konkret sınaq
növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyalarıdır.
Dostları ilə paylaş: |