13.Asılı tərəfi yalnız hansı? sualına cavab verən ismi birləşmə hansı cümlədə işlənmişdir?
A)Sanki qəzəbli baxışlarında xalqa ehtiyac duyurdu.
B)O,geri qayıdarkən dünənki hadisələrlə sanki yenidən qarşılaşdı.
C)Ən təhlükəli tornado 3 kilometr uzunluğunda olmuşdur.
D)Süni göllərin yaradılması yer səthinin lanşaftını dəyişir.
Cavab : B variantı.
14.Tamamlığı feili sifət tərkibi ilə ifadə olunan cümləni müəyyən edin.
A)Səlimov qapıdakıları saxlamağa çalışırdı.
B)Ev yiyəsi onları mehribanlıqla qarşıladı.
C)Eldar dədə-baba yolunu davam etdirməyə çalışırdı.
D)Komissiya üzvləri qasırğanın dağıtdıqlarına heyrətlə baxırdılar.
Cavab: D variantı.
15.Təyinin söz birləşməsi ilə ifadə olunduğu cümlələri müəyyən edin.
A)Bu dünya bir qızıl kuzəyə bənzər.
B)Çırmanıb çayı keçən bizi görəndə dayandı.
C)Ətrafa nur saçan günəş dağların arxasından aramla qalxırdı.
D)Ötkün sözüm,kəskin baxtım olaydı.
Cavab: C variantı.