768) Aşağıdakı hansı xəstəliyin KT simulyasiyası zamanı per os kontrast maddənin verilməsi hədəfin həcmini daha dəqiq təyin etməyə imkan verir?
A) Qaraciyər xərçəngi
B) Mədə xərçəngi
C) Qırtlaq xərçəngi
D) Ağciyər xərçəngi
E) Düz bağırsaq xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev İsa H. İsayev BƏD XASSƏLİ ŞİŞLƏRİN ŞÜA MÜALİCƏSİ: NƏZƏRİ ƏSASLARI, TƏTBİQİ, NƏTİCƏLƏRİ, Bakı, 2012 ( Səh.363)
769) Hansı şüa müalicəsi metodu ilə mədə xərçənginin şüa müalicəsi aparıldıqda nazik bağırsaqları daha çox qorumaq olar?
A) İMRT
B) Yaxın fokuslu rentgenterapiya
C) Dərin rentgenterapiya və yaxın fokuslu rentgenterapiya
D) 3DCRT
E) Dərin rentgenterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev İsa H. İsayev BƏD XASSƏLİ ŞİŞLƏRİN ŞÜA MÜALİCƏSİ: NƏZƏRİ ƏSASLARI, TƏTBİQİ, NƏTİCƏLƏRİ, Bakı, 2012 ( Səh.386)
Dostları ilə paylaş: |