Bm tarixi-2 Fənni Üzrə mtahan Suallarının Cavabları



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix01.01.2017
ölçüsü0,66 Mb.
#3895
1   2   3   4   5   6   7   8   9   10   11

36. 30-cu illərdə Uzaq Şərqdə beynəlxalq münasibətlər. 

   kinci dünya müharibəsinin ərəfəsi Birinci dünya müharibəsinin ərəfəsindən fərq-

lənirdi.  Dünya  iqtisadi  böhranı  beynəlxalq  münasibətləri  kəskinləşdirdi  və  yeni 

müharibə ocaqlarının yaranmasına gətirib çıxartdı. XX əsrin 30-cu illərində dövlət-

lərin  yalnız  kiçik  bir  qrupu  müharibəyə  can  atırdı,  dünya  ictimaiyyətinin  böyük 

hissəsi isə müharibəni istəmirdi. Müharibə ocağını söndürmək imkanı var idi, lakin 

bu dünya  birliyinin  birgə  hərəkətini  təşkil  etmək  qabiliyyətindən  asılı idi.  Birinci 

dünya  müharibəsi  ərəfəsində  olduğu  kimi,  nüfuz  dairələrinin  bölünməsi,  xammal 

mənbələri,  istehlak  bazarları  uğrunda  mübarizə  məsələsi  yenidən  gündəmə  gəldi. 

Bu  qədər  çətinliklə  yaradılan  Versal-Vaşinqton  sisteminin  mövcudluğu  təhlükə 

qarşısında  qaldı.  Məğlub  olmuş  ölkələr  və  birinci  dünya  müharibəsindən  sonra 

özlərini  istədikləri  payı  almamış  hesab  edənlər  öz  iddiaları  haqqında  bəyanatlar 

verməyə başladılar. 1931-ci ilin payızında müharibəyə doğru ilk addımı Yaponiya 

atdı. 

       Hələ  1927-ci  ilin  yayında  general  Tanakanın  sədrliyi  ilə  keçirilən  mülki  və 



hərbi  məmurların nümayəndələrinin    hərbi  konfransında  Yaponiyanın  Çindəki si-

yasətinə  dair  gizli  sənəd  işlənilib  hazırlandı.  Tanaka  memorandumu  kimi  məşhur 

olan bu sənəd “Mancuriya və Monqolustanda  siyasətin əsasları haqqında Memo-

randum”  adı  ilə  imperatora  göndərildi.  Sonralar,  1929-cu  ildə  o,  Çində  dərc 

olundu. Onda Yaponiya dərc edilmiş mətni təkzib etdi. Bu sənədin başlıca məzmu-

nunu Çinin birləşməsinə yol verilməməsi və onun müstəqillikdən məhrum edilməsi  

təşkil edirdi. Sənəddə Çin və Monqolustanın şimal-şərq əyalətlərinin tutulmasının 

zəruriliyi  əsaslandırılırdı.  Bu  əyalətlər  bütün  Çinin  və  Asiyanın  digər  ölkələrinin 

işğalı üçün plastdarm rolunu oynamalı idi. Memorandum Mancuriyada Rusiya ilə 

müharibəni nəzərdə tuturdu.  



69 

 

Yapon sənayesinin inkişafı xarici bazarlardan asılı idi. Yaponiya öz məhsu-



lunun 30 faizindən çoxunu ixrac edirdi ki, bu da ona iş yerləri yaratmaq və zəruri 

xammal idxal etmək imkanı verirdi. 20-ci illərin sonu-30-cu illərin əvvəllərində isə 

bazarın  daima  mövcud  olan  məhdudluğuna  xarici  bazarın  kəskin  kiçilməsi  əlavə 

olundu. Dünya iqtisadi böhranı nəticəsində Yaponiyada işsizlər ordusu əmələ gəldi 

və artdı. Sosial etirazın güclənməsi üçün real zəmin meydana çıxdı. Hakim siniflər 

mövcud  vəziyyətdən  çıxış  yolunu  müharibədə  görürdülər.  qtisadi  böhrandan  ye-

ganə çıxış yolu kimi hərbi aksiyaların təbliğatı həyata keçirilirdi. 

Yaponiyanın  hərbi  dairələri başa düşürdülər ki, onlar  təkcə  Rusiya  ilə  yox, 

həm də ABŞ-la toqquşmalı olacaqlar. Çinlə xarici ticarət dövriyyəsində ABŞ  ngil-

tərəni ötüb keçmiş və demək olar ki, Yaponiyaya çatmışdır. ABŞ Çində özünün si-

yasi nüfuzunu da gücləndirirdi. Onlar Çan Kayşiyə hakimiyyətini möhkəmlətmək-

də kömək edirdilər və 1927-ci ilin payızında Amerika müşavirlərinin onun höku-

mətində iştirakına dair gizli saziş bağlanmışdı.   ngiltərə və ABŞ yapon ordusunun 

və xüsusilə dəniz donanmasının güclənməsini diqqətlə izləyirdilər. 1930-cu il Lon-

don  konfransında  qəbul  olunmuş  “Dəniz  qanununa”  görə  Yaponiya  öz  kreyserlə-

rinin tonnajını ABŞ və  ngiltərənin  kreyserlərinin tonnajının 70 faizinə qədər azal-

tmalı idi. 

Yapon  hərbi  maşını  müharibəyə  hazırlaşmaqda  davam  edirdi  və  onu 

Çindən başlamağı qərara aldı. 1931-ci il sentyabrın 18-i gecə yapon qoşunları hərbi 

ə

məliyyatlara başladılar və 19-u səhəri artıq Mukdendə idilər. Onlar Çinin şimal-



şə

rq hissəsində şəhərləri bir-birinin ardınca işğal edirdilər. 1931-ci il sentyabrın 19-

da Millətlər Cəmiyyəti Şurasının iclasında Uzaq Şərqdəki hadisələr barədə Çin və 

Yaponiya nümayəndələri məruzə etdilər.  ki gün sonra Çin hökuməti Millətlər Cə-

miyyətinin baş katibinə yapon qoşunlarının hücumunu dayandırmaq üçün tədbirlər 

görülməsi xahişi ilə müraciət etdi. 1931-ci ilin sentyabrın 30-da Millətlər Cəmiy-

yəti yapon təcavüzü məsələsini müzakirə edərək tərəfləri normal münasibətlər qur-

mağa çağırdı. Oktyabrın 24-də keçirilən növbəti müzakirələrdə Millətlər Cəmiyyəti 

Yaponiyanın  öz  ordularını  üç  həftə  müddətində  Mancuriyadan  çıxarılmasını  nə-

zərdə tutan qətnamə layihəsini müzakirə  etdi. Yaponiya bunun əleyhinə səs verdi. 



70 

 

Millətlər Cəmiyyəti Mancuriyadan yapon ordularının çıxarılmasına nail ola bilmə-



di. Belə olduqda Mancuriyaya təhqiqat komissiyası göndərmək qərara alındı. 

          



 

 

37. Litton komissiyası. Yaponiyanın Millətlər Cəmiyyətindən çıxması. 

       Yapon  hərbi  maşını  müharibəyə  hazırlaşmaqda  davam  edirdi  və  onu  Çindən 

başlamağı qərara aldı. 1931-ci il sentyabrın 18-i gecə yapon qoşunları hərbi əmə-

liyyatlara başladılar və 19-u səhəri artıq Mukdendə idilər. Onlar Çinin şimal-şərq 

hissəsində  şəhərləri bir-birinin  ardınca  işğal  edirdilər.  1931-ci  il  sentyabrın 19-da 

Millətlər Cəmiyyəti Şurasının iclasında Uzaq Şərqdəki hadisələr barədə Çin və Ya-

poniya  nümayəndələri  məruzə  etdilər.  ki  gün  sonra  Çin  hökuməti  Millətlər  Cə-

miyyətinin baş katibinə yapon qoşunlarının hücumunu dayandırmaq üçün tədbirlər 

görülməsi xahişi ilə müraciət etdi. 1931-ci ilin sentyabrın 30-da Millətlər Cəmiy-

yəti yapon təcavüzü məsələsini müzakirə edərək tərəfləri normal münasibətlər qur-

mağa çağırdı. Oktyabrın 24-də keçirilən növbəti müzakirələrdə Millətlər Cəmiyyəti 

Yaponiyanın  öz  ordularını  üç  həftə  müddətində  Mancuriyadan  çıxarılmasını  nə-

zərdə tutan qətnamə layihəsini müzakirə  etdi. Yaponiya bunun əleyhinə səs verdi. 

Millətlər Cəmiyyəti Mancuriyadan yapon ordularının çıxarılmasına nail ola bilmə-

di. Belə olduqda Mancuriyaya təhqiqat komissiyası göndərmək qərara alındı. 

        Yalnız  1931-ci  ilin  dekabrında  Millətlər  Cəmiyyəti  Hindistanın  sabiq  vitse-

kralı, ingilis lordu V. Littonun başçılığı ilə komissiya yaratdı. Onun tərkibinə ABŞ, 

ngiltərə, Fransa,  taliya və Almaniyanın nümayəndələri daxil oldular. 1932-ci ilin 

yazında  Litton  komissiyası  Çinə gəlib,  fəaliyyətə  başladı.  Lakin  Çində nüfuz uğ-

runda  Yaponiya  ilə  rəqabət  aparan  Amerika  kimi  ngiltərə,  Fransa,  taliya  və 

Almaniya da təcavüzün qarşısını almaq üçün heç bir ölçü götürmədilər. ABŞ döv-

lət  katibi  Stimson  hətta  Çin  və  Yaponiya  hökumətlərinə  nota  göndərib,  Vaşinq-

tonun  Çin  torpağındakı  hər  hansı  ərazi  dəyişikliyini  tanımadığını  bildirdi.  Lakin 

bütün  bunlar  formal  bəyanatlar  idi.  ngiltərəyə  gəlincə  isə  onun  hökuməti  təkcə 

işdə yox, həm də sözdə “açıq qapılar” prinsipinə dəstək verərək, xarici işlər naziri 


71 

 

Saymoneyin dili ilə bəyan etdi ki, Yaponiyaya münasibətdə  ngiltərə yalnız dost-



luq, barışıq metodlarının tərəfdarıdır. 

          Tamamilə  aydındır  ki,  Yaponiya  qərb  dövlətlərinin  mövqeyini  gözəl  başa 

düşdü  və  komissiyanın  işinə  məhəl  qoymayaraq,  fəal  hərbi  əməliyyatları  davam 

etdirirdi. Yaponiya qoşunları Çin hərbi dəmir yoluna yaxınlaşaraq, qatarlara hücum 

etməyə,  sovet qulluqçularını  həbs  eləməyə  və  yolun  əmlakını mənimsəməyə  baş-

ladılar. Sovet hökuməti hələ 1931-ci ilin dekabrında Yaponiyaya hücum etməmək 

haqqında saziş imzalamağı təklif etmişdi. SSR  Uzaq Şərqdə təhlükəni aradan qal-

dırmağa  və  özünün  müharibəyə  cəlb  olunmasına  yol  verməməyə  cəhd  edərək,  o, 

Yaponiyaya Çin hərbi dəmir yolunu satın almağı da təklif etmişdi.  

            1932-ci  ilin  2  oktyabrında  Littonun  komissiyası  Millətlər  Cəmiyyətinə 

Ş

imal-Şərqi Çini Çinin suverenliyi altında saxlamağı təklif etdi. Yapon hökuməti 



komissiyanın məruzəsini rədd etsə də Millətlər Cəmiyyəti onu qəbul etdi. 1933-cü 

il  fevralın  24-də  Millətlər  Cəmiyyəti  Məclisi  xüsusi  qətnamə  qəbul  etdi.  Burada 

Ş

imal-Şərqi  Çin  haqqında  məsələnin  beynəlxalq  sənədlər-Millətlər  Cəmiyyətinin 



Nizamnaməsi, Brian-Kelloq paktı və doqquz böyük dövlətin Vaşinqton müqaviləsi 

ə

sasında tənzimlənməsi nəzərdə tutulurdu. Millətlər Cəmiyyəti yapon qoşunlarının 



Ş

imal-Şərqi  Çindən çıxarılmasını  tələb  etməklə  yanaşı,  “Yaponiyanın xüsusi  ma-

raqlarını” da tanıdı. Bu  qətnamədə Yaponiyaya qarşı hər hansı sanksiyanın tətbiq 

olunması,  yaxud  onun  təcavüzkar  kimi  Çindəki  hərəkətlərinin  qiymətləndirilməsi 

barədə heç nə deyilmirdi. Buna cavab olaraq Yaponiya hökuməti 1933-cü il martın 

27-də Millətlər Cəmiyyətindən çıxdığını bildirdi. Millətlər Cəmiyyətindən çıxmaq-

la Yaponiya bütün müqavilə və öhdəliklərdən özünü azad etdi. Millətlər Cəmiyyə-

tinə meydan oxuyaraq, Yaponiya Çinin dərinliklərinə soxulmaqla hərbi əməliyyat-

larını açıq-aşkar genişləndirməyə başladı. Beləliklə, Uzaq Şərqdə birinci, lakin so-

nuncu olmayan müharibə ocağı yarandı. Nizamnaməsində deyildiyi kimi, beynəl-

xalq  münasibətlərin  möhkəmləndirilməsi  və  təcavüzlə  mübarizə  üçün  yaradılmış 

Millətlər Cəmiyyəti nüfuzunu itirirdi. 

       Bu  beynəlxalq  təşkilatın  nüfuzunu  qaldırmaq  məqsədilə  Qərb  ölkələrinin  bir 

sıra siyasi xadimlərində ora Sovet dövlətini dəvət etmək ideyası baş qaldırdı. Məhz 



72 

 

fransız  diplomatiyasının  təşəbüsü  ilə  Millətlər  Cəmiyyətinin  üzvü  olan  30  dövlət 



Sovet  hökumətinə  Cəmiyyətə  daxil  olmağı  təklif  edən  teleqram  göndərdi. 

Cəmiyyətin  üzvü  olarsa,  sülhün  möhkəmləndirilməsinə  və  təcavüzlə  mübarizəyə 

daha çox kömək göstərə biləcəyini düşünən Sovet  ttifaqı öz razılığını verdi. Eyni 

zamanda  Sovet  hökuməti  bildirdi  ki,  o,  Cəmiyyətə  yalnız  bu  təşkilatın  Şurasında 

SSR  üçün daimi yer verildiyi halda daxil olacaqdır. 1934-cü ilin sentyabrın 18-də 

SSR  Millətlər Cəmiyyətinə daxil və Cəmiyyətin Şurasının daimi üzvü oldu. Sovet 

nümayəndə heyətinin başçısı M. Litvinov dedi ki, Sovet  ttifaqı özünün iştirakı və 

razılığı olmadan qəbul edilmiş əvvəlki qərarlar üçün heç bir məsuliyyət daşımır.  



      38. 30-cu illərdə beynəlxalq münasibətlərdə boğazlar məsələsi. 

       XX  əsrin  30-cu  illərinin  birinci  yarısında  taliyanın  Aralıq  dənizində  fəallaş-

ması ilə bağlı beynəlxalq münasibətlərdə Qara dəniz boğazlarının əhəmiyyəti artdı. 

1923-cü il 24 iyul tarixli Lozanna konvensiyası Türkiyənin suverenliyinə və müda-

fiəsinə  zidd  idi.  Demək  olar  ki,  bütün  beynəlxalq  konfranslarda  türk  nümayəndə 

heyəti  Lozanna  konvensiyasına  yenidən  baxmaq  barədə  təkliflər  irəli  sürmüşdü. 

30-cu  illərdə  Avropada  beynəlxalq  münasibətlər  Türkiyənin  xeyrinə  cərəyan  et-

məyə başladı.  taliya Dodekanez adalarında hərbi bazalar yaratmışdı. Türkiyə bo-

ğ

azlar rejiminə yenidən baxılmasını  tələb etdi.  taliya-Həbəşistan müharibəsindən 



sonra  ngiltərə  Türkiyə  ilə  yaxınlaşmaq  üçün  fürsət  qazandı.  1935-ci  ilin  deka-

brında  ngiltərə Türkiyə, Yunanıstan və Yuqoslaviya ilə saziş imzaladı. Sazişə görə 

Aralıq dənizində  taliya təcavüzü olacağı təqdirdə  ngiltərə onları müdafiə edəcək-

dir. SSR  Türkiyənin mövqeyini müdafiə edirdi. 1936-cı il aprelin 10-da türk höku-

məti Lozanna konvensiyasını imzalayan dövlətlərə məsələni yenidən müzakirə et-

mək üçün müraciət etdi. Türk  hökuməti  ngiltərə, SSR , Fransa,  taliya, Rumıniya, 

Yunanıstan, Yuqoslaviya, Bolqarıstan və Yaponiyadan müsbət cavab aldı. 1936-cı 

il iyunun 22-dən iyulun 20-dək  sveçrənin Montre şəhərində 9 dövlətin nümayən-

dələrinin iştirakı ilə konfrans keçirildi. Konfransda yalnız  taliya nümayəndə heyəti 

iştirak  etmədi.  Boğazların  hərbsizləşdirilməsi  məsələsi  konfransda  etiraz  doğur-

madı. Dövlətlər türk təklifinə prinsipcə razı oldular. Lakin iki məsələ mübahisələr 

doğurdu:  



73 

 

1. Qara dəniz dövlətlərinin hərbi gəmilərinin boğazlardan keçməsi haqqında;  



2. Başqa dövlətlərin hərbi gəmilərinin Qara dənizə buraxılması haqqında;  

       ngiltərə Qara dənizin bütün ölkələrin hərbi gəmiləri üçün açıq olmasını təklif 

etdi.  Yaponiya  ngiltərənin  təklifini  müdafiə  etdi.  SSR   ngiltərənin  təklifinin 

ə

leyhinə çıxdı. Türkiyə əvvəlcə boğazlardan hərbi gəmilərin keçməsinin əleyhinə 



idi,  amma,  sonra  ngiltərənin təklifini bəyəndiyini bildirdi.  Lakin konfrans SSR -

nin  təklif etdiyi  saziş  layihəsini bəyəndi.  Layihəyə  görə  dinc dövrdə  boğazlardan 

Qara dəniz dövlətlərinin hərbi gəmiləri  keçə bilərdi. 

       1936-cı  ilin  iyulun  20-də  Qara  dəniz  boğazlarının  rejiminə  dair  Montre  kon-

vensiyası imzalandı. Konvensiyaya görə boğazlar zonasında Türkiyənin hüquqları 

tamamilə bərpa edildi. Boğazlardan keçməyə nəzarət və müşahidə hüququ Türki-

yəyə  verildi.  Türkiyə  boğazlar  zonasında  silahlı  qüvvələr  saxlaya  və  onları  möh-

kəmləndirə  bilərdi.  Bütün  ölkələrin  ticarət  gəmiləri  boğazlardan  sərbəst  keçmək 

hüququ aldılar. Qara dəniz və qeyri-Qara dəniz dövlətlərinin hərbi gəmilərinin bo-

ğ

azlardan keçməsində fərqlər var idi. Dinc dövrdə boğazlardan Qara dəniz dövlət-



lərinin bütün hərbi gəmiləri keçə bilərdi. Sualtı qayıqlar suyun üstü ilə keçməli idi. 

Boğazlardan  qeyri-Qara  dəniz  dövlətlərinin  yalnız  yüngül  hərbi  gəmilərinin  keç-

məsi  nəzərdə  tutulmuşdu.  Bu  gəmilər  Qara  dənizdə  3  həftədən  çox  qalmamalı 

idi.Türkiyənin iştirak etmədiyi müharibələr zamanı müharibə edən ölkələrin hərbi 

gəmiləri boğazlardan keçə bilməzdi. Türkiyənin iştirak etdiyi müharibələr zamanı 

boğazlar bütün ölkələrin hərbi gəmiləri üçün bağlanır. Montre konvensiyası 1936-

cı  ilin  noyabrın  9-dan  qüvvədədir.  taliya  və  Almaniya  bu  konvensiyaya  mənfi 

münasibət  bildirdilər.  taliya  yalnız  1938-ci  ildə  bu  konvensiyanı  imzalamağa 

məcbur oldu. 

39. 30-cu illərdə Latın Amerikasında beynəlxalq münasibətlər. 

    Birinci dünya müharibəsindən sonra Latın Amerikasında nüfuz dairələri yenidən 

bölündü. Burada Almaniyanın mövqeləri tamamilə,  ngiltərə və Fransanın mövqe-

ləri qismən zəiflədi. ABŞ isə yaranmış şəraitdən istifadə edib regiona müdaxiləsini 

genişləndirdi. O, Monro doktrinasına və Panamerika ittifaqına (1889-cu ildə 18 öl-

kənin iştirakı ilə yaradılmışdı.) arxalanıb Latın Amerikasında şəriksiz ağalıq etmək 



74 

 

istəyirdi.  1920-1929-cu  illərdə  ABŞ  bankirləri  Latın  Amerikası  ölkələrinə  2175 



milyon dollar kredit vermişdi. 1929-cu ildə Latın Amerikasından ixrac edilən məh-

sulun 34%-i, idxal olunan məhsulun 39%-i ABŞ-ın payına düşürdü. 

     Xarici  inhisarların  fəaliyyəti  və  regionda  sosial-ziddiyyətlərin  kəskinləşməsi 

nəticəsində birinci dünya müharibəsindən sonra Latın Amerikasında iqtisadi müs-

təqillik  və  suverenliyin  möhkəmləndirilməsi  uğrunda  mübarizə  gücləndi.  Latın 

Amerikasında sosial etiraz hərəkatının genişlənməsinə həm də Rusiyada baş verən 

hadisələr böyük təsir göstərmişdi. Latın Amerikasının bir sıra ölkələri Sovet döv-

ləti ilə iqtisadi və siyasi əlaqələr yaratmağa çalışırdılar. Qərb dövlətləri isə onların 

SSR  ilə əlaqələr yaratmasına mane olurdular. SSR -nin xarici siyasəti, onun prin-

sipləri  Latın  Amerikası  ölkələrinə  sərf  edirdi.  Latın  Amerikasında  beynəlxaiq 

münasibətlərin  səciyyəvi  cəhətlərindən  biri  ABŞ-ın  öz  mövqelərini  möhkəmlən-

dirmək  üçün  Panamerika  sistemindən geniş istifadə  etməsi  idi.  Lakin  V  Paname-

rika (1923) konfransı göstərdi ki, Latın Amerikası ölkələrinin ABŞ-ın siyasətindən 

narazılığı  artmışdır.  Panamerika  ittifaqının  VI  konfransı  1928-ci  ilin  yanvarında 

Havanada  keçirildi.  Konfransda  ABŞ-ın  Karib  hövzəsindəki  ölkələrə  qarşı  hərbi 

müdaxiləsi tənqid olundu. ABŞ-ın dövlət katibi bildirdi ki, hərbi müdaxilə yolu ilə 

ABŞ  Latın  Amerikası  ölkələrində  qayda-qanunun  və  sabitliyin  təmin  olunmasına 

kömək edir, ona görə region ölkələri ABŞ-ın siyasətinə qarşı narazılıq etməməlidir.      

Dünya  iqtisadi  böhranı  dövründə  Latın  Amerikası  ölkələrində  istehsalın  və 

ticarətin  həcmi  azalmış,  işsizlərin  sayı  artmışdı.  Region  dövlətlərinin  əksəriyyəti 

xarici borcların ödənilməsini dayandırmışdı. Sosial və siyasi narazılığın artmasının 

nəticəsi idi ki, 1930-1934-cü illərdə 12 Latın Amerikası ölkəsində dövlət çevrilişi 

həyata keçirilmişdi. Xarici inhisarlara qarşı milli hərəkat qüvvətləndi. 1930-cu ildə 

Meksika, 1935-ci ildə Uruqvay SSR  ilə diplomatik münasibətləri kəsmişdi. ABŞ 

Latın Amerikası ölkələrini beynəlxalq kommunizmə qarşı mübarizəyə cəlb etmək-

lə onların həm SSR  ilə əlaqəsinə mane olur, həm də Latın Amerikası ölkələrinin 

diqqətini ABŞ inhisarlarına qarşı mübarizədən yayındırmağa çalışırdı. 

      30-cu  illərdə  Latın  Amerikasında  ABŞ,  ngiltərə,Almaniya  və  Yaponiya  inhi-

sarları arasında rəqabət gücləndi. Latın Amerikası ölkələri də “trestlərarası müha-


75 

 

ribəyə” cəlb olunmuşdu. Latın Amerikasında beynəlxalq vəziyyətə region ölkələri 



arasındakı  münaqişələr  böyük  təsir  göstərirdi.  Məhəlli  münaqişələr  üçün  əsas  sə-

bəb  ərazi  mübahisələri  idi.  1932-ci  ilin  yayında  Boliviya  ilə  Paraqvay  arasında 

müharibə başlamışdı. Hər iki dövlət hesab edirdi ki, neftlə zəngin olan Çako əya-

ləti  onun  olmalıdır.  1934-cü  ilin  noyabrında  Millətlər  Cəmiyyəti  həmin  ölkələrə 

silah satışını qadağan etmişdi. 1935-ci ilin iyununda Boliviya ilə Paraqvay arasında 

danışıqlar başladı, onların arasında 1938-ci ilin iyulunda Buenos-Ayresdə bağlan-

mış müqaviləyə əsasən Çako əyalətinin 4/3 hissəsi Paraqvaya verildi. 1932-ci ilin 

payızında Peru ilə Kolumbiya arasında müharibə başlandı. Peru hökuməti Kolum-

biyaya  qarşı  ərazi  iddiaları  irəli  sürmüşdü.  Perudan  göndərilən  silahlı  dəstə  Ko-

lumbiyanın Amazonka çayı sahilindəki Letisiya limanını ələ keçirmişdi. Müharibə 

9 ay davam etdi və 1933-cü ildə imzalanmış sazişə əsasən Peru işğal etdiyi ərazi-

ləri qaytardı. 

      1933-cü ildən ABŞ-ın Latın Amerikasında həyata keçirməyə başladığı “mehri-

ban  qonşuluq”  siyasəti  hərbi-siyasi  müdaxilədən  imtina  edilməsini  və  regionda 

ABŞ-ın  mənafelərinin  daha  çevik  metodlarla  təmin  olunmasını  nəzərdə  tuturdu. 

ABŞ “mehriban qonşuluq” siyasətinin tərkib hissəsi kimi bir sıra tədbirlər həyata 

keçirdi. 1936-cı ilin martın 2-də ABŞ Panama ilə müqavilə imzaladı və onun daxili  

işlərinə qarışmayacağını bildirdi. ABŞ Panama kanalına nəzarəti özündə saxlasa da 

kanal  zonasında  gömrük  toplamaq  hüququ  Panama  dövlətinə  verildi  və  Panama 

kanalından istifadəyə görə ABŞ-ın ona verdiyi pulun məbləği 250 mindən 430 min 

dollara qədər artırıldı. 1934-cü ilin fevralında F. Ruzveltin təşəbbüsü ilə yaradılmış 

ixrac-idxal  bankı  1941-ci  ilə  qədər  Latın  Amerikası  ölkələrinə  366  milyon  dollar 

məbləğində kredit vermişdi.  

          40. Qərb dövlətlərinin Münhen razılaşması. 

     1936-cı  ilin  yazında  Hitler  Almaniyası  fəal  təcavüzkar hərəkətlərə  başladı.  lk 

olaraq Reyn zonasının hərbiləşdirilməsinə başlanıldı. Martın 7-də alman hökuməti 

özünün Lokarno sazişlərindən imtina etməsi haqqında bəyanat verdi və elə həmin 

gün alman qoşunları Reyn vilayətinə daxil oldu. Cəzasız qalan təcavüz hitlerçiləri 

daha da həvəsləndirdi.  Millətlər Cəmiyyəti Şurasının martda açılan iclasında sovet 



76 

 

nümayəndəsi Litvinov Reyn zonasının tutulmasının faşist Almaniyasının işğalçılıq 



planlarının həyata keçirilməsi yolunda ilk addım olduğunu bəyan etdi və təcavüzün 

qarşısının  alınması  üçün  birgə  səylər  göstərməyi  təklif  etdi.  Lakin  Şuranın  digər 

üzvləri  Almaniyanın  hərəkətlərini  bu  və  ya  digər  dərəcədə  pisləsələr  də,  konkret 

tədbirlər görmədilər. Tədricən dövlətlər bir-birinin ardınca Millətlər Cəmiyyətinin 

tövsiyə  etdiyi  kiçik  sanksiyalardan  da  imtina  etməyə  başladılar.  Qərbdə  ingilis 

diplomatiyasının irəli sürdüyü belə bir tezis dolaşırdı ki, sanksiyaların tətbiqi son 

nəticədə Avropada müharibəyə gətirib çıxara bilər.  ngiltərənin təşəbbüsü ilə 1936-

cı il iyulun 4-də Millətlər Cəmiyyəti Həbəşistanda müharibə aparan  taliyaya tətbiq 

olunan sanksiyaların ləğvi haqqında qətnamə qəbul etdi. 

       1938-ci ilin yazında Avropada vəziyyət mürəkkəbləşməkdə davam edirdi. Hit-

lerin  1938-ci  il  fevralın  20-də  Reyxstaqdakı  çıxışı  göstərdi  ki,  Almaniya  yaxın 

vaxtlarda  Avstriya  və  Çexoslovakiyada  yaşayan  almanları  “öz  müdafiəsi  altına” 

alacaqdır.  ngiltərə  və  Fransa  hökumətləri  Almaniyanı  dayandırmaq  və  Avstriya 

dövlətinin  ləğvinə  yol  verməmək  üçün  heç  nə  etmədilər.  ngiltərə  xarici  siyasət 

idarəsinin başçısı Halifaks alman xarici işlər naziri Ribbentropla 1938-ci il martın 

11-dəki söhbətində bildirdi ki, onun ölkəsi Almaniya və Avstriyanın hərəkətlərinə 

qarışmayacaqlar. Səhəri gün alman qoşunları artıq Avstriya torpağına daxil oldular. 

Martın 13-də Avstriya Almaniyaya birləşdirildi.  ngiltərə və Fransa isə Berlinə eti-

raz notası göndərməklə kifayətləndilər ki, o nota da qəbul olunmadı. Təcavüzkarın 

həvəsləndirilməsi siyasəti öz işini görürdü. Millətlər Cəmiyyəti bir üzvünü də itir-

di.  ngilis və fransız nümayəndələrinin mövqeyi ucbatından onun fəaliyyəti əslində 

iflic  oldu.  Almaniyanın  təcavüzkar  hərəkətlərini  Sovet  ttifaqı  qətiyyətlə  pislədi. 

Avstriyanı işğal edən Hitler Çexoslovakiyanı tutmağa hazırlaşmağa başladı. 3 mln. 

almanın  yaşadığı  Sudet  vilayətinin  birləşdirilməsindən  başlamaq  qərara  alındı. 

Çexoslovakiya  üçün  bu  çətin  vaxtda  Sovet  hökuməti  bildirdi  ki,  əgər  Fransa  öz 

öhdəliklərini yerinə yetirərsə, o da Çexoslovakiya ilə müqavilə öhdəliklərinə əməl 

edərək, ona köməyə gələcəkdir. Ancaq  ngiltərə və Fransa Çexoslovakiyanı müda-

fiə etmək, təcavüzü dayandırmaq barədə yox, yalnız Hitlerlə razılığa gəlmək haq-

qında düşünürdülər. 


77 

 

      Almaniya  Çexoslavakiyaya  qarşı  təcavüz  hazırladığı  zaman,  Almaniya,  ngil-



tərə,  Fransa  və  taliyanın  dövlət  başçıları  Hitler,  Çemberlen,  Daladye,  Mussolini 

1938-ci  ilin  sentyabrın  29-da  Münhendə  toplandılar  və  Çexoslavakiyanı  parçala-

maq,  onun  bir  sıra  sərhəd  rayonlarını  Almaniyaya  vermək  haqqında  qərar  qəbul 

etdilər.  ngiltərə  və  Fransanın  hakim  dairələri  Çexoslavakiyaya  xəyanət  etdilər. 

Qərb dövlətlərinin təsiri altında Çexoslavakiya hökuməti təslim oldu və faşistlərə 

müqavimət göstərməkdən imtina etdi. Halbuki onun ölkəni müdafiə etməyə imkanı 

var  idi  və  bu  işdə  Sovet  dövləti  ona  yardım  göstərərdi.  ABŞ  hökuməti  Münhen 

sövdələşməsində rəsmən iştirak etmirdi, lakin Münhen konfransının çağırılmasına 

kömək edirdi və onun qərarlarını tamamilə bəyəndi. Yalnız Sovet dövləti diploma-

tiyası Münhen siyasətini pislədi. Sentyabrın 30-da Almaniya və  ngiltərə Münhen-

də qarşılıqlı hücum etməmək və bütün mübahisəli məsələlərin nizamlanması haq-

qında  bəyannamə  imzaladılar.  Sonralar  belə  bir  bəyannamə  Almaniya  ilə  Fransa 

arasında  da  bağlanmışdı.  Münhen  sazişini  imzalamaqla  dünyanı  xilas  etdiklərini 

düşünənlər  yamanca  yanıldılar.  Münhen  öz  xalqına  və  başqa  xalqlara  xəyanəti 

ifadə edən ümumi isimə çevrildi.  

          Sudeti  özünə  birləşdirdikdən  sonra  Almaniya  Mərkəzi  Avropada  ən  güclü 

dövlətə  çevrildi.  Bu regionun  bütün kiçik  dövlətləri  anladılar ki,  nə  Millətlər  Cə-

miyyəti, nə  ngiltərə, nə Fransa onların suverenliyini təmin edə bilməz. Buna görə 

onlar Almaniyaya təzim etməyə məcbur oldular. Bu mənada, Münhen  ngiltərə və 

Fransanın məğlubiyyəti olub, müharibənin başlanmasını yaxınlaşdırdı. 1939-cu ilin 

martında  Almaniya  Çexoslovakiyanın  müstəqilliyinə  son  verdi.  Bununla  Hitler 

özünün imza atdığı Münhen sazişini pozdu. Martın 21-də Almaniya Polşadan Dan-

siqi  (Qdanskı)  tələb  etdi,  lakin  Polşa  bu  tələbi  yerinə  yetirmədi.  Martın  22-də 

alman qoşunları Litvaya məxsus olan Memeli (Klaypedanı) tutdular. Aprel ayında 

taliya Albaniyanı işğal etdi. 

      Təcavüzkarların  sakitləşmədiyini  görən  ngiltərənin  və  Fransanın  hakim  dai-

rələri  Münhen  siyasəti  taktikasını  dəyişdilər.  Onlar  öz  hərbi-siyasi  vəziyyətlərini 

möhkəmləndirmək  tədbirləri  görməyə  başladılar.  ngiltərə  və  Fransa  əgər  onların 

birinə  üçüncü  dövlət  hücum  edərsə  qarşılıqlı  yardım  razılığına  gəldilər.  1939-cu 


78 

 

ilin mayında Fransa ilə Polşa, avqustunda isə  ngiltərə ilə Polşa arasında hərbi itti-



faq haqqında müqavilə imzalandı.  


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin