Birləşmiş Krallıqda medea layihəsi çərçivəsində partnyor universitet koordinatorlarının görüşündə atu da təmsil olunub


B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A



Yüklə 279,15 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix01.04.2017
ölçüsü279,15 Kb.
#13045
1   2   3   4

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A

http://www.amu.edu.az

31 mart  2015-ci il

4

 



Əsaslı 

Kitabxananın 

hərtərəfli 

inkişafına  Azərbaycan  Tibb  Univer-

sitetinin 

rəhbərliyi 

tərəfindən 

yaxından kömək göstərilməsi intellektual 

səviyyənin  artırılmasına  və  təhsilalma 

prosesinə  təsiri  gücləndirir.  Bu  əsasən 

son vaxtlar professor –müəllim heyətinin 

nəşr  olunan  dərsliklərinin  kitabxanaya 

təqdim olunmasında özünü göstərir. Məhz 

buna görə də ötən il  Əsaslı Kitabxanadan  

xaric  olunan  kitabların  sayı  4.040  nüsxə 

olsa  da,  daxil  olan  kitabların,  hədiyyə 

nüsxələrin  sayı 3.031 olmuşdur. 

Rektorluqdan  177  nüsxə,  professor 

R.Şirəliyevadan  164  nüsxə,  profes-

sor  S.Əliyevdən  50  nüsxə,  professor 

M.Vəliyevadan  50  nüsxə,  professor 

S.Alimetovdan  50  nüsxə,  professor 

V.Əzizovdan  50  nüsxə,  professor 

Z.Qarayevdən  34  nüsxə,  professor 

F.Həsənovdan  50  nüsxə,  professor  

A.Məmmədovdan  100  nüsxə,  Tera-

pevtik  stomatologiya  kafedrasından 

50 nüsxə, eləcə də digər təhsil və elm 

ocaqlarından xeyli sayda kitab hədiyyə 

edilmişdir. Bu hədiyyələr kitabxananın 

fondunu  zənginləşdirməklə  bərabər 

əməkdaşların,  tələbələrin  intellektual 

səviyyəsinin artırılmasına mühüm təsir 

bagışlamışdır. 

Oxuculara  xidmət  işi  də  ötən  il 

yüksək  səviyyədə  təşkil  olunmuşdur. 

Odur ki, 4 oxu və 1 internet zalından 

istifadə edərək  oxucular  daxili  xidmət 

və    elmi-biblioqrafiya  şöbələri,  elmi, 

dərslik,  xarici  ədəbiyyat,  dissertasiya 

və avtoreferatlar, qəzet və jurnal fond-

ları vasitəsilə lazımi ədəbiyyatla təmin 

edilmişlər.

Belə  ki,  elmi  fondda  2.698  nəfər 

oxucunun  121  nəfərini  professorlar, 

421 nəfərini dosentlər, 60 nəfərini as-

pirantlar, 10 nəfərini magistrlər, 1.431 

nəfərini  digər  əməkdaşlar  və  655 

nəfərini isə tədris kontingenti təşkil et-

mişdir.


2014-cü  ildə  20  nəfər  kitabxanaya 

yeni  üzv  olmuş,  58  nəfər  isə  müxtəlif 

şöbələrin  kitabxana  üzvlüyündən  çıx-

mışlar.  Gəlişlərin  sayı  2.100,  xidmər 

edilmiş oxucuların sayı isə 2000 nəfər 

olmuşdur. Kitab verilişi 2.200 nüsxə ol-

muş, ondan 1.100 nüsxə əməkdaşlara, 

1.100  nüsxə  isə  oxu  zalı  vasitəsilə 

tələbələrə çardırılmışdır. 

Həmçinin elmi kitabişləmə şöbəsinə 

elektron  kataloquna  salınması  üçün 

2.728 nesxə kitab verilmişdir. 

Əməkdaşlara xidmət işi dissertasiya 

və avtoreferatlar fondu vasitəsi ilə də 

həyata keçirilmişdir. Bu fonda 2014-cü 

ildə  54  dissertasiya  (38-i Azərbaycan 

dilində,  16-ı  rus  dilində)  150  avtore-

ferat  (108-i  Azərbaycan  dilində,  42-i 

rus  dilində)  daxil  olmuşdu.  Hazırda 

dissertasiya  və  avtoreferatlar  fondun-

da  2.519  dissertasiya,  35.908  ədəd 

isə  avtoreferat  mövcuddur.  İl  ərzində 

210  nəfər  dissertasiya  üçün  müraciət 

etmiş,  onlardan  90  nəfərin  sorğusu 

ödənilmişdir. Onlara 401 dissertasiya, 

540  avtoreferat  və  54  arayış  (qəbul 

edilən  dissertasiyalara  görə)  verilmiş-

dir. 


Dərslik  fondu  da  oxuculara  yüksək 

səviyyədə  xidmət  göstərmişdir.  Bu  

fondun  oxucu  formulyarı  üzrə  8.312 

nəfər oxucusu qeydə alınmışdır. 2014-

cü ildə fonda üzv olub kitab götürən I 

kurs tələbələrinin sayı 1.041 nəfər ol-

muş,  ümumiyyətlə fonda 19.160 nəfər 

tələbə  kitab üçün müraciət etmiş, on-

lara 390.720 nüsxə kitab verilmişdi. İl 

ərzində  fonda  880  nüsxə  kitab  daxil 

olmuşdur. 

Tələbələr  tərərfndən  itirilmiş  276 

nüsxə  kitab  əvəzinə  563    nüsxə  ki-

tab əvəz qəbul edilmişdir. Bundan 65 

kitab  eyni  əvəz  götürülmüşdür.  Eyni 

tələbələrdən  34  nüsxə  kitabxana  ki-

tabı müsadirə edilmişdir. 1.473 nüsxə 

şübhəli  kitablar  yenidən  işlənilmişdi. 

2.080  nəfər  oxucunun  isə  dövriyyə 

vərəqəsi imzalanıb möhürlənmişdi.  

Əməkdaşların ən çox müraciət etdiyi 

şöbə  kitabxanadaxili  xidmət  şöbəsidi. 

Belə ki, onlar tez-tez xarici ədəbiyyat, 

qəzet  və  jurnallar  üçün  müraciət 

edirlər.  İl  ərzində  40  adda  (38-i  rus 

dilində, 2-i Azərbaycan dilində)  jurnal 

alınıb. 7 adda jurnal, 3 adda isə jurnal 

hədiyyə olaraq daxil olub. Alınan jurnal 

və qəzetlər cildləndikdən sonra fondda 

daxil edilmişdir. 

2014-cü ildə bu şöbədə 2.344 nəfərə 

faktiki  xidmət  göstərilmişdir.  Şöbəyə 

gələn oxucuların sayı 78.023 nəfər ol-

muş, onlara 301.896 nüsxə ədəbiyyat 

verilmişdir. 

Elmi  biblioqrafiya  şöbəsində  də 

işlər  uğurla  həyata  keçirilmişdir.  İl 

ərzində  kitabxanaya  daxil  olan  dövlət 

qəzetlərindən  9  adda  (2-i  rus  dilində) 

1.316 qəzetə baxılıb, bunlardan 2.332 

məqalə  analitik  təsvir  olunaraq  ümu-

mi  kartotekaya  yığılıb,  oxucuların 

istifadəsinə verilib.

“Qanunvericilik  toplusu”ndan  da 

2013-2014-cü  illər  buraxılışından 

1.392  məqalə  analitik  təsvir  edilib 

ümumi  kartotekaya  yığılıb.  Tibbi  jur-

nallardan  37  adda  152  jurnal  işlənib. 

5.317  predmet  olunmuş  məqalə  ana-

litik təsvir olunub predmet kataloquna 

yığılıb. 

ATU əməkdaşlarının əsərlərinin kar-

totekasına  221  kartoşka  yığılıb.  Bun-

dan 144-ürus dilində, 74-ü Azərbaycan 

dilində,  3-ü  isə  ingilis  dilindədir.  Bun-

ların hamısı yerli tibbi jurnallardan şap 

olunub.  Oxuculara  xidmət  işini  yax-

şılaşdırmaq  məqsədi  ilə  radəktə  işi 

aparılıb.  69  qutu  predmet  kataloqun-

dan,  27  qutu  isə  əməkdaşların  kata-

loqundan  edaktə  olunub.  Ümumilikdə 

63.960 kartoçka redaktə edilib. Bu za-

man  1980-ci  ilə  qədər  olan  nəşrlərin 

2.400  kartoçkası  predmet  kataloqun-

dan  (yerli  nəşrləri  saxlamaq  şərti  ilə) 

çıxarılıb.  Əməkdaşların  kataloquna 

221, predmet kataloquna 5.317, ümu-

mi kartotekaya isə 7.649 kartoçka da-

xil olunub. 

Şöbəyə  daxil  olan  sorğular  internet 

və kartoteka sisteminin köməyi ilə ara-

yışlarkla ödənilib. Şöbənin internet re-

sursları və internet axtarışı bölməsində 

də  oxucuların  sorğuları  layiqincə 

ödənilmişdir. İnternetdən istifadə edən 

oxucuların  sayı  2.120,  virtual  oxu  za-

lına  daxil  olan  sorğular  395,  mövzu 

üzrə  internet  sorğularının  axtarışı  85, 

kitabların elektron versiyasının axtarı-

şı  80,  digər  müxtəlif  sorğular  isə  210 

olmuşdur.

Bu bölmədə oxuculara layiqli xidmət 

üçün virtual zalda hər gün internetdən 

istifadəçilərə,  oxuculara  internetax-

tarış  xidmətinə,  kompüterlərə  texniki 

nəzarət, kitabxananın e-mail poçtuna, 

amu.edu.az saytı ilə əlaqəyə, bölmədə 

mövcud  olan  internet  resurslarından 

– saytlardan və digər elektron axtarış 

portalından oxuculara xidmət və onun 

təbliği  kimi  vacib  məsələlərə  nəzarət 

edilir. 


Komplektləşdirmə  şöbəsi  Əsaslı 

Kitabxananın  ilkin  bazası  hesab  olu-

nur.  Burada  kitabxanaya  daxil  olunan 

və  silinən  nəşrlərin  uçotu  aparılır.  Ki-

tablar  inventar  kitabına  qeyd  edi-

lir,  möhürlənir.  Sonra  elmi  cəhətdən 

işlənilməsi  üçün  Elmi-kitabişləmə 

şöbəsinə  verilir.  2014-cü  ildə  şöbəyə 

3.031  nüsxə  kitab  daxil  olmuş,  4.040 

nüsxə  xaric  olmuşdur.  Hazırda  ki-

tabxanın  fondunda  804.  326  nüsxə 

ədəbiyyat vardır.  

Komplektləşdirmə  şöbəsinə  da-

xil  olunan  kitablar  Elmi  kitabişləmə 

şöbəsində  rəsmi  cəhətdən  kitabxana 

qaydası  ilə  kataloqda  ad  etibarı  ilə 

yoxlanılır. Bu rəqəm 2014- cü ilə 1.392 

olmuşdur. Yeni kitabların  sayı  ad eti-

barı ilə 424-ə  çatmışdır. Ümumilikdə, 

yeni kitabların sayı 1.146 nüsxə olub. 

İl  ərzində  bu  qədər  kitablar  elmi 

cəhətdən    kitabxana  qaydası  ilə 

işləndik dən  sonra  dərslik  fonduna  və 

elmi  fonda  təhvil  verilmişdir.  İşlənmiş 

kitablar  tərtib  olunmuş  kartoçkalarda 

kartotekalara  düzülmüşdür.  Burada 

həm də 182 ədəd ayrıc qoyulmuşdur. 

Bu şöbədə həmçinin İRBİS-64 proq-

ramı  əsasında  elektron  kataloqa  ki-

tablar  salınır.  İl  ərzində  bu  kataloqa 

16.522 kitab salınmışdır ki, bu oxucu-

lara  xidmət  işini  həm  tezləşdirir,  həm 

də yüngülləşdirir. 

2014-cü ildə Əsaslı Kitabxanada el-

mi-metodiki  işlər    də  layiqincə  görül-

müşdür. Tələb olunan strukturlara he-

sabatlar  verilmiş,  müəyyən  yeniliklər 

həyata 


keçirilmişdir. 

Kitabxana 

əməkdaşları elmi-metodiki əhəmiyyətli 

bir neçə tədbirdə iştirak etmişlər. 

Ümumiyyətlə,  Əsaslı  Kitabxanan 

2014-cü ili uğurla yola salmış, Univer-

sitet  əməkdaşlarına  və  tələbələrə  la-

yiqli xidmət etmişdir. 

 

S.ƏLİYEV,

Əsaslı Kitabxananın direktorunun 

elmi işlər üzrə müavini



Mayın 15-də Azərbaycan Milli Elmlər Akade-



miya  sının  (AMEA)  İnformasiya  Texnologiyaları 

İnstitutunda  Rabitə  və  Yüksək  Texnologiyalar 

Nazirliyi  və  AMEA-nın  birgə  təşkilatçılığı  ilə 

infor masiya 

təhlükəsizliyinin 

multidistiplinar 

prob lemləri  üzrə  ikinci  respublika  elmi-praktik 

konfransı keçiriləcək.

AMEA-dan  AZƏRTAC-a  bildirilib  ki,  konfransın  işi 

informasiya  təhlükəsizliyinin  siyasi,  hüquqi  və  hərbi 

problemləri,  informasiya  təhlükəsizliyinin  sosial-psixoloji 

və  kulturoloji  problemləri,  informasiya  təhlükəsizliyinin 

sosial-iqtisadi problemləri,



informasiya  təhlükəsizliyinin  beynəlxalq 

əməkdaşlıq problemləri,

qlobal  informasiya  məkanında  dövlətlərin 

informasiya suverenliyi problemləri, media və 

informasiya təhlükəsizliyi problemləri,

milli  informasiya  təhlükəsizliyi  sisteminin 

formalaşdırılması  problemləri  və  digər 

istiqamətlər üzrə aparılacaq.

Konfransa  əvvəllər  çap  olunmamış  və  konfransın  elmi 

istiqamətlərinə  uyğun  aktual  elmi-praktiki  problemlərə 

dair  materiallar  qəbul  olunur.  Məruzələr  aprelin  10-dək 

infosec@iit.ab.az  elektron  ünvanına  təqdim  edilməlidir. 

Məruzədə  məsələnin  aktuallığı,  qoyuluşu  və  onun  həlli 

yolları,  elmi  yenilik  və  əldə  olunmuş  nəticələrin  praktiki 

əhəmiyyəti əksini tapmalıdır.

Maraqlananlar  əlavə  məlumatları 

http://www.science.

gov.az/az/index.php?id=8373

  linkindən  və  (

+994 

12)  539-01-67;  (+994  12)  510-42-53

  əlaqə 


nömrələrindən əldə edə bilərlər.

İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri 

üzrə ikinci respublika elmi-praktik konfransı keçiriləcək

Əsaslı Kitabxananın ötən ilki 

fəaliyyəti uğurlu olmuşdur

31 mart  2015-ci il

http://www.amu.edu.az

5

Dövlət  və  cəmiyyətin  əsas 

problem lərindən  biri  də  sülh  və 

ya hərbi dövrdə əha linin yaşaması 

və 

fəaliyyətinin 

təh lükəsizlik 

təminatının  yaradılmasıdır.  Bu 

məqsədlə fövqəladə halların idarə 

olunması  üzrə  xüsusi  nazirlik, 

eləcə  də  digər  güc  nazirlikləri 

yaradılır,  bu  məsələlərin  həlli 

həmçinin 

yerli 

icraedici 

və 

idarəetmə orqanlarına tapşırılır.

Radiasiya  qəzası-əhalinin  şü-

alanmasına  və  ətraf  mühitin 

çirklənməsinə  səbəb  olan,  atom-

energetik  qurğuların,  radiaktiv 

məhsulların  tullantısına  və  ya  ion-

laşdırıcı  şüalanmaya  gətirib  çıxa-

ran  cihazların  təhlükəsiz  istismar 

qaydalarının pozulması deməkdir.

Belə  qəzaların  əsas  təsiredici 

faktorları radiasiya təsiri və radiak-

tiv  çirklənmədir.  Qəzalar  partlayış 

və  yanğınla  müşayiət  oluna  bilər. 

Radiasiya  təsiri  insanda  müxtəlif 

orqanların  fəaliyyət  funksiyalarının 

pozulması  və  ionlaşdırıcı  şüalan-

ma  nəticəsində  şüa  xəstəliyinin 

yaranmasına  səbəb  olur.  Radiak-

tiv  çirklənmə  alfa,  betta,  qamma, 

ionlaşdırıcı  şüaların  təsirindın  baş 

verir və qəza zamanı nüvə reaksi-

yalarının  bölünmə  məhsullarının, 

reaksiyaya  girməyən  elementlərin, 

həmçinin 

onların 

şüalanması 

nəticəsində  əmələ  gələn  müxtəlif 

radiaktiv  materialların  ayrılması  ilə 



müşayiət olunur.

Əhalinin  radiasiya  və  kimyəvi 

mühafizəsinə aşağıdakılar aiddir:

*  radiasiya  və  kimyəvi 

təhlükəli 

obyektlərin 

yerləşdiyi  rayonlarda  daimi 

nəzarətin  təşkil  olunması, 

radiasiya  və  kimyəvi  şəraitin 

müəyyənləşdirilməsi;

* fərdi mühafizə vasitələrinin, 

radiasiya, kimyəvi kəşfiyyat və 

nəzarət  cihazları  ehtiyatının  

yaradılması,  hazır  vəziyyətdə 

saxlanması  və  lazım  olduğu 

təqdirdə istifadə olunması; 

*  radiasiya  və  kimyəvi 

kəşfiyyat, eləcə də, dozimetrik 

nəzarət üçün nəzərdə tutulmuş 

cihaz və dəstlərin, unifikasiya 

edilmiş 

digər 

mühafizə 

vasitələrinin 

istehsalı 

və 

istifadəsi;

*  əhalinin  fərdi  mühafizə 

vasitələri  ilə  təchiz  edilməsi 

və  onlardan  düzgün  istifadə 

olunmasına  nəzarətin  həyata 

keçirilməsi;

*  radiasiya  və  kimyəvi 

təhlükəli obyektlərdə vəziyyətə 

nəzarət  və  yerli  xəbərdaretmə 

sistemlərinin yaradılması;

*qəza 

şəraitində 

geyim, 

əşyaların 

və 

nəqliyyat 

vasitələrinin 

xüsusi 

təmizlənməsi üçün kommunal-

məişət  xidməti  obyetlərinin 

və 

nəqliyyat 

idarələrinin 

əvvəlcədən hazır olması;

*  əhaliyə  fərdi  mühafizə 

vasitələrindən 

düzgün 

istifadənin 

və 

çirklənmiş 

ərazilərdə 

davranış 

qaydalarının öyrədilməsi;

Radiasiya  qəzaları  şəraitində 

əhalinin  radiasiyadan  mühafizə 

tədbirləri  sırasına  aşağıdakılar 

aiddir;

*  radiasiya  qəzası  faktının 

aşkarlan ması  və  bu  barədə 

xəbərdarlıq edilməsi;

*qəza  rayonunda  radiasiya 

şəraitinin müəyyən olunması;



radiasiya 

nəzarətinin 

təşkili;

*  radiasiya  təhlükəsizliyi 

rejiminin tətbiqi;

* qəzanın erkən mərhələsində 

əhali, qəza obyektlərinin şəxsi 

personalı,  qəza  nəticələrinin 

aradan 

qaldırılmasında 

iştirak  edənlər  üçün  yod 

tərkibli  profilaktik  tədbirlərin 

keçirilməsi;

*  əhali,  qəza  baş  verən 

obyektin 

şəxsi 

personalı, 

qəzanın  nəticələrinin  aradan 

qaldırılmasında 

iştirak 

edənlərin 

fərdi 

mühafizə 

vasitələri ilə təmin olunması;

*  qəza  obyektinin,  sənaye, 

sosial, yaşayış tipli obyektlərin, 

nəqliyyatın,  digər  texniki 

vasitələrin,  geyim,  əmlak, 

ərzaq və suyun dezaktivasiyası 

(zərərsizləşdirilməsi);

*  çirklənmənin  yol  verilən 

həddən  çox  olduğu  ərazilərdən 

əhalinin təxliyəsi. 

  Kimyəvi  qəzaların  baş  verdiyi 

təqdirdə  tətbiq  olunan  əsas 

kinyəvi 

mühafizə 

tədbirləri 

aşağıdakılardır:

*  kimyəvi  qəza  faktının 

aşkarlanması  və  bu  barədə 

xəbərdarlıq olunması;

*  qəza  rayonunda  kimyəvi 

şəraitin müəyyən olunması;

*  qəza  təhlükəli  kimyəvi 

maddələrlə 

(QTKM) 

çirklənmiş  ərazilərdə  fəaliyyət 

rejimlərinin gözlənilməsi;

* əhali, qəza obyektinin şəxsi 

personalı,  qəza  nəticələrinin 

aradan qaldırılmasında iştirak 

edənlərin tənəffüs orqanları və 

dərisinin qorunması üçün fərdi 

mühafizə  vasitələri  ilə  təmin 

olunması;

*  lazım  gəldikdə  əhalinin 

kimyəvi zədələnmə zonasından 

təxliyə olunması;

*əhali  və  işçi  personalın 

QTKM-dən 

mühafizəsini 

təmin  edən  sıöınacaqlarda 

yerləşdirilməsi:

*  antidotların  və  dərinin 

təmizlənəsi 

üçün 

istifadə 

olunan 

digər 

vasitələrin 

operativ tətbiqi:

* əhali, qəza obyektinin şəxsi 

personalı  qəza  nəticələrinin 

aradan qaldırılmasında iştirak 

edənlərin  sanitar  baxışdan 

keçirilməsi;



qəza 

obyektinin, 

sənaye,  sosial,  yaşayış  tipli 

obyektlərin, nəqliyyatın, digər 

texniki  vasitələrin,  geyim  və 

əmlakın zərərsizləşdirilməsi.

Radiasiya qəzası barədə 

xəbərdarlıq  olduqda  nə 

etməli?

*  Küçədə  olduğunuz  zaman 

tənəffüs  orqanlarını  qorumaq 

üçün  dəsmaldan  (şərfdən) 

istifadə 

edin 

və 

dərhal 

sığınacaq axtarın.

*  Sığınacağa  çatan  zaman 

üst geyimi və ayaqqabılarınızı 

soyunub  plastik  paketlərə 

qoyun.

*  Qapı  və  pəncərələri 

bağlayın,  yerli  orqanların 

göstərişlərini və qəza haqqında 

ətraflı  məlumatı  almaq  üçün 

televizor və radionu yandırın.



Ventilyasiya 

çıxışları 

və  pəncərədə  olan  çatları 

bağlayın.

* Kifayət qədər su və hermetik 

qablar yığın.



Açıqda 

olan 

ərzaq 

məhsullarını 

polietilen 

örtüklərə  büküb  soyuducuya 

qoyun.

*  Tənəffüs  orqanlarının 

qorunması  üçün  respirator, 

pambıq-tənzifli 

sarğılardan 

və  ya  suda  isladılmış  adi 

parçadan istifadə edin.

Radiaktiv 

çirklənmə 

zonasında  özünü  necə 

aparmalı? 

Radiaktiv maddələrin orqanizmə 

təsirinin azalması üçün:

*  sığınacağı  yalnız  zəruri 

hallarda respirator, plaş, rezin 

çəkmə  və  əlcək  geyinərək  qisa 

müddət ərzində tərk tmək olar;

*  açıq  hava  şəraitində 

üst 

geyimini 

çıxarmayın, 

torpaqda  oturmayın,  açıq  su 

hövzələrində çimməyin;

* evin ətrafını mümkün qədər 

nəm saxlayın, evdə isə gündəlik 

olaraq  yuyucu  vasitələrdən 

istifadə etməklə təmizlik işləri 

aparın;

*  evə  girməzdən  əvvəl 

ayaqqabılarınızı 

yuyun, 

nəm  şotka  ilə  üst  güyiminizi 

təmizləyin;

*  yalnız  yoxlanmış  su 

mənbələrindən istifadə edin;

*  yeməkdən  qabaq  əllərinizi 

yuyun və ağzınızı 0, 5%-li çay 

sodası ilə yaxalayın;

Bu  məsləhətlərə  əməl  etməklə 

şüa  xəstəliyinin  qarşısını  almaq 

olar.


Yüklə 279,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin