Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


Beşinci fəsil: Mədəni-incəsənət qurumlarının mədəni hücuma qarşı vəzifələri



Yüklə 416,28 Kb.
səhifə56/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   52   53   54   55   56   57   58   59   ...   73

Beşinci fəsil: Mədəni-incəsənət qurumlarının mədəni hücuma qarşı vəzifələri


Birinci hissə: Universitetlərin və ali təhsil mərkəzlərinin vəzifələri

1- İniqlabçı və İslamçı nəsil yetişdirmək

İnqilab dünyanın bir nöqtəsində baş verib möcüzəli təsirlər göstərən bir hadisədir. Bu hadisənin davamı və faydaları insanların tərbiyəsi ilə birbaşa əlaqədardır. Əgər inqilabın sözünü dərk edib onu qoyuran, ona əməl edən, o yolu və istiqaməti davam etdirən düzgün və elmli insanlar olsa, inqilab yaşayıb qalacaq, onun faydaları davamlı olacaq. Əgər Allah eləməmiş, inqilabın baş verdiyi bir mühitdə insanlar düzgün formada tərbiyə olunmasalar, tərbiyə prinsipləri məhv edilsə, İslam cəmiyyətində İslamın tərbiyə sisteminin xırdalıqlarına əməl olunmasa, xülasə, həm məlumatlı, həm qayğıkeş, həm məsuliyyətli, həm bacarıqlı, həm yüksək əhval-ruhiyyəli insanlar yetişdirilməsə, şübhəsiz, onun ilkin təməli də təhlükəyə uğrayacaq və tələf olacaq. Dünyanın bir zaman özünü göstərib çağlamış və sonradan zəifləyib məhv olmuş, yaxud istiqamətini dəyişmiş bütün bəşəri səyləri ayıqlığın, düşüncənin, iradənin, aydınlığın və ruhiyyənin çatışmazlığına görə bu taleyi yaşamışdır.494


Biz 10-15 ildən sonra İslam və inqilab cəmiyyətini qoruyacaq bir nəsil yetişdirmək istəyiriksə, bu gün onun üçün xüsusi öhdəlik və vəzifələr tanımalıyıq. Biz 15 ildən sonra inqilabın əvvəlindən daha 15 il uzaqlaşmış olacağıq. Əvvəldə daha güclü və qızğın olan hər bir şey kimi inqilab alovu, həvəsi də bir o qədər zəifləyəcək. Bu alov zəifləyəndə biz ona uzunömürlü və münasib odunlar hazırlamış olsaq, qələbədən 20-25 il sonra inqilabın istiliyindən cəmiyyətimizə nəsə çatacaq. Lakin bu alovdan istifadə etməsək, tez sönüb bitəcək. Belə olduqda bu gün işə başlayan bir gəncdən 10-15 ildən sonra təbii ki, cəmiyyətin inqilabi və islami istəklərinə cavab verməsini gözləyə bilmərik. Siz həmin nəsli yetişdirmək üçün bu gün nə etməlisiniz? Bu, dərs oxumaqdan və tədqiqat aparmaqdan fərqli və tamam başqa bir şeydir.495
İslam Respublikasının kadr yetişdirmə aparatı düzgün işləməli və İslam Respublikasının məqsədlərinə uyğun kadrlar hazırlamalıdır. Biz xalqın, xüsusən də müsəlmanların malik olduğu müqəddəs arzulardan uzaq bir alim yetişdirmək istəsək, yaxşısı budur ki, tələbələrimizi qrup-qrup elm mərkəzlərinin bizdən daha imkanlı, daha modern olduğu ölkələrə göndərək, gedib oralarda oxuyub gəlsinlər. Halbuki məqsədimiz bu deyil. Məqsəd budur ki, ölkə elm və düşüncə baxımından layiqli insanlar tərəfindən idarə olunsun və öz məqsədlərinə doğru hərəkət etsin. Bu yalnız o zaman mümkün olar ki, insanlar həmin məqsədləri bilib qəbul etsinlər.496
Müsəlman iranlının öz ayağı üstə dayanması üçün iki-üç əsr boyu boynuna, əlinə və ayağına dolanmış əsarət kəndirlərini açmaq və “iranlı bir şey bacarmır” deyən yanlış müstəmləkə mədəniyyətini məhv etmək lazımdır. Bu məmləkətdə nefti milliləşdirmək istəyəndə Pəhləvi məmurlarından biri dedi: “İranlı palçıq aftaba düzəldə bilmir, neft sənayesini necə idarə edəcək?!” Bu, müstəmləkəçilərin müsəlmanlara, müstəmləkəyə çevirdikləri ölkələrin əhalisinə və bizim xalqımıza təlqin etdiyi mədəniyyətdir. Deyirdilər ki, sənayenizi biz qurmalı, əkinçiliyinizi biz yoluna qoymalı, məktəblərinizə biz proqram hazırlamalı və hökumətinizi biz idarə etməliyik. Pəhləvi və Qacar sülalələrinin bu ölkənin başına açdığı bəla və bu xalqı saldıqları rəzil durum bizi yüz il geriyə atdı. Bu rəzilliyə son qoymaq və parlaq iranlı istedadının İranın və İslamın maraqlarının xidmətində işlənməsi üçün bacarıqlı kadr yetişdirməkdən başqa bir yol yoxdur. Bunu kim yetişdirəcək? Qaralmış bu daşı, paslanmış bu metalı kim sürtüb parıldadacaq və iti bıçağa çevirib bütün işləri görəcək?497

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin