454
— Sən çox sərt davranırsan, — bacısı cavab verdi. —
Mənə gülmək icazəsi vermirsən, bununla yanaşı, hər
dəqiqə bundan ötrü bəhanə verirsən.
— Başqa vaxt belə etmək heyrətamiz şəkildə çətin olur
ki, sənə inansınlar.
— Bəzən tamamən mümkünsüz olur.
— Ancaq özümün də dərk etdiyimdən artıq hisslər
keçirdiyimə məni inandırmağın nəyə lazımdır?
— Bu suala çətin ki, cavab verə bilərəm. Biz hamımız
başqalarına öyüd verməyi sevirik, amma yalnız onlara
onu ötürə bilirik ki, bəlkə də bunu bilməyə dəyməz.
Bağışla məni. Sən mister Binqliyə qarşı etinasızlığın
barədə israr edirsənsə, onda bir daha məni sirdaşın etmə.
XIII
FƏSİL
Ziyafətdən bir neçə gün sonra mister Binqli bu dəfə dostu
olmadan yenidən Lonqbornu ziyarət etdi. Mister Darsi
həmin səhər Londona getmişdi, ancaq on gündən sonra
yenidən Nezerfildə qayıdacaqdı. Binqli malikanədə bir
saatdan çox qaldı və bütün bu vaxt ərzində yüksək
ovqatda oldu. Missis Bennet onu nahara qalmağa dəvət
etdi, lakin onun böyük təəssüfünə rəğmən, başqa yerdə
nahar etmək barədə vəd verdiyini deməyə məcbur qaldı.
— Ümid edirəm ki, siz növbəti dəfə gələndə bizim
bəxtimiz daha çox gətirər, — missis Bennet dedi.
Əgər ona bu saat getmək icazəsi versələr, o, onları bir
daha ziyarət etmək üçün ilk münasib fürsətdən
yararlanacaq və istənilən vaxt bundan hədsiz dərəcədə
xoşbəxt olardı və sair və ilaxır - bu, Binqlinin üzrxahlığı
downloaded from KitabYurdu.org
455
idi.
—
Siz sabah gələ bilərdiniz?
Bəli, həmin gün o məşğul deyil. Və dəvət həvəslə
qəbul edildi.
O gəldi, özü də elə uğurlu bir vaxtda gəldi ki,
xanımlardan heç biri öz bəzək-düzəyini başa
çatdırmamışdı.
Missis Bennet bir xalatda, saçının yarısı daranmış
vəziyyətdə qızların otağına qasırğa kimi girdi və qışqırdı:
— Ceyn, əzizim, Allah xatirinə, tələs! Və cəld aşağı
en. O gəlib! Mister Binqli gəlib! Bəli, bəli, düz sözümdür.
Tez ol! Sara, gör, nə deyirəm, elə bu dəqiqə miss Bennetlə
məşğul ol və ona geyinməyə kömək et. Miss Lizzinin
saçının daranması gözləyər.
— Hazır olan kimi aşağı enəcəyik, — Ceyn dedi. —
Ancaq düşünürəm ki, Kitti daha əvvəl aşağıda olacaq, —
o, yarım saat əvvəldən artıq öz otağına qalxıb.
— Kittinin başı batsın! Bircə o çatmırdı. Aşağı, aşağı,
cəld ol! Sənin qurşağın hara yox oldu, mənim əzizim?
Ancaq anası çıxdıqda Ceyn qərara aldı ki, heç vəchlə
aşağıya bacılarından birinin müşayiəti olmadan enməsin.
Anasının onlan təklikdə buraxmaq arzusu axşam da
bu cür möhkəm baş qaldırdı. Çaydan sonra mister Bennet
həmişə
olduğu kimi kitabxanaya getdi, Meri isə öz otağında
musiqi ilə məşğul olmağa qalxdı. İki maneə bu cür
kənarlaşandan sonra missis Bennet Eliza və Kittiyə
gözqaş etməyə girişdi. Onun cəhdləri uzun müddət fərq
downloaded from KitabYurdu.org
456
edilməmiş qaldı. Elizabet inadla bu işarələrə heç bir fikir
vermirdi. Nəhayət, Kitti məsum görkəmlə soruşdu:
—
Nə olub, ana? Niyə göz vurursan? Mən nəsə
eləməliyəm?
—
Heç nə, mənim balam, heç nə. Sadəcə, sənə elə
göründü.
Bundan sonra o, beş dəqiqə sakit oturdu. Ancaq belə
əlverişli imkanı əldən buraxmaq iqtidarında olmadığı
üçün qəflətən yerindən sıçradı və Kittiyə: - Mənimlə
gedək, əzizim, sənə bir şey deməliyəm - deyərək onu
otaqdan apardı. Ceyn Elizabetə bu kimi hiylələrin ona xoş
olmadığını deyən və qızın buna uymamasmı yalvaran
baxışlarla baxdı.
Bir neçə dəqiqədən sonra missis Bennet qapını açaraq:
—
Lizzi, əzizim, səninlə danışmağım lazımdır, —
dedi.
Onlar qapının arxasına keçən kimi missis Bennet dilləndi:
— Bilirsən ki, biz sərbəstcə onlan ikilikdə qoya
bilərik. Kitti ilə mənim yanıma, qarderob otağına gedək.
Elizabet mübahisə etmədi, ancaq anası ilə Kitti zaldan
gedənədək orada gözlədi, sonra yenidən qonaq otağına
qayıtdı.
Bu dəfə missis Bennetin hesabları doğrulmadı.
Binqlinin hələlik Ceynin nişanlısı olmadığı nəzərə
alınmasa, onunla bağlı hər şey möhtəşəm idi. Ona xas
gülərüzlülük və sərbəstlik onların axşam söhbətinə xeyli
canlılıq bəxş etmişdi. Onun missis Bennetin zəhlətökən
qayğıkeşliyinə dözməsi və üzərinə bəyənməzlik kölgəsi
downloaded from KitabYurdu.org
457
düşürmədən bütün yersiz qeydlərini bağışlaması Ceyndə
xüsusi minnətdarlıq doğururdu.
Şam yeməyinə qalması üçün Binqlini, demək olar,
dilə tutmaq lazım gəlmədi. Evi tərk etməsindən öncə,
əsasən onunla missis Bennet arasında şərt kəsildi ki, o,
ertəsi gün səhər mister Bennetlə birlikdə ov etmək üçün
gələcək.
Günün sonunda Ceyn daha Binqliyə qarşı heç duyğu
bəsləmədiyi üzərində israr etmədi. Bacılar arasında
söhbət zamanı Binqlinin adı çəkilmədi, ancaq Elizabet
belə bir xoşbəxt əminliklə yatağa girdi ki, mister Darsi
müəyyən olunmuş müddətdən tez Londondan qayıdıb
gəlməsə, məsələ sürətlə
yekunlaşmağa gedəcək. Ciddiyyətə qalsa, o, hər şeyin
Darsinin razılığı ilə baş verdiyini ehtimal etməyə hazır idi.
Binqli düz şərtləşdikləri vaxtda gəldi və dünən
qərarlaşdınldığı kimi səhəri mister Bennetlə keçirdi.
Sonuncu öz ov yoldaşının gözlədiyi ilə müqayisədə xeyli
xoş tərəf- müqabil olduğunu göstərdi. Binqli axmaq və
özündənrazı biri deyildi və bununla da mister Bennetə öz
sarkazma meyilliliyini təmin etmə və ya ikrahdoğurucu
susqunluğa qapılmaq səbəbi vermədi. Bunun sayəsində o,
əvvəlki görüşlərindən fərqli olaraq, daha çox ünsiyyətcil
və daha az qəribə idi. Əlbəttə, Binqli mister Bennetlə
nahara qədər geri qayıtdı, axşam isə missis Bennet onu
Ceynlə ikilikdə buraxmaqdan ötrü yaradıcılığını yenidən
işə saldı. Məktub yazmalı olan Elizabet çaydan dərhal
sonra səhər yeməyi otağına çəkildi. Yerdə qalanlar kart
downloaded from KitabYurdu.org
458
oynamaq üçün toplaşdılar və Elizabet hesab etdi ki, bu
zaman anasının tələlərinə qarşı hərəkət etməyə zərurət
yoxdur.
Fəqət məktub yazıldıqdan sonra qonaq otağına
qayıdan Elizabet öz heyrətinə rəğmən aşkar etdi ki, bu
hiylələrlə
mübarizədə ifrat özünəəminlikdən qaçmaq lazım imiş.
Otağın qapısını açarkən o, mister Binqli və Ceyni
buxarının qarşısında duran və dərin söhbətə dalmış yerdə
gördü. Bu hal özlüyündə şübhə doğura bilməzdisə də,
lakin onların həmin tələsik geri dönərkən üzlərində
yaranan ifadə otaqda baş verənlərə dair şübhə yeri
qoymurdu. Onların vəziyyəti kifayət qədər naqolay idi.
Ancaq Elizabetin özünün durumu daha həssas görünürdü.
Heç kim bir kəlmə söz demədi və Elizabet artıq geri
dönmək fikrinə gələrkən az əvvəl divanda oturmuş mister
Binqli birdən ayağa sıçradı və onun bacısına nəsə
pıçıldayaraq otaqdan çıxdı.
Ceyn
səmimiyyətlə
müşayiət olunan sevinc
yaşantıları hallarında Elizabetdən heç nəyi gizlədə
bilmirdi. O, olduqca həyəcanlanmış halda Elizabetin
boynuna sarıldı və özünü yer üzündə ən xoşbəxt varlıq
saydığını etiraf etdi.
— Bu mənim üçün həddən artıq böyük səadətdir! —
Ceyn əlavə etdi. — Həqiqətən, çox böyük. Mən belə bir
şeyi haqq saymıram. Nə üçün başqaları belə xoşbəxt ola
bilmirlər?!
Elizabetin ona söylədiyi təbriklər elə hərarətli, səmimi
downloaded from KitabYurdu.org
459
və riqqətli oldu ki, onu sözlə ifadə etmək, çətin ki,
mümkün olar.
Onun hər bir cümləsi ürəkdən gəlirdi və Ceyn üçün yeni
xoşbəxtlik qaynağı idi. Ancaq Ceyn həmin dəqiqədəki
yaşantılarının hamısını ona söyləmək üçün Elizabetlə
uzun müddət birlikdə qalmağı özünə rəva görə bilmədi.
— Bu saat anamın yanma qalxmaq lazımdır, — o
səsləndi. — Bir dəqiqə də unutmaq olmaz ki, o mənim
qayğıma necə qalırdı. İstəməzdim ki, o bu barədə başqa
bir kimsədən eşitsin. O, artıq atamın yanma getdi. Ah,
Lizzi, bir düşün ki, mənim sözlərim ailəmizə nə qədər
sevinc bəxş edəcək! Bu qədər xoşbəxtliyi necə
yaşayacağam?!
O bundan bir az əvvəl qəsdən kart oyununu yanmçıq
dayandıraraq hazırda yuxanda Kitti ilə oturan anasının
yanma cumdu.
Təklikdə qalan Elizabet neçə aydan bəri onları
həyəcanlandıran və incidən bütün çətinliklərin, nəhayət,
sadə və asanca həll olunduğunu düşünərək güldü.
— Beləcə, gör, onun bacılarının fitnə və hiylələri,
dostunun ehtiyatlılığı və tədbirliliyi nəyə gətirib çıxardı!
Ən xoşbəxt, ən müdrik və ən təbii bir sonluğa!
Bir neçə dəqiqədən sonra Binqli qayıtdı, onun mister
Bennetlə qısa söhbəti tam uğurla nəticələnmişdi.
— Miss Bennet haradadır ki? — o, qonaq otağına daxil
ola- ola soruşdu.
— O, yuxarıda, anamın yanındadır. Yəqin ki, tezliklə
qayıdacaq.
downloaded from KitabYurdu.org
460
Qapını arxasınca bağlayaraq Elizabetə yaxınlaşan
Binqli ondan onlara xoşbəxtlik arzulamağı və bacılıq
mehri bağışlamağı xahiş etdi. Elizabet ürəkdən gələn
səmimiyyətlə ona qonşu olacaqları münasibəti ilə öz
sevincini izhar etdi və onlar hərarətlə bir-birinin əlini
sıxdılar. Bundan sonra, düz Ceynin gəlişinə qədər
Elizabet Binqlinin öz xoşbəxtliyi və onun bacısının
məziyyətləri barədə deməyi zəruri saydığı fikirlərin
hamısını dinləməli oldu. Bu, sevən gəncin sözləri olsa da,
Elizabet inanmağa hazır idi ki, onun arzulan çin olacaq və
onlar Ceynin sağlam düşüncəsi və ecazkar xasiyyəti hər
ikisinin zövq və duyğularının ümumiliyi olan xoşbəxt
həyat yaşayacaqlar.
Həmin axşam hamı qeyri-adi dərəcədə fərəhli ovqatda
idi. Məmnunluq və arxayınlıq hissi Ceynin çöhrəsinə elə
bir xoş canlılıq vermişdi ki, o, həmişə olduğundan daha
da gözəl görünürdü. Kitti tezliklə onun növbəsinin də
gəlməsini arzulaya-arzulaya irişir, gülümsəyirdi. Missis
Bennet bu nikaha razılığını ifadə edərək və bəyəndiyini
bildirərək, hisslərini sözlərlə çatdırmağa qadir olmadığını
deyirdi, hərçənd yanm saat idi ki, Binqli ilə məhz bu
barədə danışırdı. Mister Bennet şam yeməyi zamanı
hamıya qoşulanda onun görkəmi və davranışı baş
verənlərdən nə qədər məmnun qaldığına dəlalət edirdi.
Ancaq qonağın getməsinə qədər bu barədə bir kəlmə də
olsun, dilə gətirmədi. Yalnız gecənin gəlişi ilə Binqli çıxıb
gedərkən ata qızma tərəf dönərək dedi:
—
Təbrik edirəm, Ceyn. Sən xoşbəxt olacaqsan.
downloaded from KitabYurdu.org
461
Ceyn onun yanma qaçaraq üzündən öpdü və
xeyirxahlığına görə atasına minnətdarlıq etdi.
— Sən yaxşı qızsan, — o dedi, — məni sevindirir ki,
sənin həyatın yaxşı qurulur. Şübhə etmirəm ki, bir-
birinizə əla yaraşırsınız. Sizdə xeyli ümumilik var. Siz
ikiniz də güzəştə elə
meyillisiniz ki, aranızda ixtilaf baş qaldıra bilməz; elə
sadəlövhsünüz ki, istənilən qulluqçu sizi barmağına
dolaya bilər; elə səxavətlisiniz ki, gəliriniz sizə həmişə
çatmayacaq.
— Ümid edirəm ki, bu olmayacaq. Pul məsələlərində
mən tərəfdən ağılsızlıq və yüngülməcazlığa yol vermək
bağışlanmaz olardı.
— Gəlirləri çatmayacaq? Yox, əziz mister Bennet, —
arvadı səsləndi, — siz nədən danışırsınız? O ki ildə dörd
və ya beş min, ola bilər, hətta daha çox gəlir əldə edir! —
Qızma tərəf dönərək davam etdi: — Ceyn, əzizim,
sevimlim! Mən, sadəcə, riqqətə gəlmişəm! İlahi, məni
yuxusuz gecə gözləyir! Mən bilirdim ki, belə olacaq —
məgər hər şey başqa cür ola bilərdi? Sən əbəs yerə belə
gözəl deyilsən ki! Yadımdadır, bir il əvvəl mən sizi
Hartfördşirdə birlikdə görəndə dərhal ağlıma gəldi: budur
əsl cütlük! Bu mənim rastlaşmış olduğum ən füsunkar
gəncdir!
Uikhem, Lidiya unudulmuşdu. Ceyn, şübhəsiz ki,
onun sevimli qızma çevrilmişdi. Bu dəqiqələrdə o, başqa
heç kəs barədə düşünmürdü. Bu arada kiçik bacılar Ceynə
gələcək mümkün sevinclərin qaynağı kimi baxmağa
downloaded from KitabYurdu.org
462
başlamışdılar.
Meri ondan Nezerfild kitabxanasından istifadə etmək
üçün icazə istəyirdi, Kitti isə yalvarırdı ki, qışda
Nezerfilddə teztez bal axşamlan təşkil olunsun.
Həmin vaxtdan sonra, təbii olaraq, Binqli Lonqbornun
gündəlik qonağına çevrildi. O, səhər yeməyindən əvvəl
gəlirdi və əgər hansısa mərdimazar, ən ağır cəzaya layiq
qonşu ona, imtina edə bilməyəcəyi nahar dəvəti
göndərməyibsə, şam yeməyindən sonra gedirdi.
Elizabetə artıq Ceynlə tez-tez söhbət etmək müyəssər
olmurdu, çünki Binqlinin Lonqbornda olduğu vaxt o,
kiməsə başqa adama vaxt ayıra bilmirdi. Ancaq məcburi
ayrılıqlar saatında başqasıyla söhbətləşmək sevgililərin
hər ikisi üçün faydalı idi. Yanında Ceynin olmadığı
vaxtlarda Binqli Elizabetlə onun bacısı haqqında
danışaraq öz-özünə zövq bəxş edirdi. Ceyn isə Binqli
olmayanda özünü eyni cür təskinləşdirməyə çalışırdı.
— Onun ötən yaz mənim Londona gəlişimdən xəbəri
olmadığını öyrənəndə mən xoşbəxt oldum, — bir dəfə
axşam o dedi. — Belə bir fikir ağlıma gəlmirdi.
—
Amma mənim ağlıma gəlmişdi, — Elizabet cavab
verdi.
— Ancaq onun fikrincə, bu, necə ola bilərdi?
— Hər şey onun bacılarının hissləri ilə izah olunur.
Onlar onunla mənim tanışlığımı bəyənməyiblər. Onun
bütün münasibətlərdə necə asanlıqla daha uğurlu seçim
etməyi bacardığını düşünsək, burada təəccüblü heç nə
yoxdur. Ancaq onlar mənimlə necə xoşbəxt olduğunu
downloaded from KitabYurdu.org
463
görən kimi — əminəm ki, gerçəkdən də görəcəklər —
onun evliliyi ilə banşacaqlar və bizim münasibətimiz
yenidən yaxşı olacaq. Düzdür, biz artıq, əlbəttə, bir-
birimiz üçün bir zamanlar olduğumuz kimi olmayacağıq.
—
Bu səndən eşitdiyim ən sərt ittihamedici nitqdir,
— Elizabet dedi. — Yaxşı qız! Düzü, sənin yenidən miss
Binqlinin saxta mehr-məhəbbətinin predmeti olduğunu
görsəm, mənim üçün utancverici olacaq.
— Lizzi, sən bir fikirləş ki, o, ötən il Londona
gedəndə, heç demə, artıq mənə möhkəm vurulubmuş.
Yalnız mənim etinasızlığıma əminliyi olmasaymış,
mütləq qayıdarmış.
— O, doğrudan da böyük səhv buraxmışdı, ancaq bu
onun təvazökarlığına şərəf verir.
Bu, təbii olaraq, Ceynin Binqlinin nəzakətliliyi və öz
məziyyətlərini lazımınca qiymətləndirməməsi xasiyyəti
barədə bütöv bir mədhiyyə doğurdu.
Elizabet Binqlinin ona dostunun müdaxiləsi barədə
danışmamasım öyrəndiyinə şad oldu, çünki bu, onun
möhtəşəm alicənablığına və bacısının həlimliyinə
baxmayaraq, yenə də Ceynin Darsiyə münasibətinə kölgə
sala bilərdi.
—
Mən, şübhəsiz ki, yer üzündə ən xoşbəxt xilqətəm!
— Ceyn səsləndi. — Lizzi, nə üçün bizim ailədə yalnız
mənim bəxtim gətirdi? Necə də istərdim ki, sən də eyni
şeyi hiss edəsən! Sənin üçün də başqa bir belə adam
tapılsaydı!
— Hətta sən onlardan yüzünü mənə təklif etsəydin,
downloaded from KitabYurdu.org
464
mən yenə də belə xoşbəxt ola bilməzdim. Nə qədər ki
məndə sənin xasiyyətin və sənin xeyirxahlığın yoxdur,
sənin xoşbəxtliyindən görməyim mümkün deyil. Yox,
yox, qoy mən öz yolumla gedim. Bəlkə də bəxtim çox
gətirsə, zamanla hələ qarşıma ikinci mister Kollinz çıxa
bilər.
Lonqbornda baş verən hadisə uzun müddət sirr olaraq
qalmadı. Missis Bennet bu barədə missis Filipsin qulağına
pıçıldamağı özünə rəva gördü, o isə hər hansı bir ehtiyat
tədbirləri düşünmədən Meritondakı bütün tanışlanna
danışdı.
Ləngimədən Bennetləri dünyanın ən bəxtəvər ailəsi
elan etdilər, hərçənd cəmi bir neçə həftə əvvəl, Lidiyanm
qoşulub qaçmasından dərhal sonra onların bədnam olmuş
soyadlan tanışların hamısının siyahısından silinmişdi.
XIV
FƏSİL
Ceynin nişanlanmasmdan bir həftə sonra bir dəfə səhər-
səhər mister Binqli və Bennet ailəsinin bütün xanımları
səhər yeməyi otağında olduqlan vaxt hamının diqqətinin
ekipaj səs-küyü cəlb etdi. Onlar pəncərədən baxarkən
dörd at qoşulmuş karetanın çəmənliyin üzəri ilə gəldiyini
gördülər. Ziyarət üçün çox erkən idi, üstəlik, yaxınlaşan
ekipaj qonşulardan heç birinə məxsus deyildi. Atlar poçt
atlarıydı, kareta və onu müşayiət edən qulluqçuların
qiyafətləri isə heç kəsə tanış gəlmirdi.
Ancaq aydın idi ki, hər halda kimsə gəlib və Binqli
qonaqlann qarşılanması kimi darıxdırıcı mərasimdən
qurtulmaqdan ötrü dərhal Ceyni gəzintiyə çıxmaq üçün
downloaded from KitabYurdu.org
465
dilə tutdu. Cütlük uzaqlaşdı, yerdə qalanların təşrif
buyuranların kimliyinə dair əbəs yerə təxminlər dilə
gətirdiyi vaxt qapı açıldı və ledi Ketrin de Bör otağa girdi.
Hamı, təbii ki, nəsə qeyri-adi bir şeyin intizarında idi,
ancaq onların gerçəkdə də keçirdikləri heyrət hissi
gözləntiləri
üstələdi. Missis Bennet və Kitti onunla qətiyyən tanış
olmasalar da, hətta onlar belə, bu ziyarətə Elizabet qədər
möhkəm təəccüblənmədilər.
Ledi Ketrin həmişə olduğundan daha laübali
görkəmlə, Elizabetin salamlamasına başını yüngülcə
tərpətməkdən başqa heç nə ilə cavab vermədən və heç nə
demədən kresloda əyləşdi. Ledi Ketrin təqdim olunmasını
xahiş etməsə də, Elizabet anasına zati alilərinin adını dedi.
Missis Bennet bu qədər yüksək mənsəbli xanımın
ziyarətindən olduqca qürurlanmış halda, onunla son
dərəcə nəzakətli olmağa çalışırdı. Bir müddət sükut içində
oturduqdan sonra ledi Ketrin Elizabetdən quru-quru
soruşdu:
— Ümidvaram ki, miss Bennet, sizdə hər şey
qaydasındadır. Bu qadın, güman edirəm, sizin ananızdır?
Elizabet təsdiqləyiri cavab verdi.
—
Bu isə, yəqin ki, bacılarınızdan biridir?
— Bəli, xanım, — missis Bennet ledi Ketrinlə
danışmaq imkanına sevinərək müdaxilə etdi. — Bu
mənim kiçikdən böyük
qızımdır. Ən kiçik qızım bu günlərdə ərə gedib. Böyük
qızım isə haradasa bağda tezliklə ailəmizin üzvü olacaq
downloaded from KitabYurdu.org
466
gənclə dolaşır.
— Sizin bağınız çox kiçikdir, — qısa susqunluqdan
sonra ledi Ketrin dedi.
— Qeyd etməyə cürət göstərirəm ki, miledi, onu,
əlbəttə, Rozinqslə müqayisə etmək mümkün deyilsə də,
hər halda ser Uilyams Lukasm bağından xeyli böyükdür.
— Bu otaqda yay axşamlarını keçirmək olmaz.
Pəncərələri qərbə açılır.
Missis Bennet onu əmin etdi ki, nahardan sonra bu
otaqdan istifadə olunmur. Sonra o dedi:
— Zati alilərindən mister və missis Kollinzlərin
cansağlığı barədə soruşa bilərəmmi?
— Tamam qaydasındadır. Mən onları srağagün axşam
gördüm.
Elizabet güman edirdi ki, indi Şarlottanm ona
göndərdiyi məktub gün işığına çıxarılacaq, çünki bu, belə
bir ziyarətin yeganə səbəbi ola bilərdi. Ancaq ortada
məktub görünmədi və Elizabet özünü tamamilə çaşqın
durumda hiss etdi.
Missis Bennet nəzakətli şəkildə zati aliləri bir qədər
şərab içməyi təklif etdi, ancaq ledi Ketrin o qədər
kübarcasma olmasa da, qətiyyətlə imtina etdi. Sonra o,
ayağa qalxaraq, Elizabetə müraciətlə dedi:
— Miss Bennet, orada, çəmənliyin o üzündə, mənə elə
gəlir ki, çox gözəl kol mənzərələri var. Mənə yoldaşlıq
etsəydiniz, onlara baxmaq istərdim.
— Tərpən, qızım, — anası səsləndi, — zati alilərini
müxtəlif cığırlardan keçir. Ümid edirəm ki, siz bir guşəyə
downloaded from KitabYurdu.org
467
çəkilməkdən məmnun qalacaqsınız.
Elizabet tabe oldu. O, çətir dalınca öz otağına qaçaraq,
möhtərəm qonağı pilləkənlərdən ötürdü. Zaldan keçərkən
ledi Ketrin yemək və qonaq otaqlarının qapılarını açıb
baxdı və qısa gözdən keçirmədən sonra onların kifayət
qədər isbatlı olduğunu etiraf edərək evdən çıxdı.
Qapının ağzında kareta durmaqda davam edirdi,
Elizabet onun içində zati alilərinin tanış nökərini gördü.
Onlar tam susqunluq içində kolluğa aparan çınqıllı cığırla
gedirdilər. Elizabet qəti şəkildə qərara gəlmişdi ki,
davranışı adi
vaxtdakından daha təkəbbürlü və dikbaş görünən ziyarətçi
xanımla söhbətə başlamasın.
“Onun bacısı oğlu ilə mən onda ümumi nə tapa
bilərəm?” - o, gəzinti yoldaşının üzünə baxa-baxa Dostları ilə paylaş: |