Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Aşağıdakılardan hansı variantda ən çox radiohəssas şişlər göstərilmişdir?



Yüklə 187,54 Kb.
səhifə10/16
tarix31.12.2016
ölçüsü187,54 Kb.
#3886
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

542) Aşağıdakılardan hansı variantda ən çox radiohəssas şişlər göstərilmişdir?
A) Yuinq sarkoması

B) Lipoma

C) Fibroma

D) Fibrosarkoma

E) Xondrosarkoma
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
543) Hoçkin limfomasında zədələnmə zonasına şüa müalicəsinin cəmi mənbə dozası nə qədər olmalıdır?
A) 25 – 30 Qr

B) 45 – 60 Qr

C) 35 – 40 Qr

D) 60 Qr –dən yuxarı

E) 20 – 25 Qr
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
544) Baş beynin bədxassəli qliomasının şüa terapiyasında cəmi mənbə dozası nə qədər olmalıdır?
A) 10 – 15 Qr

B) 25 – 30 Qr

C) 40 – 46 Qr

D) 30 – 36 Qr

E) 60 – 64 Qr
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
545) Alt dodağın qırmızı haşiyəsi xərçənginin yaxın fokuslu rentgenterapiyasında cəmi mənbə dozası nə qədər olmalıdır?
A) 60 – 65 Qr

B) 10 – 20 Qr

C) 40 – 50 Qr

D) 30 – 40 Qr

E) 20 – 30 Qr
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
546) Dərinin yastı hüceyrəli xərçənginin radikal şüa müalicəsi zamanı cəmi mənbə dozası nə qədər olmalıdır?
A) 20 Qr

B) 40 Qr


C) 10 Qr

D) 30 Qr


E) 60 Qr
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
547) Aşağıdakılardan hansı cərrahi müdaxilədən əvvəlki şüa terapiyasına əks – göstəriş ola bilər?
A) Miqren

B) Qanaxma, anemiya, ağır mərhələdə şəkərli diabet

C) Qrip

D) Tromboblebit



E) Hipertoniya
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
548) Alt dodağın qırmızı haşiyəsi xərçənginin I mərhələsində şüa terapiyasının əsas hansı üsulundan istifadə olunur?
A) Distansiyalı qammaterapiya

B) Yaxın məsafəli rentgenterapiya

C) Toxumadaxili şüa terapiyası

D) Boşluqdaxili şüa terapiyası

E) Müştərək şüa terapiyası
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
549) Alt dodağın qırmızı haşiyəsi xərçənginin I mərhələsində yaxınfokuslu rentgenterapiya adətən neçə sahədən aparılır?
A) 5 sahədən

B) 3 sahədən

C) 2 sahədən

D) 4 sahədən

E) 1 sahədən
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
550) Aşağıdakılardan hansı qırtlaq xərçəngi zamanı şüa terapiyasına əks-göstərişdir?
A) Afoniya

B) Qırtlağın kəskin stenozu

C) Arıqlama

D) Udqunmanın çətinləşməsi

E) Öskürək
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
551) Qida borusu xərçəngi olan xəstələrdə radikal şüa terapiyası zamanı cəmi mənbə doza (CMD) birincili şişdə neçə Qr olmalıdır?
A) 30 – 40 Qr

B) 40 – 50 Qr

C) 20 – 30 Qr

D) 65 – 70 Qr

E) 50 – 55 Qr
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
552) Aşağıdakılardan hansı qida borusu xərçəngi olan xəstələrdə şüa terapiyasının ən ağır ağırlaşması sayılır?
A) Ezofaqit

B) Ümumi zəiflik

C) Hiperemiya

D) Qanaxma ilə nəticələnən şişin dağılması

E) Epidermit
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
553) Qamma terapiya cihazlarında əsasən hansı radioaktiv izotopdan istifadə olunur?
A) Co 60

B) P 32


C) Au 198

D) C 131


E) Ct 90
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
554) Aşağıdakılardan hansı rentgen şüalarını xarakterizə edir?
A) Elektron selidir

B) α hissəciklərdir

C) Neytronlardır

D) Pi – mezonlardır

E) Kvant selidir
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
555) Orta yaşlı xəstədə Hockin limfomasının şüa terapiyası zamanı birdəfəlik mənbə dozası neçə olmalıdır?
A) 2,2 – 3,5 Qr

B) 1,8 – 2,0 Qr

C) 2,6 – 3,0 Qr

D) 3,5 – 3,6 Qr

E) 1,4 – 3,6 Qr
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
556) Uşaqlarda qarın boşluğu orqanların şüalanması zamanı onurğa sütununda hansı fəsadlar əmələ gələ bilər?
A) Lordoz

B) Fəsadsız keçir

C) Skolioz

D) Skolioz, lordoz, kifoz

E) Kifoz
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
557) Ağciyər xərçənginə görə radikal şüa müalicəsindən sonra sonra ağ ciyərdə nə inkişaf edə bilər?
A) Pnevmoniya

B) Tənəffüs çatmamazdığı

C) Fibroz

D) Pnevmoniya, fibroz, pulmonit və tənəffüs çatmamazdığı

E) Pulmonit
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
558) Mədə və yoğun bağırsağın xərçənginin şüa müalicəsindən sonra mədə-bağırsaq sistemində hansı dəyişikliklər inkişaf edə bilər?
A) Qastrit

B) Hepatit

C) Qastrit, enterit, hepatit

D) Enterit

E) Dəyişiksiz keçir
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
559) Uşaqlarda hansı şiş xəstəlikləri yüksək radiohəssasdırlar?
A) Osteosarkoma və Yuinq sarkoması

B) Hoçkin və Qeyri-Hoçkin limfoması, nefroblastoma, disherminoma

C) Qeyri-Hoçkin limfoması

D) Hepatoblastoma

E) Neyroblastoma
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
560) Burun-udlaq xərçənginin müalicəsində hansı nahiyələrə şüa müalicəsi aparılır?
A) Boyun-körpücüküstü limfa düyünlər

B) Körpücükaltı limfa düyünlər

C) Burun-udlaq

D) Burun-udlaq və boyun-körpücüküstü limfa düyünlər

E) Körpücüküstü limfa düyünləri
Ədəbiyyat: Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
561) Aşağıdalılardan hanı düz bağırsağın əməliyyaönü şüa müalicəsinə əks göstərişdir?
A) Şişin parçalanma mərhələsində olması

B) Miotoniya xəstəliyi

C) Ankilozlaşdırıcı spondilopoliartrit

D) Yaşın 60- dan çox olması

E) Arteral hipertoniya
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996 səh.122
562) Hansı halda ağciyər xərçəngi zamanı radikal şüa müalicəsi aparmaq göstəriş deyil?
A) Sklerodermiya xəstəliyi zamanı

B) Şəkərli diabet zamanı

C) Portal hipertenziya əlamətləri olduqda

D) Psoriaz xəstəliyi zamanı

E) Şişin baş beyinə metastazı olduqda
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996 səh.139
563) Aşağıdakılardan hansı alt dodağın qırmızı haşiyəsi xərçənginin şüa müalicəsi zamanı baş verməz?
A) Xeylit

B) Stomatit

C) Sirinqomieliya

D) Paraodontit

E) Qlossit
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
564) Ağciyərin xırdahüceyrəli xəçənginin baş beyinə metastazının şüa müalicəsi zamanı əlavə hansı müalicə daha çox aparılmalıdır?
A) Vitaminlər

B) Heç biri

C) Spazmolitiklər

D) Antibakterial

E) Dehidratasion
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
565) Aşağıdakılardan hansının süd vəzi xərçənginin baş beyinə metastazının şüa müalicəsi zamanı aparılması mənasızdır?
A) Heç biri

B) Dehidratasion terapiya

C) Kraniospinal şüa müalicəsi

D) Baş beyinin total şüa müalicəsi

E) Hamısı
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
566) Aşağıdakılardan hansı qırtlaq-udlaq xərçənginin şüa müalicəsi zamanı doğru fikir deyil?
A) Metastazlar zamanı palliativ şüa müalicəsi aparmaq olmaz

B) Radiomodifikatorlar istifadə etmək olar

C) Cərrahi əməliyyat şüa müalicəsi effektsiz olduğu halda müzakirə oluna bilər

D) Termoplastik maskadan istifadə etmək məqsədəuyğundur

E) Regionar limfa düyünləri şüa sahəsinə salınmalıdır
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
567) Aşağıdakılardan hansı burun-udlaq xərçənginin 3D konformal şüa müalicəsi zamanı istifadə edilmir?
A) Portal vision

B) Teraqam qammaterapevtik cihazı

C) Termoplastik maska

D) KT simulyator

E) Fokal və Xio proqramları
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
568) Multilif kolimatorlu xəttli sürətləndiricidə burun-udlaq xərçəngi olan xəstənin şüa müalicəsini planlaşdıran zaman aşağıdakılardan hansına ehtiyac yoxdur?
A) Brachivision proqramına

B) Fokal proqramına

C) Xio proqramına

D) Termoplastik maskaya

E) KT simulyatora
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
569) Kraniofaringioma xəstəliyi olan xəstəyə 3 D konformal şüa müalicəsinin aparılması üçün nəyə ehtiyac yoxdur?
A) PTV- nin çəkilməsinə

B) KT simulyasiyanın aparılmasına

C) Termoplastik maskanın taxılmasına

D) Multilif kolimatorlu xəttli sürətləndiriciyə

E) Dəriyə tatuaj qoyulmasına
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
570) Vilms şişi hansı orqanın xəstəliyidir?
A) Bütün cavablar düzdür

B) Ətrafların

C) Baş beyinin

D) Böyrəklərin

E) Qaraciyərin
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
571) Sinovial mənşəli xoş xassəli şiş hansıdır?
A) Qanqlioma

B) Rabdomioma

C) Sinovioma

D) Sinovial sarkoma

E) Şvannoma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
572) Aşağıdakılardan hansı əzələ mənşəli xoş xassəli şişlərə aiddir?
A) Rabdomiosarkoma

B) Miozit

C) Fibrosarkoma

D) Qibernoma

E) Rabdomioma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
573) Alt dodağın xərçənginin xərçəngönü xəstəliklərinə hansılar aiddir?
A) Keratoakantoma

B) Manqanotti xeyliti

C) Məhdud hiperkeratoz

D) Hamısı

E) Leykoplagiya
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 128с.
574) Dərinin bazal hüceyrəli karsinoması metastazını birinci növbədə haraya verməkdədir?
A) qaraciyərə

B) Adətən metastaz vermir

C) böyrəyə

D) ağciyərə

E) beyinə
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
575) Aşağıdakılardan hansı APUD – sistemin yeni törəmələrinə aiddir?
A) Qalxanabənzər vəzin medulyar xərçəngi

B) Meningioma

C) Bronxogen xərçəng

D) Xordoma

E) Qulaqətrafı tüpürcək vəzisinin xərçəngi
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
576) Aşağıdakı hansı xəstəliyin virus təsiri ilə əmələ gəlməsini əlaqələndirmirlər?
A) Burun – udlağın xərçəngi

B) Leykoz

C) Mədə xərçəngi

D) Qara ciyər xərçəngi

E) Uşaqlıq boynu xərçəngi
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
577) Aşağıdakı hansı xəstəlik adətən hormonal balansın pozulması nəticəsində yaranmır?
A) Prostat vəzinin xərçəngi

B) Süd vəzisinin xərçəngi

C) Yumurtalıqların xərçəngi

D) Uşaqlığın xərçəngi

E) Qara ciyərin xərçəngi
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
578) Aşağıdakı hansı xəstəlik fakultativ xərçəngönü xəstəliklərə aiddir?
A) Dyübrey melanozu

B) Bouen xəstəliyi

C) Piqment kseroderması

D) Keyr eritroplakiyası

E) Xroniki xeylit
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
579) Aşağıdakı hansı xəstəlik obliqat xərçəngönü xəstəliklərə aiddir?
A) Dərinin çapıq atrofiyası

B) Dərinin qocalıq atrofiyası

C) Kron xəstəliyi

D) Keratoma

E) Piqment kserodermiyası
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
580) Aşağıda göstərilən şişlərin hamısı radiohəssas sayılır, yalnız biri radiorezistentdir. Bu hansıdır?
A) Seminoma

B) Limfaqranulomatoz

C) Limfasarkoma

D) Mədənin adenokarsinoması

E) Vilms şişi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
581) Aşağıdakı sayılan şişlərdən ən çox radiorezistent hansını qəbul etmək olar?
A) Yuinq şişi

B) Yastı hüceyrəli buynuzlaşmayan xərçəng

C) Kiçik hüceyrəli ağ ciyər xərçəngi

D) Osteogen sarkoma

E) Seminoma
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
582) Şüa müalicəsinin iki müxtəlif üsulundan istifadə etməklə aparılan şüa müalicəsi necə adlanır?
A) Toxumadaxili şüa müalicəsi

B) Orqandaxili şüa müalicəsi

C) Distansion şüa müalicəsi

D) Bölünmüş kursla şüa müalicəsi

E) Müştərək şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 56
583) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi ilə yanaşı antiandrogenlər istifadə oluna bilər?
A) Prostat vəzinin xərçəngində

B) Böyrək xərçəngində

C) Qırtlaq xərçəngində

D) Dərinin melanomasında

E) Limfosarkomada
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
584) Aşağıda göstərilən hansı müayinə metodu qaraciyər şişlərinin diaqnostikası üçün daha informativ müayinə metodu hesab edilir?
A) Kontrastlı MRT

B) Ultrasəs tomoqrafiyası

C) Kompüter tomoqrafiya

D) Arterioqrafiya

E) Rentqenoskopiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985 Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 396
585) Aşağıda göstərilən hansı müayinə metodu divar aralığının bəd xassəli limfomalarının diaqnostikası üçün daha informativ hesab edilir?
A) Pnevmomediaste

B) Angioqrafiya

C) Toraskopiya

D) Kompüter tomoqrafiya

E) Polipozision rentqenoqrafiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
586) Aşağıda göstərilən hansı müayinə metodu göz almasının şişlərinin təyini üçün daha informativ müayinə metodu hesab edilə bilər?
A) Rentgenoloji müayinə

B) Flüoroqrafiya

C) USM

D) MRT


E) Angioqrafiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1136
587) Aşağıda göstərilən hansı müayinə metodu burun - udlaq şişlərinin təyini üçün daha informativ müayinə metodu hesab edilir?
A) Rentgenoloji müayinə

B) Angioqrafiya

C) İrriqoskopiya

D) MRT


E) USM
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 217
588) Aşağıda göstərilən hansı müayinə metodu neyrogen mənşəli şişlərin təyini üçün daha informativ müayinə metodu hesab edilir?
A) MRT

B) Kolonoskopiya

C) Angioqrafiya

D) Uroqrafiya

E) USM
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
589) Aşağıda göstərilən hansı müayinə metodu yumşaq toxuma şişlərinin təyini üçün daha informativ müayinə metodudur?
A) Pnevmomediastinoskopiya

B) Angioqrafiya

C) İrriqoskopiya

D) MRT


E) USM
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
590) Sümük şişlərinin təyini üçün aşağıdakı hansı müayinə metodu daha informativ müayinə metodudur?
A) Uroqrafiya

B) Angioqrafiya

C) USM

D) KT


E) İrriqoskopiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
591) Baş - beyinin və onurğa beyninin şişlərinin təyini üçün daha informativ müayinə metod hansıdır?
A) Uroqrafiya

B) Angioqrafiya

C) USM

D) Uroqrafiya



E) MRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
592) Aşağıdakı hansı variantda bəd xassəli timomaların müalicə taktikası düzgün göstərilmişdir?
A) Ancaq şüa müalicəsi

B) Ancaq cərrahi müalicə

C) Ancaq kimya terapiya

D) Cərrahi əməliyyat + şüa terapiyası

E) Krioterapiya+ kimya terapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 459
593) Süd vəzisi xərçənginin ödemli infiltrativ forması zamanı hansı müalicə metodları daha məqsədə uyğundur?
A) Ancaq kimya terapiyası

B) Ancaq şüa müalicəsi

C) Ancaq cərrahi müalicə

D) Kombinə olunmuş müalicə

E) Kompleks müalicə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
594) Feoxromositomalı xəstələrin optimal müalicə planı hansı qəbul edilə bilər?
A) Şişin radikal cərrahi çıxarılması

B) Şişin radikal cərrahi çıxarılması + krioterapiya

C) Şişin radikal cərrahi çıxarılması + şüa terapiyası

D) Lazer + kimya terapiyası

E) Şişin radikal cərrahi çıxarılması + Rentgenterapiya + kimya terapiyası
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
595) Dəri melanomasının diaqnostikasının əsas metodu hansıdır?
A) Termoqrafiya

B) Morfoloji metod

C) Radiofoyer sınağı

D) Şüa melanuriyası

E) Radiostintiqrafiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
596) Xəstə14 yaşında. Diaqnoz: Bazu sümüyünün diafizinin Yuinq sarkoması (PNET şişi): Hansı müalicə taktikası optimal hesab edilə bilər?
A) Kimyaterapiya + Rentgenterapiya

B) Kimyaterapiya +cərrahi əməliyyat + Rentgenterapiya

C) Şüa terapiyası

D) Kimyaterapiya

E) Kimyaterapiya + Şüa müalicəsi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
597) Xəstə12 yaşında. Diaqnoz: 4 - cü bel fəqərəsinin Yuinq sarkoması (PNET şişi): hansı müalicə taktikası düzgündür?
A) Kimyaterapiya + cərrahi əməliyyat+ krioterapiya

B) Kimyaterapiya + şüa terapiyası

C) Şüa terapiyası

D) Rentgenterapiya + kimyaterapiya

E) Kimyaterapiya + cərrahi əməliyyat+ krioterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
598) 43 yaşlı xəstədə III A mərhələdə qırtlağın yastı hüceyrəli xərçəngi, ekzofit böyümə forması, cərrahi müdaxilədən əvvəlki 40 Qr dozada şüalanma aparılıb. 2 həftədən sonra kliniki olaraq şişin praktiki olaraq tam rezorbsiyası qeyd olunur. Bu halda aşağıdakılardan hansı doğrudur?
A) Müşahidə

B) Qırtlağın hipertermiyası

C) Krioterapiya aparmaq

D) Kimyaterapiya

E) Şüa terapiyasını radikal proqramda davam etdirmək
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
599) 82 yaşlı xəstədə II B mərhələdə qida borusunun orta döş sahəsinin xərçəngi. Aşağıdakı hansı müalicə taktikası doğru qəbul edilə bilər?
A) Dərin rentgenterapiya

B) Cərrahi əməliyyat

C) Radikal proqram ilə müstəqil şüa terapiyası

D) Cərrahi müdaxilədən əvvəlki şüa terapiyası ilə kombinə olunmuş müalicə

E) Cərrahi müdaxilədən sonrakı şüa terapiyası ilə kombinə olunmuş müalicə
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
600) 50 yaşlı xəstədə orta döş səviyyəsində uzunluğu 4 sm disfagiya əlamətləri ilə paraezofageal limfa düyünlərə metastazlarla, qida borusunun xərçəngi. Aşağıda sayılanlardan hansı adekvat müalicə üsulu kimi qəbul edilməz?
A) Cərrahi müdaxilədən əvvəlki şüa terapiyası ilə kombinə olunmuş müalicə

B) Cərrahi müdaxilədən sonrakı şüa terapiyası ilə kombinə olunmuş müalicə

C) Cərrahi müdaxilə

D) Kimya şüa müalicəsi

E) Müstəqil proqramla teleqammaterapiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено - радиология”, Москва 1985
601) Mədənin adenokarsinoması hansı lokalizasiyada olduqda şüa terapiyasına daha həssasdır?
A) Mədə cismi

B) Kardial şöbə

C) Antral şöbə

D) Lokalizasiya ilə əlaqəsi yoxdur

E) Böyük əyrilik
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
602) Servikal kanala sirayətlə (II mərhələ) uşaqlıq cisimin xərçəngində uşağlığın artımlarla genişləndirilmiş ekstripasiyasından sonra aşağıda qeyd olunan hansı müalicəni aparmaq məqsədəuyğundur?
A) Şüa terapiyası məqsədəuyğun deyil

B) Cərrahi müdaxilədən sonrakı müştərək şüa terapiyası

C) Rentgenterapiya + kimyaterapiya

D) Kiçik çanağın CMD 90 – 95 qr xarici şüalanma

E) Kiçik çanağın CMD 10 qr xarici şüalanma
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
603) Aşağıdakı hansı variantda III mərhələli (T2N2M0) vulva xərçənginin müalicə üsulu düzgün göstərilmişdir?
A) Genişləndirilmiş vulvoektomiya + krioterapiya

B) Şüa müalicəsi + ovariektomiya

C) Şüa müalicəsi + genişləndirilmiş vulvoektomiya + antiandrogen terapiya

D) Genişləndirilmiş vulvoektomiya cərrahi əmliyyatından sonra şüa müalicəsi

E) Genişləndirilmiş vulvoektomiya
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
604) 70 yaşlı xəstədə başın tüklü hissəsində 2 sm ölçülü hərəkətli dəri xərçəngi vardır. Aşağıdakı hansı müalicə üsulunu aparmaq məqsədəuyğundur?
A) Braxiterapiya

B) Cərrahi əmliyyat+ Kimyəvi dərman müalicəsi

C) Kimyaterapiya

D) Yaxınfokuslu rentgenoterapiya

E) Məlhəmlərlə müalicə
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins


Yüklə 187,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin