Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu Biznes layihələrin idarə edilməsinin məqsədi. Biznes layihələrin idarə edilməsinin obyekti


Məlumatlar, sənədləşdirmə və hesabatlar



Yüklə 132,88 Kb.
səhifə35/41
tarix12.05.2022
ölçüsü132,88 Kb.
#57598
1   ...   31   32   33   34   35   36   37   38   ...   41
Biznes layihələrin idarə edilməsi

Məlumatlar, sənədləşdirmə və hesabatlar.

Məalumatların toplanması, emalı və mabadiləsi layihələrin idarə edilməsi prosesində mühüm yer tutur. İdarəetmənin səmərəliliyi məlumata olan ehtiyacdan, tələbdən və onun verilmə tezliyindən asılıdır. Adətən, layihədə məlumat mübadiləsinin idarəetmə sisteminin kompüter həyata keçirir. Sistem layihə üzrə müvafiq məlumatların yığılması, saxlanması, işlənməsi, seçilməsi və bölüşdürülməsi funksiyalarını yerinə yetirməli və bu məlumatlar daha səmərəli şəkildə təqdim edilməlidir. Bu sistem verilənlər bazasının vəziyyətini operativ və vaxtında təhlili təmin edilməlidir. Layihə üzrə hesabat işləri sistemin bir hissəsidir və bura müxtəlif hesabatlar əsasında layihənin cari inkişaf dinamikası və gələcək proqnozları daxildir. İnformasiya mübadiləsi anlayışına məlumatın səmərəli şəkildə verilməsi üsulları və partnyorlar arasındakı qarşılıqlı əlaqə daxildir. İnformasiya mübadiləsi bir neçə forma (şifahi, yazılı, qrafik və s.) və növ üzrə (çap, elektron və s.) həyat keçirilir. Yalnız informasiya mübadiləsinin mövcudluğu ilə kifayətlənmək lazım deyidir. Bu məlumatlar insanlar tərəfindən düzgün şərh edilməli və dərk olunmalıdır. Layihələrdə kommunikasiya problemləri dəqiq şəkildə təhlil edilməli və qarşıya çıxan problemlər dərhal edilməlidir.

Hesabat kommunikasiyanın standart növüdür. Məlumatlar özündə ən müxtəlif hesabat növlərini əks etdirməklə müəyyən ünvana göndərilir.Bir tərəfdən ilk öncə cari vəziyyətə görə inkişaf tendensiyası sənədləşdirilir, digər tərəfdən isə yekun hesabat təqdim edilənə qədər cari proqnoz tərtib edilir. Planlaşdırılan və həyata keçirilən mülahizələr sonuncu dəfə təqdim edilən fikirlər ilə tutuşdurulur.


Yüklə 132,88 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin