Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə15/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

İkinci hədis


Saillərin (hacət istəyənlərin) haqqında təvəssül etmək.

Ətiyyə Ufi, Əbu Səid Xüdridən nəql edir ki, Peyğəmbər buyurdu:

“Hər kim namaz qılmaq üçün evindən çölə çıxıb” bu duanı oxusa, Allahın rəhməti ilə üzləşər və min mələk onun günahlarının bağışlanmasını istəyər.2

Dua belədir: /Tərcüməsi /

− İlahi, saillərin və Sənə tərəf çönən qədəmlərimin haqqına, mən riyakarlıq və xoş güzəranlıq üçün evdən çıxmamışam. Mən Sənin razılığını əldə etmək səbəbilə evdən çıxdım. Səndən istəyirəs ki, məni atəşdən saxlayasan və günahlarımı bağışlayasan. Çünki, günahları Səndən başqa heç kim bağışlamaz.

Bu hədis çox aydın şəkildə insanın Allahdan arzusunu istəyən zaman övliyaları vasitə seçməsinə şəhadət verir.


Üçüncü hədis


Peyğəmbərin (s) haqqında təvəssül etmək:

Həzrət Adəm (ə) Allahın sözünə əməl etmədiyi üçün1 behiştdən çıxarıldıqdan sonra Allahın ona öyrətdiyi kəlmələrlə tövbə etdi. Belə ki, Quran buyurur:

“Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək Həvva ilə birlikdə o kəlmələr vasitəsilə tövbə etdi. Doğrudan da, o (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.”2

Təbərani “Möcəmüs-səğir” kitabında, Hakim Nişapuri “Müstədrəki-Sihah” kitabında, Əbu Nəim İsfəhani və Beyhəqi “Dəlailün-Nübuvvət” kitabında, İbn Əsakir Şami öz tarix kitabında, Süyuti “əd-Dürrül-mənsur” və Alusi “Ruhul-məani”3 kitablarında Ömər ibn Xəttabdan nəql olunan sənədə əsasən yazırlar:

Əziz Peyğəmbər (s) buyurdu:

Adəm Allahın sözünə tabe olmadıqda üzünü asimana tutub dedi:

− İlahi! Səni and Məhəmmədin haqqına, məni bağışla.

Uca olan Allah Adəmə vəhy etdi:

− Məhəmməd kimdir?

Adəm cavab verdi:

− Məni yaratdıqdan sonra gözüm ərşə yetişdi, gördüm ki, orada yazılıb: “Allahdan başqa Allah yoxdur, Məhəmməd Allahın Rəsuludur.” Öz-özümə dedim, Məhəmməd Allahın ən sevimli məxluqu olduğuna görə onun adını Öz adının yanında gətirib.

Elə bu vaxt Adəmə vəhy oldu:

“O (Məhəmməd) sənin nəslindən olan peyğəmbərlərin ən sonuncusudur. Əgər o olmasaydı, səni yaratmazdım.”4

Bu hədis haqqında bizim fikrimiz


Quranda bizim danışığımızdan fərqli olaraq “kəlmə” sözü şəxsiyyətə və insana aiddir.

a) “Allah sənə Öz tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasına) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir.”5

Bu ayədən aydın olduğu kimi “kəlmə” sözündən məqsəd Həzrət İsadır.

b) “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir...”6

“Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri və onun kəlməsidir...”7

“Əgər Rəbbimin kəlmələrini yazmaq üçün dərya mürəkkəb olsaydı, dərya qurtarardı...”8

“Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəryaya isə yeddi dərya belə qoşulsaydı, (dəryalar mürəkkəb olsaydı) yenə də Allahın kəlmələri tükənməzdi...”9

Bu ayələrə diqqət yetirsək görərik ki, “kəlmə” sözündə məqsəd həmin təvəssül olunmuş müqəddəs adamlardır.

Rəvayətlərdən bəlli olduğu kimi, bu müqəddəs şəxsiyyətlərdən yalnız Məhəmmədin (s) adı çəkilib. Elə buna görə də şiə hədislərində bu həqiqət (“kəlmə” sözünün mənası) iki şəkildə təfsir olunub: 1) “Kəlmə” sözü “müqəddəs insanlar” mənasında işlənmişdir. 2) Onların nurani oxşarlıqları nəzərdə tutulub.

Ayənin təfsiri:

Adəm ərşə baxanda bir neçə nəfərin adının yazıldığını müşahidə etdi və bu adlara təvəssül etdi. Adəmə vəhy olundu:

Bu, Allahın ən sevimli məxluqlarının adıdır. O adlar bunlardan ibarətdir:

Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn (ə).

Adəm tövbəsinin qəbul olunması üçün bu adlara təvəssül etmişdir.1

Başqa şiə hədislərində isə, belə nəql olunur ki, Adəm bu beş müqəddəs şəxsin nurlarını ərşdə (asimanda) görmüşdür. Bu hədisdən tam xəbərdar olmaq üçün “Bürhan” təfsirinə müraciət edə bilərsiniz.2

2) Tarix və hədis kitablarına müraciət etsək, görərik ki, Həzrət Adəmin (ə) Peyğəmbərə (s) təvəssül etməsində heç bir şübhə yoxdur. Çünki imam Malik Peyğəmbərin hərəmində Mənsur Dəvaliqiyə belə göstəriş verir:

“Peyğəmbər sənin və sənin atanın vasitəçisidir.”3

İslam şairləri bu həqiqəti nəzmə çəkmişlər. Şerin məzmunu belədir:

Allah onun (Peyğəmbərin) vasitəsi ilə, Adəmin duasını qəbul etdi və Nuha gəminin içərisində nicat verdi.

Adəmin günahları elə adamların vasitəsi ilə bağışlanıb ki, onlar Allahın ən yaxın bəndələri və parıldayan ulduzlardır.4


Dördüncü hədis


Peyğəmbərin öz peyğəmbərliyinə və özündən qabaqkı peyğəmbərlərə təvəssül etməsi.

“Əsədin qızı Fatimə (Həzrət Əlinin (ə) anası) vəfat etdikdən sonra Allahın Rəsulu onun başı üstünə gəlib buyurdu:

“Ey mənə anamdan sonra analıq edən, Allah sənə rəhmət eləsin!” Sonra Üsaməni, Əbu Əyyubu, Ömər ibn Xəttabı və qulamını çağırıb, onlara qəbrin hazırlanmasını göstəriş verdi. Qəbir hazır olandan sonra Peyğəmbər qəbrin içində çiyni üstə uzanıb belə dua etdi:

“Ey öldürən və dirildən, əbədi diri olan Allah! Səni Peyğəmbərinin və məndən qabaqkı peyğəmbərlərin haqqında and verirəm. Əsədin qızı Fatiməni bağışla və yerini geniş elə.”

“Xülasətül-kəlam” kitabının müəllifi deyir:

“Bu hədisin düzgün olduğunu Təbərani “Möcəmül-kəbir” və “əl-Övsət” kitabında, həmçinin İbn Həbban və Hakim nəql edərək təsdiq edirlər.”5 Seyyid Əhməd Zeyni-Dəhlan “əd-Dürərüs-sünniyyə fir-rəddi ələl-vəhabiyyə” kitabında yazır:

“B hədisi tanınmış mühəddis İbn Əbi Şəybə Cabirdən, İbn Əbdül Bərr Abbasdan və Əbu Nəim Ənəsdən rəvayət etmişlər. Bu sənədlərin hamısını Cəlaləddin Süyuti “Camei-kəbir” kitabında yazmışdır.”6

Yazıçı bu hədisi yazılmış şəkildə iki kitabdan istifadə edərək söyləmişdir:

1) Hilyətül-Övliya / müəllif: Əbu Nəim İsfəhani / c. 3, s. 121.

2) Vəfaül-Vəfa / müəllif: Səmhudi / c. 3, s. 899.


1   ...   11   12   13   14   15   16   17   18   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə