Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə9/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

Burada bizim fikirlərimiz


Biz hədisdən nəticə çıxarmaq üçün əvvəlcə yəhudi və məsihilərin peyğəmbərlərin məzarları kənarında gördükləri işlərdən xəbərdar olaq. Çünki əziz İslam Peyğəmbəri yəhudi və məsihilərin gördüyü işlərdən bizi çəkindirib. Əgər onların əməllərinin nəticəsindən xəbərdar olsaq, sözsüz ki, İslamda haramın həddi-hüdudu bilinəcək.

Başqa hədislərdə yəhudilər və məsihilər haqqında belə deyilir: “Onlar Peyğəmbərlərin qəbirlərini qibləgah etdilər və həqiqi qiblədən üz döndərdilər. Allaha ibadət etmək əvəzinə, peyğəmbərlərə ibadət etdilər və onları Allaha şərik sandılar.”

Əgər pak övliyaların qəbirləri kənarında məscid tikməklə müsəlmanlar oranı qibləgah edib, onlara ibadət etmirlərsə, bu hədislərdən qəbir üzərində məscid tikməyin haramlığını isbat etmək üçün istifadə edə bilmərik. Əksinə, müsəlmanlar bir olan Allaha ibadət edir və namaz qılarkən üzü Kəbəyə (qibləyə) dayanırlar.

Övliyaların qəbri kənarında isə məscidi təbərrük kimi tikirlər.

Deməli, aydın oldu ki, qəbri qibləgah edib ölülərə ibadət etdikdə, üzərində məscid tikmək haramdır. Bundan qeyri-sürətdə isə, (məs: təbərrük kimi) bunun heç bir eybi yoxdur. Yuxarıda qeyd olunan hədisdə də elə əsas məsələ budur.

1 − Səhih Müslimin rəvayətində (dördüncü hədis) bu məsələ daha da bəlli olur. Peyğəmbərin iki həyat yoldaşı Həbəşistan kilsəsində onun şəklini gördükdə Allahın Rəsulu onlara buyurmuşdur: “Burada pak adam vəfat edərsə, onun qəbri üzərində məscid tikib şəklini həmin məscidə vurarlar”.

Onlar (məsihi və yəhudilər) qəbri qibləgah edib ibadət etdiklərinə görə övliyaların şəklini məscidə (kilsəyə) vurur və bu təsviri büt edərək ona səcdə edib ibadət edirdilər.

Bu hədisdə verilən ehtimallara görə, çox güman, belə adamlar məsihilər olub. Çünki onlar həmişə insana (Həzrət İsaya) ibadət etməklə bütün kilsələrdə onun şəklinə və heykəlinə təzim ediblər. Məsihilərin bu əməllərinə görə heç vaxt övliyaların qəbri kənarında məscid tikmək haram sayılmaz. Çünki hal-hazırda belə məscidlərdə məsihilər deyil, əksinə, müsəlmanlar ibadət edirlər.

2 − Əhməd ibn Hənbəl “Müsnəd”də və imam Malik “əl-Müvəttə” kitabında yuxarıdakı hədisin ardınca Peyğəmbərdən bu kəlməni nəql edirlər: “İlahi, mənim qəbrimi ibadət olunan büt qərar vermə”.1

Bu cümlədən belə aydın olur ki, onlar (məsihi və yəhudilər) məzarlara bütpərəstlər kimi səcdə edir və peyğəmbər şəklini qibləgah qərar verirdilər.

3 − Ayişə Peyğəmbərdən hədisi (ikinci hədisi) nəql etdikdən sonra deyir: “Əgər Peyğəmbərin qəbrinin səcdəgah olmaq qorxusu olmasaydı, müsəlmanlar onu (qəbrin ətrafında divar olmayan) açıq yerdə dəfn edərdilər”. İndi belə bir sual meydana çıxır ki, qəbrin ətrafında divar tikmək nələrin qarşısını ala bilər? Sözsuz ki, qəbirdən səcdəgah, qiblə və yaxud büt kimi istifadə etməyin qarşısı alınar.

Lakin, qəbrin kənarında ona sitayiş edilməzsə və qiblə təyin olunmazsa, namaz qılmağın heç bir maneəsi yoxdur. Müsəlmanlar on dörd əsr Peyğəmbərin (s) məzarının kənarında üzü qibləyə namaz qılmışlar.

Ümmül-möminin Ayişənin sözündən belə bəlli olur ki, Peyğəmbərin (s) qəbrindən məscid (səcdəgah) kimi istifadə olunmaması və gözlərə göstərilməməsi üçün qəbrin ətrafı divarla hörüldü. Bu divar hansı maneənin qarşısını ala bilər?

1) Qəbrin büt halına düşüb, insanların ibadətgahına çevrilməməsi üçün bu divar məzarın gözlərə görünməməsinə mane oldu.

2) Əgər Peyğəmbərin (s) məzarı açıq yerdə olsa idi insanların qibləgahına çevrilərdi. Gözə görünən şey Kəbə evindən fərqli olaraq (Kəbə bütün müsəlmanların qanuni qibləsidir) onların səcdəgahı ola bilərdi.

Məzar gözə görünməyən halda belə bir ehtimal azdır. Bu səbəbdən ümmül-möminin demişdir: “Qəbrə səcdə etməkdən qorxmasaydım, onu açıq yerdə dəfn edərdim.” Deməli, məzarın açıq yerdə olması nəticəsində onun qibrəyə və ya bütə çevrilməsi daha çox məntiqə uyğundur.

4) Buxari və Müslimin “Səhih” kitablarında hədisi şərh edənlərin çoxu hədisi yuxarıda dediyimiz mənada təfsir etmişlər.

Qəstəlani “İrşadus-sari” kitabında yazır: “Yəhudilər və məsihilər övliyaların xatirələrini qoruyub saxlamaq üçün onların şəkillərini qəbirlərinə vururdular. Bu qəbirlərin kənarında Allaha ibadət edirdilər. Sonrakı nəsillər yollarını azıb, şəkilə səcdə etdilər.”

Beyzavi təfsirindən belə nəql edirlər: “Yəhudilər və məsihilər peyğəmbərlərin məzarlarına çox ehtiram etməklə yanaşı, bunları öz qiblələri seçmişdilər. Qəbirləri büt edib onun müqabilində namaz qılırdılar. Müsəlmanlar bu işlərdən çəkindirildilər. Amma əgər bir nəfər övliyaların qəbri kənarında təbərrük üçün (onlara ibadət etmək üçün yox) namaz qırarsa, günahkar sayılmayıb bu hədisin ona aidiyyəti olmaz.”2

Qəstəlanidən başqa “Sünəni-Nəsai” kitabını şərh edən əllamə Sənədi də bu mətləbə işarə edib belə yazmışdır: “Qəbir üzərində məscid tikmək haram və məkruh ola bilər. Əgər qəbri qibləgah edərlərsə, haram sayılır, əks halda məkruhdur. Çünki qibləgah qərar verməklə qəbir sahibinə ibadət olunur.”3

Başqa bir yerdə deyilir: O, öz ümmətinə yəhudi və məsihilər kimi peyğəmbərlərin qəbirləri ilə rəftar etməyi qadağan edib. Çünki onlar ehtiram üçün qəbrə səcdə edib, onu qibləgah kimi qəbul edirdilər.4

Müslimin “Səhih” kitabını şərh edən bu haqda deyir: “Peyğəmbər (s) istəmirdi ki, qəbri məscidə dönsün. Çünki müsəlmanlar qəbri ziyarət edərkən ifrata yol verib küfr edərdilər. Bu səbəbdən müsəlmanlar Peyğəmbərin (s) dəfn olduğu yeri, həyat yoldaşlarının və Ayişənin otağını divarla hördülər. Məzar görsənməklə müsəlmanlar ona səcdə edə bilərdilər. Ümmül-möminin Ayişənin də sözü buna işarədir.”

Şarih (şərh edən) deyir:

“Ayişə bu sözü deyəndə, məscidin sahəsi çox böyük deyildi. Məscidin sahəsi böyüdükcə müsəlmanlar üzü qəbrə namaz qılmamaq üçün otağı üçbucaq şəklində düzəltdilər. Çünki yəhudilər və məsihilər Allaha şərik qoşmaqla qəbirlərə ibadət edirdilər.

Bu faktlardan istifadə edib səhv hökm vermək olmaz.

Biz bütün bunlara göz yumub, bu işi başqa yolla həll edirik.

1) Məscid qəbrin üzərində tikilərsə, hədisin mənası buna aid ola bilər. Lakin bütün yerlərdə imamların və övliyaların hərəmləri, yəni dəfn olunduğu yerlər məsciddən ayrıdır.

Başqa sözlə desək, hərəm ziyarət və təvəssül etmək üçün, məscid isə Allaha ibadət edib namaz qılmaq üçündür. Belə olan halda hədisin mənası bu müqəddəs yerlərə aid deyil

Qəbrin kənarında məscid tikmək necə məkruh və haram sayıla bilər bir halda ki, Məscidün-Nəbi Peyğəmbərin qəbri kənarındadır. Bu məscidi indi də hamımız öz gözlərimizlə görürük.

Əgər səhabə parıldayan ulduz olub onlardan təqlid etməliyiksə, nəyə görə bu kimi işlərdə onlara təqlid etməməliyik? Onlar məscidin sahəsini böyüdərək Peyğəmbərin və Şeyxeynin qəbirlərini məscidin ortasında yerləşdirdilər. Əgər, həqiqətən, övliyaların məzarı kənarında məscid tikmək düzgün sayılmırsa, nə üçün müsəlmanlar məscidin sahəsini böyüdərkən qəbri ortada yerləşdirdilər?

Əvvəllər Peyğəmbərin qəbri məscidin şərq tərəfində yerləşirdi. Sonralar məscidin qərb tərəfi böyüdükcə Peyğəmbərin qəbrini əhatə etdi.

Vəhhabilər özlərini “sələfi” adlandırıb, keçmişdəkilərin yolunu davam etdirirlərsə, bəs niyə görə bütün əməllərdə bunu etmirlər?

Buradan məlum olur ki, İbn Qeyyimin “İslamda qəbirlə məscidin bir yerdə olması düz deyil” nəzəriyyəsi nə qədər əsassız və müsəlman adət-ənənələrinə ziddir!...

Bu hədislərdə Peyğəmbərin övliyaların məzarı üzərində məscid tikməkdən müsəlmanları çəkindirməsi bəlli olur. Lakin bu nəhyin haram olmasına heç bir sübut yoxdur. Əksinə, bu nəhy hədislərdə kərahət mənasına işlənib. Buxari də öz kitabında hədisləri bu ünvana yönəltmişdir: “Yukrəhu min ittixazil məsacidə ələl-qubur.” “Qəbirlərin üzərində məscid tikmək məkruhdur.”1

Başqa bir cəhətdən, bu hədislərin bəzisində qəbirləri ziyarət edən qadınlara mənət göndərilmişdir.2

Şübhəsiz ki, bir sıra məsələlərə görə qadınların qəbirləri ziyarət etməsi məkruh sayılır (haram yox). Əgər Peyğəmbər bu dəstəni lənətləyirsə, bu işin haram olmasına dəlalət etmir. Çünki, bir çox rəvayətlərdə bəzi məkruh əməllərə aludə olmun adamlar lənətlənmişdir. Lənətlənməkdən məqsəd məkruhluğun şiddətini və Allahın rəhmətindən çox-çox uzaq olmasını göstərir. Məsələn, hədislərdə tək səfərə çıxanlar, tək yemək yeyənlər, tək yatanlar lənətlənmişdir. Amma bunların heç biri haram deyildir. Bu yalnız məkruhluğun dərəcəsini bildirir.


* * *

Nəhayət xatırlamaq istəyirik ki, övliyaların məzarı üzərində məscid tikmək İslamın əvvəllərində geniş yayılmışdır.

Səmhudi deyir:

“Əlinin (ə) anası Fatimə bint Əsəd vəfat edərkən Peyğəmbər onun bir məscidin məhəlləsində dəfn olunmasına göstəriş verdi. İndi o məscid “Fatimə qəbri” adlanır. Sonralar bu qəbir məscid şəklinə düşdü.”3

Müsəb ibn Ümeyr və Abdullah Cəhş, Həmzənin qəbri üzərində tikilmiş məsciddə dəfn olunmuşlar.

İkinci əsrdə (Hicri tarixi ilə) Həmzənin məzarı üzərində məscid var idi.4

Sonralar, vəhhabilərin hakimiyyəti illərində həmin məscid onlar tərəfindən uçuruldu.


1   ...   5   6   7   8   9   10   11   12   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə