Aromatik karbohidrogenlər hidrogenləşmə zamanı adətən dəyişməz qalır. Olefinlər isə bu şəraitdə hidrogenləşirlər. Benzinlər, dizel və reaktiv yanacaqları, eləcə də bəzi yağlar da hidrogenləşmə üsulu ilə kükürdlü birləşmələrdən təmizlənir. Hal-hazırda neft emalı zavodlarında neft və neft məhsullarını kükürdlü birləşmələrdən təmizləyən hidrotəmizləmə qurğuları fəaliyyət göstərir. Hidrogenləşmə zamanı alınan hidrogensulfid elementar kükürdə, sonra kükürdün oksidlərinə qədər oksidləşdirilir və sonunculardan sulfat turşusunun alınmasında istifadə olunur.