Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə29/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

Bu barədə bizim nəzəriyyəmiz.


Vəhhabilərin əsas səhvi budur ki, insanların qeybi və gözə görünməyən qüdrətlərinə inanmanı şirk və ikiallahlıq kimi qələmə verirlər. Bununla da Allahın gözə görünməyən qüdrətinə əsaslanan qeybi qüdrət ilə Allahdan ayrı olan müstəqil qeybi qüdrət arasında heç bir fərq qoymaq istəmirlər və bəşərdən olan qeybi qüdrətə inanmanı isə şirk hesab edirlər.

Quran açıq-aşkar bəzi adamların qeybi qüdrətlərə sahib və təbiət qanunlarına hakim olduqlarından danışır. Biz burada Quran nöqtəyi-nəzərindən bir neçə ilahi övliyaların belə bir qüdrətə malik olduqlarına işarə edirik:


Yusif peyğəmbərin gözə görünməyən qeybi qüdrəti


Yusif peyğəmbər öz qardaşlarına deyir:

“Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o, (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin.”

“Muştuluqçu gəlib köynəyi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan sizin bilmədiklərinizi bilirəm!”−söylədi” /Yusif surəsi, 93 və 96-cı ayələr/.

Ayənin zahiri mənası budur ki, görmə qabiliyyətini itirən Yəqubun Yusifin iradəsi, istəyi və əqdə etdiyi qüdrəti ilə gözləri açılır və görməyə başlayır. Bu iş Allahın bir başa gördüyü iş deyil, əksinə, Allahın vasitəçi ilə olan işidir. Belə olmasaydı, Yusifin qardaşlarına köynəyi atasının üzünə sürtməyi göstəriş verməsi faydasız olardı. Əksinə, Həzrət Yusif dua etsə belə, kifayət edərdi. Bu, Allah övliyasının Onun izni ilə dünya işlərinə təsir etməsi deməkdir. Və bu işi görənə (Yusif) Allah tərəfindən belə bir ixtiyar verilmişdir.


2. Musa peyğəmbərin gözə görünməyən qeybi qüdrəti


Allah Musaya əsasını daşa vurmağı göstəriş verir. Sonra daşdan bəni-İsrail övladlarının qəbiləsinin sayı qədər on iki bulaqdan su axmağa başladı.

“Biz ona: “Əsanı daşa vur! −dedik. (O, əsanı vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı...”/ Bəqərə surəsi, 60/.

Başqa bir yerdə Allah-taala Musaya əsanı dəryaya vurmağı göstəriş verir. Sonra isə bəni-İsrailin keçib getməsi üçün dəryanın bəzi yerlərində dağ əmələ gəldi. “Onda Musaya belə vahy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) dərhal yarıldı. (İsrail oğullarının sayına müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük bir dağ kimi oldu” /Şüəra surəsi, 63/.

Burada çeşmələrin və dağların əmələ gəlməsində əsil vasitə Musanın iradəsi ilə yerə vurulan əsanı əsassız götürmək olmaz.


2. Süleyman peyğəmbərin gözə görünməyən qeybi qüdrəti


Allahın böyük övliyalarından olan Süleyman peyğəmbərin gözə görünməyən böyük qeybi qüdrəti olmuşdur. Allahın böyük neməti bu ayə ilə − “Bizə hər şeydən verilibdir” (Nəml surəsi, 16)− tanınmışdır. Nəml surəsinin 17 və 44, Səba surəsinin 12, Ənbiya surəsinin 81, Sad surəsinin 36 və 40, ayələrində Süleymanın ixtiyarında olan nemətlər haqqında söhbət açılmışdır. Bu ayələri oxumaqla Süleymanın ixtiyarında olan nemətlərin böyük qüdrətini dərk edə bilərik. Allahın övliyasına aid olan ayələrdən bəzisini burada qeyd etməklə Quranda xəbər verilən Allah bəndələrinin böyük qeybi qüdrətlərinə əqidə ilə inanmağı işıqlandırırıq.

Quran nöqteyi-nəzərindən, cinlər və quşlar həzrət Süleymana tabe idilər. O, quşların və həşəratların dilini bilirdi.

Quran bu haqda buyurur:

“Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!

(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər. Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər.”

(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özünə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et” /Nəml surəsi, 16-19-cu ayələr/.

Siz əgər hud-hud (şanapipik) quşunun Süleyman tərəfdən Səba mələkəsinə xəbər göndərilməsini Quranda oxusanız, Süleymanın gözə görünməyən qeybi qüdrətindən təəccüblənərsiniz. Buna görə də əziz oxuculardan Nəml surəsini 20-ci ayəsindən 44-cü ayəsinə kimi oxumağı xahiş edirik. Oxuduğunuz ayələrə diqqət yetirin.1

Quran nöqteyi-nəzərindən, Süleyman peyğəmbərin qeybi qüdrəti olduğuna görə küləklər onun göstərişi ilə hərəkət edirdilər. Quran bu haqda buyurur:

“Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!” /Ənbiya surəsi, 81/.

Bundan məlum olur ki, küləklər onun əmri ilə hərəkət edirdilər.


4. Həzrət İsa və onun gözə görünməyən qeybi qüdrəti


Quran ayələrini araşdırmaqla Həzrət Məsihin (İsa) gözə görünməyən qeybi qüdrətinin şahidi oluruq. Quran Həzrət Məsihdən belə nəql edir. “Mən, həqiqətən, Rəbbiniz tərəfindən möcüzə ilə sizə (peyğəmbər) gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuma) bir dəlil vardır” /Ali-İmran surəsi, 49/.

Əgər Həzrət Məsih bütün işlərini Allahın izni ilə görürsə, buna görədir ki, heç bir peyğəmbər Allahın izni olmadan belə bir iş görə bilməz.

“Allahın izni olmadan heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz” /Rəd surəsi, 38/.

Bununla belə Həzrət Məsih gözə görünməyən qeybi işləri özünə aid edir. “Düzəldərəm”, “üfürərəm”, “sağaldaram” və “dirildərəm” sözlərini buna sübut ola bilər.

Yusif, Musa, Süleyman və Məsih peyğəmbərdən başqa digər peyğəmbərlərin2 və mələklərin də qeybi qüdrəti vardır. Quran Cəbrayıl mələyi “çox qüvvətli olan”3 və digər mələkləri isə “İşə əncam çəkənlər” kimi tanıtdırmışdır.

Quranda mələklər “dünya işinə əncam çəkənlər”, “canları alanlar”, “insanları qoruyanlar”, “əməlləri yazanlar” və “günahkar, üsyankar qəbilə və milləti məhv, yox edənlər” kimi tanıtdırılmışdır.

Hər kim Quranla daha dərindən məşğul olsa, mələklərin Allahın izni ilə gözə görünməyən qeybi qüdrətə sahib olub fövqəladə işlər gördüyünün şahidi olar.

Əgər qeybi qüdrətə əqidə ilə inanmaq allahlığa gətirib çıxarırsa, onda mələklər də Quranda Allah kimi tanıtdırılardı.

Müşkülün həlli yolu yalnız yuxarıda deyilən kimidir. Belə ki, müstəqil (Allaha bağlı olmayan) qüdrət ilə kəsb olunan (Allahın izni ilə) qüdrət arasında fərq olmalıdır. Bəşərin müstəqil qüdrətinə inanmaq şirk sayılır. Amma hər bir əməldə kəsb olunan qüdrətə inanmaq isə tovhid sayılır.

Bura qədər aydın oldu ki, övliyaların “qeybi qüdrətinə” inansaq, onları Allahın təyin etdiyi vasitələr bilsək, belə bir əqidə şirk yox, tovhidin özüdür. Təbii qüdrəti insana və qeybi qüdrəti isə Allaha aid etmək tovhidin əsası sayılmır. Əksinə, tovhidin mahiyyəti budur ki, bütün bu işləri istər təbii qüdrət, istərsə də qeybi qüdrəti Allaha aid edək və Onu bütün işlərin və qüdrətlərin başlanğıcı bilək.

İndi isə Allah övliyalarından adət xaricindən kənar olan işlər görməsi haqda bəhsi araşdıraq. Məgər bəşər qüdrətindən xaric olan işləri istəmək şirk sayılırmı?

Hər bir məxluqun “Səbəb və nəticə” (determinizm) qanununa əsasən özünə görə bir səbəbi vardır. Səbəbsiz bir şeyin əmələ gəlməsi qeyri-mümkündür. Nəticədə isə dünyada heç bir şey səbəbsiz yaradılmamışdır. Peyğəmbərin və övliyaların möcüzə və kəramətləri də illətsiz deyildir. Əgər Musanın əsası əjdahaya dönürsə, Məsih ölüləri dirildirsə, İslam Peyğəmbəri ayı iki yerə bölürsə və yaxud əlində tutduğu kiçik daşlar Allaha zikr deyirsə, bunların heç biri illətsiz deyil. Lakin bu işlərin əsaslı bir iləti vardır ki, bunu maddi və təbii illət adlandırmaq olmaz. Bəzi vaxtlar belə təsəvvür olunur ki, insandan təbii işləri istəmək şirk deyildir. Lakin fövqəladə olan işləri istəmək isə şirk sayılır.

Cavab:

Quranda peyğəmbərlərdən və yaxud bəzi insanlardan bəşər qüdrətinin təbii və maddi hüdudlarından xaric olan işlərin görülməsi tələb olunur. Quran peyğəmbərləri və övliyaları tənqid etmədən onlardan belə bir işin görülməsini tələb edir. Quranda açıq-aşkar deyilir:



“İnsanlar quraqlıqdan nicat tapmaq üçün su istəməyə Musanın yanına gəldilər.”

“Ümməti ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” −deyə vəhy etdik (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı.”

“Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, biz ona: “Əsanı daşa vur!” −dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki bulaq qaynadı.”1

Diri adamdan bəşər qüdrətindən kənar olan bir şey istəmək, demək olar ki, mümküdür. Lakin bizim sözümüz bundadır ki, belə bir işi ölüdən istəmək olar, ya yox? Bunun cavabı hamıya məlumdur. Çünki ölüm və həyat tovhidin əsli ilə uyğun olan əməldə təfavüt yarada bilməz. Belə ki, birində şirk və digərində tovhid kimi qələmə verilsin. Həyat və ölüm fayda verib-verməməsində təsir göstərə bilər, ancaq tovhidlə şirkdə isə heç bir fərq ola bilməz.


1   ...   25   26   27   28   29   30   31   32   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə