BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə2/29
tarix06.05.2017
ölçüsü4,07 Mb.
#16991
1   2   3   4   5   6   7   8   9   ...   29

SUAL 3:


Qurani-kərimdə insanların Allah-taalanı tanıması məsələsi müqabilində (inkar, şəkk-şübhə, şəhadət və yəqin kimi) müxtəlif mövqelər bəyan olunmuşdur. Bu da insanlar arasında (kafirlər, münafiqlər, müsəlmanlar və möminlər kimi) müxtəlif qrupların yaranmasına səbəb olur. Bu səbəbdən də, mənə tam aydın deyil ki, bu mövqelər əməldə necə aşkar olur?
QURANDA MƏRİFƏT
Qurani-kərimdə mərifət və onun əsasları, – elm və alim, – eləcə də şərtləri, vasitələri, maneələri haqqında geniş şəkildə söz açılmışdır.1
MƏRİFƏT VƏ ALLAHA İNAM
İman, mərifətlə əlaqəli olduğundan Qurani-kərimdə “Allahı tanımaq” məsələsinə ciddi əhəmiyyət verilir, onun maneələri və ona nail olmaq yolları təyin olunur. Mərifətin maneələrinə empirik idrakı,1 kor-korana təqlidləri2 və gümana əsaslanmağı3; Allaha yönəlmə maneələrinə isə ani həvəs və istəkləri,4 insanın öz gələcək rifahı barədə ifrat fikirləşməsini,5 Allah, peyğəmbər və dinlə6 düşmənçiliyi misal göstərmək olar.7

Qurani-kərimdə dini məsələlər, xüsusilə tovhid və məad barədə zənn, şəkk-şübhə, inkar, müsbət və mənfi şəkildə şəhadət kimi ifadələr işlədilmişdir. Burada incə bir nöqtəyə diqqət yetirmək lazımdır: insanları ümumi şəkildə bu qruplara bölüb, (misal üçün) “inkar” ifadəsini yalnız kafirlərə, “şəkk” ifadəsini yalnız müşriklərə, yaxud münafiqlərə, “şəhadət” ifadəsini isə yalnız müsəlmanlara aid etmək olmaz.

Misal üçün: “Qafir” surəsinin 81-ci və “Muminun” surəsinin 99-cu ayələrində “inkar” sözü kafirlər barəsində işlədilsə də, onlar “İbrahim” surəsinin 10-cu və “Səbə” surəsinin 54-cü ayələrində “şəkk və tərəddüd” ifadələri ilə vəsf olunmuşlar. “Qafir” surəsinin 59-cu və “Tövbə” surəsinin 45-ci ayələrində qeyri-möminlərin şəkk-şübhəyə düçar olmaları qeyd olunmuşdur. “Qeyri-möminlər” isə həm münafiqlərə, həm kafirlərə, həm də müşriklərə aid edilir. “Münafiqun” surəsinin 1-ci ayəsində də onların dildə şəhadət vermələrinə işarə olunduğu zaman, elə həmin ayədə onların qəlbən (Peyğəmbəri) inkar etmələri də açıqlanmışdır.

Belə ifadələrin açıqlanması, eləcə də kafirlərin, müşriklərin və münafiqlərin müsəlmanlar və möminlərin Allaha, məada, dini məsələlərə inamları qarşısında mövqelərinin məlum olması üçün Quran ayələrini yanaşı nəzərdən keçirmək daha yaxşı olardı. Lakin mövzunun genişliyini nəzərə alıb, “şəkk”, “zənn” və “yəqin”in mərifət və Allaha tərəf yönəlməklə əlaqədar tərifini və təsirlərini araşdırmaqla kifayətlənirik:


1-QURANDA ŞƏKK
Şəkk bir nöqteyi-nəzərdən üç qismə bölünür:

1-Qanuni şəkk: Həqiqət axtarışında hər hansı bir hadisənin, hərəkətin, hökmün predmeti və predikatı arasında əlaqənin tapılmasında tərəddüd, zehni işlətmək. Bu növ şəkk təbiidir və həyəcan dolu ehtimalları aradan qaldırır. Buna əsasən, hadisənin digər tərəfindəki əsaslı və faydalı yəqinlərə qanuni şəkk demək olar. İnsanı yəqinə çatdıran bu növ şəkk əsassız zahiri imandan olduqca üstündür.

2-Xəstəliklə bağlı şəkk: Bu, həqiqət axtarışında müddəalar və sübutlarla üzləşdikdə zehnin acizliyindən irəli gəlir. Bu xəstəliyin səbəbi zehnin həqiqətləri araşdırıb, onları xəyallardan ayırarkən qorxuya düşməsidir. Şəkkin özünəməxsus xüsusiyyətlərindən biri beyin fəaliyyətlərindən xilas olmaq üçün zehni rahatlıq qayəli “xəstəlikdir”. Bu şəkk həqiqətdə mərifətin antonimidir.

3-Əsaslı şəkk: Bu, zəif imanlı şəxslərin yüksək təfəkkür sahibi olduqlarını göstərməsidir. Bu şəkkə düçar olanlar iddia edirlər ki, mərifət və idrak məqamına nail olmuşlar. Şəkk və tərəddüddən başqa yol tapa bilməmiş, yaxud həqiqətə çatmaq üçün şəkk edənlərə məhəbbət bəsləmişlər, onların şəkki həqiqətləri tapmağa eşq üzündəndir!

Qurani-kərimdə işarə olunan, eyni zamanda məzəmmət edilən şəkk “qanuni şəkk” yox xəstəliklə bağlı “əsaslı şəkk”dir.1


QURANDA ŞƏKK EDƏNLƏR HAQQINDA
Diqqət yetirmək lazımdır ki, Qurani-Kərim “şəkk edənlər” dəlil və sübut sorağında olanlar mənasında deyil. Məqsəd xəstəliklə bağlı olan şəkkə düçar olub, yəqinə çatmağı və şəkk-şübhənin aradan qalxmasını qeyri-mümkün bilən şəxslərdir. Buna əsasən, Qurani-kərimdə şəkk edənlər iki qrupa bölünür:

Birinci qrup: “Bilmirəm” və “başa düşmürəm” deməklə şəkk-şübhəyə düçar olduqlarını bildirənlər. Yəni bu qrup şəkk edənlər açıq-aydın ayələri görə-görə yaradan, məad, vəhy, dini təlimlər və prinsiplər barəsində şəkk edirlər.1

İkinci qrup: Allahı, nübüvvəti və məadı inkar edən şəxslər. Lakin onlar həqiqətdə bu məsələlər barəsində yəqin həddinə çatmamış və şəkkə düçar olmuşlar. Başqa sözlə, onlar heç bir sübutları olmadığı halda, dini prinsipləri dildə inkar edir və məsələyə şübhə ilə yanaşırlar.2

Quran baxımından, şəkk edənlər məhz hiss olunmayan məsələləri danırlar. Onlar əmin olmadıqlarını iddia etdikləri halda, peyğəmbərlərin dəvətinin batil olmasını sübuta yetirən heç bir dəlil göstərmirlər.3


ŞƏKKİN TƏSİRLƏRİ
Qurani-kərimin tovhid, məad, risalət, vəhy və digər dini məsələlərlə əlaqədar ayələrinə diqqət yetirdikdə iki əsas nöqtə ilə rastlaşırıq.

1-Şəkk-şübhə ya qəlbdə, ya dildə, ya da həm qəlb, həm də dildə inkara səbəb olur.4

2- Bu şəkk bəzən müşriklərə5, bəzən də kafirlərə6 aid edilir.

Demək, şirk və küfrə səbəb olan amillərdən biri də şəkk-şübhədir.



Bir incəlik: Qurani-kərim ayələrində qeyd olunan “rəyb”in “şəkk” dən müəyyən fərqləri var. “Rəyb” lüğətdə böhtan və bu kimi bir şeylə birgə şəkk və nadanlıq nəticəsində nəfsdə yaranan iztirablı (həyəcanlı) haldır. Buna əsasən, ayələrdə qeyd olunan “murib” şəkk sifəti qərar verilmişdir; yəni həyəcan yaradan şəkk. “Səba” surəsinin 54-cü ayəsini misal göstərmək olar. Həmin ayədə buyurulur: “Kafirlər “murib” (şəkk) içində idilər.” Yəni onlar həyəcanla birgə şəkkə düçar olmuşdular. Bəzən insan (misal üçün) filan ağacın ildə neçə dəfə bar verdiyini bilmir. Bu zaman (Quran ayələrində qeyd olunan) “reyb” yox, şəkk yaranır. Bəzən isə (misal üçün) filan yolda bir quldurun pusquda durub-durmaması bilinmir. Burada insanda şəkk-şübhədən əlavə, həyəcan da yaranır.1
2-QURANDA “ZƏNN” (GÜMAN)
Qurani-kərimdə beş növ gümandan söz açılmışdır:

1-Həqiqətə uyğun gəlməyən güman.2

2-Həqiqətlə uyğun gələn güman.3

3-Günah sayılan güman.1

4-Həqiqəti kəşf etməyən güman.2

5-Məhkum olunan güman.3

Ayələrin məcmusuna diqqət yetirməklə Qurani-kərimin bu məsələyə münasibətini belə qeyd etmək olar:

a) Güman təbii ki, insanı həqiqətə çatdırmır. Xüsusilə gümanın müqəddimələrində nəfsani istəklər olarsa.4 Çünki bu halda, güman nəfsani istəklərə uyub, dəlil və sübutdan uzaqlaşır.

b) Məhkum olunan güman insanın əqidə üsullarında, xüsusilə əbədi həyat (qiyamət) və onunla əlaqəli mövzularda yaranır. Yəni belə məsələlərdə elm və yəqinə çatmaq labüddür.

v) İnsanların əksəriyyəti gümana uyur, elm və yəqinə çatmaq üçün özlərini zəhmətə salmırlar.

q) Qurani-kərimdə məhkum olunan və həqiqətə uyğun gəlməyən güman ən çox Allaha şərik qoşanlara aid edilir.5

Diqqət yetirmək lazımdır ki, Qurani-kərimin bəzi ayələrində (“zənn” sözünün yerinə) “zəəm” sözü işlədilmişdir.6 “Zəəm” sözü haqqı hiss etməklə yanaşı olan güman mənasını daşıyır. Quran ayələrinə əsasən, “zəəm” (haqqı hiss etməklə yanaşı güman) digər gümanlarla müqayisədə daha artıq sorğu-suala tutulacaqdır. Çünki bəzilərinin səhlənkarlıq və etinasızlıq üzündən güman etməsi mümkündür. Lakin haqqı hiss etməklə güman edən şəxs öz gümanına diqqət yetirmiş və onun üzərində aparmışdır.1


3-QURANDA YƏQİNLİK
Predikatın predmetə isbatı, eləcə də predikatın predmetdən inkarının qeyri-mümkünlüyünə, hər iki hadisədə birinci və ikinci etiqadın aradan getməməsinə “yəqin”lik deyilir. Buna əsasən “yəqin”in dörd şərti var. Bu şərtlər daxilində güman və şəkk, hətta nadanlıq yəqinlik çərçivəsindən xaric olur. Çünki güman və şəkdə predikatın sübut olunmasında, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyündə yəqinlik mövcud deyil. Nadanlıqda da predmetin predikata sübutuna, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünə yəqinlik yoxdur. Lakin bu iki yəqinin hər ikisi şübhə ilə, yaxud onun əksinə göstərilən dəlillə aradan qalxır. Yəqin isə heç vaxt aradan getmir.

Qurani-kərim yəqin üçün qeyd olunan dörd şərtdən yaranan zərurəti “la rəybə fihi” (onda heç bir şəkk-şübhə yoxdur) və buna bənzər ifadələrlə bəyan etmişdir. Məsələn buyurur:

---------------SƏh. 28.

Bu (Quran ), heç bir şəkk-şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır.”2

Ayədə qeyd olunan “ra rəybə” (heç bir şəkk-şübhə yoxdur) ifadəsinin mənası budur ki, Quran inkaredilməz bir həqiqətdir. Bu kitabda tovhidə və məada dəvət, vəhy və risalət iddiası olduğundan onun müddəaları da inkaredilməz bir həqiqətdir.

Başqa bir ayədə belə buyurulur:

---------------

Ey Rəbbimiz! Həqiqətən, olacağına şübhə edilməyən bir gündə bütün insanları (bir yerə) toplayan Sənsən!”3 Ayənin mənası budur ki, Allah-taalanın insanları bir yerə toplayacağı gün labüd həqiqətdir.1

Quranda yəqin sözünün, öncə qeyd olunan mənası həmin sözdən düzələn digər sözlərlə bir neçə dəfə təkrarlanmışdır.2
YƏQİNLİYİN DƏRƏCƏLƏRİ
Quran baxımından yəqinliyin müxtəlif dərəcələri var: “Elmül-yəqin”, “eynül-yəqin” və “həqqül-yəqin”.

Qurani-kərim “elmül-yəqin”i “eynül-yəqin”ə çatmaq üçün bir körpü ünvanında tanıtdırır.3 Əgər yəqinlik zehni mərifətdən əyani mərifətə çevrilsə, insan zehni cəhətdən inandıqlarını öz gözləri ilə müşahidə edər. Allah-taala “Təkasur” surəsində buyurur: “Əgər insan “elmül-yəqin” mərhələsinə çatsa, cəhənnəmi görə bilər.” Yəni, biz “elmül-yəqin” mərhələsinə çatsaq, bizi bu mərhələ ilə tanış edən müqəddiməmiz də var.

“Eynül-yəqin” mərhələsindən yüksək mərhələnin adı “həqqül-yəqin”dir. Bu mərhələdə insan nəinki haqqa şahid olur, həm də Allahdan qeyrisini unudur və ilahi mərifətdə qərq olur. Quran baxımından “həqqül-yəqin” mərifətdə ən üstün bir yəqin deməkdir.4

Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, nəzəri və zehni yəqinlik həqiqətdə predikatın predmet üçün sübut olunmasını, predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünü bilməkdir. Bu iki yəqin və biliyin aradan qalxmasının qeyri-mümkünlüyünü müşahidə etmək yəqinə çatmaqdan və canlı şəkildə müşahidədən fərqlənir.

Quran ayələrində yəqin məsələsi ilə əlaqədar belə nəticələr əldə etmək olar:

1-İlahi ayələri Allah barəsində yəqinlik hasil etmək üçün bir növ səbəb hesab etmək olar.1

2-Özünü xəyallardan, zehnin batil göstərişlərindən nadanlığa qərq olmaqdan qoruyanlar təqvanın yüksək mərhələsinə nail olanlar və axirət aləminə inananlardır.2

3-Mərifətsiz və təlaşsız yəqin mərhələsinə çatmaq qeyri-mümkündür.3

4-Yəqindən bəhrələnənlər heç bir maneədən qorxmadan öz yollarına davam edirlər.4

5-Yəqin mərifət və elmin xarici nümunələrindən olduğu üçün məlumlara aid edilir. Məlum olan “Əsmayi-hüsna”nın (Allahın gözəl adlarının) sayı çox olduğundan, mərifətlər və yəqinlər də müxtəlifdir. Hər bir mərifət öz həddində yəqindən bəhrələnir. Məhz bu səbəbdən yəqin üçün onun xarici nümunələrini nəzərə almaqla müxtəlif formalar təsəvvür etmək olar.

6-Yəqinin ən yüksək dərəcələri “elmül-yəqin”, “eynül-yəqin” və “həqqül-yəqin”dir.5

7-Yəqinin bağlılıqları – Allahın gözəl adları məhdud olmadığından, yəqinliyi, yaxud müşahidə mərhələsini xüsusi çərçivədə yəqinin son mərhələsi hesab etmək olmaz. Yəqinin həqiqəti çeşidli nurdan ibarətdir. O həm artır, həm də hüdudsuzdur.1

***


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin