Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə13/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

Vəhhabilərin qəbirləri ziyarət etmək məqsədi ilə səfərə çıxmağın haram olması haqda sübutları


Vəhhabilər zahirdə Peyğəmbərin qəbrini ziyarət etməyə icazə verir, lakin qəbri ziyarət etmək məqsədi ilə səfərə çıxmağı haram bilirlər. Məhəmməd ibn Əbdül-Vəhhab risalə kitablarının ikincisində, “əl-hədiyyətüs-sünniyyə” risaləsində yazır:

Peyğəmbəri ziyarət etmək müstəhəbdir, məscidi ziyarət edib namaz qılmaqdan başqa, ziyarət məqsədi ilə səfərə çıxmaq isə düzgün deyil. Onlar “Səhih” kitablarında Əbu Hüreyrənin1 nəql etdiyi hədisə əsaslanaraq qəbri ziyarət etmək üçün səfərə çıxmağı haram bilirlər:

Peyğəmbər buyurdu: Bu üç məscidin ziyarətindən başqa səfər etmək düzgün sayılmır:

1. Mənim məscidim (Məscidün-Nəbi)

2. Məscidül-həram

3. Məscidül-Əqsa”

Bu hədis hada başqa iki oxşar variantlarda nəql olunub: “Üç məscidin ziyarəti üçün səfər etmək düzgün sayılır: 1) Kəbə; 2) Mənin məscidim (Məscidün-Nəbi; 3) Əqsa məscidi”.

Bu hədis haqda “Səhih” kitablarında bəhs olunub və ravisi Əbu Hüreyrə olduğuna görə hədisin sənədi haqqında bəhs etmirik. Hədisin öz məzmunundan bəhs etsək, daha faydalı olar.

Peyğəmbərlərin, imamların və övliyaların ziyarəti üçün səfər etmək hədisdə qadağan olunmamışdır. Çünki hədisin mövzusu məscidlərə səfər etmək və məscidlərdən cəmisi üç məscidin istisna olması haqdadır. Lakin məqbərələr və dəfn olunan müqəddəs yerlər bu həidsin mövzusundan kənardır və hədisdə qadağan olunmamışdır.

Hədisdə bəhs olunan mövzu məsciddir və bu üç məscid istisna olduğu üçün məzar və qəbiristan və s. yerlər buna aid deyildir.

2) Əgər bütün müqəddəs yerlərə müsafirət etmək qadağan sayılırsa, bu düzgün deyil. Çünki həcc mərasimində “Ərəfat”, “Məşər” və “Mina” yerlərinə ziyarət üçün səfər olunur.

3) Quran ayələrində və hədislərdə Allah yolunda cihad etmək, elm öyrənmək və valideyni ziyarət etmək üçün edilən səfər xüsusi olaraq vurğulanmışdır.

“Hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın ki, insanları döyüşdən qayıtdığı zaman Allahın əzabı ilə qorxutsun. Bəlkə onlar əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən çəkinsinlər!”2

Bu səbəbdən böyük hədis alimləri hədisi həqiqi mənada təfsir etmişlər. “İhyaul-ülum” kitabının müəllifi Ğəzzali deyir: “Müsafirətin başqa bir mənası ibadət, cihad, həcc, peyğəmbərlərin, səhabələrin və övliyaların ziyarəti üçün səfər etmək deməkdir. Hər kimin sağlığında ziyarət edilməsi təbərrük sayılırdısa, vəfatından sonra da ziyarət edilməsi təbərrük sayılır, bunun heç bir eybi yoxdur və bu hədislə heç bir ziddiyyət təşkil etmir.

Hədisin mövzusu məscid olduğuna görə və başqa məscidlər fəzilət cəhətdən bir olduğu üçün bu üç məsciddən başqa, digər məscidləri ziyarət etmək niyyətilə səfərə çıxmağa icazə verilməmişdir. Məscidlərdən başqa peyğəmbərlərin və övliyaların ziyarəti fəzilət sayılan əməllərdəndir.3

Bu üç məsciddən başqa yerdə qalan bütün məscidlərə səfər etmək nəhy olunmuşdur. Burada bir mətləbi qeyd etmək istərdik: Əziz Peyğəmbər buyurur: “Bu üç məsciddən başqa yerdə qalan məscidlərə səfən etməyin.” Əlbəttə bu o demək deyil ki, başqa məscidlərə səfər etmək haram sayılır. Yəni başqa məscidlərin savabı bu üç məscidin savabı qədər olmadığı üçün insanın zəhməti hədər getməsin deyə, başqa məscidlərə səfər etməsə, yaxşı olar. Bütün dünyada məhəllə, qəsəbə, kənd, şəhər məscidlərinin fəziləti və savabı bərabərdir. Şəhərdə Cameməscidi ola-ola başqa bir şəhərin məscidinə səfər etməyə ehtiyac yoxdur. Əgər belə bir iş görülsə, yəni məscid ziyarəti üçün səfər olunsa, günah və haram iş sayılmır. Bu mətləbə “səhih” və “sünən” kitablarının müəlliflərindən nəql olunan hədisi sübut gətirə bilərik:

Səhihi-Buxaridə deyilir:4

“Əziz Peyğəmbər hər şənbə günü piyada və yaxud miniklə “Quba” məscidinin ziyarətinə gedərdi. Ömərin oğlu da bu adətə əməl edərdi. Allaha görə namaz qılmaq üçün məscidlərin birinə getmək nəyə görə haram sayılsın? Əgər, məsciddə namaz qılmaq müstəhəb sayılırsa, deməli, onun müqəddiməsi də (məscidə səfər etmək) müstəhəb sayılır.


Altıncı fəsil

Övliyaların qəbri kənarında namaz qılıb dua oxunması


Vəhhabilərin kitablarında tənqid etdikləri məsələlərdən biri də övliyaların qəbri kənarında namaz qılıb dua oxumaq və məqbərələrində işıq yandırmaqdır. Bu məzhəbin banisi (Məhəmməd ibn Əbdül Vəhhab) “Ziyarətül-qübur” risaləsində yazır:

“Keçmiş rəhbərlərdən heç biri övliyaların məzarı kənarında namaz qılmağı müstəhəb hesab etmir. Belə yerlərdə namaz qılıb dua oxumaq başqa yerlərə nisbətən fəzilətli sayılmır. Əksinə, hamının fikri budur ki, məscidlərdə və evlərdə namaz qılmaq övliyaların qəbri kənarında namaz qılıb dua oxumaqdan fəzilətlidir.”1

Mədinə alimləri suallara verdikləri cavabların birində belə deyirlər:

“Peyğəmbərlərin qəbrinə üz tutub dua etmək əsasən qadağan sayılır. Məşhur kitablarda bu əməl qadağan edilmişdir. Dua vaxtı üzü qibləyə dayanmaq fəzilətlidir.”

Zaman keçdikcə, bu əməl “qadağan” mərhələsindən “şirk” dərəcəsinə yetişmişdir. Hal-hazırda hər kim dua vaxtı üzünü Peyğəmbərin qəbrinə tərəf tutsa, “müşrik” sayılır.

Əgər məzar sahibinə namaz qılınıb, ibadət edilsə, sözsüz ki, bu əməl şirk sayılır. Lakin dünyanın heç bir yerində, heç bir müsəlman peyğəmbərlərin və övliyaların məzarı kənarında qəbri qibləgah edib, qəbir sahibinə ibadət etmir. Deməli, “şirk” məsələsi vəhhabilərin ortalığa atdıqları bir təsəvvürdür. Müsəlmanlar təbərrük etibarilə övliyaların məzarı kənarında ona görə dua edib namaz qılırlar ki, orada Allahın ən sevimli bəndəsi dəfn olunub. Onlar belə düşünürlər ki, Allahın sevimli bəndələrinə hüsn-rəğbət bəslədiklərinə görə əməllərinin savabı daha çox olar.

İndi gəlin, bu haqda danışaq:

Əgər pak, saleh bir şəxsin və övliyanın cənazəsi bir yerdə dəfn olunursa, o yer fəzilətli və şərafətli sayılmırmı? Əgər bu hökm Quranda və rəvayətlərdə təsdiq olunsa, sözsüz ki, bu qəbirlərin kənarında dua oxuyub, namaz qılmaq da müstəhəb sayılacaq. Bunun haram olması səhv fikirdir. Əksinə, başqa yerlər kimi, burada da, dua oxuyub namaz qılmağa icazə verilir. Əgər pak adamın dəfn olunduğu yer fəzilətli sayılırsa, görək bu haqda Quran nə buyurur:

1) “Əshabi-Kəhfin” dəfn olunduğu yer haqqında “müvəhhidlər” (Allaha inananlar) belə dedilər:

“Onların (məzarı) üstündə Allaha ibadət etmək məqsədi ilə bir məscid tikəcəyik!... / Əl-Kəhf surəsi. 21-ci ayə/

Onlar orada öz vacibi əmələrini yerinə yetirmək və namazlarını qılmaq üçün məscid tikmək istəyirdilər.2 Allahın sevimli bəndələri dəfn olunduğuna görə o yerin xüsusi fəziləti var idi. Müsəlmanlar çoxlu savab əldə etmək üçün bu məkandan təbərrük kimi istifadə edirdilər. Quran bu hadisəni nəql etdikdən sonra, bunun müqabilində sükut edir. Əgər bu əməl qadağan olunmuş və əbəs bir iş olsaydı, Quranda buna etiraz olunaraq bu iş xəta adlanardı və heç vaxt razılıq sükutu ilə, üstündən keçilməzdi.

2) Quran Allah evini ziyarət edənlərə “Məqami-İbrahimdə” də (İbrahimin daayndığı yer) dayanıb namaz qılmağı göstəriş verir:

Ey möminlər! Sizə də İbrahimin durduğu yeri özünüzə namazgah edin (dedik).”3

Bu yerdə Həzrət İbrahim (ə) dayanıb Allaha ibadət etdiyinə görə bu məkanın özünəməxsus fəziləti, şərafəti və mübarəkliyi vardır. Elə bu yerin fəzilətinə görə, müsəlmanlara orada namaz qılmaq göstəriş verilmişdir.

Əgər Həzrət İbrahimin dayandığı yer fəzilətli olunsa, bəs niyə görə şəhidlərin və övliyaların dəfn olunduğu yerlər fəzilətli sayılmır? Şübhəsiz ki, belə yerlərdə də namaz qılmağın, dua etməyin böyük bir savabı vardır.

Düzdür, bu ayə yalnız Həzrət İbrahimin (ə) haqqında nazil olub, lakin bu ayədən ümumi bir hökm kimi istifadə etmək olmazmı? Dəvaliqi imam Malik (Əhli-təsənnün, Maliki məzhəbinin rəhbəri) ilə Peyğəmbər (s) məscidində bəhs edirdi. Dəvaliqi ondan soruşdu:

− Dua edən vaxtı üzü qibləyə tərəf dayanmalıyam, yoxsa Peyğəmbərin məzarına tərəf üzümü tutub dua etməliyəm?

Malik dedi:

− Nə üçün Peyğəmbərdən üz döndərməlisən? Halbuki, Peyğəmbər Allahla sizin aranızda sənin və atan Adəmin vasitəçisidir. Əksinə, üzünü Peyğəmbərin qəbrinə tutub onu şəfi1 qərar ver və ondan şəfaət istə.2

3 − Merac hədisinə müraciət etsək, bu həqiqət daha da, aydınlaşar. Merac hədislərində belə rəvayət olunur: “Peyğəmbər (s) “Təyyibə”, “Turi-Sina” və “Beytül-Ləhm” adlanan yerlərdə namaz qılmışdır. Cəbrayıl Peyğəmbərə dedi:

“Ey Allahın Rəsulu! Sən İsanın doğulduğu yerdə namaz qıldın.”3

Bu hədisdən belə başa düşülür ki, Peyğəmbərin ayağı hara dəyirsə, o yer bizim üçün fəzilətli hesab olunur. O yerin bərəkəti də, yalnız Həzrət İsanın orada doğulduğuna görədir.

4 − “Hacər” və “İsmail” Allah yolunda səbir etdiklərinə, qəribliyə dözdüklərinə görə yüksək bir məqama nail oldular. Belə ki, onların addım atdıqları yer ibadətgah oldu. Yəni “Səfa” və “Mərvə” dağları arasında olan ərazi nəzərdə tutulur.4

İbn Teymiyyənin şagirdi deyir:

“Əgər həqiqətən iki nəfərin çəkdikləri əziyyət və səbrə görə, qədəmlərinin yeri ibadətgah olursa və orada əzəmətli səy mərasimi yerinə yetirilirsə, nə üçün Peyğəmbərin çəkdiyi əziyyət və çətinliklərə görə dəfn olunduğu yer fəzilətli və şərafətli sayılmasın?”

5 − Əgər doğrudan da qəbrin kənarında namaz qılmaq düzgün sayılmırsa, bəs nəyən görə ümmül-möminin Ayişə bir ömür öz otağında Peyğəmbərin dəfn olunduğu yerdə namaz qılıb ibadət edirdi?

İslam ravilərinin Peyğəmbərdən (s) nəql etdikləri hədisdə deyilir: “Allah yəhudiləri və məsihiləri peyğəmbərlərin məzarlarını məscid etdiklərinə görə lənətləyib.”5

Vəhhabilər bu hədisə istinad edərək Allah övliyalarının qəbri kənarında namaz qılmağı haram saymışlar. Qəbri qibləgah qərar verib səcdə etmək, bunların hər ikisi batil və günah işdir. Əgər vəhhabilərin dediyi kimidirsə, nəyə görə bu hədisi nəql edən Ayişə əlli ilə yaxın öz otağında vəhhabilərin dəfn olunduğu yerdə Allaha ibadət etdi?

6 − Əgər vəhhabilərin dəfn olunduğu yerin xüsusi bir fəziləti və şərafəti yoxdursa, bəs nə üçün şeyxeyn (Əbu Bəkr və Ömər) orada dəfn olunmaqlarına israr etdilər? Nəyə görə Həsən ibn Əli (ə) pak bədənini babasının (Peyğəmbərin (s)) yanında, yox əgər düşmənlər qoymasalar, Bəqi qəbiristanlığında dəfn olunmasını vəsiyyət etdi? Bu hədisin Peyğəmbərin qəbri kənarında üzü qibləyə dayanıb namaz qılan müsəlmana heç bir aidiyyəti yoxdur.

7 − Peyğəmbərin əziz qızı Həzrət Zəhra (səlamullahu ələyha) − “Səhih” kitablarının hədisinə əsasən Fatimənin sevinci Peyğəmbərin sevinci və Allahın razılığı sayılırdı və həmçinin onun qəzəbi Allahın və Peyğəmbərin qəzəbi sayılırdı − belə bir pak qadın hər cümə günü əmisi Həmzənin ziyarətinə gedib, orada namaz qılıb ağlayırdı.6 Bu sübutlar və müsəlmanların əməlləri Allahın sevimli bəndələrinin dəfn olunduğu yerlərin təbərrük üçün dua edib namaz qılmağa daha fəzilətli olmasına açıq-aşkar dəlildir.


* * *

Fərz edək ki, bu yerlərdə namaz qılıb dua etməyin fəziləti haqqında Quranda və hədislərdə dəlil və sübut yoxdur. Eyni zamanda da belə müqəddəs yerlərdə ibadət etmək nəyə görə qadağan olmalıdır? Nə üçün bu müqəddəs ərazilər “İslam qanunlarına əsasən, bütün yerlər Allaha ibadət etmək üçündür.”7 kəlməsinə aid deyildir? Vəhhabilərin şiddətlə qadağan etdikləri əməllərdən biri də “qəbir üstündə” çıraq, şam yandırmaqdır. Bu çox da mühüm bir məsələ deyil. Çünki vəhhabilər “Sünəni-Nəsainin” İbn Abbasdan nəql etdiyi hədisə əsaslanırlar. Hədis belədir:

“Allahın Rəsulu qəbirləri ziyarət edən qadınlara, qəbrin üzərində məscid tikənlərə və qəbir üzərində çıraq və yaxud, şam yandırmaqla lənət göndərmişdir.”8 Əgər çıraq və yaxud, şam yandırmaqla insanın malı israf olunursa və yaxud başqa dindən olanlara (məsihilər) oxşatmaq üçün bu iş görülürsə, hədisin mənası buna aid ola bilər. Lakin Quran, dua oxuyub, namaz qılmaq və s. şəri işlər üçün çıraq yandırılarsa, bunun heç bir eybi olmaz. Əksinə, bu müqəddəs yerlərdə çıraq yandırmaqla “yaxşı işlərdə və imanlı olmaqda əlbir olun.”1 Quran ayəsi açıq aşkar bir nümunədir. Belə olan halda, nə üçün bu iş haram sayılmalıdır?

Hədisi şərh edənlər bu həqiqətə işarə etmişlər. Əllamə Sənədi “Sünəni-Nəsai” kitabının haşiyəsində deyir:

“İnsanın malı zay, israf olmasın deyə çıraq yandırmaq qadağan olunub, bundan başqa bir şey onun qadağan olunmasına səbəb ola bilməz.”2

1   ...   9   10   11   12   13   14   15   16   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə