Piridin və onun törəmələri də analojı sxem üzrə aralıq birləşmələrin alınması ilə uyğun parafin karbohidrogenlərə və amonyaka hidrogenləşir:
Piridin və onun törəmələri də analojı sxem üzrə aralıq birləşmələrin alınması ilə uyğun parafin karbohidrogenlərə və amonyaka hidrogenləşir:
Piridin molekulunda qoşulmuş elektron sistemi olduğundan onun davamlığı pirroldan xeyli yüksək olur. Yəni piridin və onun törəmələri pirrol və onun törəmələrindən çətin hidrogenləşir.
Bitsikilik və politsiklik aromatik həlqəli azotlu birləşmələrdə hidrogenləşmə prosesi ilk növbədə heteroatom saxlayan halqada baş verir. Məsələn, benzopiridin molekulunda hidrogenləşmə əvvəl piridin fraqmentinin özündə gedir, sonra isə ammonyak ayrılır:

Oksigenli üzvi birləşmələrin hidrotəmizlənməsi
Neftin oksigenli birləşmələrin hidrotəmizlənməsi də azotlu birləşmələr kimi az öyrənilmişdir.
Neftin distilləsi zamanı müxtəlif sinif oksigenüzvi birləşmələr orta və yüksək temperaturda qaynayan fraksiyaların, eləcə də neft qalıqlarının tərkibinə daxil olur.
Oksigen orta distillat fraksiyalarının tərkibinə spirt, efir, fenol, naften turşuları şəklində daxil olur. Yüksək temperaturda qaynayan fraksiyalarda isə oksigen əsasən körpü əlaqəli və heterotsiklik birləşmələr şəklində olur.
Oksigen saxlayan birləşmələrin daha çox hissəsi qatran və asfaltenlərin (neft qalıqlarının) tərkibində cəmləşir.
Katalitik hidrotəmizlənmə prosesi zamanı neft fraksiyalarının tərkibində olan oksigenli birləşmələr uyğun karbohidrogenə və suya çevrilir.
Katalitik hidrotəmizlənmə prosesi zamanı neft fraksiyalarının tərkibində olan oksigenli birləşmələr uyğun karbohidrogenə və suya çevrilir.
Qatran və asfaltlı birləşmələr hidrotəmizləmə şəraitində kiçik molekullu birləşmələrə çevrilir.
Qatran və asfaltlı birləşmələr hidrotəmizləmə şəraitində kiçik molekullu birləşmələrə çevrilir.
Oksigen üzvi birləşmələr də kükürdlü və azotlu birləşmələr kimi adi aktiv hidrogenləşdirici katalizatorlar iştirakinda fraksiyanın tərkibində təcrübi olaraq tam uyğun birləşmələrə çevrilir.
Eyni quruluşlu heteroatomlu birləşmələrin davamlılığı aşağıdakı sıra üzrə artır:
Neft fraksiyalarının hidrotəmizlənməsi prosesi zamanı azot üzvi birləşmələr kükürd və oksigen üzvi birləşmələrə nisbətən daha çətin təmizlənir.
Neft fraksiyalarının hidrotəmizlənməsi prosesi zamanı azot üzvi birləşmələr kükürd və oksigen üzvi birləşmələrə nisbətən daha çətin təmizlənir.
Hidrotəmizləmə prosesi şəraitində neft fraksiyalarında iştirak edən metalüzvi birləşmələrin parçalanmasından ayrılan sərbəst metallar katalizatorun səthində toplanır ki, bunlar da katalizator zəhərləri hesab olunurlar. Hidrotəmizləmə prosesi metalüzvi birləşmələrin 95%-ə qədərini parçalamağa imkan verir.