Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə10/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   6   7   8   9   10   11   12   13   ...   56
biologiya kitab 1

Karbohidratlar

Karbohidratlar mürəkkəb quruluşlu üzvi birləşmələr olub, Cn(H2O)n formulu ilə ifadə oluna bilərlər. Heyvan hüceyrələrində karbohidratların miqdarı o qədər də çox deyil (hüceyrənin quru çəkisinin 1-5%-i) , bitki hüceyrəsin isə çoxdur. (quru hüceyrə çəkisinin 70%-i). Karbohidratlar sadə - monosaxaridlər və mürəkkəb – polisaxaridlər, olmaqla qruplaşırlar. Polisaraxaridlərin monomerləri monosaxarid-lərdir.


Monosaxaridlər – rəngsiz, şirin dadlı, suda yaxşı həll olan maddələrdir. Tə-biətdə daha çox herksozalar yayılıb (molekulları 6 karbon atomundan təşkil olu-nub): qlükoza (üzüm şəkəri), fruktoza (bal və meyvələrdə təsadüf olunur) və qa-laktoza (süddə təsadüf olunur). Nuklein turşuları və ATF-in tərkibinə pentozalar daxildir: (onların molekulu 5 karbon atomundan təşkil olunub) riboza və dezoksri-boza
Sadə polisaxaridlər disaxaridlər aiddir: saxaroza (çuğundur şəkəri) və lakto-za (süd şəkəri). Bu karbohidratların molekulu iki monosaxariddən təşkil olunub: saxaroza qlükoza və fruktozadan, laktoza isə qlükoza və qalaktozadan. Disaxarid-lər də şirin dada malik olub, suda yaxşı həll olurlar.
Mürəkkəb quruluşlu polisaxaridlər şirin dada malik olmurlar və suda yaxşı həll olmurlar. Daha çox yayılan polisaxaridlər, heyvanlarda qlikogen, bitkilərdə isə nişasta və sellülozadır.
Karbohidratlar hücxeyrənin bütün aktivlik formaları üçün (hərəkət, biosin-tez, bölünmə və s.) enerji mənbəyidir. 1qr karbohidratın tam parçalanma zamanı (CO2 və H2O-ya) 17.6 kC enerji ayrılır.
Məməlilərin qanında və toxumalarında müəyyən qatılıqda qlükoza var. Qlü-kozanın səviyyəsinin düşməsi baş beynin bəzi hüceyrələrinin qıcıqlanmasına səbəb olur. Ən zəif qıcıqlara belə, cavan verən bu hüceyrələr əzələlərə siqnallar göndərir, bu qıcıqolmalara, huşun itməsinə və hətta ölümə səbeb olur .
Lipidlər
Lipidlər kimi yağabənzər maddələr də adlandırılır. Yağlar ehtiyyat maddələ-ridir. Belə hesab edirlər ki, onlar yağ turşularının və spirtlərin mürəkkəb efirləridir. Mürəkkəb efirlər – turşular və spirtlərin qarşılıqlı reaksiyasından alınan məhsuldur.
Turşu + Spirt = Mürəkkəb efir + Su
Yağ turşusunun ümumi formulu: R-COOH
Burada, COOH – karboksil qrupu, R –isə əsasən hidrogen atomudur.
Hüceyrədə quru çəkiyə görə yağın miqdarı 5-10%-dir, lakin bəzi hüceyrələr-də onların miqdarı 90%-ə qədər də ola bilər. Lipidlər də hüceyrənin enerji mənbə-yidir. 1qr yağların tam parçalanmasından (CO2 və H2O-ya qədər) 38.9 kC enerji ayrılır.
Yağların oksidləşməsindən böyük miqdarda su ayrılır. Bun görə də bəzi səh-ra və yarımsəhra heyvanları (dəvələr, qış və yay yuxusunda olan heyvanlar) uzun müddət susuz qala bilirlər.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin