XI mövzu: Biologiya dərslərində illüstrasiya və demonstrasiya metodunun tətbiqi və növləri
Plan
1.İllüstrasiya və demonstrasiya metodu haqqında ümumi məlumat
2. İllüstrasiya və demonstrasiya üsulunun növləri
3.Biologiya dərslərində təcrübə üsulunun tətbiq edilməsi
1.İllüstrasiya və demonstrasiya metodu haqqında ümumi məlumat
Orta məktəbdə biologiya dərslərinin tədrisində tətbiq olunan metodlardan biri də üllustrasiya və demonstrasiya metodudur. Bu metodun tətbiq edilməsi zamanı müəllim dərsi nəql və izah etdikdə, mühazirə oxuduqda və ya müsahibə apardıqda o, mütləq əyani vasitələr göstərməli və təcrübələr nümayiş etdirilməlidir. Müəllimin dərs prosesində sinifdə şəkil, sxem, model, herbari, kolleksiya, preparat, kinofilm və sairəni göstərməsi illüstrasiya metoduna aiddir.
Müəllimin dərs prosesində müstəqil təcrübələr aparması isə demonstrasiya metoduna aiddir. Adətən bu üsulların tədris prosesində birlikdə tətbiq edilməsinin nəticəsidir ki, bu təlim metodu illüstrasiya və demonstrasiya adlandırılır. Illüstrasiya metodu tətbiq edilərkən illüstrasiya materialları dəyişmədən (tərpənmədən) statikada göstərilir. Ancaq demonstrasiya metodunda demonstrasiya materialı dinamikada (yəni dəyişilmədə-hərəkətdə) göstərilir.
Dostları ilə paylaş: |