Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə6/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

Hədisin nöqsanları


Bu hədisin bir çox nöqsanları olduğuna görə əsaslanmaq olmaz.

1) Hədisin bütün sənədlərində “İbn Cərih”7 və “Əbu Zübeyr”8in adları çəkilib. Halbuki bu iki nəfərin şəxsiyyəti bəlli olsa, sənəddə adları çəkilmiş başqaları haqqında söhbət aparmağa ehtiyac olmaz. Baxmayaraq ki, bu hədisi rəvayət edənlərin bir çoxu cahil və elmi cəhətdən zəif adamlardır.

İbn Həcər “Təhzibüt-təhzib”9 kitabında rical alimlərindən söhbət açarkən “İbn Cərih” haqqında belə demişdir:

“Yəhya ibn Səid deyir:

“Əgər ibn Cərih kitab üzündən hədis söyləməsə, ona inanmaq olmaz.”

Əhməd ibn Hənbəl deyir:

“Əgər ibn Cərih desə ki, “filankəs və filankəslər belə söyləmişlər”, yalançı hədislər nəql etmiş olur.”

Malik deyir: “İbn Cərih hədis toplusunda (cəm etdiyi zaman) gecə qaranlıq vaxtı odun yığan adama oxşayır. (Sözsüz ki, gecə vaxtı əlini əqrəb və ilan sanca bilər).”

Daru Qütnidən belə söyləmişlər:

“İbn Cərihin hiyləsindən uzaq gəz. Çünki həddən artıq hiylə işlədir və batili haqq kimi cilvələndirir. Yalançı adamdan eşitdiyi hədisi elə bəzəyir ki, sanki doğru və düzgün adamdan eşitmişdir.”

İbn Həbbandan eşitmişlər ki, İbn Cərih hədisdə hiylə işlədirdi.

Rical və hədis alimlərinin verdikdəri hökmlərə əsasən müsəlmanların həyat tərzi sayıldığı əməlin (qəbirləri təmir və ehtiram etmək) müqabilində belə bir raviləri olan hədisə əsaslanmaq olarmı?

İbn Həcər Əbu Zübeyr haqqında deyir:

Əhməd ibn Hənbəlin oğlu Əhməddən, o da Əyyubdan nəql edərək deyir: O (Əyyub), Əbu Zübeyri zəif (elmi və iman cəhətdən) adam kimi tanıyırdı. Şöbənin dediyinə görə, Əbu Zübeyr namazı yaxşı bilmirdi.

Şöbə deyir:

“Bir gün Məkkədə idim. Bir kişi gəlib Əbu Zübeyrdən söz soruşdu. O, qəflətən həmin kişiyə iftira etdi. Mən isə ona müsəlman kişiyə töhmət vurduğunu söyləyəndə Əbu Zübeyr cavabında kişinin onu narahat etdiyini bildirdi.

Sonra insanı narahan etdiyi üçün adamlara iftira etməyin düzgün olmadığını və bundan sonra bir daha onun adından hədis söyləməyəcəyimi dedim.”

Şöbədən soruşdular:

– Nəyə görə Əbu Zübeyrdən hədis söyləmirsən?

Şöbə: “O, pis və yaramaz işlər görüb.” – dedi.

İbn Əbu Hatəm atasından soruşdu:

– Əbu Zübeyr necə adamdır?

O, cavab verdi:

– Onun yazdığı hədisə əsaslanmaq olmaz.

Əbu Hatəm Əbu Zərədən soruşdu:

– Camaatın Əbu Zübeyrdən nəql etdiyi hədislərə əsaslanmaq olarmı??

Dedi:

– Düzgün və doğru söylədiyi hədisə əsaslanmaq olar. (Yəni Əbu Zübeyr düzgün adam deyil).



Belə ədalətsiz adamların söylədikləri hədislərə inanmaq olarmı?

Bir şərtlə buna inanmaq olar ki, adı çəkilən digər adamlar xalq arasında doğru danışan və düzgün kimi tanınsınlar.

Lakin bu hədisin sənədlərinin bir çoxunda Əbdürrəhman ibn Əsvədin adı çəkilib ki, o da yalançı olub.

Belə etibarsız hədisə əsaslanıb, Peyğəmbər ailəsinin və səhabəsinin məzar və məqbərələrini uçurmaq və müsəlmanların on dörd əsrlik tarixi abidələrini xaraba qoymaq nə dərəcədə düzgündür?

2) Rəvayət edənlər hədisin məzmununa diqqət yetirmədiklərindən bu cəhətdən çox dolaşmışlar. Bu qarışıqlıq insanın hədisə olan inamını itirir.

Dədisin mətninin nöqsanları:

Peyğəmbər (s) bu hədisi bir formada deyibsə, lakin Cabir hədisi yeddi variantda nəql edib. Biz bu variantların hamısını sizə açıqlayırıq.

1. Peyğəmbər qəbirlərin əhənglənməsini, qəbrə söykənməyi və üzərində tikinti işləri görməyi düzgün hesab etməyib.

2. Peyğəmbər (s) qəbirləri əhəngləməyi düzgün hesab etməmişdir.

3. Peyğəmbər (s) insanlara qəbirlərin əhənglənməsi, üzərinə yazı yazılması, tikinti işləri aparmaq və yol getməkdən çəkindirmişdir.

4. Peyğəmbər (s) qəbrin üzərində yazı yazmağı qadağan etmişdir.

5. Peyğəmbər (s) qəbrin üstündə oturmağı, əhəngləməyi və tikinti işi aparmağın qarşısını almışdır.

7. Peyğəmbər (s) qəbrin üstündə oturmağı, əhəngləməyi, üzərində tikinti işi aparmağı və yazı yazmağı qadağan etmişdir.

Bundan əlavə, məzarın torpağını hündür etmək və yazı yazmaq qadağan olunmuşdur.

Bəzi vaxtlar ibarələr arasında fərq olur.

Məsələn: Birinci variantda qəbrə söykənmək, üçüncü halda qəbir üstündə yol getmək, beşinci və altıncı variantda oturmaq qadağan olunmuşdur. Sözsüz ki, söykənmək və oturmaq yol getmək mənasında deyildir.

Belə bir hədisə heç bir fəqih əsaslana bilməz.

3) Tutaq ki, bu hədisin sənədi düzdür, lakin bu o demək deyildir ki, Peyğəmbər (s) qəbrin üstündə tikinti işləri aparmağın qarşısını almışdır. Çünki bir şeydən insanları çəkindirmək heç də, onun haram olması demək deyil.

Nəhy dedikdə, haram və yaxud məkruh işlər nəzərdə tutulur. Peyğəmbərlərin və dini rəhbərlərin danışıqlarında işlənən nəhy (çəkindirmə) çox vaxt məkruh işlərdə də işlədilmişdir.

Düzdür, nəhyin ibtidai və həqiqi mənası məkruhluğa aid olan başqa bir ibarə ilə işlənməyincə harama dəlalət edir. Lakin alimlər bu hədisin məkruhluğa aid olduğunu iqrar edirlər.

Məsələn, Tirmizi öz “Səhih” kitabında bu hədisi “kərahiyyətü təcsisil-qüburi və ...” adı altında nəql etmişdir.

Məkruhluğuna ən aydın şahid İbn Macənin “Səhih” kitabının şərhçisi “Sənədi”nin hakimdən nəql etdiyi hədisdir. O deyir:

“Müsəlmanlar bu nəhyi haram kimi qəbul etməmişlər. Odur ki, bütün müsəlmanlar qəbrin üzərində yazı yazdırmışlar (ölən şəxsir adı, familiyası, doğulduğu və vəfatı günü...).

Məkruh olmasına başqa bir sübut budur ki, İslam məzhəblərinin alimləri qəbrin üzərində tikinti işi (məqbərə, günbəz, məscid..) aparmağa icazə vermişlər. Bir şərtlə ki, yer vəqf edilmiş olmasın. "Səhih Müslim", kitabının şərhçisi bu hədisin şərhində deyir:

“Qəbrin üzərində tikinti işi aparmaq qəbir sahibinin mülkündə məkruh, vəqf olunmuş yerdə isə haram sayılır.”

Şafei bu fikri qəbul edib, hədis barəsində “Kərahətu təcsisil-qəbri vəl-binai ələyh” fəslində də söhbət açıb.

Bəzi əməllər məkruh işin pis nəticəsinin aradan qaldırılmasına səbəb ola bilər. Məsələn: İslamın əsilliyini qoruyub saxlamaq üçün qəbri təmir etmək, qəbir sahiblərinə hörmət etmək, İslamın əsasını qoruyub saxlamaq, müsəlmanların istidən, soyuqdan qorunması üçün məzarın üzərində tikilən məqbərələrdə Quran, dua oxumaq, ibadət etmək və bu kimi faydalı işlər məkruhluğun qarşısını alar. Bütün bunlar İslamın əsaslarını qoruduğu üçün müstəhəb və bəyənilmiş sayılır.

Məkruh və müstəhəb hökmlər bir sıra səbəblərlə biri digərinə çevrilə bilər.

Bir şeyin məkruh və ya müstəhəb olub-olmaması həmin şeyin zamanın tələblərinə nə dərəcədə uyğun gəlməsindən, göstərdiyi təsir gücündən çox asılıdır. Əgər hər hansı bir məkruh işin pis nəticəsi və başqa maneələr olmasa, bu dində bəyənilmiş sayılır. Bütün bunlar İslam fiqhini daha dərindən bilən alimlər üçün bəllidir.

1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə