689) Ürəyin tam həcminin hansı dozada şüalanması perikarditin yaranmasına səbəb ola bilər?
A) 5 Qr
B) 1 Qr
C) 40 Qr
D) 2 Qr
E) 3 Qr
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 44
690) Aşağıdakı hansı orqanın klassik rejimdə qamma şüalanmasının tolerant dozası 10 Qr - dir?
A) Qaraciyər
B) Ürək
C) Dalaq
D) Büllür
E) Mədə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 44
691) Aşağıdakı hansı orqanın klassik rejimdə bütün həcminin qamma şüalanmasının tolerant dozası 23 Qr - dir?
A) Böyrək
B) Dalaq
C) Qamış sümüyü
D) Görmə siniri
E) Ürək
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 44
692) Aşağıdakı hansı variantda ənənəvi və ya klassik şüa farksiyalı müalicə dozası düzgün göstərilmişdir?
A) 3, 2 Qr
B) 6, 2 Qr
C) 2, 2 Qr
D) 4, 2 Qr
E) 5, 2 Qr
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 48
693) Aşağıda göstərilən şüa müalicəsinin hansı rejimində şüa müalicəsi həftənin 7 günü 6 saat fasilələrlə, gündə 3 dəfə aparılır?
A) Konkurrent kimyaradioterapiya
B) Heç biri
C) Hipofarksiya
D) Multifraksiya
E) CHART
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 50
694) Aşağıda göstərilmiş hansı şüa müalicəsi rejimi ilə radikal proqramla şüa müalicəsi aparıldıqda şüa müalicəsi tez başa çatar?
A) CHART
B) Multifraksiya
C) Klassik və ya ənənəvi
D) Heç biri
E) Konkurrent kimyaradioterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 50
Dostları ilə paylaş: |