719) Streptokokklar hansı toksini törətmir?
A) Leykosidin
B) O- və S-streptolizin
C) Neyrotoksin
D) Sitotoksin
E) Eritrogenin
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
720) Skarlatina xəstəliyini hansı mikrob törədir?
A) Meninqokokk
B) Stafilokokk
C) A qrupuna aid olan streptokokk
D) Pnevmokokk
E) Göy-irin çöpləri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001 г.
721) Mikoplazmalar hansı qidalı mühitlərdə yaxşı bitirlər?
A) Kartof-qliserinli mühitlərdə və qliserin bulyonunda
B) Qanlı və ya zərdablı qatı mühitlərdə
C) Müxtəlif aqarlarda yaxşı bitirlər
D) Məməlilərin qan zərdabları ilə hazırlanmış süni qidalı mühitlərdə,duru və yarımqatı (1-1,3% aqarda) mühitlərdə
E) Kazein və ya ət mühitlərində (duru ət mühitlərinə ət, və ya qara ciyər farşı,kazein mühitlərinə və bişmiş arpa və ya pambıq əlavə olunur)
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 2001г.
Dostları ilə paylaş: |