570) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi konkomitant (konkurrent) aparılması daha effektiv olar?
A) Burun - udlaq xərçəngi
B) Peyroni xəstəliyi
C) Bazalioma
D) Geyr eritroplaziyası
E) Qreyvs xəstəliyi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 217
571) Aşağıda qeyd olunan hansı xəstəliyin müalicəsi zamanı baş beyinin profilaktik şüalandırılması nəzərdə tutulur?
A) Düz bağırsaq xərçəngi
B) Qaraciyər xərçəngi
C) Dəri xərçəngi
D) Ağciyərin xırda hüceyrəli xərçəngi
E) Prostat vəzi xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 487
572) 34 yaşında xəstəyə süd vəzisi xərçənginə görə sektoral rezeksiya+qoltuqaltı limfadenoektomiyadan sonra radioterapiya necə aparılar?
A) Regionar zonalar 45 - 50 Qr dozada
B) Aparılmır
C) Süd vəzisi və regionar zonalar 45 - 50 Qr dozada, sonra şişin yatağı əlavə 10 - 15 Qr 60 Qr-a qədər
D) Süd vəzisi və regionar zonalar 45 - 50 Qr dozada
E) Şişin yatağı 10 - 15 Qr
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 287 - 288
Dostları ilə paylaş: |