Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə24/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

1. Quran və başqa bir dünya ilə əlaqə yaratmaq imkanı


Ruhun və həyatın davam etməsi tənha kömək diləmək üçün kifayət etmir. Çünki elm və Quran nöqtəyi-nəzərindən ruhla əlaqə yaratmağı sübuta yetirmək lazımdır. Biz “Əsaləti-Ruh” kitabında bu haqda geniş bəhs etmişik.

Quran ayələri bəşər dünyasını dəyişən insanlarla əlaqə yaratmağın mümkün olduğunu sübuta yetirir.


a) Saleh (peyğəmbər) öz qövmünün ruhları ilə sanışır


“Sonra onlar dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi hədələdiyin əzabı) gətir görək!”− dedilər.”1

“Buna görə onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).”2

“(Saleh) onlardan üz döndərib belə dedi: “Ey ümmətim! Mən Sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz.”3

Bu üç ayəyə diqqət yetirin:

Birinci ayədə onların diri olarkən Saleh peyğəmbərdən İlahi əzab istədikləri xəbər verilir.

İkinci ayədə İlahi əzab yetişməklə onların məhv olduğu bildirilir.

Üçüncü ayədə isə onların ölümündən sonra Saleh peyğəmbərin onlarla söhbətindən xəbər verilir. Həzrət Salehin ölülərlə danışmasına iki əsas sübut var:

1. Ayələr ardıcıllıqla nəql olunub.

2. Onların ölümündən sonra həzrət Saleh onlardan üz döndərib demişdir:

“Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz.”

Quran Saleh peyğəmbərin ümməti ilə ciddi söhbət etdiyini təsdiq edir. Onlar həddət artıq inadkar olduqları üçün məhv olduqdan sonra da Saleh peybəmbər onlara öz ailələrini xatırladır. (Siz nəsihət verənləri sevmirsiniz).

b) Şüeyb ölənlərin ruhları ilə danışır: “Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).”4

“Şüeybi yalançı adlandıranlar sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.”5

“(Şüeyb) onlardan üz döndərib dedi: “Ey insanlar! Mən Sizə Rəbbimin əmrlərini təbliğ etdib və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”6

Bu ayələrin dəlilləri həzrət Saleh peyğəmbərə aid olan ayələrlə birdir.


v) İslam peyğəmbəri Həzrət Məhəmməd (ə) peyğəmbərlərin ruhları ilə danışır:


“Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən soruş: Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”7

Yəni bu dünyada Peyğəmbər (s) başqa bir aləmdə (Axirətdə) yaşayan peyğəmbərlərdən əsrlər boyu Allahın göstərişinin nədən ibarət olduğunu soruşa bilər.


q) Quran bəzi yerlərdə peyğəmbərlərə salam göndərir. Bu salamlar heç vaxt yalan, quru və mənasız olmayıb:


Çünki Quranın ali və uca məfhumunu mənasız adlandırmaq insafdan çox-çox uzaqdır.

Düzdür, müasir dövrdə materialistlər ruh və həyatı əsassız bir düşüncə bilirlər, amma öz nitqlərində və söhbətlərində isə materializmin banilərinə və rəhbərlərinə alqışlar və salamlar göndərirlər.

Deməli, müsəlmanların gecə-gündüz oxuduqları Quranın mənası və məfhumu əsassız ola bilməz.

1. Bütün aləmlər içərisində Nuha salam olsun.

2. İbrahimə salam olsun.

3. Musaya və Haruna salam olsun.

4. Ali-Yasinə salam olsun.

5. Peyğəmbərlərə salam olsun.8


ğ) Salam halında1 Peyğəmbərə salam vermək.

Bütün düyna müsəlmanları gecə-gündüz namazın sonunda Peyğəmbərə xitab edərək ona salam göndərirlər:

“Əs-salamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh.”

(Salam olsun Sənə, ey Peyğəmbər! Allahın rəhməti və bərəkəti olsun Sənə).

Şafei məzhəbinin alimləri bu salamı vacib, başqa məzhəb alimləri isə müstəhəb bilirlər. Lakin onların hamısı Peyğəmbərin müsəlmanlara belə göstəriş verməyinə inanırlar.2 Peyğəmbərin sünnəsi onun sağlığında və vəfatından sonra da əbədi olaraq qalır.

Əgər, həqiqətən, bizim Peyğəmbərlə əlaqəmiz kəsilibsə, onda belə bir salam verməyin nə kimi faydası ola bilər?

Bu haqda daha çox məlumat almaq istəyən əziz oxucular “Əsaləti-Ruh” kitabına müraciət edə bilərlər.

Sonda xatırlatmalıyıq ki, namazın salamına əsaslanmağımızın səbəbi Quranda bu haqda ayələrin nazil olmasıdır.


Bəhsin nəticəsi


Birinci mətləbdə sübuta yetirildi ki, ölüm insan həyatının sonu və yoxluğu yox, onun başqa bir həyata qədəm qoymasıdır.

İkinci mətləbdə isə insan həqiqətinin ruh olduğu, bədənin isə libasa bənzərliyi sübuta yetirildi. Əgər insanın ruhu və həyatı əbədidirsə, sözsüz ki, onun şəxsiyyəti və mənliyi də əbədidir.

Bu dünyada insanın dua etməyə, Allahın izni ilə fövqəladə işlər görməyə qüdrəti vardırsa, deməli, o biri dünyada da (Bərzəx aləmi) onun müqəddəs ruhu Allahın izni ilə bədənin ehtiyacı olmayan işlərdən başqa bütün işləri görməyə qüdrəti vardır.

Üçüncü mətləbdə isə bu dünyada yaşayan insanların o biri aləmdə yaşayan insanlarla əlaqə yaratmaq imkanı və müqəddəs ruhların bizləri eşitməsi sübuta yetirildi.

Bu üç mətləbin dəqiqliyi bəhsin fəlsəfi imkanlarını isbat edir, yəni ilahi övliyalar bizim sözümüzü eşidir və Allahın izni ilə cavab verirlər. Amma görəsən, İslam şəriətinin qanunları bu əmələ icazə verirmi?

Bu barədə biz dördüncü başlıqda bəhs edəcəyi.


4. Müsəlmanlar və müqəddəs ruhlardan hacət istəmək


İbn Teymiyyə və onun yolunu gedənlər səhabə və səhabədən sonra gələn dəstənin Peyğəmbərdən hacət istəməsini inkar etmişlər. Bu barədə belə deyirlər:

“Səhabənin əsrində yaşayan insanlar, tabein3 və həmçinin tabeindən sonra gələnlər Peyğəmbərin hüzurunda olmadıqlarından qəbri kənarında ondan hacət və kömək istəməmiş, qəbri kənarında namaz qılıb, dualar oxumamışlar.”4

Ola bilsin, səhabənin və tabeinin tarixindən xəbəri olmayan bir şəxs bu yalançı nisbətin həqiqət olduğunu təsəvvür etsin. Lakin tarixə müraciət etməklə bunun əksi sübuta yetirilir. Biz nümunə üçün bir neçə hadisəni burada qeyd edirik:

“Ömərin xilafəti zamanı quraqlıq ili baş verdi. Bir kişi Peyğəmbərin qəbri kənarına gəlib dedi:

“Ey Allahın Peyğəmbəri! Ümmətin susuzluqdan məhv olur, onlar üçün su istə.” Sonra Peyğəmbər o kişinin yuxusuna gəlib buyurdu:

Ömərin yanına gedib, ona salamı çatdır və hamınızın susuzluqdan nicat tapacağınızı Ömərə xəbər ver.”5

1. Səmhudi deyir:

“Bu hadisə Peyğəmbər Bərzəx aləmində olarkən onda hacət, kömək, dua diləməyin mümkün olduğuna əsas sübutdur.

Çünki o, (Peyğəmbər) müsəlmanların istəyindən xəbərdardır. Buna görə də sağlığında olduğu kimi, vəfatından sonra da hacət istəmək olar.”6

2. Səmhudi Hafiz Əbu Abdullah Məhəmməd ibn Musa ibə ən-Nomandan sənədin sonu Həzrət Əli ibn Əbu Talib (ə) ilə bitən belə bir hədis nəql edir:

“Peyğəmbərin vəfatından üç gün keçmiş Mədinədən kənarda yaşayan bir ərəb Peyğəmbərin məzarı kənarına gəlib başına qəbrin torpağından tökərək dedi:

“Ey Allahın Rəsulu! Sən buyurduğun kəlamları biz eşitdik. Allahdan öyrəndiyin əməlləri biz səndən öyrəndik. O cümlədən sənə nazil olan ayələrdən biri də, budur: “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”1 − Mən özümə zülm etmişəm və əfv diləmək üçün sənin yanına gəlmişəm...”2

“Əl-Vəfaü li-əxbari daril-Mustafa” kitabının müəllifi səkkizinci fəslin sonunda Peyğəmbərdən kömək və hacət istəmək haqqında müsəlmanların rəftarı barəsində çoxlu həlisdər və rəvayətlər söyləmişdir. Hətta imam Məhəmməd ibn Noman bu mövzu haqqında “Misbahuz-zilam fil-müstəcisin bi-xeyril-ənam” kitabını yazmışdır.

3. Məhəmməd ibn əl-Münkədir deyir: “Bir kişi səksən dinar pulu atamın yanında əmanət qoyub cihada gedirdi. O kişi atama dedi: Əgər pula ehtiyacın olsa, xərcləyə bilərsən.

Təsadüfən, bahalıq və qıtlıq ili baş verdi və atam səksən dinarı xərclədi. Nəhayət, pulun sahibi gəlib, pulunu tələb etdi. Atam dedi: “Yaxşı olar ki, sabah gələsiniz.” Atam gecə məscidə gedib üzünü Peyğəmbərin qəbrinə və minbərinə tutub sübhə kimi Peyğəmbərdən hacət və kömək istədi. Elə bu vaxt məscidin qaranlıq yerindən bir kişi göründü və dedi:

−Ey Əba Məhəmməd, al bu pul kisəsini (kisənin içində səksən dinar pul var idi).”3

4. Əbu Bəkr İbn əl-Muqri deyir:

“Mənə, Təbəraniyə və Əbul-Şeyxə aclıq təsir etdi. Gecə Peyğəmbərin qəbri kənarına gəlib dedim:

“Ey Allahın Rəsulu! Biz acmışıq...”

Bir az keçməmiş məscidin qapısı açıldı və ələvi bir kişi iki cavanla əllərindəki yeməklə dolu zənbillə məscidə daxil oldular. Yeməyi yeyib qurtardıqdan sonra o kişi dedi:

−Peyğəmbər yuxuda mənə sizə yemək gətirməyi göstəriş verdi.”4

5. İbn Cəllad deyir:

“Yoxsul vəziyyətdə Mədinə şəhərinə daxil oldum. Peyğəmbərin qəbrinə yaxınlaşıb dedim:

− Ey Allahın Rəsulu! Sənin qonağınam.

Birdən məni yuxu apardı. Yuxuda Peyğəmbərin mənə çörək verdiyini gördüm...”5

Biz hələlik bu hədislərin düzgünlüyü barəsində söhbət etmirik. Əsas məqsəd budur ki istər bu hədislər doğru və istərsə də yalan olsun, belə bir əməl müsəlmanlar arasında yayılmışdır. Əgər bu işlər bidət, haram, şirk və yaxud küfr olsaydı, onu qoşanlar müsəlmanların gözündən düşməmək üçün belə dastanlar qondarmazdılar.

“Əsaləri-Ruh” kitabında müqəddəs ruhlardan hacət və kösək diləmək haqqında hədislər və rəvayətlər nəql etmişik.

Bəzi mətləbləri burada qeyd etməkdən başqa çarəmiz yoxdur:

1. Bu hədislər bəzilərinin fikir və əqidəsinə görə, düzgün sayılmır. Çünki belələri hədisin ravilərini və sənədlərini axtarmadan hədisi saxta və qondarma kimi qələmə verirlər. Belə bir yersiz inkar bizim əsaslandığımız sübutlara zərər yetirirmi?

Cavab:


Bu kimi tarixi hadisələrə (inadkarlıq və əməlləri inkar etmək) üzləşmək tirixin itib batmasına və yaddaşlardan silinməsinə səbəb ola bilər. Çünki “Peyğəmbərdən kömək və hacət istəmək” haqqında rəvayətlər çox olduğundan bunların hamısını yalan və əsassız adlandırmaq olmaz. Əgər bu haqda olan hədisləri və rəvayətləri toplasaq, qalın bir kitab alınar.

Tutaq ki, bu hədislər qondarma və yalandır. Lakin həmin bu əsassız və qondarma rəvayətlər tarix boyu ardınca olduğumuz bir həqiqətdən xəbər verir. Yəni belə bir kömək və hacət istəmək şəriətin ziddinə olsaydı, heç vaxt qanuna zidd olan əməli iftixar üçün qondarmazdılar. Çünki, belə olan halda, nəinki öz məqamını ucaldar, əksinə, müsəlmanların qəzəbinə düçar ola bilərdilər.

Hədis saxtakarları və qondaranları insanların zehni və əqli qəbul edə biləcək yalanları qondarmağa çalışarlar. Quranın, sünnənin ziddinə və müsəlmanların nəzərində şirk və bidət sayılan bir şeyi heç vaxt qondarmaq olmaz.

2. Müqəddəs ruhlardan dua və yaxud bir iş haqqında kömək istəmək bu dörd mətləbin əsasları ilə sübuta yetirildi.

Müsəlmanlar müqəddəs ruhlardan ancaq dua diləyirlər. Peyğəmbərin müqəddəs ruhu Allahdan dua edənin günahlarının bağışlanmasını, dünya və axirət hacətlərinin yerinə yetirilməsini, o cülmədən bir işin həyata keçməsini (xəstənin sağalması, əsirin azad olması, rahat yaşamaq... bunlar dua ilə birdir) istəyir.

3. Belə istəklər “ibadət” sözünün tərifinə və qayda-qanuna əsasən müqəddəs ruhlara ibadət sayılmır. Çünki dua edən müqəddəs ruhları ilah, Allah, rəbb, mələk və bütün işlərdə müstəqil bir şəxs olduğuna əqidə ilə inanmır, əksinə, onları Allahın dünyada heç bir günah iş görməyən, Allah dərgahına itaət edən pak bəndələri bilir.

Müqəddəs ruhların bəziləri təvəssül edənlərin istəklərinə kömək edir və hacətlərini yerinə yetirirlər. Çünki onlar diri məxluqdurlar və biz onlarla əlaqə saxlayırıq. Lakin bir şeyi xatırlatmaq lazımdır ki, bunlar hamısı Allahın izni ilə olmalıdır.

Həzrət Məsih (ə) sağlığında Allahın izni il xəstələrə, karlara şəfa verib ölüləri dirildirdisə, ruhu göylərə çəkildikdən sonra da bu işləri Allahın izni ilə yerinə yetirir.

4. Belə bir təvazökarlıq zahirdə məsum rəhbərlərə aid edilir, verilir, amma bir az dərinə gedib daha ətraflı fikirləşsək, görərik ki, əslində Allahın özündən hacət istəmiş oluruq.

Səbəbkarları vasitə seçmək, səbəbkarların səbəbinə (Allaha) yaxınlaşmaq deməkdir. Ariflər bu məsəldən daha çox xəbərdardırlar.

Təvəssül edənlər təvəssül etdikləri adamları öz işlərində müstəqil bilmirlər. Əksinə, Allahın rəhmət və lütfünə daha yaxın olmaq üçün müqəddəs şəxsləri vasitə qərar verirlər.

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) yol axtarın. (Allah) yolunda cihad edin ki, bəlkə nicat tapasınız?”1 Namaz, oruc və sairə bütün vacib əməllər vasitə sayıldığı kimi peyğəmbərlər və övliyaların da pak duaları vasitə sayılır. Bu vasitələrə üz tutmaq onları yaradana üz tutmaq deməkdir.


1   ...   20   21   22   23   24   25   26   27   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə