və mənim miss Binqlinin dostluğunu saf hesab edərək
downloaded from KitabYurdu.org
203
dərindən yanıldığıma əmin olaraq bayram etməyəcək.
Ancaq, əziz bacı, həyat sənin haqlı olduğunu təsdiqləsə
də, əgər mən onun əvvəlki davranışına istinad edərək, ona
münasibətimin sənin şübhələrindən daha təbii olduğunu
bu saat da təsdiq edirəmsə, məni inadkar sayma. Mənim
üçün onun mənimlə nəyə görə yaxınlaşmağa çalışmasının
səbəbləri
naməlumdur.
Ancaq
əvvəlki vəziyyət
təkrarlansaydı, mən, şübhəsiz ki, ikinci dəfə yanlışlığa
yuvarlanardım. Kerolayn dünən axşama qədər mənim
ziyarətimə cavab verməmişdi. Bütün bu vaxt ərzində mən
ondan bir sətir də olsun xəbər almamışam. Onun gəlişinin
lap əvvəlində açıq-aşkar idi ki, görüş onu bir damcı da şad
etməyib. O, soyuq və etinasız şəkildə üzr istədi ki, indiyə
qədər mənə baş çəkə bilməyib. Bundan sonra mənimlə
görüşmək niyyəti barədə bir kəlmə də demədi və o
gedəndən sonra bu qədər dəyişilməsini görərək qəti qərara
gəldim ki, daha tanışlığı davam etdirməyim. Dərin
təəssüfümə rəğmən, onu ittiham edə bilmərəm. Onun
mənimlə bu cür dostluq yaratmasına gərək yox idi - səni
inandırıram ki, yaxınlaşmaya doğj'u bütün addımları o
atırdı. Ancaq ona yazığım gəlir, ona görə ki, o, yaxşı
hərəkət etmədiyini anlamalıdır. Bir də ona görə ki, onun
bu davranışı, şübhəsiz ki, qardaşına əndişəsi üzündəndir.
Bundan daha təfərrüatlı izahata zərurət yoxdur. Biz
səninlə onun bu əndişəsinin əsassız olduğunu bilsək də,
Kerolayn bunu ürəyindən keçirirsə, bu, onun mənimlə
rəftarını tamamilə izah edir. Həm də qardaşı onun
sevgisinə çox layiqdir, onun qaT'daşımn qayğısını
downloaded from KitabYurdu.org
204
çəkməsi təbii və üzrlü görünür. Fəqət hazırda məni onun
narahatlıqları heyrətləndirir, ona görə ki, mister Binqli
məni azacıq da olsa xatırlasaydı, biz çoxdan görüşmüş
olardıq. O, Londona gəlişim barədə bilir - buna əminəm,
- hətta Kerolayn özü də bu barədə nəsə dedi. Hər halda,
onun dediyindən çıxış eləsək, özümü inandırmalıyam ki,
o,
gerçəkdən də miss Darsini sevir. Bu mənə ayduı deyil.
Çox kəskin mühakimə yürütməkdən çəkinməsəydim,
bütün bunların ikili oyuna bənzədiyini deyərdim. Ancaq
mən qara fikirləri özümdən qovmağa, yalnız sevindirici
şeylər barədə - səninlə dostluğumuz və əziz dayı və
xalamın mənə hədsiz xeyirxahlığı haqda düşünməyə
çalışıram. Mənə tezliklə cavab yaz. Miss Binqli o qədər
əminliklə olmasa da, mənə eyham etdi ki, onun qardaşı
heç vaxt Nezerfildə qayıtmayacaq və malikanənin
icarəsindən imtina edəcək. Lütfən, bu barədə evdə
danışma. Hansforddakı dostlarımız barədə xoş xəbərlər
məni çox sevindirdi. Mütləq ser Uilyam və Mariya ilə
bü'likdə onlara baş çək. Əminəm ki, oralar sənin xoşuna
gələcək.
Sənin və s. və i.”
Bu məktub Elizabetə bir qədər üzüntü verdi... Ancaq
o, Ceynin daha ən azı miss Binqlidə aldanmayacağım
düşünəndə ovqatı yüksəldi. Gənc oğlanın özünə
münasibətdə bütün ümidlər qəti şəkildə puç olmuşdu.
Elizabet hətta istəmirdi ki, o onun bacısına qarşı sevgisini
bərpa etsin - Binqli onun gözündən bu qədər düşmüşdü.
downloaded from KitabYurdu.org
205
O, Binqlinin miss Darsi ilə
nikahının tez bir zamanda baş tutmasını səmimi şəkildə
arzulayırdı, bu, Ceynə sakitlik gətirərdi və onun özü üçün
bir cəzaya çevrilərdi. Çünki Uikhemin şərhlərinə görə,
Corciana tezliklə onu kimin sevgisinə bu sayaq
yüngülməcazlıqla
etinasızlıq göstərdiyinə peşman
edəcəkdi.
Elə o günlərdə missis Qardinerdən məktub gəldi. O,
məktubda Elizabetin mister Uikhem haqqında verdiyi
vədi xatırladırdı və yeniliklər barədə ona xəbər verməyi
xahiş edirdi. Bu barədə Elizabetin yaza biləcəyi şeylər
onun özündənsə, missis Qardinerə daha xoş olcaqdı.
Uikhemin ona qarşı aşkar meyli yox olmuşdu, o, qıza
diqqət göstərməyə son vermişdi və artıq başqasına
girişirdi. Bunu vaxtında sezmək üçün Elizabetin
müşahidəçiliyi kifayət etmişdi, ancaq o buna çox sakit
yanaşırdı və hər şey haqda dayısının xanımına necə var,
elə də yazdı. Qızın qəlbi möhkəm qırılmışdı, onun qüruru
isə belə bir fikirlə tam təsəlli tapırdı ki, Uikhemin lazımi
maddi vəsaiti olsaydı, öz seçimini onun üzərində
dayandırardı. Uikhemin hazırda xoşuna gəlməyə çalışdığı
qızın birdən-birə əldə etdiyi on min funt para onun başlıca
məziyyəti idi. Ancaq
bu durumda bəlkə də daha az obyektiv olan Elizabet
Şarlottanın əhvalatında olduğundan fərqli, Uikhemi
müstəqilliyə can atdığına görə qınamırdı. Əksinə, bundan
təbii nə ola bilərdi? Hətta ondan imtinanın Uikhemə daxili
mübarizə hesabına gəldiyinə ürəyində yer verərək, ümumi
downloaded from KitabYurdu.org
206
maraqlara cavab verən bu addımın ağıllı olması ilə
razılaşmağa hazır idi və ürəkdən ona xoşbəxtlik
arzulayırdı.
O, bütün bunları missis Qardinerə xəbər verdi. Durum
barədə hər şeyi yazan Elizabet davam edirdi:
“Əziz xalacığun, əmin oldum ki, gerçəkdən
sevmirmişəm. Axı mən gerçəkdən də bu ülvi və təmiz
duyğuları yaşanuş olsaydım, indi hətta onun adınuı
çəkildiyi vaxt titrəməliydim və ona hər cür lənət
yağdırmalıydım. Ancaq bununla belə, mən təkcə ona yox,
hətta miss Kinqə dostcasına yanaşıram. Özümdə ona qarşı
hər hansı nifrət müşahidə edə bilmirəm və hətta hesab
etmirəm ki, onun barəsində xoş söz demək olmaz. Məgər
bu, məhəbbət ola bilərdimi? Təmkinim mənə xidmət
göstərdi. Ona naümidcəsinə vurulmuş olsaydım, bütün
dost- tanışlar üçün daha böyük maraq kəsb edərdisə də,
deyə
bilmərəm ki, bu aqibətim məni kədərləndirir. Şöhrət
hərdən həddindən çox baha qiymətə alınır. Kitti və Lidiya
mənə nisbətən onun xəyanətini ürəklərinə daha çox
saldılar. Onlar hələ çox gəncdirlər və ən cəlbedici
gənclərin ən adi gənclər qədər yaşamaq üçün maddi
vəsaiti olmalarına dair amansız həqiqət gözlərini hələ
açmayıb”.
IV
FƏSİL
Yanvar və fevral Bennetlər ailəsində yeni mühüm
hadisələr olmadan ötüb keçdi və onların həyatına hərdən
donmuş yollarla, hərdən də palçıqda Meritona gəzməyə
downloaded from KitabYurdu.org
207
getməkdən savayı heç bir başqa müxtəliflik gətirmədi.
Martda Elizabet Hansforda ziyarətə getməliydi. Əvvəlcə
o bu səfər barədə ciddi düşünmürdü. Ancaq yavaş-yavaş
əmin oldu ki, Şarlotta gerçəkdən də onun gəlişini gözləyir
və tədricən bu ziyarətə qaçılmazlıq və o qədər xoşagəlməz
olmayan bir zərurət kimi baxmağa öyrəşdi. Ayrılıq onun
rəfiqəsinə duyduğu həsrəti gücləndirmiş, mister Kollinzə
ikrahını xəfiflətmişdi. Səfər yeni təəssüratlar vəd edirdi,
çünki anası və dözülməz kişik bacıları ilə həyatı çətin ki,
xoş güzəran adlandırmaq olardı, qısamüddətli şərait
dəyişikliyi özlüyündə arzuolunan idi. Bundan başqa,
səyahət ona Ceynə baş çəkmək imkanı verirdi. Kəsəsi,
ziyarətin vaxtı yaxınlaşdıqda, əgər təxirə salınsaydı, qız
məyus olacaqdı. Ancaq səfərə heç bir əngəl yaranmadı və
axırda
hər şey Şarlottanm ilkin düşüncəsinə uyğun olaraq baş
tutdu. Elizabet ser Uilyam və onun ikinci qızının
müşayiəti ilə getməliydi. Gecəni Londonda keçirmək
təklifi vaxtında daxil edildi və tərtib olunan yekun səyahət
planı qüsursuz görünürdü.
Onu kədərləndirən yeganə şey atası ilə ayrılıq idi -
mister Bennet qızının yoxluğunu möhkəm hiss edəcəkdi.
Getmək vaxtı çatanda mister Bennet qızından ayrılmaq
istəmədi və tapşırdı ki, ona məktub yazsın, özü də az qala
cavab yazmağı vəd etdi.
Uikhemlə vidalaşma dostcasına keçdi - bəlkə də zabit
tərəfindən hətta dostcasmadan da artıq oldu. Yeni sevdası
onu unutmağa vadar etməmişdi ki, diqqətini birinci
downloaded from KitabYurdu.org
208
Elizabet cəlb edib, birinci o dinləyib və ona acıdığını
bildirib, onun heyranlığını birinci bu qız qazanıb.
Uikhemin onunla vidalaşdığı zaman ledi Ketrin de
Bördən nə gözləyə biləcəyini xatırladaraq ona hər cür
sevinc arzulamasmda, bu qadın və digər tanışlan barədə
rəylərinin üst-üstə düşəcəyinə əminlik ifadə etməsində
dost diqqəti vardı və o bununla Elizabetin rəğbətini əbədi
qazanmış kimi görünürdü. Ayrılarkən Elizabet
əmin idi ki, subay və ya ailəli, o onun üçün həmişəlik
cazibədar gənc örnəyi olaraq qalacaq.
Ertəsi gün Elizabetlə birgə olan yol yoldaşları
Uikhemlə görüşdən qəlbində qalan xoş təəssüratı qətiyyən
sıxışdıra bilmədilər. Ser Uilyam Lukas və onun rəhmdil,
ancaq atası kimi başıboş qızı Mariya heç bir diqqətəlayiq
söz söyləmirdi və Elizabet onların çərənləməsinə, eynilə
ekipajın cırıltısına qulaq asdığı maraqla qulaq asırdı.
İnsan qəribəlikləri həmişə onun diqqətini cəlb edirdi,
ancaq ser Uilyamla o, çoxdan tanış idi.
Ser özünün saraya təqdim edilməsini danışarkən ona artıq
yeni bir söhbət açmırdı. Onun lütfkarlıqları isə təhkiyəsi
kimi basmaqəlib idi.
Onlar cəmi iyirmi dörd mil getməliydilər və kifayət
qədər erkən çıxdılar ki, artıq günorta Qreysçerç küçəsinə
yetişsinlər. Mister Qardinerin evinə çatanda Ceyn
pəncərənin önündə durub onların gəlişini gözləyirdi. O,
onları girişdə qarşıladı. İlk görüşdə Elizabet bacısının
güllər açan simasından şad oldu. Pilləkənlərdə onları bir
neçə uşaq gözləyirdi. Bibisi qızlarının necə göründüyünə
downloaded from KitabYurdu.org
209
baxmaq istəyi onları qonaq otağını tərk
etməyə vadar etmişdi, birillik ayrılığın yaratdığı
utancaqlıq isə aşağı enməyə mane olmuşdu.
Görüş sevinc və şadlıq duyğusu ilə bürünmüşdü və
gün olduqca xoş keçdi: birinci yarısı qarışıqlıq və
dükanlara qaçmaqla, ikinci yansı isə teatrda.
Elizabet missis Qardinerlə yanaşı oturmağa nail oldu.
Onların söhbəti ilk növbədə Ceyn barədə başladı. Elizabet
tezliklə heyrətlənməkdən də çox məyus oldu. Çünki israrlı
sorğu-sualdan sonra öyrəndi ki, Ceyn özünü ələ alaraq
saxlamağa çalışsa da, yenə də hərdən ruh düşkünlüyünə
qapılır. Bununla yanaşı, ümid etmək olardı ki, bu, o qədər
də uzun çəkməyəcək. Dayıdostu miss Binqlinin ziyarəti
və özünün bu tanışlığa son qoymağa ürəkdən qərar verdiyi
bəlli olan Ceynlə çoxsaylı söhbətləri barədə təfərrüatı ilə
danışdı.
Missis Qardiner Uikhemin xəyanətinə görə Elizabetə
zarafatyana lağ etmək fürsətini qaçırmadı, eyni zamanda
bu xəyanəti əla ötüşdürdüyü üçün onu təbrik etdi.
— Yeri gəlmişkən, əzizim, miss Kinq deyilən o qız
kimdir? Dostumuzun mənfəətpərəst biri çıxdığını təsbit
etmək
istəməzdim.
— Yox,
xala,
məgər
evlilik
məsələlərində
mənfəətpərəstlik və ağıllılıq arasında dəqiq sərhəd tapmaq
mümkündürmü? Kim bilir, ağıllılıq harada qurtarır və
acgözlük harada başlayır? Milad günlərində siz
qorxurdunuz ki, o, birdən ağılsızlıqla mənimlə evlənər.
downloaded from KitabYurdu.org
210
İndi isə o, varı-yoxu cəmi on min funt olan bir gəlin əldə
etmək istədiyi vaxt siz burada artıq tamahkarlıq
görürsünüz.
— Mənə desən ki, miss Kinq necədir, necə görünür,
doğru mühakimə yürüdə bilərəm.
— Məncə, o çox yaxşı qızdır. Onun haqqında heç bir
pis şey deyə bilmərəm.
— Ancaq o, babasının ölümünün qızı bu məbləğin
yiyəsi etməsindən öncə ona diqqət belə yetirmirdi?
— Xeyr, necə ola bilər? O mənim kasıblığımdan
sevgimi qazanmağa haqlı deyildisə, məndən varlı
olmayan sevmədiyi qızın arxasınca sürünmək onun
nəyinə lazımdır?
— Ancaq onun miras almasından dərhal sonra qıza
nəzər yetirməsi sənə nalayiq görünmürmü?
— Möhtac vəziyyətlərdə insan başqalanna çox
məcburi görünən bütün ədəb qaydalarına riayət etməyi
özünə rəva görə bilmir. Qızın özünün etirazı yoxdursa,
bizim nə işimizə qalıb?
— Miss Kinqin dözümlülüyü mister Uikhemə haqq
qazandırmır. O, yalnız təsdiq edir ki, onun özündə nəsə
çatışmır — ağıl və ya mərifət.
— Yaxşı, — Elizabet səsləndi, — qoy hər şey sizin
dediyiniz kimi olsun: o tamahkardır, qız isə səfeh.
— Bu, heç də mənə münasib deyil, Lizzi. Doğrudanmı
sən başa düşmürsən ki, mən əslən Derbişirdən olan gənc
barədə pis düşünmək istəməzdim?
— Ah, demək belə! Yaxşı, iş bundadırsa, mən
downloaded from KitabYurdu.org
211
Derbişirdən olan gənc barədə xüsusilə yüksək qənaətimin
üstündə dayanıram. Onların Hartfördşirdə yaşayan ürək
dostlan da onlardan artıq deyil. Hamısı mənim üçün
kifayət qədər mənfurdur. Allaha şükür, sabah mən bircə
müsbət keyfiyyəti olmayan, nə ağlı, nə maneralan ilə
fərqlənməyən adamı görəcəyəm. Sonda yalnız axmaqlarla
tanış olmaq lazım gəlir.
— Ehtiyatlı ol, Lizzi. Sənin sözlərin həddən artıq
məyusluq doğurur.
Elizabet mister və missis Qardinerin ölkə boyunca
çıxacaqları yay səfəri zamanı onları müşayiət etmək
dəvəti alaraq birdən-birə olduqca sevindi.
— Biz hələ nə qədər uzaqlara gedəcəyimiz barədə
qərar verməmişik, — missis Qardiner dedi, — Ola bilər,
Göllər diyarına qədər gedəcəyik.
Heç bir plan Elizabeti bu qədər sevindirə bilməzdi. O,
dəvəti razılıq və səmimi minnətdarlıqla qəbul etdi.
— Xala, sevimlim, əzizim, — o, vəcdlə səsləndi, —
bu, necə də inanılmazdır! Siz məndə yeni qüvvələrə nəfəs
verdiniz, mənə həyat bəxş etdiniz. Əlvida, məyusluq və
hüzn! İnsanlar təpələr və qayalarla müqayisədə nədir ki?
Öndə nə qədər nəşəli saatlar var! Biz qayıtdıqdan sonra
iki sözü bir-birinə qoşa bilməyən səyahətçilərdən deyilik
axı. Biz ki, qayıtdıqdan sonra olduğumuz yerlərdən danışa
və gördüklərimizi xatırlaya bilərik. Göllər, dağlar və
çaylar bizim yaddaşımızda qarışmayacaq və adətən təsvir
olunarkən şişirdilən hər hansı diqqətəlayiq
mənzərəni böyütməyəcəyik. Ona görə də bizim
downloaded from KitabYurdu.org
212
hekayətimiz dinləyicilərə səyahətçilərin əksəriyyətinin
danışdıqları kimi dözülməz görünməyəcək.
V
FƏSİL
Səfərin o biri günü Elizabetin gözünə dəyən hər şey ona
yeni və maraqlı gəldi. Onun ürəyi fərəhlə döyünürdü.
Ceynin görkəmi təsdiqləyirdi ki, onun sağlamlığı barədə
narahat olmağa dəyməz, şimala səyahətin intizarı isə
fərəhli fikirlərin daimi qaynağı rolunu oynayırdı.
Kareta baş yoldan Hansforda aparan kənd yoluna
buruldu. Yolçular nəzərləri ilə hər döngənin arxasından
“indi çıxar, bu saat çıxar” deyə kilsə evini axtarırdılar.
Onlar Rozinqs parkının hasarının yanından ötüb keçdilər
və onun sakinləri barədə hekayətləri xatırlayan Elizabet
gülüşünü saxlaya bilmədi.
Nəhayət, mister Kollinzin mənzili də göründü. Yola
dirənən bağın dərinliyindəki ev, yaşıl çəpər, dəfnə kolluğu
- hamısı səyahətin hədəfinə yaxınlaşmasının əlaməti idi.
Əyilərək təzim edib gülümsəyən mister Kollinz və
Şarlotta qapıda göründülər. Təzim edib gülümsəyən
sərnişinlər evdən qısa çınqıl cığırla ayrılan kiçik
darvazanın ağzında dayandılar.
Missis Kollinz rəfiqəsini çox səmimiyyətlə qarşıladı,
Elizabet necə sevinclə qarşılandığını görüb bu səyahətə
gəlməyə qərar verdiyindən daha da məmnun oldu. O,
dərhal müşahidə etdi ki, evlilik onun əminəvəsinin
maneralarını qətiyyən dəyişməyib. Mister Kollinz adəti
üzrə uzun salamlama nitqi söylərəyək, Elizabetdən ailə
üzvlərinin hamısını birbəbir soruşaraq onlan bir neçə
downloaded from KitabYurdu.org
213
dəqiqə ləngitdi.
Giriş qapısının gözəlliyilə qonaqların diqqətini cəlb
etməsini nəzərə almasaq, onlar daha heç bir ləngimə
olmadan evə girdilər. Qonaq otağına girən kimi mister
Kollinz yenə də təmtəraqla danışaraq onlan onun sadə
yuvasına qədəm qoymaları münasibətilə salamladı,
arvadının səyahətçiləri gözləyən istirahətə dair dediyi
sözləri olduğu kimi təkrarladı.
Elizabet Kollinzi özünün bütün əzəmətinin parlaqlığı
ilə görməyə hazırlaşmışdı. Elizabet üçün onun yaşayış
yerinin genişliyini, pəncərədən görünən mənzərəni və
şəraiti göstərərək əsasən ona müraciət etməsi ilə, qızın
ona ərə getməməklə nələrdən məhrum qalmasını hiss
etdirdiyi barədə fikirdən xilas olmaq çətin idi.
Ancaq hər şey rahat və sevimli görünsə də, Elizabet
yenə də hər hansı bir peşmançılıq əlaməti sərgiləyərək
onu sevindirməyə qadir deyildi və rəfiqəsinə baxaraq
heyrətlənirdi ki, o bu cür həyat yoldaşıyla həyatsevərliyini
qoruyub saxlamağı necə bacanr.
Mister Kollinz, arvadının xəcalət çəkə biləcəyi nəsə
bir söz deyəndə (bu isə tez-tez olurdu), Elizabet qeyri-
ixtiyari Şarlottaya göz atırdı. Bir, ya iki dəfə hiss etdi ki,
rəfiqəsi yüngülcə qızanb, ancaq əksər halda Şarlotta bu
cür ifadələri müdrikcəsinə bir qulağından alıb o birindən
verirdi. Bufetdən buxarı barmaqlıqlarına qədər otaqda
olan hər bir predmetə lazımi ödünc vermək üçün
(səyahətlərini təsvir etmək və Londonda gördükləri hər
şey barədə danışmaqdan ötrü) qonaq otağında nə qədər
downloaded from KitabYurdu.org
214
lazımsa, o qədər oturduqdan sonra onlar ev sahibi ilə
birlikdə geniş bağa çıxdılar. Çox gözəl salınmış bağı
mister Kollinz öz əlləri ilə becərmişdi. Bağda işləmək
onun üçün ən sevimli əyləncələrdən biri idi və Elizabet
heyranlıqla müşahidə edirdi ki, Şarlotta necə fiziki
əməyin faydasından danışır və ərinin bu meylini
dəstəkləməsini etiraf edərək özünü
necə yaxşı idarə edir. Qonaqları bütün eninə və uzununa
cığırlarla dolaşdıran və onlara elə özünün tələb etdiyi
bəyənmə ifadələrini dilə gətirmək imkanı verməyən
mister Kollinz diqqəti hər bir yeni açılan mənzərəyə
yönəldir, təfərrüata vanrdı. Bundan ən cəlbedici mənzərə
belə, öz füsunkarlığını itirirdi. O, dəqiqliyilə hansı
istiqamətdə hansı sahənin uzandığını, ən ucqar ağac
cərgələrində nə qədər gövdənin olduğunu müəyyən edə
bilirdi.
Ancaq bağın tərənnüm edilən gözəl mənzərələrinin
heç biri, demək olar, düz onun evinin üzbəüzündə, parkın
ağacları ilə haşiyələnən açıqlıqların arasından Rozinqsə
açılan valehedici mənzərə ilə müqayisə oluna bilməzdi.
Bu, təpənin yamacında uğurlu bir şəkildə yerləşən
gerçəkdən də gözəl müasir ev idi.
Mister Kollinz qonaqlan bağdan özünün iki otlağına
aparmaq istədi, ancaq xanımların ayaqqabıları onların
ayaqlarını hələ tam əriməmiş qardan qorumadığı üçün ev
sahibi ilə yalnız ser Uilyam getməli oldu, Şarlotta isə
ərinin yoxluğundan istifadə edə biləcəyinə sevinərək,
bacısını və
downloaded from KitabYurdu.org
215
rəfiqəsini evə baxmağa çağırdı. Evin çox da böyük
olmadığı, ancaq rahat və yaxşı planlaşdırıldığı ortaya
çıxdı. Ondakı hər şey yerbəyer edilmiş, əsaslı şəkildə və
zövqlə qurulmuşdu. Bu, Şarlottanın təsərrüfatçılıq
qabiliyyətinə dəlalət edirdi. Mister Kollinz barədə
düşüncələrdən ayrılaraq hər şeydə rifah ruhu görmək
mümkün idi. Elizabet Şarlottanın məmnun görkəmindən
bu nəticəyə gəldi ki, rəfiqəsi, doğrudan da, mister
Kollinzin varlığını tez-tez unudur. Elizabetə artıq məlum
idi ki, ledi Ketrin bu vaxta qədər öz malikanəsindən
Londona köçməyib. Bu barədə söhbət nahar süfrəsi
arxasında gedirdi və söhbətdə iştirak edən mister Kollinz
qeyd etdi:
— Bəli, miss Elizabet, bazar günü siz ledi Ketrin de
Börü kilsədə seyr etmək şərəfinə nail olacaqsınız və
deməyimə lüzum yoxdur ki, siz ona necə heyran
qalacaqsınız. Mənim rəhbərim lütfkarlıq və dözümlülük
mücəssəməsidir və şübhə etmirəm ki, ibadətdən sonra siz
onun hər hansı bir diqqətinə layiq görüləcəksiniz. Mən
hətta tərəddüd etmədən deyə bilərəm ki, sizin Kentdə
olduğunuz müddətdə o bizə ehtiram göstərəcək və bu
ehtiram sizə və bacım Mariyaya da şamil olunacaq. O,
mənim əziz Şarlottama qeyri-adi dərəcədə diqqətcildir.
Biz həftədə iki dəfə Rozinqsdə nahar edirik və heç vaxt
evə piyada qayıtmırıq: lütfkar xanımın ekipajı həmişə
xidmətimizdədir.
Əslində mən “lütfkar xanımın
ekipajlarından biri” deməliydim, çünki onun, əlbəttə ki,
bir neçə ekipajı var.
downloaded from KitabYurdu.org
|