903) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi bir sahədən aparıla bilər?
A) IV mədəciyin şişi
B) Hipofizin adenoması
C) Kraniofaringioma
D) Meningeal şişlər
E) Alt dodağın qırmızı haşiyəsi xərçəngi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
904) GammaMedPlus aparatının radioaktiv mənbəyi hansıdır?
A) J-131
B) Co-60
C) Sr-90
D) Cs-137
E) İr-192
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
905) Terabalt qamma terapevtik aparatının radioaktiv mənbəyi hansı elementdir?
A) İr-192
B) Sr-90
C) Cs-137
D) J-131
E) Co-60
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
906) Hoçkin və Qeyri-Hoçkin limfoması, nefroblastoma və disherminomanın şüa müalicəsinə həssaslığı necədir?
A) Yüksək radiohəssasdırlar
B) Aşağı radiohəssasdırlar
C) Radiorezistentdirlər
D) Nisbi radiohəssasdırlar
E) Orta radiohəssasdırlar
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
907) Aşağıdakılardan hansı xəstəlik zamanı kraniospinal şüa müalicəsi aparmağa ehtiyac yoxdur?
A) IV mədəciyin ependimoması ( WHO grade III)
B) Ependimoma
C) Kraniofaringioma
D) Medulloblastoma
E) Kəskin limfoblast leykoz ( neyroleykoz )
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
Dostları ilə paylaş: |