Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə22/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

On birinci fəsil

Sağlığında ilahi övliyalardan kömək istəmək


Övliyalardan kömək diləmək bir neçə şəkildə həyata keçir:

1− Diri adamdan bizə ev tikmək üçün kömək etməsini və yaxud ixtiyarında olan su ilə bizi təmin etməsini istəmək.

2− Diri adamdan bizim haqqımızda dua etməsini və Allahdan günahlarımızın bağışlanmağını tələb etməsini istəmək. Bu iki surət, demək olar, müştərəkdir.

Yəni ondan istədiyimiz hacət adi bir iş kimi yüz faiz onun ixtiyarındadır. Fərqi budur ki, birinci surət dünya işlərinə, ikincisi isə axirət işlərinə aiddir.

3. Diri adamdan həkimsiz və dərmanız olaraq xəstə adama şəfa verməsini, bizə itirdiyimizi tapmaqda, borclarımızı qaytarmaqda kömək etməsini, bir sözlə, möcüzə və kəramət yolu ilə adi və təbii vasitə olmadan bizim hacətimizi yerinə yetirməsini istəmək.

4. Hacət istədiyimiz adam bu dünyada diri deyil (vəfat edib), amma o biri dünyada həyat sürdüyünə, Allah ruzisindən bəhrələndiyinə əqidəmiz olduğuna görə belə bir adamdan bizim haqqımızda dua etməsini istəmək.

5. Belə bir adamdan (vəfat etmiş şəxsdən) Allahın ona verdiyi mənəvi qüvvəti ilə xəstəyə şəfa verməsini, itirdiyimzi tapmasını və s. tələb etmək. Axırıncı iki surət ikinci və üçüncü surətlər kimidir. Fərqi budur ki, 1-ci, 2-ci 3-cü surətdə hacət istədiyimiz şəxs diri, 4-cü, 5-ci surətdə isə zahirən ölü, həqiqətdə isə diridir. Bu dünyada vəfat etmiş adamdan adi vasitə ilə maddi işlərdə bizə kömək etməsini istəmək düzgün sayılmır. Çünki o, dünyasını dəyişmiş və adi vasitələrdən üzülmüşdür. Burada qeyd olunan beş surətin birinci üç surəti maddi dünyada diri adamdan, axırıncı iki surəti isə axirət dünyasında diri olan adamdan hacət istəməyə aiddir. Biz birinci üç surət haqqında bu fəsildə bəhs edəcəyik. Axırıncı iki surət haqqında isə gələn fəsillərdə bəhs edəcəyik.

Birinci hal:

Diri adamlardan maddi və adi işlərdə kömək istəmək bəşər mədəniyyətinin əsasını təşkil edir. Çünki dünyada cəmiyyətin mövcudluğu insanların bir-birinə köməyi üzərində qurulub. Bütün dünya aqilləri həyati məsələlərdə bir-birilərinə kömək etmişlər. Bu məsələnin hökmü çox açıq-aşkar olduğuna görə heç kim buna irad tuta bilməz. Bizim bəhsimiz Quran və hədis olduğu üçün bir ayə nəql etməklə kifayətlənirik.

“Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim.”1

İkinci hal. Dünyada yaşayanlardan xeyirli dualar və günahların bağışlanmasını tələb etməkdir. Dirilərdən belə bir işi tələb etmək Quranın zəruri göstərişlərindən biridir. Hər kimin Qurandan qısaca məlumatı olsa, peyğəmbərlərin ümməti haqqında dua etməsini və yaxud ümmətin peyğəmbərdən günahlarının bağışlanmasını tələb etməsinin şahidi olar.

Bu barədə ayələrin toplusunu qeyd edirik:

Ayələr mürəkkəb quruluşda olduğundan biz onları izahla bəyan edirik:

1. Bəzi vaxtlar Allah-taala öz Peyğəmbərinə ümməti haqqında dua etməyi göstəriş verir:

“Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işlərində onlarla məsləhətləş...”2

“Qadınların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”3

“(Ya Məhəmməd!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlardan) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”4

Bu ayədə Allah-taala Peyğəmbərə dua etmək haqqında göstəriş verir. Çünki Peyğəmbərin ümməti üçün etdiyi dua tez qəbul olur. Yəni peyğəmbərin duasından sonra müsəlmanlar özlərini rahat hiss edirdilər.

2. Bəzən Peyğəmbər günahkarların xüsusi şəraitdə bağışlanmasını Allahdan diləyəcəyini vəd edirdi.

“Ancaq İbrahim öz atasına: Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm.”5

“(İbrahim dedi:) Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır.”6

“İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi.”2

Bu ayələrdən məlum olur ki, peyğəmbərlər vədə verdikləri üçün Allahın günahları bağışlamasını istəmişlər.

İbrahim də Azərə belə bir vəd verir.

Lakin Azəri bütə ibadət edən gördükdə, dua etməkdən imtina edir. Çünki duanın qəbul olmasının şərtlərindən biri də budur ki, dua olunan adam müsəlman olsun, müşrik yox.

3. Allah-taala günahkar müsəlmanlara tövbələrin qəbul olunması üçün Peyğəmbərin yanına gəlib, ondan günahların bağışlanmasını tələb etməyi göstəriş verir. Əgər Peyğəmbər onların haqqında dua etsə, Allah-taala həmin adamların günahlarını bağışlayar.

“Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də, onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”3

Daha bundan yaxşı nə ola bilər ki, Allah-taala günahkar ümmətə tövbə etmək üçün Peyğəmbərin hüzuruna gəlməyi göstəriş verir. Peyğəmbərin yanına gəlib günahların bağışlanmasını diləməyin iki böyük faydası var:

a) Peyğəmbərdən günahların bağışlanmasını diləmək günahkarlarda itaət ruhunu dirçəltməklə yanaşı, Peyğəmbərin məqamını yaxşı dərk edib ona itaət etməyə səbəb olur. Adətən, insanın belə rəftarı Peyğəmbərin qarşısında təvazökarlığa səbəb olur. İnsan səmimi-qəlbdən bu ayəyə əməl edir:

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!”4

b) Bu əməl və rəftar Peyğəmbərin məqam və mövqeyini ümmətin zehnində canlandırır. Maddi ləzzətlərin xüsusi səbəblərlə Allah bəndələrinə çatdığı kimi Allahın günahları bağışlanması sayılan mənəvi ləzzətlər də xüsusi səbəblərlə, o cümlədən Peyğəmbərin və övliyaların duası ilə bəndələrə çatır. Bəndələr günəş istiliyindən, enerjisindən, şüasından və gücündən faydalandıqları kimi risalət günəşi sayılan Peyğəmbərin mənəvi xeyirlərindən də faydalanırlar. Varlıq dünyasında hər iki mərhələ, “səbəb və səbəbkar” olduğundan hər iki dünyanın maddi və mənəvi dəyərləri də səbəblə yanaşıdır.

4. Bəzi müsəlmanlar həmişə Peyğəmbərin yanına gəlib ondan dua etməsini diləyirdilər. Elə buna görə də onlar bu xeyirxah əməli münafiqlərə (ikiüzlülərə) təklif etdikdə, onlar bundan imtina edirdilər:

“Onlara (münafiqlərə): “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin” − deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (ya Muhəmməd!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.”5

5. Bəzzi ayələr pak fitrətli insanların Allah dərgahında Peyğəmbərin duasının yüz faiz xüsusi bir təsirə malik olub qəbul olacağını bilmələrinə şəhadət verir. Elə buna görə də Peyğəmbərin yanına gəlib bağışlanmalarını ondan diləyirdilər.

Allahın insanları Peyğəmbərin vasitəsi ilə hadayət etdiyi insanların da pak fitrəti İlahi ləzzətlərin Peyğəmbər tərəfdən onlara çatmasına səbəb olurdu. Bu nöqtəyi- nəzərdən peyğəmbərlərin hüzuruna gəlib dua və bağışlanmalarını ondan diləyirdilər.

“(Oğlanları Yəquba) Dedilər: “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq.” (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”6

6. Peyğəmbər münafiqlərin, bütpərəstlərin (əgər öz günah əməllərindən əl çəkməzlərsə) haqqında dua edib günahlarının bağışlanmalarını istə, duasının qəbul olmayacağını Quran xəbər verir. Bu ayələr istisna olmaqla başqa ayələr Peyğəmbərin duasının xüsusi təsir bağışlayacağını isbat edir:

“(Ya Peyğəmbərim!) Onlar (münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq.”7

“Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!”8

“Onlara əzab gəldikdə, dedilər: “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər O, bu əzabı üzərimizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik.”1

Bu ayədə əzabın götürülməsini Musanın özündən istəmirlər. Belə olan halda bu ayə üçücü surətin sübutlarına aid olacaqdır.

Lakin bu ayədə Musanın dua etməsini istəmir. Burada belə bəlli olur ki, Musanın duası müşriklər haqqında qəbul olmur.

7. Bəzi ayələrdə imanlı adamların başqaları üçün dua etmələrinin şahidi oluruq:

“Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla.”2

8. Təkcə möminlər deyil, hətta ərşi daşıyanlar da (mələklər) imanlı adamlar üçün dua edib bağışlanmalarını istəyirlər:

“Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təsdiq edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi əhatə etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!”3

Yaxşı olardı ki, biz də Allah bəyənən bu dəstə kimi mömin bəndələr üçün dua edək.

Üçüncü surət:

İndi isə fövqəladə işləri görməyə qüdrəti olan adamdan qeyri-təbii yol ilə, məsələn, möcüzə ilə xəstələrə şəfa verməsini diləmək haqqında bəhs edək. bəzi İslam alimləri bunu ikinci surətə oxşatmışlar. Yəni xəstənin şəfa tapması, borcun qaytarılması və s. işlər üçün Allaha dua etsin. Çünki bu işlərin əlacı Allahın əlindədir. Peyğəmbər, imam və övliyaların duası isə vasitə sayılır. Bu cəhətdən məcazi surətdə Allahın işi dua edənə əsaslanır.4

Lakin Peyğəmbərdən belə bir şəfanın səhih və düzgün olmasını Quran təsdiq edir. Həqiqətən, məsum Peyğəmbər, imam möcüzə göstərərək Allahın izni ilə xəstəyə şəfa verir.

Düzdür, Quran şəfanın Allaha məxsus olduğunu təsdiqləyir:

“Xəstələndiyim zaman mənə yalnız O (Allah) şəfa verir.”5

Eyni zamanda da başqa ayələrdə şəfanı bal və Qurana aid edir:

“(O, arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar.”6

“Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik.”7

“Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir.”8

Bu ayələri topladıqda Allahın şəfa verməsində müstəqil olduğunun şahidi oluruq. Bununla belə, başqalarının şəfa verməsi də Allahın izni ilə həyata keçir.

İslam və fəlsəfi nöqteyi-nəzərdən bütün işlərin səbəbi Allaha qayıdır. Bu işlərin həyata keçməsi üçün heç kimin zərrə qədər müstəqilliyi yoxdur. Buna görə də arı balına şəfa qüdrətinin Allah tərəfindən verilməsinin Quran və əql cəhətdən heç bir nöqsanı yoxdur. Dərman otlarına və kimyəvi maddələrə sağlamlıq qüdrətini verən Allah eləcə də Peyğəmbərə və imama belə bir qüdrət veribdir. Murtazlar riyazi yolla böyük ruhi qüvvələri əldə edirlər. Belə olan surətdə Allah-taalanın Peyğəmbər və imama onların bəndələrinə görə xüsusi bir şəraitdə heç bir təbii vasitə olmadan fövqəladə işlər görə bilmələri üçün belə bir qüdrətin verməsinin nə eybi var?9

Peyğəmbərin, imamın və övliyaların şəfaət etməsi və başqa-başqa fövqəladə işlər görməsinin Allahın əsl şəfaverici olması ilə heç bir ziddiyyəti yoxdur. Çünki Peyğəmbər və imamlar Allahın izni ilə belə işləri görürlər.

Quran ayələri də insanların Peyğəmbər və başqalarından belə bir işin yerinə yetirilməsini tələb etmələrini təsdiq edir.

Bəni-İsrail qəbiləsi quraqlıq illərinin birində öz peyğəmbərindən qeyri-təbii yol ilə su istəyir. Yəni peyğəmbərə: “Allaha dua et, bizə su yetirsin” − demədilər, əksinə, peyğəmbərə: “Bizi su ilə doyuzdur” − dedilər.

“Camaat (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” − deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı.”1

Həzrət Süleyman məclisdə olanlardan Bilqeyisin taxtını yüzlərlə kilometr uzaqlıqdan bir anda gətirməyi istədi:

“(Süleyman) dedi: “Ey əyanlar! Onlar müti vəziyyətdə yanıma gəlməmiş, hansınız onun (Bilqeyisin) taxtını mənə gətirə bilərsiniz?”2

Bəziləri asan işləri Allahdan başqasının, fövqəladə işləri isə Allahın işi olduğunu təsəvvür edirlər.

Halbuki Allah və Ondan başqasının işlərində ölçü müstəqillik və qeyi-müstəqillikdir. İşə görə heç kimdən kömək istəmədən tam sərbəst və süstəqil görülən iş Allahın işi adlanır. Bunun müqabilində istər adi, istərsə də qeyri-adi işdə kömək və iznlə bir iş görənə qeyri-ilahi iş deyirlər.

Yəni müstəqil bir qüdrətin (Allahın) köməkliyi ilə bir işi yerinə yetirmək.

Əgər Allah övliyalara bəşər qüdrətindən xaric olan fövqəladə işlər görmək üçün qüvvə verirsə və biz də övliyalardan bu kimi işləri yerinə yetirmələrini istəyiriksə, bunun heç bir eybi yoxdur.

Quranda Allah-taala Həzrət Məsihə buyurur:

“O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da mənim əmrimlə quş olurdu. Sən mənim iznimlə anadangəlmə və cüzamlı xəstəyə şəfa verir və mənim iznimlə ölüləri dirildirdin.”3

İlahi övliyaların belə bir fövqəladə işləri görməyə qüdrətləri olduğunu Quran ayələri isbat edir.
* * *

Bura qədər “Dirilərdən kömək istəməyin” hər üç surətini Quran ayələri ilə işıqlandırdıq. İndi isə axırıncı iki surəti, yəni müqəddəs ruhlardan kömək istəməyi Quran və hədisə əsasən isbat edək.


1   ...   18   19   20   21   22   23   24   25   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə