Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Dünyada baş verən hadisələrdən xəbərdar olmaq



Yüklə 416,28 Kb.
səhifə42/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   38   39   40   41   42   43   44   45   ...   73
2- Dünyada baş verən hadisələrdən xəbərdar olmaq

Elm hövzəsi keçmişdə olduğu kimi dünya hadisələrindən kənarda deyil. Bu gün elm hövzəsi bütün dünya ilə birbaşa və dolayısı ilə əlaqədə olan bir qurumdur. Buna əsasən, elm hövzəsi haqda danışmaq şübhəsiz, İslam dünyasının cari məsələləri ilə də əlaqədardır, ölkə məsələləri və beynəlxalq məsələlərlə də. İslam dünyası ilə əlaqəyə gəldikdə, bu, inqilab düşüncəsi və inqilab marağı ilə tanış olanlar üçün yeni və gözlənilməz bir şey deyil.395


İslam Respublikası və elm hövzəsi dünyanın İslamı tanıması və İslam maarifini öyrənməsi baxımından cavabdehlik daşımalıdır. Əgər Allah eləməmiş, hövzə baş verən hadisələri yanlış anlasa, haradasa düzgün mövqe seçməsə, ehtiyacı dərk etməsə, yaxud yanlış dərk etsə, yaxud dost və düşməni tanımasa və yanlış fikir əsasında qərar qəbul etsə, qarşısıalınmaz problemlər yaranar. Bu baxımdan, hövzənin siyasi dərk və idarəçiliyi çox yüksək səviyyədə olmalıdır.396
Düşmənlərin istəyi və İslama zidd olan kənara çəkilmək, siyasi fəaliyyətdən uzaqlaşmaq fikrini özlərinə və elm hövzələrinə əsla yaxın buraxmasınlar, həmişə, xüsusən də təhlükəli zamanlarda xalqın önündə ixlasla və yorulmadan çalışsınlar, elmi əməllə, fiqhi cihadla, etiqadı söz və əməl təbliğatı ilə yanaşı edib hər üç səngəri - məktəbi, məscidi və cəbhəni doldursunlar.397
Biz elə etməliyik ki, elm hövzəsinin hər bir kadrı siyasi və digər cari məsələlərə dair düzgün baxışı digərlərinə ötürməyə, xalqı hidayət etməyə və arxasınca aparmağa qadir olsun. Yanlış, sadə və dayaz anlamaq, zəif və bəsit dərk etmək, dünyanın və ölkənin cari məsələlərindən xəbərsiz qalmaq elm hövzələri üçün ən ziyanlı amillərdəndir.398
Ən savadlı alim olsanız belə, dövrünüzü tanımasanız, bugünkü İslam cəmiyyətinə faydalı ola bilməzsiniz. Əgər hegemonizmin nə iş gördüyünü, kimlərin düşmən olduğunu, hansı yollarla zərbə vurduğunu, düşmənlik etdiyini, cəmiyyətimizdə nə baş verdiyini, problemlərin nədən ibarət olduğunu və onları aradan qaldırmaq üçün nə etməli olduğumuzu, beynəlxalq cəbhələrin harasında yerləşdiyimizi bilməsək, İslam cəmiyyətinə faydalı olmamız qeyri-mümkündür. Yumruq, təpik və qapaz həmişə iki tərəfin arasında qalanlara, məsələnin nədən ibarət olduğunu bilməyənlərə dəyir. Onlar hamıdan çox döyülür və təpiklənir, mövqelərdən istifadə edə bilmirlər. Hər hansı səviyyədə olan din aliminə dövrə dair məlumat və ayıqlıq lazımdır. Xalqa fətva vermək istəyən ən savadlı din alimindən tutmuş məhəllədə bir neçə nəfərə din hökmlərini öyrədən ruhaniyə qədər hamısına aiddir, lakin kimin mövqeyi daha yüksəkdirsə, bu ayıqlığa daha çox ehtiyaclıdır. Şiə tarixi boyu, xüsusən də dünyanın yeni formaya düşdüyü son 200 ildə biz çox ziyanlar gördük. Son 200 ildə müstəmləkə yarandı, siyasətlər dəyişdi, Avropa dövlətləri qlobal miqyasda siyasi işlərə girişdilər, İslam ölkələrinə soxuldular, işlədilər, məmləkətləri tutdular və bu məqsədlə çoxlu tədbirlər gördülər. Bu 200 ildə din alimlərinin dünyada cərəyan edən məsələləri bilməməsi bizə böyük problemlər yaratdı. Bizdə harada zirək, sayıq və diqqətli bir din alimi olmuşdursa, qorunmuşuq; nə zaman Mirzə Şirazi kimi bir şəxsimiz olmuşdursa, udmuşuq; nə zaman Şeyx Ənsari kimi dindar, təqvalı, zəkalı və sayıq bir insanımız olmuşdursa, udmuşuq. Digər tərəfdən, nə zaman işimizdə bir qədər diqqətsizlik olmuşdursa, aldanmış və ziyan görmüşük; özü də bir nəfərə, bir hövzəyə, bir topluma, bir şəhərə, bir ilə və iki ilə aid olmayan ziyanlar. Belə məlumatsızlqıdan törəyən ziyanın təsiri bəzən 50 il İslam cəmiyyətinə problem yaratmışdır. Bundan sonra buna imkan verməməli, məlumatsızlığa təslim olmamalı, ayıqlığımızı artırmalıyıq.399
Hövzələr dünya hadisələrindən kənarda qalmamalıdırlar. Hövzəyə rəhbərlik edənlər tələbələrin dünya məsələlərinin içində olmalarını təmin etsinlər. Bunlar dünya inkişaflarından, hadisələrindən, müxtəlif sahələrdə - istər təbii elmlərdə, istərsə xüsusən humanitar elmlərdə yeni kəşf, nəzəriyyə və elmi mövzulardan kənarda və xəbərsiz qalmamalıdırlar. Fətva vermək üçün mühüm bir şərt mövzunu tanımaqdır. Fəqih mövzunu tanımasa, şəriət dəlillərindən ilahi hökmü layiqincə əldə edə bilməz. Misal üçün, kürr suyun nə olduğunu bilməyən bir şəxs bu haqda fətva verə bilərmi?! Fərz edin suyu həmişə stəkanda görən, kürr suyun nədən ibarət olduğunu bilməyən bir adam kürr, yaxud axar su ilə murdarı paklamaq haqda necə fətva verə bilər?! Mövzusunu bilmədiyi hökmü necə əldə edə bilər?! Fəqih mövzunu bilməsə, İslam mənbələrindən hökmü düzgün əldə etməsi çox çətin olar. Bəzən natamam və qeyri-aydın fətvalar müşahidə olunur. Araşdıranda görürsən ki, mövzu fəqihə tam aydın olmamışdır. Biz bir çox fiqh mövzularında bununla rastlaşırıq. Məsələn əksər fəqihlərin bir məsələ haqda fətva verdiklərini görürük, lakin reallığa baxanda anlayırıq ki, buna dair şəriət hökmü belə ola bilməz. Araşdırandan sonra bu nəticəyə gəlirik ki, mövzunun xırdalıqları tam aydın olmamışdır. Həmin alim və fəqih onlardan xəbərdar olmamış, yaxud onun dövründə ümumiyyətlə belə bir şey olmamış və sonradan yaranmışdır. Odur ki, bizim gənc ruhanimiz və hövzə tələbəmiz dünya məsələlərindən xəbərdar olsa, bu, ilahi və şəriət hökmlərini anlamaqda düzgün və həqiqətə yaxın fətvanı əldə etməkdə kömək edər. Hövzə tələbələri hadisələrdən kənarda qalmamalıdırlar. Qum hövzəsi və digər hövzələr tələbələrin baş verən hadisələrdən xəbərdar olması üçün proqramlar tərtib etməlidirlər. Bu istiqamətdə onların məlumatlarının genişlənməsinə kömək etmək, hövzədə günün bəzi məsələlərinin işıqlandırıldığı elmi-ixtisas jurnalları buraxmaq və ya günün məsələlərinə dair mütaliəsi olanlardan bəhrələnmək olar. 400
Bu gün hövzə tələbələri və ruhanilər ölkənin hər yerinə gedirlər və xalq onlardan yanlız şəriət hökmünü izah etmələrini istəmir. Onu da istəyir, xalqın ona da ehtiyacı var, amma bu gün ruhaniyə regionda baş verən hadisələrə, müxtəlif xarici və daxili siyasətlərə aid suallar da verirlər. Sual verməsələr də, o bunları izah etməlidir.401

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin