Kommunikasiya məlumatların səmərəli şəkildə ötürülməsini və partnyorlar arasında qarşılıqlı əlaqələrin yaradılmasını təmin edən vasitədir.Kommunikasiyadan işin əsaslandırılması və layihə iştirakçıları tərəfindən müvafiq qərarların qəbul edilməsi üçün səmərəli vasitə kimi istifadə edilir. Kommunikasiya bir neçə formada (şifahi, yazılı, qrafik, statik və ya dinamik və s.) və mətbuat vasitələri ilə (kağız üzərində, elektron daşıyıcılarında, mühasibə və s.) həyata keçirilə bilər. Kommunikasiya ünsiyyət zamanı, görüşlərdə, seminar və konfranslarda, o cümlədən fikir mübadiləsi və hesabatlar zamanı da istifadə olunur. Layihə menecerliyinin mühüm aspektlərindən biri də onun layihə mühiti ilə əlaqələrinyaradılmasıdır. Kommunikasiya bir çox hallarda ikimənalı olur. Məsələn, insanların reaksiyasının modelləşdirilməsi və bunun əsasında məlumatların şərh edilməsi.
Konfiqurasiya layihənin həyata keçirilməsi gedişində əldə edilən məhsulun bütün funksional və fiziki atributları ilə müəyyənləşdirilir. Bu atributlar sənədləşdirilir. Konfiqurasiya idarə edilməsi aşağıdakı məqsədlərlə həyata keçirilən bütün texniki və təçkilati tədbirlərdən ibarətdir :
konfiqurasiyanın müəyyənləşdirilməsi;
konfiqurasiyaya nəzarət;
konfiqurasiyanın statusunun hesablanması;
konfiqurasiya auditi.
Əsas diqqət layihənin nəticəsinə yönəldilir, yəni burada :
layihənin faktiki vəziyyəti sistematik şəkildə qeydə alınır;
layihənin strukturunda baş verən dəyişikliklərə nəzarət edilir;
məhsulun funksional və texniki xarakteristikası müəyyənləşdirilir;
məhsulun alınma proseduru təhlil edilir və təsdiqlənir;
layihənin bütün iştirakçıları haqqında məlumatlar toplanır.