Biliklərin əldə olunması strategiyası



Yüklə 26,29 Kb.
səhifə2/2
tarix11.06.2023
ölçüsü26,29 Kb.
#128436
1   2
Biliklərin əldə olunması strategiyası

Prosedur təbəqəsində ətraf mühitə diqqət azalır və əsas fikir bilik ələ keçirməyə yönəlir. İşgüzar söhbət zamanı mühəndis ekspertin biliklərindən yaxşı yararlanmaq üçün həm qeydlər apara, həm də səsyazma vasitələrindən istifadə edə bilər. Ekspertlə bilik mühəndisi fikir mübadiləsi apararkən çevik və sərbəst formada danışmalıdırlar.
Koqnitiv təbəqə bilik mühəndisinin ekspertlə davranışının bir sıra xüsusiyyətləri ilə xarakterizə olunur. Bilik mühəndisi:

  • fikrini rahat ifadə edə bilməsi üçün ekspertə şərait yaratmalıdır;

  • bilik ələkeçirmədə məqsədin nə olduğunu anlamalıdır;

  • bilik mübadiləsi zamanı ekspertin mülahizələri əsasında tez-tez sxemlər çəkməlidir, qeydlər aparmalıdır.

Yuxarıda qeyd olunduğu kimi, bilik mübadiləsi prosesində ön planda olan məsələ bilik mühəndisi ilə ekspertin dialoqunun anlaşıqlı olmasıdır. Yəni, onlar fikirlərini nə qədər aydın ifadə etsələr və ünsiyyət zamanı bir-birlərini anlasalar, əldə olunan bilik də o qədər keyfiyyətli olar. Linqivistik aspektin də psixoloji aspekt kimi özünətərz təbəqələri vardır ki, onların hər biri ünsiyyət qurarkən əhəmiyyət daşıyır.
Bildiyimiz kimi, ekspertlə bilik üzrə mühəndisin terminalogiyası eyni olmaya bilir. Ekspertin dili

  • predmet oblastına yuğun xüsusi terminologiya;

  • ümumelmi terminologiya;

  • məişət dili;

  • peşə jarqonu – kimi komponentlərdən ibarət olduğu halda, mühəndis müxtəlif ədəbiyyatlardan öyrəndiyi terminlər, nəzəri hazırlıq zamanı qəbul edilmiş ümumelmi terminologiya və məişət danışıq dilindən istifadə edə bilir.

Ekspertin danışıq zamanı istifadə etdiyi terminləri bilik mühəndisi öyrəndiyi zaman onlar arasında ümumi kod yaranmış olur. Yəni, müxtəlif terminlərdən istifadə zamanı artıq onlar ümumi kod vasitəsilə deyilənləri anlamaq şansı əldə edirlər. Biliklər bazası doldurularkən istənilən hər hansı predmet oblastındakı biliklərin strukturlarının konseptual təhlili nəticəsində yaradılmış qlobal sxem anlayış strukturunu ifadə edir. Baza yaradıldığında istifadəçi interfeysinin şəffaf olmasına mane olan anlaşılmayan terminlərin izahı üçün lüğətin genişləndirilməsinə ehtiyac yaranır ki, bunun üçün də əlavə ensiklopediyalardasn istifadə etmək lazım olur. Son istifadəçinin peşəkar davranışı üçün terminalogiyanın anlaşıqlı olması olduqca vacibdir.
Qnoseologiya 18-ci ərdə yaranmış “bilik və idrak fəlsəfəsi”-ni əks etdirən termindir, gerçəkliyin insan təfəkküründə inikası nəzəriyyəsidir. Bilik mühəndisliyi elm kimi ikiqat qnoseoloji sayılır. Çünki gerçəklik ilk olaraq ekspertin təfəkküründəinikas edir, daha sonra ekspertin təcrübəsi bilik mühəndisinin təfəkküründə interpretasiya edilir. Nəticədə ekspert sisteminin diqqət mərkəzində gedən üçüncü interpretasiya üçün təməl təşkil edilmiş olur:    . Burada: - gerçəklik, - ekspertin dünya modeli; - bilik mühəndisinin dünya modeli; - bilik sahəsidir.
Faktların təsvir olunması və ümumiləşdirilməsi, daxili əlaqələrin müəyyən edilməsi, modellərin qurulması və baş verən hadisələrin izah edilərək qabaqcadan xəbər verilməsi dərketmənin strukturuna daxildir.
Faktların təsvir olunması və ümumiləşdirilməsi bilik üzrə mühəndisin ekspertdən konseptləşdirmək üçün bilik çıxarma prosesidir. Mühəndis əldə etdiyi həmin faktlar üzərində onları tam tələb olunan biliyə çevirənə qədər işləməlidir. Mühəndisin vəzifəsi ekspertin söylədiklərini sistemləşdirməkdən ibarətdir. Bilikləri sistemləşdirərkən mühəndis məntiqi yəni ardıcıllığı və assosiativ yəni paralelləri əsas götürən düşüncədən istifadə edir. Subyektin təsəvvürünü əks etdirən modeli qurmaq üçün xüsusi dil lazımdır. Bu dil predmet oblastının terminlərindən, riyaziyyat və məntiqin formal-işarə vasitələrindən təşkil edilir. Empirik predmet oblastı üçün belə dil hələ yaradılmamışdır.
Modellərin izah olunması və əvvəldən xəbər verilməsidərketmənin strukturunun sonuncu mərhələsidir. Əgər ekspertin malik olduğu biliklər sistemi tamamlanmış və obyektiv olarsa, bu zaman verilənlərə əsaslanaraq proqnoz vermək və baş verən hadisələri izah etmək mümkündür. İzahetmə sistemi istifadəçinin sualına cavab formalaşdırmaq funksiyası daşıyır. Bu zaman verilən cavabı izahetmə sistemi intellektual sistemin nəticələrinə əsaslanaraq formalaşdırır.
Prosesə dair izahat vermək qabiliyyəti intellektual sistemlərin əsas fərqləndirici cəhətlərindən biridir, sistemin məsləhətlərinə istifadəçi etibarını artırmaqda əsas rol oynayır. Həmçinin sistemin modifikasiyası və inkişafı zamanı, ziddiyyətli halların aşkar olunmasında, mütəxəssis olmayan istifadəçilərin öyrədilməsi zamanı istifadə olunur. Müxtəlif tip intellektual sistemlər özünəməxsus izahetmə sisteminə malik olur , bəzilərində bu sistem ümumiyyətlə olmur. Hal-hazırda bütün izahetmə sistemləri eyni üsulla yaradılır və sistem 2 üsulla işləyir:

  • təbii dildə hazırlanan hadisələrin və vəziyyətlərin qeydiyyatı;

  • alt məqsədlərin göstərilməsilə ağacın əksinə açılması vasitəsilə mülahizələrin izlənməsi.

Problem oblastında səbəb-nəticə qanunlarına uyğun gələn arqumentasiya vacibdir. Bu intellektual informasiya sistemlərinin yeni nəslininyaranmasına təkan verir. Ancaq eyni zamanda, bilik bazaları öz komponentlərinin fraqmentarlığı və əlaqəsizliyi üzündən natamam olurlar. Bu da əsl intellektual sistem yaratmaqda maneəyə çevrilir.
İntellektual sistemlərin həll edəcəyi məsələlərin əksəriyyəti axtarış problemi kim ortaya çıxır. Sistemə daxil edilmiş verilənlər vasitəsilə məsələ ilə bağlı həll axtarılır. Bunun üçün axtarış qrafı qurulur, yəni başlanğıc təpə təyin olunduqdan sonra “ifthen” qanunlarının köməyi ilə növbəti təpələrdə axtarış aparılır. Bu qraf üzrə həm dərininə, həm də eninə axtarış aparmaq mümkündür. Dərininə axtarış zamanı iyerarxiya səviyyələrinin maksimumu, eninə axtarış zamanı bir səviyyədəki təpələrin maksimal sayı axtarılır. Şaxənin dəyərinə görə də aparılan axtarışda isə qrafın hər bir şaxəsinə dəyər verilərək həmin dəyərin minimumu axtarılır.
İntellektual informasiya sistemləri ekspert kimi düşünərək insanın düşüncə tərzini müəyyən səviyyədə imitasiya edə bilir. Bu baxımdan, bəzi intellektual sistemlərdiaqnostika yolu ilə, yəni hər hansı fərziyyə irəli sürməklə kifayətlənirlər.Alınmış nəticəni əsaslandıraraq qərarın düzgünlüyü və reallaşa bilməsinin qiymətləndirmək mümkündür.
Yüklə 26,29 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin