Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə35/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   40

İyirminci fəsil

Həccin siyasi-ictimai cəhətləri


Vəhhabilik məktəbi marksizmi təqlid edərək, İslam məktəbi ilə tamamilə müxalif olan hadisələrlə üzləşib inkişaf edərək zaman keçdikcə müsəlmanlar üçün təzə yollar çəkib, yeni hökmlər sadir edir.

Səudilərin müftisi olan Əbdül Əziz ibn Baz həccin ibadət əməli olması bəhanəsi ilə başqa məsələlərə qarışmağı və nümayişləri haram etmişdir.

Buna görə də əli çomaqlı və silahlı polislər Allah evinin qonaqlarının və ziyarət edənlərinin başqa işlər görmələrinin qarşısını alırlar.

Kitabın bu hissəsində Səudi müftisinin fitvalarına cavab olaraq həccin siyasi-ictimai cəhətdən böyük əhəmiyyət kəsb etdiyini ayələr, hədislər və müsəlmanların rəftarı ilə araşdırırıq. İndi keçək əsas mətləbə.

Həcc əməlini yerinə yetirməyin əsas məqsədi insanları Allah müqabilində təvazökarlığa dəvət etməkdir. Bu mətləb haccin əməllərinə diqqət yetirdikdə tamamilə aydın olur.

Həccin birinci əməlindən axırıncı əməlinə kimi haqqa ibadət edib, Ondan başqasına ibadət etməmək bəli olur. Xüsusi iləmüstəhəb dualar və zikrlərlə bu əməlləri yerinə yetirmək bu mətləbi daha da işıqlandırır.

Həmin əməlləri yerinə yetirməklə belə bir nəticə çıxartmaq olar:

Həcc:− Ən gözəl və mümkün olan surətdə haqqa sitayiş və ibadət etməkdir.

Həcc:− Böyük Allahın qarşısında təvazökarlıqdır.

Həcc:− Allah dərgahına ürəkdən yalvarmaq və nalə etməkdir.

Həcc:− Bəndəliyin əsliyyətini cilvələndirən ibadətdir.

Həcc:− Şəhvətlərdən pak, uzaq olmaqla dünyadan üzülməkdir.

Allah evini ziyarət edənlər iki parça ehram paltarına bürünməklə maddi cəhətdən zahirlərini bəzəməyi tərk edir və Allahdan başqa hər bir şeyin, hətta övladın, ailənin, var-dövlətin, doğma yurdun yaddan çıxdığını təsəvvür edirlər. Allah evini ziyarət edənlərin fikrini yalnız “ləbbeyk” (hazıram) zikri məşğul edir.

Bu məsələ həc əməllərinə, müqəddəs məkanlarda (Məscidül-Həram, Səfa və Mərvə dağları...) yerinə yetirilən əməllərə görə müsəlmanlara qalmaq vacib olan yerlərə (Ərəfat, Mina) diqqət yetirməklə diha da bəlli olur. Buna görə də gərək həcc ibadətin və məzhəbin ən böyük əməllərindən sayılsın.

Lakin bu mətləbin arxasında daha bir məsələ var. O da budur ki, görəsən Həcc ibadət əməli hesab olunduğu halda, ictimai-siyasi cəhətlərə də malikdir, yoxsa gecə namazı kimi başqa islami məsələlərə qarışmamaqla yalnız ibadətlə təkmilləşir?

Bəlkə Allah-taala həcci siyasi-ictimai cəhətləri olmadan Ona ibadət etmək üçün bütün müsəlmanlara (kişi, qadın, cavan, qoca) vacib edib?

Yaxud bu əməl ibadətlə siyasətin başlanğıc nöqtəsidir və Allaha ibadət etməklə yanaşı, ictimai-iqtisadi məsələlərlə bağlı olma mərkəzidir. Bu məsələni təhqiq edib Quran ayələri, hədislər, keçmişdə olan saleh bəndələrin əməlləri ilə işıqlandıracağıq.

Həccin mənfəətlərinə nəzər edək


Quran İbrahim Həccini belə vəsf edir:

a) İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.

b) Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heçvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (Bismillah desinlər).

Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsula da yedirdin!

v) Sonra həcc əməllərini yerinə yetirsinlər, nəzirlərini versinlər və qədim evi (Kəbəni) təvaf etsinlər!

q) (Ey insanlar! Həccin sizə vacib olan əməli) budur və hər kəs (ehramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xiyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir.

Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.

d) Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.

e) Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındandır.

ə) Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. (Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz).

Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kəbə) istiqamətindədir. (Yaxud həcc əməllərini yerinə yetirməkdə sizin üçün Qiyamətə qədər mənfəət vardır. Həcc günləri Kəbəyə toplanar, bütün müsəlmanlara lazım olan dini və dünyəvi məsələlər barəsində məsləhət − məşvərət edərsiniz).

Siz bu ayələr içərisindən təkcə ikinci ayəyə diqqət yetirsəniz, bu cümlənin “Belə ki, öz mənfəətlərinin şahidi olsunlar” mənasından üç mətləb tamamilə aydın olar.



Birinci: Allah evini ziyarət edənlərin şahidi olduqları mənfəətdə məqsəd nədir? Bu cümlədən sonra ayədə “Allahın onlara ruzi verdiyi heyvanların üstündə (qurban kəsərkən) Onun adını çəksinlər” belə bir kəlmə işlənib. Bu da onu bildirir ki, həcc əməlinin iki cəhəti vardır: a) İbadət: Allahın adını zikr etməklə təsəvvür olunur: b) İctimai: Şahidi olduqları mənfəətlər.

İkinci: Ayədə ictimai − siyasi cəhəti açıqlayan mənfəət sözü ibadət cəhətini canlandıran “Allahı zikr etmək” ifadəsindən əvvəl işlənmişdir.
Üçüncü: Quran mənfət kəlməsini heç bir qeyd və şərtsiz gətirib. Bununla da mənfəətin iqtisadi, siyasi və ictimai cəhətlərə aid olduğu sübuta yetirilir. Bizim bunu xüsusi bir mənfəətə aid etməyə haqqımız yoxdur. İstər bunu iqtisadi, istərsə də ictimai-siyasi əhatələrə aid edək, bundan sonra gələn “Allahı zikr edən” ifadəsi bunu bildirir ki, həccin ibadətdən başqa fayda aparılası bir cəhəti də vardır. Yəni, həcci müsəlmanların həyatı ilə maraqlanmadan quru ibadət təsəvvür etmək olmaz. Daha yaxşı olan ki, “əl-Əzhər” üniversitenin keçmiş rektoru şeyx Mahmud Şəltutun bu ayəni təfsir etdiyi cümlələrə diqqət yetirək.

Şeyx deyir:

“Həccin vasitəsi ilə müşahidə olunan mənfəətlər həc fəlsəfəsinin ilkin surətləri kimi müzakirə olunur. Bu mənfəətlər böyük əhəmiyyət kəsb etdiyi üçün müxtəlif xüsusiyyətlərlə xülasələşdirmək olmaz. Əksinə, bu sözün ümumi mənası olduğuna görə bütün ictimai və fərdi mənfəətləri əhatə dairəsinə alır. Əgər nəfsi pak edib Allaha yaxın olmaq, elm və mədəniyyəti genişləndirmək mənfəət sayılırsa, İslamı təbliğ üçün müsəlmanları bir olmağa dəvət etmək də mənfəət sayılır... Bu səbəbdən də bu mənfəətlər müsəlmanların vəziyyətinə görə və zamanın halına görə bir-birindən fərqlənir.”

Əl-Əzhərin keçmiş şeyxi başqa bir yerdə deyir:

“Həccin İslamda xüsusi bir mövqeyi, tək-tək insanlar və cəmiyyət üçün xeyirli hədəfləri olduğuna görə daha yaxşı olar ki, alimlər, ziyalılar, elm-mədəniyyət xadimləri siyasi, iqtisadi məsuliyyət daşıyanlar, din və şəriət müəllimləri, döyüş qəhrəmanları bu əmələ xüsusi diqqət yetirsinlər. Hər bir insan bundan faydalanmalıdır. Bu İlahi hərəmə gəlmək lazımdır. Fikir sahibləri, imanlı, müqəddəs hədəfləri olan şəxslər orada cəm olmalıdırlar. Bununla da Məkkənin rəhmət qanadlarının üzərində olduğunun və tovhid kəlməsi sayəsində onların Allah evinə cəm olmalarının şahidi olsunlar. Nəticədə isə bir-birlərini tanısınlar, məsləhətləşib bir-birlərinə kömək etsinlər, sonra isə bir qəlblə, bir fikirlə və bir ümmət kimi öz vətənlərinə qayıtsınlar...”1

Quran bu ayələri zikr etdikdən sonra İslamın müqəddəslərini müdafiə etmək haqqında belə buyurur:

a) “Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini və nankoru sevməz.”

b) “Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izn verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə qadirdir.”

v) O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan monastrlar, kilsələr, yəhudi məbədləri və məscidlər uçulub dağılmışdı. Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”

q) “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkindirərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah Qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir).”2

Quranda müdafiə və cihad ayələrinin həcc ayələrindən sonra gəlməsi məgər təsadüfidirmi? Heç vaxt Quranda ayələr təsadüfi və namünasib işlənməyib.

Bu iki ayənin mənasını bir yerə topladıqda belə bir nəticə çıxartmaq olar ki, həcc ilə müdafiə və fikir meydanı bir-birinə bağlıdır.

Yəni həcc müsəlmanların fikir və ruhi azadlıqları üçün çox əlverişli bir yerdir. Müsəlmanlar burada mənəvi güclərini hazırlamaqla müstəmləkəçi zalımları susdura bilərlər.

Bəli, bu böyük ilahi yığıncaqda dünyanın hər yerindən nümayəndələr toplaşırlar. Bu, mütəfəkkirlərin, ziyalıların fikirlərini bölüşdürməsi üçün böyük bir fürsətdir. Onlar bu fürsətdən istifadə edib düşmənlərin qarşısında böyük bir sədd yaratmaqla onlara elə bir dərs versinlər ki, onların yadından çıxmasın. Baxmayaraq ki, bu yalnız həcc vactına aid edilmir. Çünki müsəlmanlar zaman və məkandan asılı olmayaraq düşmənə cavab vermək üçün həmişə hazır olmalıdırlar. Lakin həcc vaxtı bu vəzifəni yerinə yetirmək üçün əldə daha böyük fürsət olur.

Təkcə şeyx Şəltut bu ayəni ümumi mənada təfsir etməyib, hətta sünnə əhlinin qədim təfsir alimlərindən olan Təbəri də bu ayəni təfsir edənkən deyir:

“Allahın buyurduğu mənfəət kəlməsində məqsəd bütün işlərə aid edilir. Yəni, müsəlmanlar bu mənfəətləri dərk etməklə bütün dünya və axirət xeyirlərini əldə etsinlər. Heç bir rəvayət və əqli hökmlər də bu cümlənin mənasını xüsusiləşdirə bilməz.”1


1   ...   32   33   34   35   36   37   38   39   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə