Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə31/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

On altıncı fəsil

Allahı övliyaların haqqına və məqamına and vermək


Vəhhabi məsləkinin digər islami məzhəblərlə olan ixtilaflarından biri də budur ki, vəhhabilər iki cür and içməyi haram bilib, bunu ibadətdə şirk hesab edirlər. Bu andiçmə aşağıdakılardan ibarətdir:

1− Allahı övliyaların haqqına və məqamına and vermək.

2− Allahdan başqasına and içmək.

Allahı övliyaların haqqına and vermək


Quran övliyaları belə fəsf edir:

“Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır)”

Əgər bir nəfər gecə yarısı, gecə namazından sonra Allahın dərgahına üz tutub:

− İlahi, səni and verirəm sübh vaxtı bağışlanmaq diləyənlərin haqqına, mənim də günahlarımı bağışla −deyirsə, bu əməli “ibadətdə şirk” adlandırmaq olarmı? “İbadətdə şirk” yalnız və yalnız Allahdan başqasına ibadət etmək, Allahdan başqasını Allah bilmək və yaxud onu İlahi işlərin başlanğıcı hesab etməkdir. Halbuki bu duada biz Allahdan başqasına üz tutmamış və Ondan başqa bir kəsdən heç bir istək diləməmişik. Bu əməl haram sayılırsa, bunun başqa bir səbəbi olmalıdır. Biz burada vəhhabi yazıçılarına bir məsələni xatırladırıq:

Quran müşriki təkallahlığa inanan (müvəhhid) adamdan ayırmaq üçün müşrik haqda müxtəlif mənalı kəlmələrlə söhbət açır. Bu üsulla müşrik sözünün mənası haqda müfəssirlərin müxtəlif tərzdə şəxsi rəy vermələrinin qarşısını almışdır: “Allah tək olaraq anıldığı (la ilahə illəllah deyildiyi) zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Onda (Allahdan) başqaları (bütlər, tanrılar) yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər.”

Başqa bir ayədə təkəbbür edən müşrikləri belə tərif edir:

“Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur!”−deyildiyi zaman təkəbbür göstərirdilər.

Və: “Biz heç divanə şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” − deyirdilər.”1

Bu iki ayənin mənası:

Tək olan Allahı yad edərkən qəlbləri nifrətlə, bütləri, yalançı tanrıları isə xatırlayanda qəlbləri sevinclə dolan və yaxud tək Allah xatırlanan zaman təkəbbür edən adamlar “müşrik” adlanır.

Bu ölçü ilə gecə yarısı Allahdan başqasını çağırmayan, şirin yuxunu özünə haram edib Allahı yad etməklə ləzzət aparan, Onunla gizli söhbət edib dua edərək Allahı Özünün əziz bəndələrinə and verən şəxs necə müşrik sayıla bilər? O, Allahı yad etməkdən boyunmu qaçırır və yaxud Allah yad edilərkən təkəbbürmü edir?!

Nə üçün vəhhabi yazıçıları qondarma qanunlarla təkallahlığa inanlanları (müvəhhidləri) müşrik hesab edib özlərini Allah dərgahının əziz bəndələri bilirlər?

Buna əsasən, doxsan doqquz faiz qiblə əhlini “müşrik”, yalnız “Nəcd” əhlini müvəhhid adlandırmaq olmaz.

“İbadətdə şirk” kəlməsini təfsir etməyi bizə tapşırmayıblar ki, istədiyimiz kimi də təfsir edək və kimi də istədik “müşrik” adlandıraq.


Əmirəlmöminin və Allahı övliyaların haqqında and vermək


Biz Əmirəlmöminin Həzrət Əli (ə)-ın dualarında belə andların şahidi oluruq. İmam gecə namazları qıldıqdan sonra bu duanı oxuyardı:

“İlahi, Səni and verirəm o kəsin ehtiramına ki, Səndən Sənə (yəni, Səndən başqa sığınacağı yoxdur), Sənin izzətinə pənah aparır, Sənə sığınır, Sənin ipindən yapışır və Səndən başqasına ürək bağlamır.”2

Habelə Həzrət Əli (ə) dostlarından birinə öyrətdiyi duada belə buyurur:

“İlahi, Səni and veririk hacət istəyənlərin, Sənə üz gətirənlərin, Sənə pənah aparanların, Sənin dərgahında təvazökarlıq edənlərin, Sənə quruda, dəryada, dağlarda və səhralarda ibadət edənlərin haqqına, biz Səni çarəsi son həddə çatmışlar (çarəsi kəsilmişlər) tək çağırırıq.”3

Belə bir ruhlandırıcı və Allah dərgahında təvazökarlıqla oxunan dua və Allah dostlarına mehribanlıq göstərmək məgər Allaha doğru üz tutmaq və tovhidlə nəticələnmir? Buna görə də vəhhabilərdə tapılan hər cür “şirk” və “küfr” kimi töhmətlərdən uzaq gəzməli və məsələni başqa yolla həll etməliyik.

Buna əsasən bəzi vəhhabi yazıçıları “Allahı övliyalara and verməyi” haram və məkruh bilirlər. Lakin “Sənani” kimi adamlar isə bu məsələni şirk və küfr həddinə çatdırmış, amma şirk və küfrdən ortaya heç bir söz gətirməmişlər.

İndi isə, sözün əsli məlum olduğundan bu məsələnin haram və məkruhluğunu araşdıraq, bununla da belə bir təvəssülün səhihliyini bəyan edək.

İslam və bu kimi and içmələr


İslami rəvayətlər belə andların düzgünlüyünə şəhadət verir. Bu rəvayətlərin bəzisi Peyğəmbərdən, bəzisi isə onun Əhli-beytindən nəql olunur. Sənədi dəqiq olan rəvayətlərin möhkəmliyinə diqqət yetirməklə bu məsələni haram və yaxud məkruh adlandırmaq olar.

Əziz Peyğəmbər kor kişiyə belə dua etməyi öyrətdi:

“İlahi, Səni and verirəm rəhmli Peyğəmbərin Məhəmmədə.”1

“Əbu Səid Xüdri” Peyğəmbərdən bu duanı nəql edir:

“İlahi, Səni and verirəm Səndən hacət istəyənlərə...”2

Əziz Peyğəmbər Əlinin anası Fatiməni dəfn edərkən belə dua etdi:

“İlahi, Səni and verirəm Peyğəmbərinə və ondan qabaqkı peyğəmbərlərə, anam Fatimə binti Əsədi bağışla və onun yerini genişləndir. (yəni onu qəbir əzabından qoru3).

Həzrət Adəm belə dua etdi:

“İlahi! Səni and verirəm Məhəmmədə, məni bağışla.”4

“Səhifeye-Səccadiyyə” kitabında dördüncü imamdan duaların nəql olunması belə bir təvəssülün səhihliyini və möhkəmliyini bildirir. Duaların mənalarının böyüklüyü və əzəməti, kəlmələrin incəliyi və gözəlliyi bu duaların imama aid edildiyini bəlli edir.

İmam Səccad (ə) Ərəfə günündə belə dua edirdi:

“İlahi, Səni and verirəm başqa məxluqlardan ayırdığın kimsələrə, Özün üçün seçdiyin, xalq arasında ixtiyar sahibi etdiyin, Öz məqamınla tanış etmək üçün yaratdığın adamlara. Səni and verirəm o pak şəxslərə ki, onlara itaət etməyi Özünə itaət etmək, onlarla düşmənçilik etməyi Özünə düşmənçilik etmək kimi qərar vermisən.”5

İmam Sadiq (ə) böyük cəddi Əmirəlmöminin Əli (ə)-ın qəbrini ziyarət edərkən belə dua etdi:

“İlahi, Səni and verirəm Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn (ə)-ın haqlarına, mənim duamı və ibadətimi qəbul elə və məni Öz övliyalarınla bir yerdə qərar ver.”6

Həzrət Səccad (ə) və Həzrət Sadiq (ə)-la yanaşı, başqa imamlar da dua edərkən Allahı Öz saleh bəndələrinə and vermişlər.

Həzrət imam Hüseyn ibn Əli (ə) dua edərkən belə deyir:

“İlahi, mən Səni and verirəm müqəddəs kəlmələrinə, izzətinə, yerlərdə və göylərdə sakin olanlara, peyğəmbərlərinə və göndərdiyin elçilərə, mənim duamı qəbul edə. Çünki mənim işim çətinliyə düşüb. İlahi, Məhəmməd və onun Əhli-beytinə salam göndər və mənim çətinliklərimi aradan qaldır, işimi asan elə.”

Bu dualar çox olduğundan onların hamısından burada danışsaq söz uzanar. Daha yaxşı olar ki, sözü burada qısa edək və vəhhabilərin etirazlarına nəzər salaq.


Birinci etiraz:


“Allahı məxluq və yaxud məxluqun haqqına and verməyi İslam biliciləri haram bilirlər.”7

Cavab:


Bir əsrdə və yaxud bir neçə əsrlər İslam alimlərinin hökmdə nəzərləri eyni olarsa, buna “icma” deyilir (yəni toplumun nəzəriyyəsi birdir). Belə olan halda sünnə əhlinin alimləri icmanın nəzərini ilahi hüccət və əsas kimi qəbul edirlər. Şiə bilicilərinin nəzərinə görə isə ümmətin arasında yaşayan imamın rəyi və hədisləri ilə müvafiq olarsa, onda icmanın nəzəri hüccətdir.

Belə bir sual olunur: Bu məsələ haqqında alimlərin və icmanın nəzəri eynidirmi? Biz şiə və sünnə əhlinin başqa alimlərinin nəzəriyyəsindən istifadə etmirik. Yalnız dörd məzhəbin (Hənəfi, Hənbəli, Şafei, Maliki) rəhbərlərindən əsas gətirməklə alimlərin mətləbin haram olması haqda fitva verdiklərini öyrənmək istəyirik. Əgər belə bir fitva veriblərsə, vəhhabilərdən xahiş edirik ki, hökmün mətnini, kitabın adını və səhifəsini qeyd etməklə bəyan etsinlər.

Sünnə əhlinin hədis və fiqh kitablarında belə bir təvəssül olmadığı halda bunun haqqında nəzəriyyə də ola bilməz. Onda “əl-Hədiyyətüs-sünniyyə” kitabının müəllifinin söylədiyi icma və alimlər haradadır? Yalnız müəllif bu hökmün haram olmasını “əl-İzz ibn Əbdüssəlam” adlı tanınmayan bir nəfərdən nəql edir. Sanki İslam alimləri əl-İzz ibn Əbdüssəlam və əl-Hədiyyətüs-sünniyyənin müəlliflərindən ibarətdir.

Sonra isə Əbu Hənifə və şagirdi Əbu Yusifdən hədis söyləmişlər. Bu iki nəfər isə “hər hansı bir şəxsin haqqına and verməyi” məkruh bilirlər.

Bir sözlə, bu məsələdə icma adlı sübut və əsas yoxdur. İki nəfərin fitvası əziz Peyğəmbər və Əhli-beytdən (sünni alimlərinin nəzərinə görə Əhli-beytin sözü hüccət və əsasdır)1 nəql olunan hədislərin müqabilində nə kimi faydalı və qiymətli ola bilər. Bundan əlavə, hələ bu fitvanın Əbu Hənifəyə nisbət verilməsinin səhih və düzgünlüyü də bilinmir.

İkinci etiraz:


“Allahdan bir istək diləmək üçün Onu məxluqun haqqında and vermək düzgün deyildir. Çünki məxluqun Xaliqə (Allah üzərində) heç bir haqqı yoxdur.”2

Cavab:


Belə bir dəlil və sübut Quran müqabilində ictihad etməkdən başqa bir şey ola bilməz. Əgər doğrudan da məxluqun Xaliq üzərində heç bir haqqı yoxdursa, nəyə görə keçən hədislərdə Həzrət Adəm Allahı İslam Peyğəmbərinin haqqına and verib bu haqqa əsasən Allahdan bağışlanmaq və istəklər diləyir?

Bundan əlavə, Quran ayələrinə necə bəhanə gətirə bilərik? Halbuki, Quran bəndələrin Allah yanında hüquqa və haqqa malik olduqlarını bildirir. İslami hədislər də bunu sübut edir.

“Möminlərə kömək etmək Bizə vacibdir.”3

“Allah... Möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır...”4

“Möminləri xilas etmək Bizə vacibdir.”5

“Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunur ki, onlar nadanlıq ucundan bir pis iş gördükdən sonra dərhal tövbə edərlər.”6

Öz başına bəzi əsassız fikirlərə əsaslanıb bu ayələri təfsir etmək düzgündürmü?

Hədislərdən nümunələr?

1. Namusdan və haramdan qorunmaq üçün evlənməyə Allah zamindir.7

2. Allah-taala üç dəstəyə kömək etməyi Özünə lazım bilir: a) Allah yolunda cihad edənə, b) azad olmaq üçün ağası ilə müqavilə bağlayan nökərə, v) evlənməklə namusunu qoruyan cavana.8

3. Məgər görmürsən ki, bəndələrin haqqı Allaha vacibdir?...”9

Bəli, heç kimin təklikdə Allahın üzərində haqqı yoxdur. Bəndə əsrlər boyu Allaha ibadət etməsinə baxmayaraq, gərək onun qarşısında təvazökarlıq etsin. Çünki bəndənin hər nəyi varsa, Allahdandır, özündən heç bir şey məsrəf etməyib ki, Allahın üzərində də haqqı olsun. Buna görə də burada haqq kəlməsindən əsas məqsəd Allah tərəfindən Öz lütfü ilə bəndələrə verilən məqam, mənəvi yüksəklik və savabdır. Allah bəndələrə kömək etməyi Öz öhdəsinə götürmüşdür. Belə bir haqqın Allahın üzərində olması Onun böyüklüyü və əzəmətidir.

Heç bir bəndənin Allahın üzərində haqqı yoxdur. Əgər varsa da, Allah bu haqqı Öz lütfü və mərhəməti üzündən üzərinə götürmüş, bununla da məxluqatı borc sahibi, Özünü isə borclu göstərmişdir.

Allahın üzərində məxluqun haqqı olması ehtiyacsız Allahın fəqir bəndədən borc istəməsinə oxşayır, nəhayət, Özünü borclu, məxluqu isə borc sahibi bilir.1


1   ...   27   28   29   30   31   32   33   34   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə